Tələsin yaxşılıq daşımağa siz,
Onun yollarını tutub kəsməyin,
Tələsin ömr edib, yaşamağa siz,
Ölməyə, ölməyə çox tələsməyin...
Cabir Novruzun bu şeirini çoxumuz eşitmişik. Elə isə tələsək, yaxşılıq etməyə, dada çatmağa, əl tutmağa, çörəklə bərabər ümid, sevgi verməyə tələsək, insanlar, tələsək. Səni, məni, bizi gözləyənlər var...
Siz heç metroda, avtobusda, küçədə yayın istisində təkcə insanlardan deyil, günəşdən də gizlənən üzübağlı birini gördünüzmü?
Bəlkə də görmüsünüz, diqqətinizi çəkib, amma yanından ya saymazyana, ya da ki, qəribə baxışlarla onu süzərək ötüb keçmisiniz. Amma həmin an yanından ötüb keçdiyiniz, bəlkə də baxışlarındakı məsumiyyəti görə bilmədiyiniz o qızı mən də gördüm. Daha doğrusu, əvvəlcə, haqqında eşitdim. Tanıyanlar adına talehsiz qız deyirlər. Eh, indi nə çoxdu talehsizlər, qismətsizlər, bəxtindən yarımayanlar. İndi elə bir zamanda yaşayırıq ki, insanların gileyinin bir ucunda özlərinin düşündüyü və dedikləri kimi talehsizlikləri dayanır. Hamı biri-birindən şikayət etməyə sanki həmişə hazırdır. Bəs yaxşılıq etməyə necə?
Bu insanlara nə olub axı?
Elə onunla tanışlıqdan sonra o da mənə “Bu insanlara nə olub axı” sualını verdi. Cavab verməyə nə gecikdim, nə də tələsdim...
Sənin dərdin nə? Bir az quru sual olsa da sanki onu çoxdan tanıyan biri kimi dilləndim. “Dərdimi gözümdən deyil, üzümdən oxu”,-dedi.
Altı yaşı olarkən bir çırağın, lampanın partlaması nəticəsində üzü və bədəninin müxtəlif yerləri yanıb. Yanığın izləri nə qədər dərin olsa da üzündə İlahidən verilmiş gözəlliyin cizgiləri itməyib. Həmin gün bacısı da yanıb. Elviranın saçları kimi uzun olub ailəsinin kasıblıq içində keçirdiyi günlər. Ehtiyaclarını qarşılamaq üçün çox əziyyətə qatlaşmalı olublar. O da Allahın ətəyindən tutub, Onun dərgahına əl açıb üzündəki yanığın sağalmasını gözləyib. Yara sağalıb, amma izi elə dərin qalıb ki, baxanların, görənlərin ürəyini yandırıb.
Yaxşı insanların, əl tutan, ürəyi kövrək adamların axtarışına başlayıblar. Və bu minvalla bir xeyli müddətdən sonra Heydər Əliyev Fondu ona kömək əlini uzadıb. Bir dəfə əməliyyat olunub. Yanığın xəsarətləri nisbətən aradan qaldırılıb, burnunda, üzündə edilən cərrahi müdaxilələr effektini verib. Onun yenə də carrahi müdaxiləyə və yaxşı insanların köməyinə, maddi və mənəvi dəstəyinə ehtiyacı var. Bu dəfə kosmetik cərrahi müdaxilə onu əvvəlki gözəlliyinə qaytaracaq, buna çox inanır və gözləyir, özü də ümidlə. Hələ ki, yaşadığı maddi sıxıntılar, imkansızlıq arzuladığı gözəlliyinə qovuşmasına imkan vermir. Üzdə taleyi ilə barışsa da, ürəyində barışmayıb. Bilirəm ki, barışmayacaq da. Bu gün “Laçın universam” kimi tanıdığımız ticarət mərkəzində həm satıcı işləyir, həm də ürəyinin sevgisi, əlinin və gözünün nuru ilə toy səbətləri düzəldir. O səbətlərə arzularını, görmək istədiyi gözəllikləri hörür Elvira Sabir qızı Kazımova.
İndi daha əvvəlki kimi insanlardan qaçmır. Niyə də qaçsın ki? Bir bədbəxt hadisə nəticəsində sağlamlığını, gözəlliyini itirsə də, bəziləri kimi insanlığını ki, itirməyib.
Bu rekalm yazısı deyil ki, kimsə bundan pul, var-dövlət qazansın. O fikirdən min ağac uzağıq. Gəlin ona kömək edək, kömək etməyə tələsək. Kömək edək ki, bu millətin qəlbində hələ mərhəmət hissinin, insanlığın ölməməsinin şahidi olsun...
Bilirsiniz ən böyük arzusu nədir? Öz düzəltdiyi xonçalarda özünün nə vaxtsa çalınacaq toyunun şirnisini görmək istəyir.
Biz də istəyirik, istəyirik ki, o, yayın istisində üzünü bizdən və günəşdən gizlədib talehsizliyinə acımasın.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM