AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
STRATEGİYA.AZ YENİ AZƏRBAYCAN PARTİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİSSİYASININ KATİBİ, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR ELMAN NƏSİROVUN SİYASİ TƏHLİLİNİ SİZLƏRƏ TƏQDİM EDİR
Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına aprel ayının 9-da reallaşdırılan rəsmi səfəri iktərərəfli münasibətlərin inkişafı sahəsində yeni mərhələnin əsasını qoymuşdur. Səfər çərçivəsində Prezident İlham Əliyevin İranlı həmkarı Həsən Ruhani, ölkənin Ali Rəhbəri Seyid Əli Xamenei və digər yüksək rütbəli İran rəsmiləri ilə keçirdikləri görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlərin geniş spektrinə dair məsələlər müzakirə olunmuş və tərəflərin ortaq mövqelərə malik olduğu faktı öz təsdiqini tapmışdır. Həmin məsələlər sırasında, heç şübhəsiz, Ermənistan-Azərbayacan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qonşu dövlətin tutduğu ədalətli mövqenin rəsmi olaraq İran rəhbərliyi tərəfindən bəyan edilməsi strateji əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev İranlı həmkarı Həsən Ruhani ilə birlikdə mətbuat üçün verdiyi bəyanatında xüsusi olaraq vurğulamışdır ki, “Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir... İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə biz Sizə minnətdarıq.” Həmin mövqe İran Prezidenti Həsən Ruhani tərəfindən belə səsləndirilmişdir: “Biz onun tərəfindəyik ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapsın. Bizim mövqeyimiz belədir ki, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir.” Biz təsadüfən Azərbayacan və İran prezidentlərinin məlum münaqişə ilə bağlı mövqeyini vasitəsiz nitq şəklində təqdim etmədik. Məsələ ondadır ki, bu bəyanatlar Ermənistanda “siyasi partlayış” effekti yaradıbdır. İranın Ermənistandakı Fövqəladə və Səlahiyyətli səfiri Mühəmməd Rəisinin mart ayında erməni mətbuatına verdiyi müsahibəsində İran-Ermənistan münasibətlərini “xüsusi münasibətlər” kimi xarakterizə etdiyini tirajlayan erməni siyasətbazları çaşbaş qalıblar. Onlar il ərzində Prezident Həsən Ruhaninin Ermənistana səfərini təşkil etməkdən ötrü əldən-ayaqdan getdikləri bir vaxtda onun dilindən “regiondakı coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir” kimi son dərəcə dəqiq və obyektiv bir ismaric aliblar. Bu halda “siyasi şok” effekti yaşayan Ermənistan iqtidarı və onun dezinformasiya maşınının 2 variant üzərində baş sındırdıracağını proqnozlaşdırmaq çətin deyildi. Ya İran prezidentinə qarşı təbliğat kampaniyasına başlamaq və bununla da onun Ermənistana il ərzində gözlənilən səfərini ləğv etmək, ya da onun səsləndirdiyi fikirlərin guya ki, Azərbaycan KİV-də təhrif olunduğunu iddia etmək. “Cırtdan” Ermənistanın güclü regional dövlət olan İranla qarşıdurma yolunu seçməsi məlum səbəblərdən özünə “siyasi intihar” hökmü çıxarmaq anlamını verərdi. Deməli, Ermənistanın 2-ci varinatı seçəcəyi bu terrorçu dövlətin mahiyətindən irəli gələn məsələdir. Buna biz təəcüblənmirik. Zənnimizcə, Prezident Həsən Ruhani Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi məlum fikirlərə Ermənistandan gələn cəfəngiyat “şərhlə“ tanış olsa, ən azı “şərhə ehtiyac yoxdur” şəklində təəcübünü və qəzəbini ifadə edəcəkdir. Beləliklə, yalnız xəstə erməni təxəyyülünün “istehsal” etməsi mümkün olan nonsens yanaşmanı təqdim edirik: İran prezidenti regionda coğrafi sərhədlərin dəyişdirilməsinin qəbuledilməz olduğunu söyləyərkən 20 ildən artıqdır ki, mövcud olan qondarma “Dağlıq Qarabağ Respublikası”nın varlığı faktını nəzərə alıb və bu anlamda sərhədlərin dəyişdirilməsinin əleyhinə mövqe bildirib. Düşünürəm, fikirlərinin ermənilər tərəfindən bu qədər təhrif olunduğunu görən Prezident Həsən Ruhaninin qarşı tərəfə ilk reaksiyası başını silkələməklə, “siz təsəvvür etdiyimdən də artıq dinsiz və imansız məxluqlarsınız...” şəklində olardı.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM