Biz yalnız Sənə iman gətiririk

14:44 / 17.04.2014

Arif Alim

(hekayə)
 
Quşları, heyvanları incitmək olmaz. Günahdı. Onların dili yoxdu axı. Ahı tutar adamı. İndiki cavanlar belə şeylərə o qədər də inanmır. Amma mən inanıram. Yüz faiz inanıram. 

"Başına gələn başmaqçı olar” deyiblər. Məsələn, mən tüpürcəyin şəfasına da inanıram. Vallah, inanıram. Bir dəfə biləyimə dəmirov çıxmışdı. Dəmirov qotura oxşayan yaradı. Məndə belə şeylər olmurdu. Bizlərdə heç kimdə olmurdu. Uşaqların qoluna, üzünə, bədəninin hər yerinə ziyil çıxırdı, amma mənə heç vaxt çıxmırdı. Nə qədər qurbağa öldürsəm də, çıxmırdı. Bu dəmirov yaman axmaq şeymiş. Əvvəl əlimdən bir az yuxarıya, biləyimə çıxdı. Fikir vermədim. Dedim, keçib gedər. Getmədi. 

Getməyi bir yana, yayıldı üzümə. Mən yatanda üzümü biləyimə söykəyib yatıram. Ona görə də ağzımın yanına da çıxdı. Düşdük zibilə. Bibim həkim idi. Getdik nənəmlə onun işlədiyi xəstəxanaya. Həkimlər nə qədər dərman yazdılarsa, xeyiri olmadı. Dəmirov getmədi ki, getmədi. 

Avqustun ortaları idi. Məktəbə az qalırdı. Nənəm dedi ki, məktəbəcən uşağı sağaltmaq lazımdı. Yoxsa yazıq uşaq biabır olar. Hamı ona "qoturru” diyər. Nənəm, yəqin, mənə görə narahat olmurdu. Qorxurdu ki, ona "qoturrunun nənəsi” deyəllər. Biz tərəflərdə dördüncü gün, yəni cümə axşamı müqəddəs gün sayılır. 

Anam dördüncü gün məni götürüb getdi kəndimizin ən tanınmış adamı olan Seyid qızının yanına. Biz ona "Qəmər xala” deyirdik. Hamı Qəmər xalaya hörmət eliyirdi. Seyid qızı idi axı. Bir məsələ də vardı: daldada deyidilər ki, bir yerə gedəndə elə eləmək lazımdı ki, Qəmər xala qabağına çıxmasın. Ayağı bəddi. Çıxdı, deməli, batdın. Getdiyin yerdən əliboş qayıdacaqsan. Ya da nəsə pis bir şey olacaq. Düz deyirdilər. Bir dəfə anamla babamgilə, Yuxarı Q. kəndinə gedirdik. 

Asfalta çatanda Qəmər xala qabağımıza çıxdı. Dayanacaqda üç saat avtobus gözləsək də, gəlmədi. Axırı əlacsız qalıb evə qayıtdıq. Anam dedi ki, cəddinə qurban olduğum qabağımıza çıxıb, ona görədi. Hə. Cümə axşamı getdik Qəmər xalagilə. Anam dedi ki, Seyid bacı, uşağın üzünə, bir də qoluna yara çıxıb. Gətirmişəm, tüpürəsən, sağala. Qəmər xala da dedi, hə, müqəddəs gündə gəlmisiz. Allah köməyiniz olar, inşallah. İmamlarımız dayağınızda durar. Arvad məni çəkdi özünə tərəf. 

Qoluma baxdı. Sonra qolumu əli ilə tutub yaranın üstünə yaxşıca tüpürdü. Sonra dedi ki, başqa yerində yoxdu ki? Anam da dedi, hə də, bir də ağzının böyüründə biri də var. Dedim, Qəmər xala, bəlkə, o, özü sağaldı? Tüpürcəyə ehtiyac yoxdu. Anam dedi, yox, özü sağalmır axı, həkimlər nə qədər dərman yazıb, xeyiri olmuyub. Qəmər xala dedi, narahat olma, mənim tüpürcəyim uşaq da doğuzdurub. Ağzını bəri elə. Mən də boğazımı uzatdım ona tərəf, üzümü çevirdim, gözlərimi yumdum. Gözümün biri ilə altdan-altdan baxdım Seyid qızına tərəf ki, görüm neyniyir. Qəmər xala ağzındakı tüpürcəkləri bir yaxşıca qarışdırıb mənim üzümə, ağzımın yanına yekə bir tüpürcək tüpürdü. Tüpürcəyin yarısı üzümə düşdü, yarısı da getdi ağzımdan içəri. Heç kim olmasaydı, bir yaxşıca "üüüəəə” eləyərdim. 

Amma eləyə bilmədim. Hər şey bir yana, amma bildim ki, Qəmər xala günorta pomidorla şor yeyib. Bir qram da artırmıram. İki günə yaralar sağaldı. Mən belə şeylərə inanmırdım. Amma o vaxtdan sonra day əlacım qalmadı. Başıma gəlib axı. Biz tərəflərdə Kürdə adam boğulanda üç gün külək əsirdi, Kürə yaxınlaşmaq olmurdu, balığa getmək olmurdu. Kürdə yekə-yekə ləpələr oynayırdı. Deyirdilər ki, təbiət yas tutur. İndi mən inanım, yoxsa inanmıyım? Görmüşəm axı. İndi Qəmər xala rəhmətə gedib. Gərək tüpürcəyindən bir qaba yığıb saxlayaydım. Mütəlif xəstəliklərin əlacı olardı. Guya camaatın üzünə, gözünə, müxtəlf yerinə sürtdüyü kremlərin tərkibi tüpürcəkdən yaxşıdır? Bəlkə də, lap pisdi. Özün düzəltməmisən axı. Tüpürcək söhbəti çətin məsələdi. Məsələn, tələbə olanda, universitetin yataqxanasında Şahin adlı bir məcburi köçkün qalırdı. Yaşlı adam idi. 

O vaxt 52-53 yaşları olardı. Xəstə idi. Vərəm xəstəsi. Tez-tez tüpürürdü. Hara gəldi tüpürürdü. "Hıııq” eləyib tüpürürdü. Bəlğəmlə qarışıq tüpürcək lopası düşürdü yerə. Saqqız kimi. Yerdən qopartmaq olmurdu. Ayaqqabının burnu ilə nə qədər sürtürdün, qopmurdu. Elə bil, xüsusi maddələrdən hazırlamışdılar. Yataqxanada tələbələrnən məcburu köçkünlər eyni mətbəxdə yemək bişirirdilər. Bir tualetimiz, bir hamamımız, bir də mətbəximiz eyni idi. Biz yeməyi qazın üstünə qoyub gedirdik otağımıza. 

Mətbəxtə paltar da asırdıq. Görürdün ki, kimsə yemək bişirir. Ağdamlı tələbə Əlvan da gətirib alt paltarlarını asır qazanların üstündəki ipdən. Paltarların suyu tökülürdü yeməklərin içinə. Adi paltarlar olsaydı, yenə cəhənnəmə. Alt paltarı olduğuna görə yeməyin dadı bir az dəyişirdi. Əlvan da ki, iki-üç aydan bir yuyurdu paltarlarını. Yaşamaq çətin idi. Hə, bir dəfə mən də paltarlarımı yuyub gətirdim ki, asım mətbəxdəki ipdən. 

Qəfil mətbəxə girəndə gördüm Şahin bir-bir tələbələrin yemək qazanlarını açıb tüpürür içinə. Məni görüb çaşdı. Dedim, ay Şahin, neynirsən? Dedi, heç nə, yeməklər daşırdı, qapağını açırdım ki, daşıb dağılmasın. Mən də bir-bir bütün tələbələrə dedim ki, yemək bişirəndə yanında dayanın. Şahin içinə tüpürür. Qonşu otaqda qalan lerikli tələbə Zəfər də dedi ki, mən deyirəm axı, keçən dəfə supun içindəki saqqız kimi şeylər nədi. Dedim, hə, indi bildin. Yataqxana şəraiti çətin idi. Adam özü yaşayanda hiss eləmir. Amma üstündən müəyyən müddət keçib. Yada salanda görürsən ki, ağır imiş. Məcburi köçkünlərlə tələbələrin bir yerdə qalması mürəkkəb məsələdi. İndi yataqxanaları sökürlər. Daha bilmirəm Şahin tüpürməyə başqa yer tapıb, ya yox./kult.az/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM