Ayrılıq ölüm deyil...

10:15 / 15.04.2014

Bütün ayrılıqların sonunda itirmək və unudulmaq qorxusu var. Onsuz da insan tez unudur fikri hörümçək toru kimi yaranışdan bu günə kimi hamını, hər kəsi öz təsiri altına salıb və yaddaşımızdan kiminsə, nəyinsə ya bir xoş xatirə şəklində, ya da digər formada unudulması ağrıdır bizi.

Bu şübhəsizdir ki, hər bir insanın ömründə işıqlı dünya ilə nə vaxtsa vidalaşmaq səhifəsi var və onun da altında ömrün sonuncu akkordları ilə paralelləşən ayrılığın imzası. Fərqi yoxdur hansı rəngdə...

Ayrılıq hissini yaşadığımıza görə sevənlərin ayrılması (təkcə sevənlərinmi?) hekayətinə qulaq kəsilib sonra ürəyimizin nisgili ilə üzbəüz qalıb nakam talelərə acımışıq. Ümumiyyətlə insanın taleyi, onun sevinci, onun faciəsi həmişə maraqla izlənib. Məncə hər insanın özünə oxşar bir ayrılıq şəkili, ayrılıq mu¬siqisi var. Amma nə yaxşı ki, ayrılıq və yaxud da ayrılmaq peşəyə və vərdişə çevrilməyib. Onda görəsən dünyanın axırı necə olardı...

Bəzən dilimizin lüğət tərkibinin bədbin notlar üzərində köklənmiş sözlərlə dolu olmağı məni çox düşündürür və əlbəttə ki, düşünə-düşünə cavab tapmaq problemi ilə qarşılaşıram. Ayrılıq haqda filirləşəndə həmişə gözlərimin özünə Vətənim-Azərbaycan gəlir. İçimdə bir istək baş qaldırır. Bəlkə bundan sonra xəritədə, ədəbiyyatda Azərbaycan yox, ayrılıqlar ölkəsi yazaq.

Ayrılıq ölüm deyil, amma 1813-dən və 1828-dən bu yana ayrılıq öldürdü bizi...

O, yaşamını anlamlı etmək üçün mənsub olduğu böyük bir məmləkətə həqiqi vətəndaşlıq etmək niyyətində idi. Məhz belə olmasaydı Tanrı dərgahında öz gerçəkliyinə bu qədər yaxın düşə bilməzdi. Tanrı sevgisinə qovuşaraq yaşamaq üçün boynuna düşən missiyanı layiqincə həyata keçirə bilsin deyə həmişə ölümə hazır olması ilə bir həyat fəlsəfəsi yaratmışdı özü üçün. Vətənsizliyin, yurdsuzluğun acısını daşımağın teoremini isbatlamaq çətin olsa da, mizanı pozulmuş dünyada hələ haqq itməmişdi. Çünki onu itməyə qoymayan oğullar yaşayırdı hələ.

Eldar Abdulla oğlu Babayev 1962-ci ilin martında qədim Azərbaycan torpağı olan indiki Ermənistanın Zəngibasar mahalının Rəncbər kəndində doğulmuşdu. 3 bacının bir qardaşı idi. Orta məktəbi qızıl medalla bitirib Azərbaycan İqtisad Universitetinə daxil olmuşdu. Elə həmin il də Leninqrada (indiki Sankt-Peterburqa) hərbi xidmətə yollanmışdı. Bir türk övladı kimi hərbi xidmətdə olarkən öz nizam-intizamı, səmimiyyəti, savadl olması ilə komandirlərin diqqətini çəkmiş, müxtəlif millətlərdən olanların içərisində fərqlənməyi bacarmışdı. Hərbi xidmətdəki uğurlarına görə dəfələrlə təşəkkür, medal, fəxri fərman almışdı. Əsgərlikdən serjant rütbəsi ilə qayıtdıqdan sonra  1981-ci ildən Bakı şəhərində DİO-da serjant kimi xidmətə başlayıb. İlk iş yeri Mühafizə İdarəsi olub.

Maraqlı nüansdır. Niyə məhz Mühafizə? Bu onun gələcək ömür yoluna ilahinin göndərdiyi bir mesaj idi. Dövlət əmlakını, dövlət obyektini qorumaqdan keçən yollar sonradan Vətənin mühafizəsinə də aparacaqdı onu...

Hələ o zaman tələbə olan və hər telinə ömrünün bir ilini bağladığı Səltənət Mustafayeva ilə 1987-ci ildə ailə qurması ömrünə gün kimi doğur. Xoşbəxtliyin qapısını döyüb onun kəndarından içəri keçənlərin içində onlar da var idi. Arzu dənizində qoşa üzmək, çətinliklərə sinə gərmək üçün uzun bir yola çıx¬mış¬dılar. Bu yolun sonunda isə...

Bütün yolların sonunda ayrılıq var, çünki yollar da nə vaxtsa ayrılır. 1988-ci il hadisələri artıq yenidənqurma ideyasını irəli sürənlərin dünyanın dillərə və dinlərə ayrılması üçün cızdıqları planları açıqdan-açığa sərgiləməyə başlamışdı. Qafqazda “sunami təhlükəsi” nə yol açan bir zəlzələ ocağı yetişmişdi ki, mərkəzi yenə də Azərbaycana düşürdü. İnsan seli 1988-ci ilin noyabrından Azərbaycan sərhədlərinə doğru baş alıb gəlirdi. Qarşısını almaq istəyənlər isə tapılmırdı.

Zəngibasar eli də selə qoşulmuşdu. Ata-baba ocağının külünü göyə sovurmuşdu “kirvə”lərimiz. Doğulduğu torpağı bir daha görməmək hissini qəlbinə yaxın buraxmaq istəməsə də artıq göstəriş yuxarılardan verilmişdi. 90-ci ilin yanvar qırğını isə minlərlə vətənpərvər oğul və qızlarımız kimi onu da qisasa ha¬zır dayanan bir cəngavərə çevirmişdi. Torpağımızı itirsək də azadlığımıza sahib çıxacağıq şüarı   ilə meydanlara atılmaq üçün məqam gözləyirdi. İlk şəhidlərin gəlmə xəbəri onun səngərə getmək, Vətənin müdafiəsinə qalxmaq istəyinə təkan verdi.

“Onu ailənin yeganə övladı olduğu üçün Qarabağa aparmırdılar. Həmişə mübahisə edirdi ki, erməni qan içənləri ana-bacılarımızı qanına qəltan edir, namusuna toxunur məni də burda tək oğulam deyə döyüşə getməyə qoymursunuz. Yurdumuzdan, yuvamızdan qovdular bizi, yaxşı bəs indi nə istəyirlər?” Şəkillərə sığal çəkə-çəkə danışdıqca Səltənət xanımın ağaran saçlarında ayrılğın, həsrətin izini görməmək mümkün deyil.

 Nəhayət 1991-ci il avqustun birində cəbhəyə yola düşür. Fiziki hazırlığı, silahdan istifadə bacarığı ona çətinliklərdən çıxmağa kömək edir. Azərbaycan uğurunda vuruşmaq, itirdiyi yurd-yuvasının, öldürülən uşaqların, qanına qəltan edilən qız-gəlinlərin düşmənlərdən qisasını almaq üçün sinəsi səngər oğul¬larla birlikdə çox qanlı döyüşlərdən salamat qurtulur. 1991-ci ilin avqustun 20-də Goranboyun Buzluq kəndi ətrafında gedən döyüş isə onun son döyüşü olur. Hələ 30 yaşı olmamışdı...

Sətənət xanım deyir ki,  avqustun 18-i idi. “Günün ekranı” xəbərlər proqramı gedirdi. Aparıcı dedi ki, ermənilərin Goranboya hücumu zamanı iki polisimiz şəhid olub. Bir anlıq mənə elə gəldi ki, onlardan biri Eldardır, ancaq yenə də özümü tox tutmağa çalışdım. Həm də 17-si mən onunla danışmışdım, mənə ürək-dirək vermişdi ki, tezliklə qayıdacam. İçimi yeyə-yeyə qalmışdım. Nə atası, nə qardaşı vardı ki, gedib ondan bir xəbər bilsin. Mənim və bacılarının əlindən nə gəlirdi ki...

  O vaxt Müdafiə Nazirliyinin rəhbərliyinin qəbuluna getdim və gördüyüm biganəlik, insan taleyinə etinasız yanaşma mə¬ni yandırdı. Mən təkcə ailə başçısını, ərimi itirməmişdim. Axı qardaşsız qalan bacılara, atasız qalan körpələrimə nə de¬yəcəkdim?...

Döyüş yoldaşlarının dediyinə görə ermənilər hücüm eyləyəndə o postda idi. Özünü səngərə atdı və qışqırdı ki, mənə avtomat darağı verin. Sentyabr ayının 1-də döyüşçülərimiz onun meyitini tapanda üstündə 6 ədəd boş avtomat darağı var idi. Boynunun arxasından snayper gülləsi dəymişdi. Qəbri İkinci Fəxri xiyabandadır. Hələ o vaxt SSRİ-nin “Qırmızı ulduz” ordeni və 1995-ci ildə isə ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə ölümündən sonra “İgidliyə görə” medalı verildi. 2004-cü ildə cənab Prezidentimiz İlham Əliyev tərəfindən ailəsi evlə təmin olundu. Səltənət xanım deyir ki, bu onları çox sevindirsə də nisgilimizi də artırdı. Çünki o evdə Eldarın yeri görünür...

 Bu gün Bakı şəhərinin Binəqədi rayonunun “Varovski” deyilən qəsəbəsində şəhidimizin adını daşıyan bir küçə var.  Bəlkə də burdan keçənlərin çoxu onu tanımır. Ancaq onu tanıyanlar, onun əzizləri olan Fidanla Sahilə yaxşı bilirlər ki, onların ataları kim olub. 

Şəhid olmasından 20 il keçsə də hər avqustun 18-i onun xatirə günü qeyd olunur.

Bu gün onun yarımçıq qalan ömrünü bütün Azərbaycan, yarımçıq qalan xidmətini isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşı, uşaqlarının anası polis polkovnik-leytenantı Səltənət Mustafayeva davam etdirir.

P.S ..Dünyadan köçəndə kimini bir qoşun aparır, kimi də Vətən uğurunda döyüşdə ürəyinə dəydiyi qurşunu. Bunları da anası Zəhra nənə dedi...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM