Konyuktura və azadlıq

10:54 / 17.04.2014

  Azadlıq fərdlərə müəyyən hüquqların verilməsini əhatə edən anlayış olmasına baxmayaraq, hər bir cəmiyyət və dövlətdə cəmiyyətin dinamiklərinə uyğun formalaşdırılmaqdadır. Dini və elmi sübutlar göstərir ki, insanlar həm bioloji, həm də sosial mənada, eyni zamanda, dünyagörüşündən irəli gələn görüşlərinə görə bənzər ola bilməz. Bu hal normal qarşılanmalı olduğu halda, bəzən xaos və cəmiyyətdaxili parçalanmalara səbəb olduğu tarixdən bəllidir.

Əgər hər hansı bir cəmiyyətdə sabit, əksəriyyət tərəfindən qəbul olunan,  hər kəsi əhatə edən qanunlar yoxdursa, o zaman güc kimdədirsə, qanunları da o müəyyən edər və belə olduğu halda, cəmiyyətdə xaos yaranar, cəmiyyət inanclarına, siyasi görüşlərinə görə bölünər və intiqam hissi alovlanar.

Cumhuriyyət yarandıqdan sonra bu tendensiya Türkiyədə də təkrarlandı və mühafizəkarlıq cəhalətin əlaməti olaraq  təsvir olunmağa başlandı, yalnız Fransada mövcud olan “laik” dünyagörüşü yayılmağa başladı. Bu hal isə mühafizəkar əsaslı bir cəmiyyət olan Türkiyədə uzunmüddətli gərginliyin təməlini atmış oldu.

Bu proses təkpartiyalılıq dövründə davam etdi və mühafizəkar insanlar fikirlərinə, yaşayış tərzlərinə görə təqiblərə məruz qaldılar. Ancaq Demokrat Partiyasından sonra bu vəziyyət tədricən dəyişməyə başladı. Çünki altı əsr Osmanlı imperiyası daxilində mühafizəkar qaydalarla idarə olunmuş bir cəmiyyəti (digər dinlərin mənsubu olan millətlər dini inanclarına görə yaşamaqda sərbəst idilər) qısa müddətdə dəyişmək məqbul deyildi, əks halda, bu cəmiyyətdə xaosa səbəb ola bilərdi.

Buna baxmayaraq, mühafizəkar insanlar yaşayış tərzlərindən ötrü cəmiyyətdə ayrı-seçkiliklə qarşılaşdılar, hicab geyinən qadınlar nəinki dövlət qulluqçusu olaraq işləyə bilməz, hətta ali təhsil belə ala bilməzdilər. Lakin bütün bu qadağalar dindarları qorxutmağa kifayət etməmişdi, inanc ətrafında birləşən insanlar müxtəlif camaatlar şəklində fəaliyyətlərini davam etdirə bilmişdilər. Ciddi təqiblərə baxmayaraq fəaliyyətlərini davam etdirən mühafizəkarlar siyasətdə də varlıqlarını Milli Nizam (1970-1971), Milli Selamet (1972-1981), Refah Yol (1983-1998), Fəzilət (1997-2001), Səadət (2001) partiyaları ilə göstərməyə başladılar, lakin artıq müəyyən kadr potensialına sahib mühafizəkar partiyaları 90-cı illərdə daha aktiv fəaliyyət göstərməyə başladılar. Refah Yol partiyası qurulan koalisiya hökumətində öz yerini aldı (1996), ancaq 28 fevral postmodern çevrilişi (1997) ilə müqabil Refah Yol partiyası bağlanmış, rəhbəri Ərbakanın siyasi fəaliyyətinə qadağa gətirilmişdi. Lakin 1999-cu ildə yeni bir mühafizəkar partiya Fəzilət partiyası 111 millətvəkili ilə (15 faiz) parlamentdə (TBBM) təmsil olunmaq hüququ qazandı və bu millətvəkilləri içərisində hicablı bir namizəd də vardı - Mərvə Kavakçı. İstanbuldan millət vəkili seçilən Mərvə Kavakçıya qarşı daha and içməmişdən əvvəl mətbuat orqanlarında ciddi təzyiqlər başlamışdı, heç şübhəsiz, bu cəsarəti hökmranlığının son günlərini yaşayan laik siyasətdən alan yazarlar, hicab geyinən bir qadının millət vəkili adıyla TBMM-də əyləşməsinin azadlığa, laikliyə zidd olduğunu söyləyirdilər.

Ancaq dövran dəyişdi və mühafizəkarların qurduğu yeni bir partiya - Ədalət və İnkişaf partiyası (AKP) iqtidara gəldi və sələfləri olan mühafizəkar partiyaların yaşadıqlarından dərs alan AKP ilk iş olaraq hicab məsələsini qabartmadı. Lakin güc əldə etdikcə əvvəlcə televiziya kanallarında və qəzetlərin köşələrində hicablı yazarlar, jurnalistlər və s. fəaliyyətə başladılar. Nəticədə AKP intellektual çevrədə hicablı qadınların fəaliyyətinə, özlərini göstərmələrinə şərait yaradaraq, “hicab qadınları cahilləşdirir” anlayışını böyük ölçüdə azaltmağın öhdəsindən gəldi və əvvəlcə ali məktəblərə hicabla getmək imkanı yaradan qanunu qəbul etdi, ardından da parlamentə dörd hicablı millət vəkilini gətirdi.

Burada heyrət doğuran məqam odur ki, hicablı qadının parlamentdə əyləşməsinin azadlığa, laikliyə, məclisə hörmətsizlik olduğunu, bunun dövlətə meydan oxumaq olduğunu iddia edən, hətta Mərvə Kavakçının bu səbəbdən məhkəməyə verilməli olduğunu söyləyənlər bu gün hicablı qadınların bu hüququ almalarını alqışladılar və bu halın onlar üçün problem olmadığını söylədilər.

Bütün bu yaşananlar onu göstərir ki, azadlıq deyilən məhfum böyük ölçüdə konyukturadan asılıdır, güc kimdədirsə, onun söylədiyi azadlıq olaraq dərk olunur və bu gün keçmişdən intiqam alan güc sahibləri, əslində, sabah üçün yeni bir münaqişənin təməlini hazırlayırlar. Hicablı bir qadın dövlətin bütün qurumlarında təmsil olunmalıdır, təhsil almalıdır və geyiminə görə təhqir və təqib olunmamalıdır, bununla yanaşı, bu gün güclü olduqları üçün mühafizəkarlar da digərlərinin yaşayışına qarışmamalıdır. Əks halda, fiziklərin dediyi kimi, təsir əks təsirə bərabər olar.


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Card image cap
10:54 / 17.04.14

Konyuktura və azadlıq

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM