Görüşə polislər gəlmişdilər...

18:59 / 20.02.2017

“Bu peşə liseyində onlara təkcə hər hansı bir sənətin sirlərini öyrətmirlər. Həm də insanlara sevgini, sayğını, mərhəməti və şəfqəti öyrədirlər.” Tədbirdən öncə lisey rəhbərliyinə ünvanladığım suallardan birinin cavabı belə idi.

Onu da öyrəndim ki, leseyin öyrənci bərbərləri uşaq evlərinə gedərək ata-ana himayəsindən, nəvazişindən uzaq olan körpələrin, yeniyetmələrin saçlarını kəsməklə həm təcrübələrini artırırlar, həm də savab iş iş görürlər...

Adətən, çoxumuzda belə bir fikir formalaşıb ki, təhsildə göstəricisi və davamiyyəti zəif olan şagirdləri məcburi də olsa peşə liseylərinə yönləndirmək lazımdır. Fikirləşmişik ki, bəlkə bu kimi üsullarla şagirdlərdə, yeniyetmələrdə təhsilə, peşəyə maraq oyada bilərik. Ancaq bu metodlar həmişə özünü doğrultmur. Tələbimizlə gözləntimiz arasında elə bir uçurum yaranır ki, onu sonralar heç nə ilə bərpa edə bilmirik...

Dəhlizdə gənclik enerjisi ilə, sözün əsl mənasında, qaynayan “dəliqanlı” şagirdləri görəndə bir anlıq məktəb illərinə qayıtdım. Maraq dolu baxışları ilə məni süzənlərin üzündən bu fikri aydınca oxuyurdum: “Yəqin ki, bura birinci dəfədir gəlib”. “Cənab mayor, siz də tədbirə gəlmisiniz” sualına xəyaldan ayıldım. “Bəli, tədbirə gəlmişəm”,- dedim.

Düzü, uşaqların mənə rütbəmi görüb müraciət etmələri də diqqətimi cəlb etdi. Bəli, “Görünən, dağa nə bələdçi”. Demək ki, burada vətənpərvərlik, vətənsevərlik dərslərini də müəllimlər tələbələrə aşılayırlar, həm də onlara ilkin hərbi hazırlıqdan az da olsa nəyisə öyrətməyə çalışırlar...

Əvvəlcə liseyin direktoru Fikrət Nəbiyev qonaqları şagirdlərə təqdim etdi. Dedi ki, burada iştirak edən polis əməkdaşlarının əksəriyyətini şagirdlərimiz tanıyırlar. Ancaq qonaqların arasında elələri var ki, onların liseyimiz haqqında məlumatı yoxdur. İstəyirəm ki, qısa bir arayış verim...

Və öyrəndik ki, bu təhsil ocağı 1971-ci ildə respublikada radio-elektronika sənayesi üçün fəhlə kadrlarının hazırlanması məqsədilə Bakı Radio Zavodunun nəzdində açılıb. Məktəb 1985-ci ildə 960 yerlik bu kompleksə köçürülüb. 1996-cı ildə ona 5 nömrəli Bakı Peşə Liseyi statusu verilib. Liseydə 2013-cü ildən yenidənqurma işləri başlayıb. Liseydə 41 kabinet yaradılıb, 8 tədris emalatxanası var. Liseydə turizm sektoruna aid ixtisasların hazırlanmasına da böyük əhəmiyyət verilir.

Sonra Xətai RPİ-nin rəisi, polis polkovniki Muradəli Babayevçıxış edərək dedi ki, bu gün təhsilimizin inkişafı naminə ölkə rəhbərliyi tərəfindən atılan addımlar öz bəhrəsini verməkdədir. Xüsusən də peşə liseylərinin yenidən qurulması, müasir tələblərə cavab verən avadanlıqların alınması, gənc nəslin müxtəlif peşələrə yiyələnmələri üçün nəzəri və təcrübi biliklərin yüksək səviyyədə aşılanması gənclərə olan inamın ifadəsidir. Savadlı, bacarıqlı gəncliyin yetişməsində mühüm dövlət qurumlarından biri kimi bu gün Azərbaycan Polisi də üzərinə düşən vəzifəni layiqincə icra edir. Elə müxtəlif mövzularda keçirilən maarifləndirici tədbirlər də buna sübutdur.

Polis əməkdaşlarının narkomanaiya ilə ciddi mübarizəsi də göz önündədir. M.Babayev həmçinin qeyd etdi ki, RPİ tərəfindən ötən il 25 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, amma əsas vəzifə təkcə cinayətlərin açılması, onu törədənlərin ifşası deyil, həm də bu bəlanın da qurbanlarının sayını azaltmaqdır.

Respublika Narkoloji Mərkəzin şöbə müdiri Afət Məmmədova mövcud durumla bağlı narahatlığını dilə gətirdi. O, dedi ki, dünyada narkomaniyadan 250 milyondan çox insan həyatını dəyişib və bu sağalmaz xəstəlikdən ölkəmizdə də ölənlərin sayı az deyil. Fizki və psixoloji asılılıq yaradan narkomaniyanın qurbanları arasında qadınların olması isə təəssüf doğurur.

Şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı İdris Məhərrəmov isə son zamanlar dünyanı silkələyən dini radikalizmin fəsadları haqqında geniş məruzə ilə çıxış etdi.

Tədbirdə İdarənin Veteranlar Şurasının üzvləri, RPİ Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkli bölməsinin inspektoru, polis kapitanı Günel Həsənova, Polis Akademiyasının idarədə təcrübə keçən bir neçə kursantı və xidmətə yeni qəbul olunmuş polisə ictimai dəstəyin üzvləri iştirak edirdilər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM