İlk sevgisi daşa dəydikdən sonra sevməyi, ailə qurmağı özünə yaxın buraxmaq istəmirdi. Heç nəyə və heç kimə əyilməzliyin fəlsəfəsini özü yazmışdı. “Kasıb oğlandı”-demişdi sevdiyi qızın xalası. İnsanların vara, dövlətə əyilməyinin sirrini hələ anlaya bilməmişdi, zavallı. Uzun gecələrin saçından yapışıb göy üzünün qaranlıq pərdələrini aralayıb səhəri dirigözlü açardı beləcə.
“Ay bala, dərmanım qurtarıb, bu “Fillepsin” zəhrimarı beş ildi boğazıma bağlamışam, mən yazıq” - deyən anasının dərdi də bir tərəfdən ürəyindən buz baltası kimi asılmışdı.
İçində bir özü qalmışdı, bir də hamıdan çox istədiyi və qorxduğu Allahı.
“Ay Allah, məni niyə belə sınağa çəkirsən, mən bu qədərmi böyük günahların sahibiyəm. “O” məni belə atıb getdi, anamın xəstəliyi, usta adı ilə ona-buna mədəni nökərçilik eyləyən atamın gecələr iniltisi, əllərinin, ayaqlarının sızıltısı olan-qalan ürəyimi də yeyib, əridib. Axı mən yazıq deyiləmmi?
Allah da hər gecə onunla ulduz dilində, külək dilində və qaranlığın qorxu dilində danışardı. O, Allahla danışanda peyğəmbərlər kimi mağaralara yox, öz qəlbinin dərinliyinə çəkilərdi.
Sinif yoldaşlarından biri “sən korsan”- demişdi ona. O da iri, qaynar gözlərini göstərib: - mən səni özündən də böyük görürəm - deyib uğunmuşdu. “ Sən “onu” sevdiyin kimi “o” da səni sevir” - demişdi sinif yoldaşı.
Bəlkə də bütün Bakının xəbəri vardı ki, Özgür “onu” sevir. Bəs sinif yoldaşının dediyi “o” kimdir? Bütün sinif qızlarını bir-bir xəyalında canlandırdı. “Onu” sevdiyinə görə elə bilirdi ki, onu heç kim sevmir, heç kimin ona qarşı hissi, duyğusu yoxdur. Bir labirintə düşmüşdü. Şirin, isti, lakin uzaq, əlçatmayan xatirələr labirintinə.
“O” qızın adını öyrəndi. Bəlkə də “o qız” heç xəyalının ucundan belə keçməmişdi. “O qız” doğurdanmı məni sevir, yəni o sevə bilirmi? Sonra öz-özünü danlamağa başladı. Əşi, mən də lap dəliyəm, elə bil məndən başqa heç kim sevginin, sevməyin dilini bilmir. Mənim kimi azdımı həsrətin qoynunda üşüyənlər. Ürəyində qınamışdı “o” qızı. Sevir, sevsin də, guya mənim kimi dəlini sevəndə ağıllanacaq.
Ay məni gizli sevənlər,
Nəyim xoşunuza gəlib?
Mən kimi dəlini sevmək,
Hardan başınıza gəlib?
Ömür ağlı-qaralı ip,
Uzun, qısa Tanrı verib.
Günahınız cildə girib,
Bəlkə qarşınıza gəlib.
Gözüm yaşdan, könlüm ağrıdan, ürəyim dərddən başqa nə qazandı ki, sevəndən sonra. Birdən elə bil ayılan kimi oldu. Allah, sən keç günahımdan. Sevinc də, kədər də Səndən gəlsə “uf” demərəm - dediyini yadına saldı. O, Allaha vəd vermişdi. Bir az düşündü. Sevmək mənə hamıya verilməyən şeyi verdi, ru¬huma dirək tapdım.
Bir anlıq başqa dünyadaydı. Özündən ixtiyarsız “Cəlili” üstündə oxuyurdu.
Mən bəxti qaradan sənə yar olmaz,
Ara ağ bəxtini, ara, tap, qadın.
Sən məni sevməklə günah eyləmə
Səni öldürəcək bu əzab qadın.
Ömrüm bircə anda qırılan tükdü,
Öz kölgəm özümə inan ki, yükdü.
Ürəyim min yerdən sökük-sökükdü.
Nəyimə gərəkdi iynə, sap qadın.
Həyatda hərənin öz alın yazısı olduğu kimi öz möhürü də olmalıdır. Özünü təsdiq möhürü. Bu möhürsüz şəxsiyyət bütövlüyü tamlığını itirə, zərrəciklərə bölünüb yox olar. Qasırğa qarşısına çıxan hər bir şeyi uçura, qıra və sındıra bilər.
Məncə, təkcə insandır ki, təbii fəlakətlərdən, əzizlərini itir-məsindən sınmır. Bəlkə bu fikrim kiminsə xoşuna gəlməz və ya bu obrazlı yanaşmanın ustündən “atdana” bilər. Lakin düşünəndə ki, ən böyük fəlakət insandır, onda susuruq...
Kisələrə odun doldurub “pravadniklərə” satdığını, atası ilə fəhləlik eyləyib palçıq qarışdırdıqdan sonra yorğunluğunu çıxart¬maq üçün Günəşlidə bir qayanın üstündə yatıb qaldığını, məzunu olduğu orta məktəbdə “ Ünsiyyət qurma bacarığı”ndan dərnək apardığını, dostun-tanışın xeyir işində “tamadalıq” elədiyini xəyalında top kimi atıb tuta-tuta Şəhriyar parkının içi ilə evə gəlirdi. Birdən “onu” gördü. İlk məhəbbətini yox, sinif yoldaşının dediyi “onu”. Hal-əhval tutdu və birdən “ona” elə yazığı gəldi ki, az qaldı ürəyi əriyib ayağının altına tökülsün. Mən səni belə əzablar içində qoya bilmərəm fikri beynini gəmirdi.
---- Sənə bir sual verim. Bu yolu mənimlə birlikdə gedə bilərsən?
---- Gedirik də, sonda gedib evə çatacağıq.
---- Yox, yəni həyat yolunu deyirəm, sən ki, filoloqsan?
---- ……
---- Hə, nə oldu?
---- Gedərəm.
Belə cəsarətli “gedərəm”ə ürəyində bərəkallah dedi.
Ölən bir kimsəni geri qaytarmaq mümkün olmadığı kimi keçmişi də geri qaytarmaq mümkün deyil. “Tarix təkrar olunur”, “keçmiş geri qayidir” fikirləri isə ağ yalandır və utopiyadan başqa bir şey deyil. Ömrümüzün hər keçən anı keçmiş olur bizim üçün. İnsana keçmişi yenidən görmək yox, xatirlamaq qalır.
---- Evdəkilərə de, ayın üçü bizimkilər sizə gələcək.
Yolboyu özünü dünyanın ən xoşbəxt adamı hiss etdi. Özü sevdiyinə qovuşmasa da kiminsə ona qovuşmasına nail olmuşdu. O, ürəyini məğlub etmişdi. Qoy heç olmasa “o” sevinsin. Onsuz da mənim sevinməyim kəpənək ömrüdür. Başıma elə nağıllar gəlib ki, Məlikməmməd onun yanında nağıldır.
Toyları oldu. Hamı kimi o da ata olmağın sevincli günlərini saymağa başladı. Yox, o hələ ata olmayacaqdı. “O” cərrahiyyə əməliyyatı olundu.
Hər şeyi həyatda olduğu kimi çılpaqlığı ilə yazanda şair, yazıçı mənə elə gəlir ki, oxucunun gözündən düşə bilər. Axı oxu¬cular da cürbəcürdü və hər yazının da öz öxucusu var. Heç kim təzə heç nə yazmır və heç kim də təzə heç nə oxumur. Bizlər bir zaman yazılanların - yerə-göyə, ruhumuza hopanların ya şəklini çəkirik, ya da ona oxşatmağa çalışırıq. Fikrimcə insanın hissi onun ağlından və elmindən güclüdür.
Təpədən dırnağa tərin içində idi. Çənəsi ağrıyırdı. Bütün gecəni başına gələnləri və yazmaq istədiyi mövzuları sayaqlamışdı. Pəncərəni açıb saatına baxdı. Hər yer qaranlıq idi. Elə bil ulduzları dənləmişdilər göyün üzündən. Telefonu “cükküldəyirdi”, deyəsən mesaj gəlmişdi “on” dan, yəni yoldaşından. Oxumağa başladı:
“Sən uşaq vaxtı altından keçmək istədiyim göy qurşağına bənzəyirsən. Nə qədər qaçıramsa çata bilmirəm. Bir gün ya mən yorulacam, ya da yağış kəsəcək”.
Nöqtələrin sonunu özü tamamladı: Yenə də sənin xoşladığın dəli küləklər əsəcək.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM