Əbədiyaşar…

09:14 / 12.12.2016

 

Hər keçən gün onun cismən yoxluğu daha çox hiss olunur və bu yoxluq “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyən Azərbaycanın böyük oğlunu, dahi şəxsiyyəti, nəhəng siyasət adamını sevənlərin qəlbini heç zaman dinməyən bir ağrı kimi sarır.

Ömrünü xalqına bağışlayan, xilaskarlıq missiyasını bu gün də yerinə yetirən, idealları, arzuları yaşam konsepsiyamıza çevrilən, ən ali dəyər kimi qoruyub-saxladığımız azərbaycançılıq ideologiyasi ilə gələcəyimizə işıq tutan, xalqı ilə birlikdə gələcəyə doğru addımlayan öndər ölə bilərmi, bu gün sıramızda yoxdur deyə bilərikmi? Bu, mümkün deyil...

Böyük sovet məkanında bizə simsar olan bir adın çəkilməsi, rəhbərlikdə təmsil olunanların, daha doğrusu, qeyri-millətlərin də ondan danışması və sonda biz azərbaycanlıların onun işığına doğru getməyimiz demək ki, əbəs deyilmiş. Nəhəng bir dövlətin ən problemli strukturlarında rəhbərliyin məhz ona həvalə edilməsi gələcək gözləntiləri doğrultmaq üçünmüş və çoxumuz əlbəttə ki, bundan xəbərsiz olmuşuq. Yəni gördüklərimiz bizim görmədiklərimiz, bildiklərimiz həm də bizim bilmədiklərimiz imiş.

Bəlkə də on il, yüz il bundan sonra da bu sual həmişə veriləcək? Nə üçün kökü, köməci türk olan, müsəlman dininə etiqad edən bir insanı Sovet idarəçiliyində irəli çəkdilər, ona etimad göstərdilər. Bəli, cavablar müxtəlif ola bilər və suala cavab vermək üçün araşdırmaya ehtiyac olacağını düşünəcəksiniz. Ancaq burda ilahi bir həqiqət var, daha doğrusu, həm də burada Yaradanın da lütfünü xatırlamaq yerinə düşər.

O, anadan lider doğulmuşdu. Uşaqlığından, gənclik illərindən hali olanların söylədikləri xatirələr, həmçinin çağdaşı olduğumuz üçün gözümüzlə gördüklərimiz bunu deməyə əsas verir. İstər ölkəmizdə, istərsə də dünyanın ən böyük dövlətlərində keçirdiyi tədbirlərdə o danışdıqca, fikir yürütdükcə hər kəsin, dünyanı idarə etməyə can atan liderlərin belə onun qarşısında necə matının-qutunun quruduğunu, diqqət kəsilməsini, acgözlüklə dinləməsini televiziya ekranlarından çox görmüşük. Və bütün bu olanları gördükcə Qorboçovun nə üçün onu Kremildən uzaqlaşdırdığının səbəbini indi anlayırıq- paxıllıq, gözügötürməzlik və qorxu...

Ulu öndərdən qorxurdular. “Çətindi”, “bacarmaram”, “sabaha qalsın” sözləri leksikonunda yox idi. O, alimlə-alim, şairlə-şair, memarla-memar, əli qabarlı fəhlə

ilə fəhlə idi. Ümummilli liderimiz insanlardan qaçmırdı, onları qorxu-təpki altında saxlamırdı. Əksinə hər zaman onların problemi ilə maraqlanır, süründürməçiliyə, bürökratiyaya qarşı ən yüksək səviyyədə mübarizə aparırdı. SSRİ-də yaşayanlar onu çox sevirdilər və “Bizim Heydər Əliyev” deyirdilıər. Elə Sovetlərin başında duranların da ən böyük qorxusu da bu idi. Əgər SSRİ-də yaşayanlar “Bizim Heydər Əliyev” deyirdilərsə, demək, zamanı gələndə “Heydər Əliyev-Bizim lider” də deyə bilərdilər. Ulu öndərimiz də bunları görür və qiymətləndirirdi. Bilirdi ki, gec-tez ona dibi görünməyən quyular qazılacaq və bu quyudan onun sağ çıxmaması üçün bütün ipləri kəsəcəklər...

DTK adlı qurumda general rütbəsinə yüksəlmək də hamıya nəsib olmurdu və onun yarğanından yıxılanların taleyi naməlum qalırdı. Ulu öndər ölümü belə göz önünə almışdı. Onun fikri, qayəsi təkcə doğulduğu yurdun deyil, SSRİ-nin hər qarışında sazın, tarın səsi gələn, ana dilimizdə Vətən deyən hər bir azərbaycanlının köməyinə çatmaq, onları zillətdən, səfalətdən qorumaq üçün bütün mümkün imkanlardan yararlanmaq idi. Ulu öndərimiz hələ o zaman “Hər şey Vətən üçün” şüarının altına öz imzasını çizmişdi...

SSRİ adlı dünya dağılanda O artıq doğulduğu yurddaydı. Yaralanmış ürəyi ilə vətənin dərdlərinə məlhəm olmağa gəlmişdi. Düşmənləri elə bilirdilər ki, Heydər Əliyev adlı bir zirvə artıq yoxdur və onun başını qara dumanlar elə alıb ki, O bir daha görünməyəcək. Qanlı əllər torpaqlarımızı bölməyə başlayanda gözlərini Heydər adlı günəşin nuru qamaşdırdı. “Mən burdayam Azərbaycan”,-deyib xalqının səsinə səs verdi. Gümanımız yüz yerə getsə də İnamımız bizi Ona doğru apardı. “Heydər baba, xalqı bu bəladan qurtar”,-deyib Ona sığındıq. Bir qartal misalı yorulmuş qanadları ilə səni, məni, bizi və Vətənimiz Azərbaycanı qucaqladı ulu öndər...

Tarixi yenidən yazmaq fikrim olmasa da ağ varaqlara ürəyimi boşaltmaq istədim. Yenə Onu xatırladım, yenə Onu andım. Düz 13 il bundan öncəki qışın soyuğu varlığımızı dondursa da qəlbimizdə, ruhumuzda, sabahımızda Heydər Əliyev adlı daim yanar, əbədiyaşar bir lider var.

Ruhu şad olsun!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM