Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...

15:26 / 05.10.2016

Mən müəllim ömrünün gecəsinin də, gündüzünün də şahidiyəm. Hərdən mənə elə gəlir ki, müəllim ailəsində doğulmağın özü də bir alın yazısıdır. Şam kimi gilə-gilə gündüz-gecə əriyə-əriyə illərin və nəsillərin yaddaşına hopan bir ömür yaşamaq hamıya qismət olmur. Tarixin bütün dönəmlərində adı gələndə insanı ayağa qalxmağa həm məcbur edən, həm də ona sevgidən sayğı nümayiş etdirməyə insanı sövq eyləyən bir ad var-müəlllim. Təzada baxın ki, kimə hörmətlə, səmimiyyətlə yanaşırıqsa, müraciət ediriksə ona müəllim deyirik.

Bu bir həqəqətdir ki, hər öyrədən müəllim olmur. O, xüsusi istedad, peşəkarlıq, səriştə və insansevərlik tələb edir. Evində öz övladına valideynlik hisslərini aşılaya bilməyəndən müəllimliyin ağrısına, acısına qatlanmağı gözləmək, məncə, əbəsdir. Dünyanın hansı nöqtəsindən baxsaq müəllim zirvəsini hər zaman uca görərik. Və bəşəriyyətin nicatının, qurtuluşunun yalnız elm olduğunu bizə təlqin edən insanlara bu gün bütün dünyada təzim edir, onlara sözün əsl mənasında xilaskar kimi baxırlar. Əbəs yerə deməyiblər insanın yaddaşına ona pisi və yaxşını öyrədən ömürlük həkk olur. Müəllim cəmiyyətin memarıdır. Bütün peşə sahibləri nəyisə ərsəyə gətirmək üçün bilik və bacarığını səfərbər edirlər. Müəllimin isə şah əsəri bilik verib sabahına işıq tutduğu, cahillikdən, nadanlıqdan qurtardığı, sözün əsl mənasında, çörək verdiyi mənəm, sənsən, odur, bizik. Yəni bəşəriyyət ona möhtacdır.

Bu yazımda onlar haqqında nəyisə rəngli, boyalı yazmaq fikrindən min ağac uzağam. Bizə şəhidlik zirvəsinin ucalığını da onlar göstərdi. Bizə Vətən uğrunda ölməyi, vuruşmağı, bizə müstəqilliyi qanımız bahasına almağı və qorumağı da müəllimlər öyrətdi.

Bu fikir körpüsünü əbəs yerə salmadım. Mövzum da, mətləbim də müəllimlərdir. Və indi gördüyünüz bu şəkildə müəllim zəhmətinin barı-bəhəri olan, bu il qəbul imtahanlarında yüksək nəticə göstərərk 600-dən yuxarı bal toplayan DİN-in Polis Akademiyasının müdavimlərini görürsünüz. Elə müəllim günü ərəfəsində onlarla görüşüb bir xatirə şəkli çəkdirməyim də əbəs yerə deyil. Onlar bizim fəxrimiz, uğurumuz, sabaha açılan nəfəsliklərimizdir. Dünyaya günəş kimi doğan Azərbaycanımızda belə gənclərin yetişməsi üçün neçə-neçə müəllim ömrü şam kimi əriyib, min bir əzaba, əziyyətə qatlaşıb. Onlar da zəhməti, qayğını itirməyiblər. Oxuyublar, öyrəniblər. Sabahın zabitləri olan bu kursantları bu gün Polis Akademiyası doğma ana qucağı kimi öz bağrına basıb. Onların təhsil alması

üçün burda hər cür şərait yaradılıb. İşıqlı, geniş dərs otaqları, mühazirə zalları, idman meydançaları gələcək perspektivlər vəd edir. Yetər ki, inamı və ümidləri doğruldasan.

Dərs ili yenicə başlasa da onların dərsə davamiyyətini, nizam-intizamını öyrənmək üçün Akademiyanın müəllimləri ilə söhbətləşdik. Əslində bu söhbətlərdə məqsədimiz həm də müəllimlərimizi xəyalən də olsa gənclik illərinə, özlərinin kursant olduğu dövrə qaytarmaq idi.

Akademiyada işlədiyim dövrdə onu dərin düşüncəli, hazırlıqlı, mütaliəli bir müəllim kimi tanıyırdım. Cinayət hüququ kafedrasının baş müəllimi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru Rəsul Rüstəmov. Həmişə nəyisə izah edəndə aram-aram danışar, sanki səsinin kimisə narahat edəcəyindən ehtiyatlanardı. O, Polis Akademiyasının sayılıb-seçilən müəllimlərindəndir. Elə özü də DİN-in Polis Akademiyasının məzunu olub. Yurda bağlılığı, vətənpərvərliyi, bilik və bacarığı ilə də kursantların hər zaman rəğbətini qazanıb. Hətta yerlərdə olarkən yetirmələrinin onu soruşması, adını hörmətlə çəkməsi heyrətimə səbəb olub və ürəyimdə: “Əsl müəllim belə olar” demişəm. Müəllim olmaq niyə çətindir sualıma cavab verməyə tələsmədi. Amma gözləri doldu. Hiss etdim ki, ilk müəllimini, onu işığa doğru aparan insanları xatırladı. Sualıma cavabı belə oldu: “Allahın rəsulu deyirdi ki, dörd adama savab düşür: Soruşana, öyrədənə, dinləyənə və bunları sevənə”. Bu sadalananlar bu gün müasir təhsil sisteminin konsepsiyasıdır. Hər peşəsini bilənə də müəlim deyilmir. Müəllim insanı kamilliyə səsləyir, şəxsi cilalayıb şəxsiyyət ucalığına qaldırır. Təkcə Azərbaycanımızın deyil, bütün dünyanın fəxri, elm fədaisi Lütfi Zadə deyir ki, “Müəllimim mənə ədəb dərsi öyrətdi, ədəb dərsi də mənə riyaziyyatı sevdirdi”. Bax budu müəllim ömrünün sirri-sehri…

Akademiyanın “Kriminalistika” kafedrasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent, polis polkovniki Allahverdi Mahmudovun tədris etdiyi fənnin DİO-da mühüm əhəmiyyətini həmkarları, yetirmələri, kursantlar yaxşı bilir. Bu gün o, kriminalistika elminin günü-gündən inkişafını, zamanın tələbinə uyğun olaraq tətbiq edilən yenilikləri, beynəlxalq təcrübəni izləyir, kursantlara peşəkar kriminalist olmağın sirrlərini aşılayır. Öyrətməyin çətinliyini və məsuliyyətini yaxşı bilir cənab polkovnik. 1992-ci ildən bu günə kimi auditoriyada gələcəyin zabitlərini cəmiyyətə hazırlayır. Deyir ki, dərs demək, bilik vermək dünyada ən böyük savabdır və millətin gələcəyini düşünənlər bu işə ürək qızdırmaqla bərabər, həm də öz ömürlərini gələcək üçün girov qoyanlardır.

Bu gün DİN-in Polis Akademiyası ilə yanaşı, general-leytenant Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə görülən işlər ürəkaçandır. Bu təhsil və təlim ocağı da gələcək polis əməkdaşlarının hazırlanması üçün günün tələblərinə cavab verir. Beynəlxalq müəllimlər günü ərəfəsində Məktəbə üz tutdum. Məktəbin həyətində nizamlı bir səliqə-səhman vardı. Böyük şam ağacları əhənglənmiş, budanmış və cərgə ilə yeni əkilmiş fidanlar isə əraziyə xüsusi gözəllik verirdi.

Tədris işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Çərkəz Hüseynovla söhbət zamanı gəlişimin məqsədini deyəndə sevincini gizlətmədi və bunu gözlədiyini dedi. Dedi ki, hər müəllim günündə “Mübariz keşikdə”nin səhifələrində müəllimlərə ünvanlanmış təbrik dolu yazılar bizləri də sevindirir, işimizdə dönüş yaratmağa, daha peşəkarlıqla çalışmağa sövq edir.

Haqqında yazacağım həmkarımı çoxu yaxşı tanıyır. Çünki təcrübəli, peşəkar bir polis əməkdaşıdır və öz təcrübəsini bölüşmək üçün bu gün Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə gənc nəslin, DİO-ya yeni qəbul olunmuş gənclərin yetişməsində zəhmətini əsirgəmir, müəllim ömrü yaşayır.

Onunla da ötən illərə qayıtdıq, çox mətləblərə aydınlıq gətirdik. Və beləcə söhbətimiz alındı. Polis polkovnik-leytenantı Mail Şıxıyev deyir ki, bu gün ölkəmizdə hara baxsaq, hansı yana üz tutsaq müəllim əməyinin bəhrəsini görəcəyik. Daxili işlər orqanlarında 1982-ci ildən xidmət edir və Məktəbdə "Xüsusi fənlər silsiləsi"nin rəisidir. Yaradılan şəraitdən razılığını bildirir. "Xüsusi hazırlıq" fənninin yeni interaktiv təlim metodlarına uyğun aparılmasını, tədrisdə "Qalereya", "Zehni hücüm" və "Ziqzaq" üsulları tətbiq olunduğunu xüsusi qeyd edir. Adı çəkilən üsulların həyata keçirilməsində əsas məqsəd dinləyiciyə verilmiş tapşırığı yerinə yetirərkən öz bilik və bacarığını tam olaraq sərgiləməyə imkan verməkdir. Bu kimi fənlər keçirilərkən hər bir mövzuya uyğun videofilmlər göstərilir. Bayır xidməti əməkdaşlarına vətəndaşlarla qanunun tələb etdiyi şəkildə ünsiyyət qurmağın bütün tələbləri öyrədilir. O da “Hər adamdan müəllim olmaz” fikri ilə razıdır. Bu peşənin sirrlərini öyrənmək üçün savadla, ünsiyyət qurma bacarığı ilə yanaşı, psixoloji üstünlüklər də vacibdir deyir. Onu da deyir ki, xidmətimizin bel sütunu ünsiyyətdir. Çünki polis əməkdaşı hər zaman xalqın içindədir və ona vətəndaş tərəfindən bütün situasiyalarda müraciət oluna bilər. Bu baxımdan polis əməkdaşı nəzakəli olmalı, etik davranış kodeksinin və polis haqqında Azərbaycan Respublikası Qanununun bütün maddələrinə riayət etməlidir.

Etik çərçivədən kənar bir ünsiyyət əlbəttə ki, heç kimin xoşuna gəlməz və bu da şübhəsiz ki, vətəndaşlar tərəfindən haqlı narazılıqlarla qarşılanar.

O da, etimadı doğruldan, peşəkarlığa can atan, öyrətmək üçün öyrənən, peşəsinin incəliklərinə yiyələnməkdən ötrü hər bir çətinliyə sinə gərən polis əməkdaşıdır. Aqşin Əlizadə daxili işlər orqanlarında 2000-ci ildən xidmət edir. 2005-ci ildə DİN-in Polis Akademiyasını bitirib. DİN-in A.N.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin “Xüsusi fənlər” silsiləsinin müəllimi vəzifəsində çalışır, polis mayorudur. Məktəbin rəhbərliyi ilə söhbət edərkən gənc müəllimlər arasında onun adını xüsusi olaraq vurğuladılar. Keçən illər ərzində müəllim kimi özünü təsdiqləyib. Gənc olsa da daxil olduğu auditoriyada yaratdığı ab-hava ilə dinləyicilərdə elmə, təhsilə maraq oyadır. Yaradılan şərait işləməyə, inkişaf etməyə stimul verir deyir polis mayoru Aqşin Əlizadə. Bu tədris müəssisəsində son illər dinləyicilərin daha keyfiyyətli, müasir tələblər səviyyəsində təhsil almaları, polis peşəsinin sirlərini daha dərindən mənimsəmələri üçün xeyli iş görüldüyünü, tədrisin müasir Avropa standartlarına uyğun qurulması üçün yeni üsul və metodlar tətbiq olunduğunu, ixtisaslaşdırılmış fənn kabinetlərinin yaradıldığını, kompyuter bilgilərinin və ingilis dilinin tədrisinə başlanıldığını məktəbin uğurlarından sayır.

Beynəlxalq müəllimlər günü ərəfəsində onlarla görüşmək, söhbətləşmək gələcəyə olan inamımı birə-beş artırdı. Sevindim ki, bu gün asayişi qoruyan, sabitliyin keşiyində ayıq-sayıq dayanan həmkarlarımızın yetişməsində böyük əməyi, zəhməti, işığı olan savadlı, səmimi, dünya təhsil sisteminə inteqrasiya edən müəllimlərimiz, öyrətmənlərimiz var.

Bayramınız mübarək, əziz müəllimlər və dəyərli həmkarlarımız.

P.S. Bu gözəl gün münasibətilə Nərimanov rayonunda yerləşən 177, 178 və 200 nömrəli məktəblərin müəllim kollektivini də səmimi qəlbdən təbrik edir, dəyərli müəllimlərimizə, aydınlarımıza uzun ömür, cansağlığı və haqq işlərində uğurlar arzulayıram.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM