Bütün dillərdə azadlıq sözü var. Hərdən elə düşünürəm ki, daim azadlıq axtarışında olan insan övladının bədəni onun ruhunun qəfəsidir yaranışdan. Azadlıq hər yerdə, suda, quruda, havada eyni ölçüdədir, yetər ki, ona görə biləsən, duya biləsən və onu istəyəsən. Yaradan dünyanı insanın azadlığı üçün yaradıb və yer kürəsi azad yaşamaq üçün hamıya, hər kəsə çatardı əgər bizlər onu tikanlı məftillərlə sərhədlərə bölməsəydik. İnsan öz azadlığının qənimidir.
Yaradan tərəfindən bizə bəxş olunan azadlığı bölmək üçün tarixdə adının üstündən sükutla keçdiyimiz iki böyük müharibəyə səbəb olmuşuq. Allah üçüncüdən qorusun…
Millət olaraq özümüzü anladığımız, keçdiyimiz tarixi yol bu gün miflərə, əfsanələrə dönən bir gündən, bu günə kimi hürr yaşamaq qanımıza işləyib, ruhumuza hopub. Ancaq zaman-zaman başımızdan əsən qara yellər bu şirin neməti də bizə çox gördü. Genimizə, qanımıza elə daraşdılar ki, sanki hər hansı bir beyin mərkəzində əvvəlcədən hazırlanmış proqram əsasında dünyanı lərzəyə salacaq düşməni məhv etmək istəyirlər. Bəli, elə onların fikri bizləri məhv etmək idi. Çünki var oluşumuzu, hardan-hara gəlib getdiyimizi, elə tanrı məqamındakı ucalığımızı da yaxşı bilirdilər. Bilirdilər ki, biz dünyanın xilaskarları ola bilərik. Biz insanlara haqqı-azadlığı, hürr yaşamağı öyrədə bilərik. Dünən olduğu kimi bu gün də insan övladının ölümünə bais olanlar ədalətimizə sığınanları necə insansevərliklə bağrımıza basdığımızı görüb daha qara, daha çirkin yollara əl atdılar. İnsan insandan soyudu. Ayaq üstə gəzən dəmir parçaları dolaşdı yer üzündə.
Qanı-qandan, canı-candan ayırmağın ustası olanların təbliğat maşını var gücü ilə işləsə də min illiklərdən yol gələn işıq selinin qarşısını kəsməkdə aciz idi. Azadlığın işığı sönmür fikrinə ömürlərini həsr edənlər yaradılışdan boy verən oyanışın ilk qığılcımlarını görürdülər, hiss edirdilər…
Olanları sadalamaqla “Keçənə güzəşt deyərlər” yaramızı qanatmaq istəmirəm. O yara-Gülüstandı, Türkmənçaydı, elə bu gün də qan verir…
Bütün türk dünyasında və Şərqdə Azərbaycan Xalq Cümhuriyyəti adında bir günəş doğdu. Yenə də dostlar sevindilər, düşmənlər isə..
Düşmənlər isə dinc dayanmadılar. Soyu-kökü bəlli bir millətin tarixi böyüklüyünə qayıdışa bir addımlıq yol idi yaradılmış yeni dövlət. Sərvəti ilə təkcə özünü yox, bütün qandaşlarını, yurddaşlarını da ağ günə, işıqlı sabahlara çıxarda,
yurda qul, yurda oğul övladlarının uzaqgörənliyi, vətənpərvərliyi və qorxmazlığı onu tezliklə ucalara qaldıra bilərdi. Qarşısı alınmalıydı, dayaqları çökdürülməliydi. İçimizdəki fitilləri yandırmaq üçün dağıdıcı siyasətin düyməsi basıldı. Parçalamağı, yağmalamağı, özündən güclülərin qoltuğuna sığınmağı “böyüklərindən” öyrənmişlər üçün məhv etmək, kimisə, nəyisə yerindəcə boğmaq elə də çətin deyildi…
23 ay…
O dövrü bir anlıq da olsun gözlərinin önündən keçirəndə damarında qanın necə donduğunu, özündən xəbərsiz yumruqlarının necə düyünləndiyini hiss edirsən. Canına üşütmə düşür. Gülləyə qənaət etmək üçün düşünən başları yan-yana düzüb nişan alanların tətik çəkən əllərini xəyalında qırıq-qırıq, doğram-doğram, xıncım-xıncım edirsən. Biz nələr yaşamadıq, bizə nələr yaşatmadılar…
Günəşdən nur əmən dənizgözlü, bir millətin, bir dövlətin var olduğunu rənglərində ehtiva edən bayrağımızın enməyini Allah bizə bir daha göstərməsin...
Düz yetmiş il unutdurmağa çalışdılar. Düz yetmiş il əzməyə, bütövlüyümüzü parçalamağa çalışdılar. Ana dilmizdə səslənən türkülərə, şərqilərə qoyulan yasaqlara ah çəkdik, ağı yaladıq.
Xəzər kimi, Qara dəniz kimi çırpındıq. Yenə də lütfünü bizdən əsirgəmədi Yaradan. Yenə bir günəş doğdu içimizdən. Heydər günəşi. Soyunu-kökünü, kimliyini bilən, millətinə sevdalı bir oğul çətinliklərdən, qaranlıqlardan keçə-keçə bu günümzə doğru yol almağa başladı. Uzaqgörənliyi, qətiyyəti, bütün varlığı ilə işinə, peşəsinə can yandırmağı onu ucaltdı. Quyu qazanları da çoxaldı, gölgəsini qılınclayanları da. Amma Haqqın nidası, elin sədası qorudu onu. Hər şeydən xəbardar idi. Bilirdi ki, əzizlərinin, doğmalarının və ən nəhayət millətinin qanına susayanlar hər addımda onu yıxmaq, ona qara yaxmaq istəyirlər. Gəlişi çox möhtəşəm oldu. Adı kölgədə qalan Azərbaycan tezliklə bütün sahələrdə göz qamaşdırdı. Əldə olunan uğurlar təkcə onun deyil, bütün millətinin adı ilə bağlı idi. Zaman xeyrimizə işləyirdi. Dediyi fikirləri, qaldırdığı məsələləri SSRİ rəhbərliyi dözümlə qarşlayırdı. Çünki çəki-düzən verdiyi, siyasi proseslərə deyil, iqtisadi yüksəlişlərə təkan verəcək hər bir fikrinin sahibi idi.
Və zaman gəldi. Bəlkə də o dövrdə SSRİ tərkibində olan heç bir dövlətin rəhbəri ürək eləyib bu addımı atmazdı. Ancaq bunu O etdi.
Heydər Əliyev respublikanın rəhbəri kimi parlamentin gücündən məharətlə istifadə edərək xalqın milli-mənəvi sərvətlərinin qorunub saxlanması və inkişafı üçün Azərbaycan dilinə dövlət dili statusunun verilməsi məsələsini
gündəmə gətirdi. IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII növbədənkənar sessiyasında, 1978-ci il aprelin 21-də Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Yeni Konstitusiyada respublika üçün ən əhəmiyyətlisi Azərbaycan dilinin dövlət dili elan olunması haqqında 73-cü maddənin qəbulu idi. O vaxtlar Sovet ideologiyası insanların yeni tarixi birliyi olan Sovet xalqının yaranmasını bəyan etmişdi. Bununla əlaqədar SSRİ məkanında rus dili hökmran dil kimi təbliğ edilirdi. Belə bir şəraitdə, yalnız Heydər Əliyevin yenilməz iradəsi sayəsində 73-cü maddənin qəbulu mümkün oldu. Çox gərgin keçən müzakirələrdə Heydər Əliyev Sovet İttifaqının o dövrkü rəhbərliyini bu müddəanın saxlanmasına inandıra bildi. Bu ulu öndərin uzaqgörənliyi idi…
Əsarətə ilk töhfəmiz dilimiz oldu. Bəlkə də obrazlı yanaşmadı, o zaman erməniləşmiş Bakıda rus və erməni dili ayaq açıb yeriyirdi. Bölgələrdən gələn soydaşlarımıza isə ana dilində danışdıqlarına görə yanaşma o dövrün insanlarına yaxşı bəllidir.
Əsarət zəncirinin həlqələri qopduqca, insanların azadlıq istəyi bir kəndi, bir şəhəri deyil, artıq respublikaları əhatə edirdi. Rəhbərlik özünü itirmişdi. Azadlıq havasına qol qaldıranları susdurmaq üçün bircə yol vardı: qan tökmək.
Bax elə tökülən qanlar torpağa hopduqca hər yerdən azadlıq göyərməyə başladı. Açan gül də, daşı dəlib çıxan ot da vaxtilə azadlıq deyib canlarının fəda edənlərin son nəfəsi kimi dilə gəldi. İnsan selinin qarşısını heç kim, heç nə kəsə bilmədi.
Tarixi sadalamaq istəmirəm. 1993-cü ildən, Qurtuluş günündən bu günə kimi Azərbaycanın qazandığı uğurların, inkişafının hər birimiz şahidiyik. Ən ümdəsi, müstəqilik, azadıq. Bayrağımız isə dünyanın hər bir nöqtəsindən görünür…
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM