Haqqı görə bilmək xoşbəxtliyi...

19:40 / 03.02.2017

 

Yanından ötüb keçdiklərimizin gündəmi zəbt edən xəbərə çevrilməsi, rezonans doğurması sonradan marağımıza səbəb olur. Baş verən hər hansı bir olaya yerindəcə münasibət bildirməməyimiz müşahidə qabiliyyətimizin zəifliyindən, ya da hadisələrə çevik yanaşmaq bacarığımızın olmamasından xəbər verir. Hərgah bu hamıda belə deyil. Ancaq elə həsas məqamlar var ki, onu görür, amma qiymətləndirməyə tələsmirik. Nahaq... Elə bu məqsədlə də sözümün “Mustafası”na gəlmək istəyirəm.

Bu yaxınlarda Bakı da başdan-ayağa qara bürünmüşdü. Sevindik, həm də kədərləndik. Səbəbini bilirsiniz. Amma söhbətimizn mövzusu bu deyil.

Xülasə, havanın qarlı-şaxtalı olması yenə yolları keçilməz etdi və qarla “döyüş” də bundan sonra başladı. Obyektivlik naminə deyim ki, dövlətin səlahiyyətli qurumları belə havalarda sürücülərə şəxsi avtomobillərindən deyil, sərnişin nəqliyyatından istifadə etməyi tövsiyyə edirlər. Bəzimiz buna riayət edirik, bəzilərimiz də yollarda qalanda imdad diləyib, kömək istəyirik. Ən çox da kömək istəyib üz tutduqlarımız, sözün əsl mənasında, yollarda gecəli-gündüzlü xidmət aparan yol polisləri olur.

Hərgah yol polislərinin xeyirxahlığı haqqında heç də hamı əlini ürəyinin üstünə qoyub, vicdanının səsinə qulas asıb danışmır. Haqq-nahaq onların qınayanların sayı da az deyil. Ancaq həqiqət naminə deyək ki, onlar olmasa “maşınlar insanları yeyər”. Bu, məsələnin bir tərəfi...

Yağan qar sürücülərə, elə yol polisi haqqında heç də yaxşı fikirdə olmayanlara, belə deyək, əməlli-başlı dərs verdi. Onları münasibətlərində düzəliş etməyə çağırdı. Qəzetlərdə, televiziya ekranlarında gördüklərimiz onların təkcə xidməti vəzifələrinə deyil, həmçinin öz vətəndaşlıq görəvlərinə də necə həssas yanaşmalarını bir daha gözlərimiz önündə sərgiləmiş oldu.

Yolda qalan maşınlardakı insanları donmaqdan xilas edən, sağ və salamat mənzil başına rahat çatmaları üçün mağazadan duz alıb maşınlar sürüşməsin deyə yola duz səpən polisin çoxumuzdan fərqli olduğunu da gördük.

Düzü, bu yazını yazmağa məni vadar edən də elə polislərimizin nəcib əməllərinə dodaq büzənlərin münasibəti oldu.

Bir dəfə redaksiyamıza (DİN mətbu orqanı “Mübariz keşikdə” qəzeti”) bir məktub gəlmişdi. Müəllif yol polisi ilə arasında olan münaqişədən yazmışdı, iradını bildirmişdi. Lakin məktubun son cümləsi məni heyrətləndirmişdi. Vətəndaş yazırdı ki, onu haqsız yerə saxlamaqda suçladığı polis əməkdaşları onun və ailəsinin həyatını xilas etmişdi. Yazdığı minnətdarlıq məktubu ilə az da olsa özünə təsəlli vermək istəmişdi.

Bu gün saytlarda belə xəbər başlıqlarına çox rast gəlirik: “Azərbaycan polisindən nümunəvi hərəkət”. Düzü, sadə, lakin qəliz, ikibaşlı olan bu fikri yazanları anlamaqda çətinlik çəkirəm. İstəyirəm bunu bilərəkdən və ya bilməyərəkdən yazanların yaddaşını bir az tərpədim. Xatırladım ki, hələ ordumuzun formalaşmadığı dönəmlərdə Azərbaycan Polisi və daxili qoşunlarımız sıralarından yüzlərlə şəhid verdi. Neçə-neçə əməkdaşımız əlil və şikəst oldu. Elə ötən illər ərzində cinayətkarlıqla mübarizədə həlak olan silahdaşlarımızın sayını

bəlkə də çoxları bilmir. Bu, reklam deyil, sadəcə xatırlatmadır. Ən nümunəvi hərəkət isə Vətənə, dövlətə və dövlətçiliyə sadəqətli olmaq, onu canından və qanından əziz tutub ölümün gözünə dik baxmaqdır...

“Sağ olsun” bu qarı ki, ürəyimizi boşaltmağa imkan verdi və mətləbdən yəqin ki, çox da uzaqlaşmadım. Mətləbə gəlincə, yola duz səpən DYP əməkdaşı Bakı şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayının Müşayiət-Eskort Bölüyünün 1-ci tağımının əməkdaşı, polis baş serjantı Teymur Süleymanovun, eləcə də bir çox yol polisi əməkdaşlarının fədakarlıqları Türkiyə mediasında gündəmi zəbt edib. Qardaş ölkənin “Posta”, “Sözçü”, “Haberler.com”, “Haber1.com” saytları polislərimizi günün qəhrəmanı kimi təqdim ediblər.

Bax, budur əsl iş, əsl vətənpərvərlik və əsl örnək. Elə yeri gəlmişkən, polis baş serjantı Teymur Süleymanovun "Mən düşünmürəm ki, bu hərəkətimlə nəsə pis bir iş görmüşəm. Amma videonu sosial şəbəkələrdə yayaraq mənə qarşı nalayiq ifadələr işlədirlər. Birincisi, yola duz səpmək mənim vəzifəm deyildi. Sadəcə, gördüm ki, yolda sürüşkənlik artır və avtomobillər işıqforda dayana bilməyərək sürüşüb sağdan gələn nəqliyyat vasitələrinin yoluna çıxırlar. Mən də gedib yaxınlıqdakı mağazadan öz pulumla 15 qutu duz alıb gətirdim və hamısını yola səpdim ki, maşınlar sürüşməsin, qəza baş verməsin, insanlara maddi ziyan dəyməsin. Burada pis nə var ki? İnanın mənə, mağazada duz qurtardı, yoxsa, yenə də alıb gətirib yola səpəcəydim. Axı niyə mənə qarşı nalayiq fikirlər yazırlar? Yaxşı əməlimizi də pisə yozurlar" fikri bəzilərimizin hələ də “qulp qoymaq”da mahir olduğuna bir sübutdur

Elin gözünün tərəzisi heç vaxt nahaqqa doğru əyilmir. O həmişə haqqa tərəf əyilir. Haqq isə göz qabağındadır. Təkcə bizdə yox, ölkəmizdən kənarda da. Gəlin, haqqa baxaq və onu görmək görmək xoşbəxtliyini yaradandan diləyək...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM