Ölkəmizin bir çox beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi, dünyanın müxtəlif ölkələrindən gələn iş adamlarının, turistlərin sayının ildən-ilə artması Azərbaycana olan marağın, vətənimizdəki təhlükəsizlik mühitinin daha bir göstəricisidir.
Sıralarını gündən-günə peşəkar, çevik, savadlı mütəxəssislərlə gücləndirən polisimiz xalqın və dövlətin keşiyində ayıq-sayıq durub onu bütün təhlükələrdən qorumaq üçün qarşıya çıxan çətinliklərin öhdəsindən layiqincə gəlir. Polis və vətəndaş münasibətlərinin qurulması, cəmiyyətdə polisə inamın artması ondan xəbər verir ki, xalq-polis həmrəyliyi bərpa olunub. Bu isə o deməkdir ki, baş verən cinayətlərin açılması üçün polislə bərabər vətəndaş da səy göstərir. Bu həm də hüquqi maarifləndirmə işinin paytaxtda və yerlərdə düzgün istiqamətdə təşkilinin nəticisidir.
DİN Baş Mühafizə İdarəsinin paytaxtda və yerlərdəki qurumlarının əməkdaşlarının da fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən hər zaman xüsusi rəğbət hissi ilə təqdir olunur.
Əbəs yerə deyil ki, bu gün dövlət və şəxsi mülkiyyətin, asayişin etibarlı qorunmasından söhbət gedəndə ilk növbədə yada düşən mühafizə polisi olur. Öz vəzifə borcunu yerinə yetirən Azərbaycan Polisinin bu strukturu təkcə mühafizə etmir, həmçinin cinayətkarlıqla mübarizə aparır, ictimai asayişi qoruyur. Xüsusən də son zamanlar əhalinin evlərinin, mülklərinin mühafizə olunması üçün polisə üz tutmaları ondan xəbər verir ki, polis vətəndaşların inamını, etibarını qazanıb və ən ümdəsi özünü sevdirməyi bacarıb.
Əldə olunan uğurlar, yüksək göstəricilər onu deməyə əsas verir ki, mühafizə polisi qarşıya çıxan çətinliklərdən qorxmur və müxtəlif vasitələrlə ictimai qaydanı və ictimai asayişi pozanlara, cinayət törədənlərə, cinayətə meylli olanlara qarşı mübarizə metodlarının dövrün tələblərinə uyğun olaraq daha da gücləndirilməsi, müasir texniki vasitələrdən istifadə bacarığının artırılması, döyüş və peşə hazırlığında yeni-yeni nailiyyətlərin əldə olunması onların əsas hədəfidir.
Xüsusi mühafizə, siqnalizasiya vasitələrinin obyektlərin mühafizəsində istifadə olunması həmkarlarımızın işini xeyli asanlaşdırsa da, yenə də peşəkar əməkdaşlara, “ürəkli” oğullara ehtiyac var...
Əlbəttə, oğurluğa cəhd hallarının qarşısı alınması və ya hər hansı bir qorunan obyektdən, mənzildən oğurluq etməkdə şübhəli bilinənlərin tutulması İdarənin əməkdaşlarının peşəkarlığından, nizam-intizamdan xəbər verir. Həm də etibar olunanı qorumaq məsuliyyətini hər bir əməkdaşın bölüşməsi şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksək səviyyədə olmasının, kollektivçilik ənənələrinin sağlamlığının bariz nümunəsidir.
Elə Mühafizədən söhbət düşmüşkən, Bakının ən böyük rayonlarından biri olan Sabunçuda mühüm dövlət obyektlərini, mənzilləri, strateji məkanları qoruyan, asayişin təminində fəal iştirak edən, cinayətkarıqla mübarizə aparan Sabunçu Rayon Mühafizə İdarəsi haqqında, daha doğrusu, İdarənin əməkdaşları tərəfindən bu yaxınlarda qarşısı alınan bir neçə cinayət faktı barədə söhbət açmaq istəyirəm.
Dekabrın 1-də xüsusi siqnalizasiya vasitəsilə qorunan Zabrat qəsəbəsindəki 38 nömrəli Aptekdən həyacan siqnalı daxil olub. Hadisə yerinə bir dəqiqədən az müddətdə çatan 5 nömrəli avtomarşrutla xidmət aparan polis serjantarı Amil İbadov və Eynar Bəkirov aptekin qapısını sındıraraq ora daxil olmuş Sabirabad rayonunda qeydiyyatda olan və Çiləgir qəsəbəsində kirayədə qalan Nemət Abdullayevi elə iş başındaca yaxalamış, onu 15-ci PB-ə təhvil vermişlər.
Növbəti bir oğurluğa cəhdin qarşısı da vaxtında alınmış, qorunan obyekt sahibinə heç bir ziyan dəyməmişdir. Belə ki, dekabrın 5-də Zabrat-1 qəsəbəsindəki Aptekdən daxil olan həyəcan siqnalı ilə yenə də adları çəkilən əməkdaşlar həmin əraziyə getmiş, aptekin giriş qapısını sındıraraq oğurluğa cəhd edən Tovuz rayon sakini, hazırda Məhəmmədi qəsəbəsində yaşayan Vahid Məmmədtağıyevi hadisə yerində yaxalamışlar.
RMİ-nin rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli ilə son on bir ayın göstəricilərinə də nəzər saldıq. O, əməkdaşların, xüsusən də polis serjantları Amil İbadovun, Eynar Bəkirovun və sıralarına qoşulan gənc əməkdaşların xidmətdə özünü doğrulduğundan söhbət açdı və mühafizə olunan obyektlərdə oğurluq və digər halların qarşısının alınmasında onların əməyini xüsusi qiymətləndirdi. Rəis müavini onu da qeyd etdi ki, adları çəkilən hər iki əməkdaş BMİ rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.
O da vurğulandı ki, İdarə rəisi, polis polkovniki Əşrəf Allahyarov peşə və xidməti hazırlıq dərslərində şəxsən əməkdaşlarla profilaktiki söhbətlər aparır, onlara xidmətlərində daha da ayıq-sayıq olmağı tövsiyə edir.
Yeri gəlmişkən qeyd edək ki, rayon ərazisində hazırda əməkdaşlar 5 avtomarşrut üzrə xidmət aparırlar. Belə ki, nisbətən uzaq olan ərazilərdə-Zabrat, Zabrat-2, Kürdəxanı, Balaxanı və Pirşağının bir hissəsində xidmətin təşkili üçün beşinci avtomarşrutun açılmasının vacibliyi ilə bağlı qərar qəbul edən idarə rəhbərliyi BMİ-yə müraciət etmiş və bu təklif müsbət qarşılanmışdır.
Rayon Mühafizə İdarəsinin əməkdaşları bu gün ərazidə maarifləndirmə tədbirləri aparır, məktəblərdə, əmək kollektivlərində görüşlər keçirir, mühafizə işinin faydası ilə bağlı əhaliyə məlumat verirlər. Mənzillərin, obyektlərin mühafizəyə götürülməsində 14-cü, 15-ci və 42-ci Polis Bölmələrinin köməyini diqqətimizə çatdıran S.Cəfərli bildirdi ki, ötən bir ay müddətində 12, il ərzində isə 40-dan çox mənzil və digər obyektlər məhz həmin bölmələrin əməkdaşlarının sayəsində Rayon Mühafizə İdarəsi tərəfindən mühafizəyə cəlb olunmuşdur.
Rəis müavini həmçinin dedi ki, idarə tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 640 obyekt, o cümlədən 354 mənzil mühafizə olunur. Obyektlərdən 20-i polis, 19-u mülki mühafizə, 6-sı qarışıq xidmət, 595, o cümlədən 354 mənzil KMMM-lə qorunur. Polisə olan inamın, etimadın göstəricisidir ki, 116 obyektlə mühafizəyə dair digər xidmət növünə görə müqavilə imzalanıb.
Ərazi polis orqanları ilə qarşılıqlı əlaqələrin yaradılması rayon ərazisində cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə təkan verib. Belə ki, siqnalizasiya vasitələri ilə qorunan 36 obyektdə, o cümlədən 5 mənzildə oğurluğa cəhdin qarşısı alınaraq 6, baş vermiş digər 6 cinayət hadisəsinin qarşısı alınarkən 9, narkotik faktı ilə bağlı 2, qanunsuz silah saxlayan 1 nəfər tutulmuş, həmçinin axtarışda olan 2, ictimai qaydanı pozan 18, yaşayış evlərinin, inzibati binaların divarlarına reklam xarakterli məlumatlar yazmaqla şəhərin estetik gözəlliyinə zərər vuran 2 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
Görülən işlər, uğurlu tədbirlər onu deməyə əsas verir ki, artıq BMİ-də, onun paytaxtdakı və yerlərdəki idarə və şöbələrində xidmətin təşkili, aparılması, ona nəzarət və şəxsi heyətin bu istiqamətdəki fəaliyyəti təkmilləşib işlək bir mexanizm halını alıb. DİN rəhbərliyi də daim bu qurumun texniki təchizatına, şəxsi heyətin sosial problemlərinin, qayğılarının həllinə çalışır.
Qeyd etmək yerinə düşər ki, etibar qazanmaq, etimadı doğrultmaq həm də məsuliyyət hissini artırır. Bu, təkcə bir fərdə, bir şəxsə aid edilmir.
Mühafizə polisi yarandığı gündən bu günə kimi ona etibar edənlərin inamını doğruldub, etibarını qazanıb. Mühafizə etmək, eyni zamanda, cinayətkarlıqla mübarizə aparmaq onları insanlara sevdirib. Gündən-günə özəl mühafizə
xidmətlərinin sayı çoxalsa da, iş adamlarının, böyük biznes sahiblərinin polisə üz tutması uzun illər qorunub-saxlamılan ənənənin davamıdır.
Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları da bu ənənənəi davam etdirir, qazandıqları uğurların sayı gündən-günə çoxalsa da başlarını aşağı salıb “Hələ görüləsi işimiz çoxdur”,- deyirlər. Əldə etdikləri uğurların bir adı var: gördükləri işə, təklif etdikləri xidmətə məsuliyyətli yanaşma. Dəfələrlə müşahidə etmişəm: Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əşrəf Allahyarov gənc əməkdaşlara əldə edilən uğurlarla kifayətlənməməyi, yaradılan şəraitdən xidmətdə uğur qazanmaq üçün istifadə etməyi tövsiyə edib.
Bu yazıda fikrimiz heç də polisin fəaliyyətini reklam etmək deyil, ancaq hər hansı bir işi, fəaliyyəti publikanın, cəmiyyətin diqqətinə çatdırmaq üçün təbliğata ehtiyac var. Və sevindirici haldır ki, mühafizə polisinin, işi, fəaliyyəti ilə bağlı təkcə paytaxtımızda deyil, yerlərdə də yüksək səviyyədə təbliğat, maarifləndirmə işi aparılır.
Gəlin, bizə təhlükədən daha yaxın olanları, malımızı, mülkümüzü, əmlakımızı qoruyanları sevək və qanunu pozmamaqla vətəndaşlıq borcumuzu yerinə yetirib onlara yardımçı olaq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM