VERA - Hekayə

16:00 / 10.04.2014

Strategiya.az Kult.az-a istinadən gənc yazar Kamran Su-nun yeni hekayəsini təqdim edir:

Bundan iki il əvvəl mən Bakı-Xarkov qatarında Vera adlı bir qızla tanış oldum. Təsadüfən eyni kupedə gedirdik və yay idi. Bundan iki il əvvəl mənim saçlarım daha uzun idi və qırmızı "Marlboro" siqareti çəkirdim. 
 
Mənim adım Viktordur, Viktor Katayev. 28 yaşım var. Bundan iki il əvvəl mənim 26 yaşım var idi və saçlarım indikindən daha uzun idi. İki il əvvəl mən avtomobil ehtiyat hissələri istehsal edən bir şirkətin PR meneceri idim və tez-tez post-sovet ölkələrində işlə bağlı ezamiyyətdə olurdum. 
 
Qatarın pəncərəsindən görünən o idi ki, biz hardasa Rusiya ərazisində bir yerdəyik və bayırda isə hava getdikcə qaralır. Kupedə üç nəfər idik, - mən, Vera adlı 23-24 yaşlı sarışın saçlı, uzun və nazik barmaqları olan bir qız və vaxtilə Əfqanıstanda döyüşmüş yaşlı özbək Aman. Söhbət əsnasında məlum oldu ki, Vera Bakıya qonaq gəlir və təxminən bir həftəyə yaxın Bakıda qonaq qalacaq. Aman artıq 1992-ci ildən Bakıda yaşayır, Rusiyaya hansısa sənədlərə görə gəlibmiş, mənə gəlincə isə mənim anam Yeketerinburqdandır, atam isə Bakılıdır. Bəlkə də sizə bir az qəribə, bir az da gülməli gələ bilər amma onlar Ermitajda, hansısa heykələ baxanda tanış olublar. Bu təxminən otuz il bundan qabaq baş verib. Mən onları lap çoxdan görmürəm. Atam bir neçə il əvvəl dəlixanada öldü, yəqin indi sümükləri çoxdan çürüyüb anam isə allah bilir indi hardadır.
 
Bu dəqiqələrdə biz Vera ilə sakitcə oturub Amanın bir-birinin ardınca danışdığı Əfqanıstan xatirələrinə qulaq asıb hərdənbir başımızı tərpədirdik. Görünən o idi ki, Vera artıq yorulub və sadəcə nəzakət xətrinə özünü bu səfeh qocaya diqqətlə qulaq asırmış kimi göstərir. Mənə gəldikdə isə açığı desək mən ona qulaq asmırdım. Heç özümü məcbur da eləmirdim. Hətta bir az keçəndən sonra başımı pəncərəyə söykəyib vecsiz-vecsiz batan günəşin son şəfəqlərinə baxmağa başladım. Yorulmuşdum, başım qazan kimi idi və üstəlik də acmışdım. 
 
Hava təmiz qaralandan sonra biz Veranın böyük yardımı ilə süfrə düzəltməyə başladıq. Mənim iri qara çantamdan bir az kolbasa, pendir, dörd ədəd soyutma yumurta çıxdı. Veranın stolun üstündə düzdükləri arasında donuz piyi, soyutma kartof və bir konserva bankası, sallofan torbanın içində bir neçə cür soluxmuş göyərti var idi. Qoca veteran isə məclisimizi tut arağı və 2 çürük armud ilə şövqləndirdi. Yemək əsnasında ayaqqabılarım ilə ayaqlarım sözləşib bir neçə dəfə Veranın ayaqlarına toxunsa da özümü o yerə qoymadım. Heç Vera da özünü o yerə qoymadı. Göy soğanı ağzına dürtüşdürə-dürtüşdürə soruşdu ki, "bəs onda siz neynədiniz?”
 
Qoca veteran da öz növbəsində ağzındakı loxmanı çeynəyib eləmədən tələsik udub cavab verdi, - Həəə... Məcbur qalıb səhərə qədər döyüşdük. Əlimizdən başqa nə gəlirdi ki?.. Yoxsa hamımız öləcəkdik orda...
 
Siqaret çəkmək üçün icazə alıb koridora çıxdım. Siqaret çəkilən yerə gəlib yenicə siqaretimi yandırmışdım ki, arxamda hənirti hiss elədim. Veraydı, siqaret istədi. İkimiz də söykənib sakitcə siqaretimizi çəkdik. Çəkib qurtarandan sonra Vera geriyə, kupeyə qayıtdı mənsə bir az da təmiz hava udmaq üçün pəncərənin qabağında dayandım. Əlimlə pencəyimin cibini eşələyəndə əzilmiş konfet tapdım. Bir-iki dəfə ovcumda atıb tutduqdan sonra var-gücümlə pəncərədən çölə vızıldatdım. Ürəyim bulanırdı, tualetə girib bir az əvvəl nə yemişdimsə hamısını qusdum, təxminən on beş dəqiqə pəncərənin qabağında durandan sonra kupeyə qayıtdım. İşıq söndürülmüşdü. Sağ tərəfdə yuxarıda kimsə xoruldayırdı, deyəsən bizim qoca idi. Qəribədir, mən bayaq heç təsəvvürümə belə gətirə bilmirdim ki, o haçansa susa bilər. 
 
Çevrilib baxdığımda qaranlıqda bir cüt göz parıldadı. Veraydı, uzanıb diqqətlə mənə baxırdı. Soyunmağa başladım. Əvvəlcə pencəyimi ardınca da köynəyimi çıxarıb yatağımın ayaq tərəfindəki asılqandan asdım. Hiss edirdim ki, Vera hələ də mənə baxır. Şalvarımı çıxarmadan yerimin içinə uzandım, üzümü çevirib gözlərimi yumdum. Vera yerində qurcuxdu. Təxminən on dəqiqəyə yaxın bir vaxt keçdi. Ürəyim deyəsən təkrar bulanmağa başlamışdı. Ayağa qalxıb əynimi geyindim. Vera üzünü mənə tərəf çevirib pıçıltı ilə nə olduğunu soruşdu. Dedim ki, ürəyim bulanır. Ayaqqabılarımı geyinəndə özümü saxlaya bilməyib düz kupenin ortasına qusdum və davamlı şəkildə bir neçə dəfə öyüdüm. Növbəti dəfə öyüyəndə Vera arxa tərəfdən əliylə alnmı tutub o biri əliylə işığı yandırdı. Utanırdım. Birtəhər masanın arxasına əyləşdim. Əllərim və paltarlarım qusuntu içində idi. Vera tünd çay süzüb gətirdi, limon doğradı və israrla bir-iki dilim yeməyimi xahiş elədi. Hardansa qab, əski tapıb gətirdi. Mənim təkidlərimə baxmayaraq qusuntunu təmizlədi. Bu müddət ərzində Aman bərk nərə çəkirdi. Onun xoruldamağı məni əsəbəşdirirdi, əlacım olsaydı onu götürüb bayaqkı konfet kimi pəncərədən çölə vızıldadardım. Ayağa qalxıb tualetə keçdim, üst-başımı təmizləyib təkrar geri qayıtdım. İçəri qusuntu iylənirdi. Utanırdım. Siqaret yandırdım. Vera qabağımdakı fincanı yenidən doldurub üzbəüz masanın arxasında əyləşdi. Niyəsə gülümsədi, mən də ona baxıb gülümsədim. Dedi narahat olma olur belə şeylər. Sonra bir dəfə haçansa bu vəziyyətə düşdüyünü, məndən tək fərqi onun qatarın kupesinə yox, gəminin kayutuna qusmasından danışdı. O qədər məzəli danışdı ki, ikimiz də ürəkdən güldük. 
 
Hava get-gedə açılırdı...
 
Axşama yaxın qatar Bakı vağzalında dayananda mənim vəziyyətim xeyli yaxşılaşmışdı. Öz çantalarımla yanaşı Veranın da çantalarını götürüb aşağı düşdüm. Perronda Aman bizimlə sağollaşdı, Verayla mən o qədər də həvəs göstərməsək də, o hər ikimizi qucaqlayıb öpdü. Telefon nömrəsi yazılmış kiçik vərəqi zorla cibimə dürtüşdürdü, guya ki, mən bu günlərdə mütləq onun qonağı olub arvadının mənim üçün bişirdiyi plovun dadına mütləq baxmalıydım. Aman sağollaşdıqdan sonra çantaları yerə qoyub siqaret çıxardım. Qutunu əvvəlcə Veraya uzatdım, sonra hər ikimizin siqaretini yandırdım. Taksi saxladıq, sürücüyə Veranın və özümün gedəcəyimiz ünvanı dedim. Mən Nərimanov heykəli tərəfdə kirayədə qaldığım evə gedirdim, Vera isə "Neftçilər” metrosu tərəflərdə bir yerdə düşəcəkdi. Mən onu qohumlarının evini tapmağa məmuniyyətlə kömək edə biləcəyimi dedim, amma o razılaşmadı, dedi ki, birinci dəfə deyil ki, Bakıya gəlir. Mən "MDB” ölkələrinin vətəndaşları arasında bu cür qohumcanlılığa ürəkdən sevinib, evimizin yanında onunla sağollaşdım. Biz sağollaşanda artıq Veranın bloknotunda mənim ev telefonumun nömrəsi var idi. 
3 gün sonra Vera zəng elədi. Biz mənim evimdə görüşdük. Həmin gecə bizdə qaldı və biz ilk dəfə sevişdik. Şopenə qulaq asdıq. Çoxlu siqaret çəkdik. Vera uşaqlığından, məktəb illərindən danışdı...
 
Mənim adım Viktordur, Viktor Kateyev. 28 yaşım var. Yanımda uzanan qadın isə Vera Platonovnadır. Hər şey iki il əvvəl Bakı_Xarkov qatarının kupesində başlamışdı.
 
İndi barmaqlarımın arasında qırmızı "Marlboro” siqareti var, və saçlarım 2 il bundan əvvəlkinə nisbətən daha qısadır. Dünən gecə çox pis şey oldu, mən Veranı öldürdüm. Halbuki onu heç öldürmək istəmirdim, bəlkə də istəyirdim. Yan tərəfdəki otaqda bizim kiçik qızımız yatıb, daha doğrusu bayaqdan ağlayır.
 
Bu iki ildə çox şey dəyişdi, həkimlərin dediyinə görə mənim əqlimdə genetik xəstəlik üzə çıxdı. Həyatım getdikcə dəyişdi. İşdən çıxdım, bir neçə dəfə ruhi dispanserdə müalicə aldım, bu müddətdə Vera ilə evləndik.
 
Sonra xəstəliyim daha da ciddiləşdi, sonra daha pis şeylər oldu, Vera mənə xəyanət elədi, ev sahibi ilə münasibətlərimiz korlandı, yeni evə köçdük, mən iki dəfə intihara cəhd elədim, həkimlər mənə çoxlu ümüdlər verdilər, Vera mənə daha tez-tez xəyanət eləməyə başladı...
 
Və mən dünən gecə Veranı öldürdüm. İndi onun soyuq cəsədinin yanında uzanmışam, barmaqlarımın arasında  iki gün bundan əvvəl dostumun bağışladığı üç qutu qırmızı "Marlbro” siqaretinin sonuncusu tutmuşam və niyəsə gözlərim yaşarır, başım ağırlaşır, yatmaq istəyirəm... Amma icazə vermiyəcəklər. Bir neçə saatdan sonra səhər açılanda məni yəqin ki, ya dəlixanaya, ya da həbsxanaya aparacaqlar. Amma yəqin ki, əvvəlcə polis şöbəsinə. Hər şey necə də qatmaqarışıqdır...

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM