Mənim məktəbim küçədir; mənim təhsilim dilənməkdir; savad, bilik isə ancaq yalvarmaqdır

15:42 / 17.04.2014

  Bu yaxınlarda yolum məşhur “Sovetski” adlanan küçədən düşmüşdü. Başqa yerlərdə olduğu kimi, “Sovetski”nin də məhəllələrində qəribə, qeyri-adi hadisələr baş verir, buranın da öz qanunları, adət-ənənələri var. Demək olar ki, hamı bir-birini tanıyır. Dar küçələr, çoxlu maşınlar… Məhəllələrin sakinləri heç də o qədər qəzəbli deyildilər, sadəcə, Adama birtəhər, gəribə gözlə baxırdılar. Onlar əslində sadə, dinc, sülhsevər, heç kimlə işi olmayan insanlardır. Sadəcə, deyərdim öz məhəllələrinə çox öyrəşmiş sakinlərdir. Amma diqqətimi bir məqam çəkdi “Sovetski” deyilən məhəllədə. Dilənçilərin əlindən tərpənmək olmurdu. Özü də əsasən balaca uşaqlar idi. Onlar yoldan keçən hər maşına yaxınlaşıb yalvara-yalvara pul istəyirdilər. Yaxud da sürücüdən soruşmadan çirkli əsgini əllərinə alıb maşının şüşələrini «yuyub», sonra da silməyə başlayırdılar. Amma əksinə, şüşəni daha da çirkləndirirdilər. Doğrusu, mən ora rəfiqəmgilə getmişdim. Artıq evə qayıtmağın zamanı gəlmişdi. Sağollaşıb evdən çıxanda səkinin o biri tərəfində diqqətimi bir qızcığaz çəkdi. Məni görən kimi qaça-qaça yanıma gəldi. Yolumu kəsdi və başladı yalvarmağa. Hətta diz çökmək istədi. Təssəvür edin, bu qız uşağı görün nə günə düşmüşdü ki, qarşımda diz çökməyə də hazır idi. Özümü narahat hiss etdim. Qızın üst paltarı çox pis gündə idi. Əlində çirkli əsgi, ayağında cırıq ayaqqabı vardı. Görünürdü ki, bu qaraçı qızcığaz hər şeydən məhrum və çox şeyə həsrətdir. Təxminən 12-13 yaşı olardı. Adama elə yazıq-yazıq baxırdı ki… Elə şirin-şirin müraciət edirdi ki, adamın istər-istəməz ona yazığı gəlirdi. Bu üzdən də pul verməyə bilməzdim. Gözləri sanki ac idi, çox qıyqacı və hirslə baxırdı. Bir anlıq elə bildim ki, bunun əlacı olsa məni öldürərdi. Amma sən demə, səhv anlamışdım, mülayim qıza oxşayırdı, sadəcə, pul istəyirdi. Kasıbçılıq onu qəzəbli və sırtıq olmağa vadar etmişdi. Mənə yalvarmağa başladı:

"Bacı, başına dönərəm, qurban olaram, mənə çörək pulu ver. Bu gün də evə pulsuz getsəm, anam məni tikə-tikə doğrayacaq, döyəcək. Atam da içki aludəçisidir, əyyaşdır. Hər gün içib anama qoşulub məni döyürlər. Hər gün məni "işə" göndərirlər. Amma heç nə qazana bilmirəm ki, bilmirəm. Dilənirəm, pul vermirlər. Maşının şüşələrini yuyuram, üstümə qışqırıb qovurlar. Mənə yazığın gəlsin, pul ver, heç olmasa, əlimdə nəsə evə aparım. Qardaş-bacılarımdan geri qalmayım. Onlar hər gün evə 2-3 manat gətirirlər. Mənə isə əfəl, fərasətsiz deyirlər. Anam hər gün məni döyür. Evdə mənə ancaq qul kimi baxırlar. Deyirlər ki, evə pulsuz gəlmə, yoxsa bütün günü cəzalandırılmış olacaqsan. Küncə qoyurlar məni, orda da saatlarla qalıram".

Qız çantama elə baxırdı, elə yapışmışdı ki, ətəyimdən, güclə əlindən qopdum. Pul kisəsini görəndə isə gözləri lap işıldamağa başladı. Bir anlıq elə bildim ki, pul kisəmi götürüb qaçacaq. Amma o, şirin sözü oğurluqdan üstün tutdu. Ondan soruşdum ki:

“Bəs sən təhsil haqda düşünməmisən, məktəbə getmək istəmirsən, savada, biliyə yiyələnmək istəmirsən? Bəs sənin gələcəyin necə olacaq? Axı sənin anan niyə belə qəddardır, qız? Sənin indi oxuyan vaxtındır, dilənən yox. Nə olsun kasıbsan, kimdən əksiksən ki? Niyə özünü məhv edirsən?”

Cavab verdi: “Bacı, başına dönüm, mənim məktəbim küçədir; mənim təhsilim dilənməkdir; savad, bilik isə ancaq yalvarmaqdır. Nə təhsil? Heç öz adımı da normal deyə bilmirəm, o ki qaldı yazmaq. Mənim üçün əsas puldur, qazanmaq, ailəmi dolandırmaq. Mən artıq alışmışam. Dilənmək mənim qanımdadır. Mənim gələcəyim dilənməkdir. Mən bununla fəxr edirəm. Mənə xoşdur. Tez ol, pul ver mənə, anam gəlib görsə ki, yad adamla danışıram, öldürəcək”.

Doğrudan da uzaqdan bir qadının səsi aləmi bürümüşdü, qışqıra-qışqıra bizə tərəf gəlirdi. Hiss olunurdu ki, çox həyasızdır. Qızın anası idi, onu axtarırdı. Caamat da dayanıb ona baxırdı.

“Az, ay ilan, ay adı batmış, ay fərsiz, ay heyvan, hardasan? Səni hər yerdə axtarıram, sən isə durub söhbət edirsən, dincəlirsən? Bu saat dərsini elə verəcəm ki…” – deyə qadının səsi küçəni bürümüşdü.

Qız tir-tir əsirdi, gözündən yaşlar tökülürdü. Elə yazıq halda mənə baxdı ki, ürəyim ağrıdı. Pul kisəmdən 5 manat çıxarıb ona verdim. Qız cəld pulu əlimdən qapıb aldı və “sağ ol” deyərək götürüldü. Anası əlbəttə ki, onu tutub dərsini də verdi, danladı da, hətta təhqir də etdi. Çox üzüldüm bu mənzərədən. Yolboyu öz-özümə düşündüm:

“Heyif səndən, ay qız… Oxusaydın, indi bəzi bisavadları üstələyərdin… Axı indi savad qıtlığıdır, savadsızlıq baş alıb gedir. Sənin anan isə əsl vəhşidir. Səni hər şeydən məhrum edib, işgəncə verir, döyür. Yazıqlar olsun…"


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM