Onun alın qırışları sətirbəsətir oxunan ömür yoludur. Gözlərinə diqqətlə baxanda döyüş səhnələrini, mərmi partlayışlarını, can verən dostlarının son anlarını aydınca görmək olar. Titrəyən, şair demiş: "Külüng tutan, kösöy tutan, silah tutan" tunc rəngli dəmir əllərində vətənimizin xəritəsinə bənzəyən damarlar 100-ü haqlamağa çalışan bir insan, bir döyüşçü ömründən soraq verir...
Bu misraları düz iki il bundan öncə yazmışdım. Və əlbəttə ki, adətim üzrə hər bayramda, hər doğum günündə onu təbrik etməyi, gözünü, könlünü sevindirməyi özümə borc bilirdim. Sözün düzü, bilirdim ki, yaşı səksəni keçib və onu təbrik edərkən heç yaşını deməzdim, sadəcə təbrik edib uzun ömür arzulayardım. Elə bu il də zəng edib təbrik etmək, həm də bayramlaşmaq istəyirdim. Dedilər ki, Müseyib müəllimi yubileyi ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinə çağırıblar.
O, 90-nı hamı kimi haqlamayıb. Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Ramil Usubovun təbirincə desək, mənalı həyatının 40 ilə yaxın dövrünü daxili işlər orqanlarına həsr edərək şərəfli bir yol keçib, Vətənə və xalqa sədaqətlə xidmət edib, rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti, böyük idarəçilik və təşkilatçılıq bacarığı, işgüzarlığı, yüksək intellektual səviyyəsi, iradi və mənəvi keyfiyyətləri ilə seçilməyi bacarıb.
Bu gün də ölkə mətbuatını diqqətlə izləyən, ictimaiyyət arasında dövlətçiliyimizin dayaqlarının möhkəmlənməsində canını fəda edən, ayıq-sayıq xidməti ilə cinayətkarlığa qarşı ciddi mübarizə aparan hüquq-mühafizə orqanlarının, o cümlədən Azərbaycan Polisinin ictimai nüfuzunun yüksəlməsi üçün bir polis veteran kimi üzərinə düşən vəzifəni həm də bir vətəndaş yanğısıyla icra edən Museyib İlyasov böyük həyat enerjisi ilə sıralarımızdadır.
Polis veteran Müseyib İlyasovun ömür yolu bir məktəbdir. Tanıyanlar, bilənlər bu gün də onun açılmayan cinayətlərin üstünü isti izlərlə açmaq bacarığından, əməliyyat şəraitini təhlil etməsindən, idarəçilik mexanizmini təkmilləşdirməsindən sevə-sevə danışırlar.
O, Azərbaycan gəncliyini sevir, əldə etdiyi uğurlara sevinir. Bu gün daxili işlər orqanlarında yaradılan şəraitdən, maddi-texniki təminatın yüksək
səviyyədə olmasından qürur hissi duyur. Deyir ki, xidmət etmək üçün hər cür şərait yaradılıb, yetər ki, verilən tapşırıqları ürəklə və vicdanla yerinə yetirəsən.
Onu DİO-da gənclərlə keçirilən görüşlərin əksəriyyətində görmək mümkündür. Ötən illər ərzində Müsayib İlyasovun yüzlərlə əməkdaşın yetişməsində əməyi var və təqaüdə çıxdıqdan sonra da şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında yaxından iştirak edib, yoruldum deməyib, bu gün də eyni amalla Vətəninə xidmət edir.
Yubileyi münasibətilə DİN-də keçirilən görüşdə də onun müstəqillik illərində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən həyata keçirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən siyasi xətti dəstəkləməsi, elə yaşının bu çağında polis veteran kimi ölkəmizin, daxili işlər orqanlarının ictimai həyatında inamla və ürəklə fəal iştirak etməsi, zəngin təcrübəsini gənclərlə bölüşməsi vətənpərvərliyin və dövlətçiliyə sadiqliyin bariz nümunəsi olduğu xüsusi vurğulanıb.
Hamı kimi o da illəri geridə qoyduqca ömür kitabını tez-tez vərəqləyir. Şirinli-acılı xatirələrə dalır, duyğulanır, kövrəlir. “Keçən günlərimi qaytaraydılar” deyib hefslənmir. Çünki bu illər ərzində onun ən böyük qazancı insanların polisə olan inamı, polisə olan etimadıdır.
Elə, obaya, torpağa bağlı bir insan ömrünün işığına üz tutduqca görürsən ki, əslində tale, ömür dediyimiz elə insanın özüdür. “Uzun, incə bir yola” çıxanlar yaxşı bilir ki, dünyanın bir adı da yoldur. Ömür adlı yol hamını özünə yoldaş eləmir və yıxılmağı dərd eləyənlərdən heç zaman qəhrəman çıxmayıb.
Və sözün əsl mənasında dəyərli veteranımız 90 yaşlı Müseyib İlyasov öz xidməti, andına sadiqliyi, Vətənə sədaqəti ilə təkcə DİO tarixində deyil, həm də Vətən tariində əbədi iz qoymağı bacarıb.
Kiçik bir xatırlatma: Müseyib İlyasov 1926-cı ildə Qubada doğulub. 1944-cü ildə hərbi xidmətə çağırılaraq Don cəbhəsində 191-ci ehtiyat alaynın tərkibində xidmətə başlayıb. Müharibə başa çatandan sonra hərbi xidməti Sərhəd Qoşunlarında keçib. 1945-ci ilin may-oktyabr aylarında Kiçik Komandirlər Məktəbində təhsil alıb. 1950-ci ildə ordu sıralarından tərxis olunub. 1951-1955-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin Xaçmaz şöbəsində əməliyyat işində xidmətini davam etdirib və taleyini milislə bağlayıb.
Moskvada Ali Milis Məktəbini bitirib. Bir çox şəhər və rayonlarda rəis vəzifəsində qüsursuz xidmət edib. 1975-ci ilin yanvarnda Daxili İşlər Nazilriyinin Mərkəzi Aparatına təyinat alıb. Əvvəlcə qərargah rəisinin müavini və 1978-1988-ci illərdə qərargah rəisi və nazir müavini vəzifələrində çalışıb. 1990-ci ilin fevral ayında milis polkovniki rütbəsində təqaüdə çıxıb.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM