Sabahı bu gün düşünək...

13:08 / 07.11.2016

 

 

Bir neçə gün bundan öncə keçirilən tədbirdən kiçik bir xəbər hazırlamaq çətin deyildi. Düzü, tədbirdəki bəzi nüansları qəlibə salmağa, ordakı müşahidələrimi konkretləşdirməyə ürəyim gəlmədi. Həm də gördüklırimi yazmağa imkan var ikən niyə xəsislik etməliydim ki?..

Diqqətinizə çatdırım ki, insan oğlunun qəniminə, əsrlərin bəlasına (söhbət XX və XXI əsrdən gedir) çevrilən narkomaniya ilə mübarizəyə bu gün bütün dövlət qurumları səfərbər olub. Əlbəttə ki, onunla daha ciddi mübarizəni isə polis aparır. Polis təkcə mübarizə aparmır, həm də bu bəlaya düçar olmamaq üçün gənclər, yeniyetmələr, elə böyüklər arasında da profilaktiki tədbirlərin geniş təbliğatına da xüsusi diqqət yetirir. Çünki qapımızı döyən bəlanın hər birimizi, xüsusən də gəncliyimizi hədəf almasının fərqindəyik.

Elə Səbail RPİ-nin, Ombudsman aparatının, Səbael RİH-nin əməkdaşlarının da iştirak etdiyi 162 və 51 nömrəli məktəblərdə keçirilən tədbirlərin də əsas qayəsi bu idi. Necə edək ki, cəmiyyətimizin hərəkətverci qüvvəsini, sabahına inandığımız, səngərdə əsgər, idman arenalarında bayrağımızı qaldıran, himnimizi səsləndirən güclü idmançı, auditoriyada müəllim olan gəncliyimizi zərərli vərdişlərdən, pis əməllərdən qoruya bilək...

162 nömrəli məktəbdə olarkən şagirdlərin biri-birinə “Bu dəfə də polislər, deyəsən, bizə yenə narkomaniyadan danışacaq” pıçıltısını eşitdim və ürəyimdə buna çox sevindim. Sevindim ki, doğurdan da Azərbaycan Polisi ona verilən bütün tapşırığın, göstərişin öhdəsindən layiqincə gəlməyə çalışır. Bu tanış mənzərə ondan xəbər verirdi ki, həmkarlarımız mütəmadi məktəblərdə olur, zamanın və polis peşəsinin tələbinə həm də vətəndaş yanğısı ilə yanaşırlar.

Məktəbin akt zalı dolmuşdu. 9,10,11-ci sinif şagirdləri ilə yanaşı, 7-ci, 8-ci sinif şagirdlərinin tədbirdə nümayiş etdirilən videoçarxdan sonra üzünə baxanda bir qorxu, həyacan gördüm. Narkomaniyanın təkcə bəla yox, həm də ölümü tezləşdirən sarsıdıcı əzab olduğunu gözləri ilə görən şagirdlər onun qurbanı olanların taleyinə acıyırdılar.

RPİ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Hüseynov bu gün dünyada narkomaniyanın gəncləşdiyinə diqqət çəkib 200 milyondan çox insanın onun təsiri ilə həyatla vidalaşdığını qeyd etdi. Narkotik vasitələrin becərilməsinin. əkilməsinin, daşınmasının, qanunsuz dövriyyəsinin,

istifadəsinin cinayət əməli olmasını və cinayət məcəlləsində bu kimi əməlləri törədənlərin həbsi ilə bağlı qətimkan tədbirinin seçilməsini də bildirdi.

İnsan üçün ən şirin nemətin azadlıq olduğunu vurğulayan RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Anar Nağıyev DİN rəhbərliyinin göstərişi ilə keçirilən belə maarifləndirici tədbirlərin Səbael rayonunda yerləşən təlim-tədris ocaqlarında mütəmadi keçirildiyini və bunun effektli olduğunu dedi.

Narkomaniya ilə mübarizədə valideyn, məktəb-müəllim və polis üçlüyünün vəhdətinə diqqət çəkən polis mayoru Gülzar Əliyeva artıq qızların da siqaret çəkməsi hallarına rast gəlindiyindən danışdı. Bəzi orta məktəblərdə qızların siqaret çəkməsi isə problemin ciddiliyindən xəbər verir. Bununla bağlı da polis həyacan təbili çalmaqdadır...

“Kimin sualı var” deyəndə şagirdlərdən biri əlini qaldırıb: “Siqaret çəkmək cinayət əməlidirmi” sualını verdi. Düzü, bu sualı gözləmirdik. Polis mayoru Gülzar Əliyeva “Siqaret çəkmək cinayət əməli deyil” cavabını verəndə söhbətə qoşulmağı özümə borc bildim. Dedim: “Əziz şagirdlər, siz valideyn himayəsində yaşayırsınız. Heç bir yerdən qazancınız, gəliriniz yoxdur. Məktəbdə nəsə almaq üçün valideynləriniz sizə cibxərcliyi verir. Sizlərdən bəziləri isə, siqaret çəkənləri nəzərdə tuturam, o pulu siqaretə verirlər. Düzdümü?”. Şagirdlərdən iki-üç nəfəri “bəli” dedi. Onlar siqaret çəkənlər idi...

Və sözümə davam etdim: “Valideyn pul verməyəndə isə siqaret çəkən şagird dostuna, tanışına ağız açır. Rədd cavabı alanda isə pərt olur. Sonra həmin şagird siqaret “azarını” öldürmək üçün oğurluğa əl atır. Atasının cibindən, anasının pul kisəsindən oğurluq edir. Beləcə, siqaret həmin şəxsi cinayət törətməyə, oğurluq etməyə istiqamətləndirir..

Ombudsman aparatının əməkdaşı İlahə Əfqanlı şagirdlərə uşaq hüquqlarından, dövlətimizin uşaqlara, onların sağlamlığına, təhsilinə ayırdığı diqqətdən söz açdı, onlara bukletlər payladı...

51 nömrəli məktəbin foyesindəki stend diqqətimi çəkdi. Burda məktəbin şəhid məzunlarının adları və şəkilləri verilmişdi. Həmin adları sakitcə qeyd dəftərimə köçürdüm.

Burda da narkomaniya, erkən nikah və dini radikalizmlə bağlı şagirdləri maarifləndirdik. Onlara zərərli vərdişlərdən uzaq durmağı, yaxşı oxumağı, hər zaman biri-birindən gözəl əməllərlə fərqlənmələrini tövsiyə etdik...

Beynimdəki fikri onlara çatdırmaq üçün məqam yetişmişdi. DİN Mətbuat Xidmətinin əməkdaşı kimi mənə söz veriləndə “Əziz müəllimlər və əziz şagirdlər, xahiş edirəm, indi adlarını çəkdiyim şagirdlər ayağa qalxsın”,- dedim. Zala bir anlıq sükut çökdü. Hətta yenicə təyin olunmuş məktəb direktoru Tərlan Bayramova da tutulan kimi oldu. Adları bir-bir oxumağa başladım: “Daşqın Səmədov, Müşfiq Nəbiyev, Zülfüqar Atəşli, Vaqif Mehbalıyev, Elçin Əzizov, Şahlar Allahverdiyev, Vüsal Hacıbabayev və Camal Əliyev”...

Adları çəkilən şagirdlərin heç biri zalda yox idi...

Bu səhnə Aqil Abbasın “Çadırda Üzeyir bəy doğula bilməz” romanında var. Müəllim uçulub-dağılmış sinif otağında xəyalən şəhid olmuş şagirdləri ilə danışır...

Mənə elə gəldi ki, bir anlıq hamı donub. “İndi də gəlin onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək” deyəndə hamı bir nəfər kimi ayağa qalxdı. Müəllimlər isə kövrəlmişdi...

Əsrimizin bəlasına və bu gün ən xırda məişət problemi kimi gündəmi zəbt edən, hətta ailə faciələrinə yol açan erkən nikahlara həsr olunmuş tədbirdə yaşananları sizlərlə bölüşməklə diqqətinizi, fikrinizi bir məcraya yönəltmək istədim, əziz oxucular. Gəlin, birlikdə gəncliyimizi, gələcəyimizi qoruyaq, tariximizə, keçmişimizə sahib çıxaq, bugünümüzü isə elə yaşayaq ki, gələcəyə nəyisə miras qoymağa üzümüz, deməyə sözümüz olsun...

 

Hafiz Təmirov,

polis mayoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM