ÜSƏMA BEN LADEN EPOXASININ SONU: HƏQİQƏT VƏ MÜƏMMALARLA ZƏNGİN 3 İL

08:28 / 02.05.2014

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

STRATEGİYA.AZ YENİ AZƏRBAYCAN PARTİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİSSİYASININ KATİBİ, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR ELMAN NƏSİROVUN SİYASİ TƏHLİLİNİ SİZLƏRƏ TƏQDİM EDİR

 ABŞ xüsusi xidmət orqanlarının 2 may 2011-ci il tarixində Pakistan ərazisində həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində dünyanın 1 №-li terrorçusu hesab edilən Üsəma ben Laden qətlə yetirildi. Baş verməsindən dərhal sonra dünya kütləvi informasiya vasitələrinin manşetinə çıxarılan əsas xəbər məhz bu hadisə ilə bağlı oldu. Terrorçunun ləğvi əməliyyatının Prezident Barak Obama, Dövlət katibi Hillari Klinton və digər yüksək rütbəli ABŞ rəsmilərinin “on-line“ üzrə birbaşa izləmələri də bu hadisəyə xüsusi çalarlar əlavə etdi. Bütün bu həqiqətlər fonunda anlaşılmaz və müəmmalı məqamlar da nəzərdən yayınmadı. Cavabını gözləyən bir sıra suallar meydana gəldi. Bu gün həmin hadisədən-dünyanın 1 №-li terrorçusunun qətlə yetirilməsindən düz 3 il ötür. Bu yazını da elə həmin suallara tapacağımız subyektivliyi istisna olunmayan cavablar əsasında qələmə almağa qərar verdik.

Rəsmi Vaşinqton 2010-cu ilin avqust ayından müttəfiqi Pakistan ərazisində Üsəma ben-Ladenin sığınacaq tapması ilə bağlı məlumata malik olduğunu, əslində isə onun bu ərazidə son 6 ildə yaşadığını etiraf etmişdir. Eyni zamanda bütün bu müddət ərzində beynəlxalq terrorçuluğa qarşı mübarizədə müttəfiq olan ABŞ və Pakistanın Üsəma ben-Ladeni ələ keçirə bilmədikləri də həmin acı etiraflar sırasındadır. Doğrudanmı ABŞ və Pakistanın xüsusi xidmət orqanları bu qədər səriştəsizlik və qeyri-peşəkarlıq nümayiş etdirmişlər, yoxsa burada başqa səbəblər vardır?

Zənnimizcə, qoyulan sualın birinci hissəsini təsdiqedici cavab kimi əsaslandırmağa başlasaq siyasi səriştəsizlik nümayiş etdirmiş olarıq. Düzdür, Pakistan prezidenti A.A.Zərdari, ölkə ordusunun komandanı, general A.P.Kiyani, kəşfiyyatın rəhbəri general Ş.Paşa və dövlətin təhlükəsizliyinə birbaşa məsuliyyət daşıyan digər yüksək rütbəli rəsmilər hər vəchlə iddia edirlər ki, onlarda Üsəma ben-Ladenin ölkədə gizlənməsi haqqında səhih məlumat olmamışdır. Eyni zamanda qeyd edirlər ki, bu əməliyyatı həyata keçirərkən ABŞ Pakistanı məlumatlandırmamış və

onların bu prosesdə heç bir iştirakı olmamışdır. Bunu ABŞ da təsdiqləyir. Hətta general A.P. Kiyani xəbərdarlıq etmişdir ki, əgər ABŞ anoloji addımı bir daha Pakistan ərazisində atarsa, bu halda rəsmi İslamabad ABŞ-la bağlı siyasətinə yenidən baxa bilər. General Ş. Paşa isə 2011-ci il mayın 7-də Vaşinqtona səfər etmiş və ölkəsinin bu məsələ ilə bağlı mövqeyini qarşı tərəfin nəzərinə çatdırmışdır. Pakistan parlamenti isə “Üsəma ben-Laden işi” ilə bağlı prezident A.A. Zərdarinin və hökumətin başçısı Y.R.Gilaninin istefasını tələb etmişdir.

Üsəma ben-Ladenin öldürülməsi əməliyyatı ilə bağlı təqdim edəcəyimiz bir sıra sadə həqiqətlər yuxarıda sərgilənən siyasi gedişlərin “siyasi şou”dan başqa bir şey olmadığı reallığını üzə çıxarır. Bu məsələdə ABŞ və Pakistanın xüsusi xidmət orqanlarını qeyri-peşəkarlıqda təqsirləndirmək düzgün olmazdı. Əksinə, dünyanın 1 №-li terrorçusunun öldürülməsi hər iki ölkənin müvafiq təhlükəsizlik orqanlarının uğurlu tandemi nəticəsində baş tutmuşdur. Bu hadisənin başqa vaxtda deyil, məhz indi həyata keçirilməsi də təsadüfi xarakter daşımamışdır. Fikrimizi əsaslandırmağa çalışaq. ABŞ xüsusi xidmət orqanlarının “dəniz suitiləri” adlanan elit qrupu 4 helikopterlə Əfqanıstandan havaya qalxır, Pakistanın hava hücumundan müdafiə qüvvələrinin nəzərindən yayınmaqla ölkə sərhəddini xəbərdarlıq etmədən keçir, paytaxt İslamabadın 60 kilometrliyində yerləşən Abbatabad şəhərinə eniş edir və burada, şəhərin elit rayonunda, Pakistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qonşuluğunda 6 il əvvəl tikilmiş, dəyəri 1 milyon dollar olan villaya, daha doğrusu onun qeyri-adi sakininə hücumu həyata keçirir. Bununla da Üsəma ben-Laden epoxası başa çatır. Yəqin ki, siyasi “obıvatel”lərin dərhal inanacaqları bu ssenariyə istənilən millətin orta statistik vətəndaşı ən azı skeptik yanaşmış olar. Axı necə ola bilər ki, elit hərbi akademiyanın qonşuluğunda yerləşən villada kimlərin yaşadığı faktı bu 6 il ərzində Pakistanın müvafiq icra orqanlarının, xüsusilə də təhlükəsizlik qurumlarının diqqətindən kənarda qalıbdır? Axı necə ola bilər ki, dəyəri 1 milyon dollar olan və ətrafdakı binalardan əzəməti ilə seçilən villanın sakinlərinin kimlər olması faktı ən azı insani maraq, qibtə və ya həsəd baxımından diqqəti cəlb etməyibdir? Axı necə ola bilər ki, terrorla mübarizənin “olum və ya ölüm” dilemmasına çevrildiyi bir ölkədə, xüsusilə 2008-ci ilin sentyabr ayında “Marriot”

oteli yaxınlığında dəhşətli terror aktı həyata keçirildikdən sonra paytaxt ərzisində təhlükəsizlik və polis qüvvələrinin patrul xidməti ən yüksək səviyyəyə qaldırıldığı reallığında belə şəhərin elit hissəsində yerləşən həmin villa və onun məşhur sakini Üsəma ben-Laden heç kimi maraqlandırmır. Hesab edək ki, sırf təhlükəsizlik maraqlarından çıxış edərək villanın bütün sakinləri, xüsusilə Üsəma ben-Laden müasir texnoloji vasitələrdən (telefon, sputnik televiziya, internet və s.) istifadə etməmişdir. Bəs onda bu faktı necə əsaslandırmaq olar ki, ben-Laden özü olmasa da belə, hər halda onun yaxın ətrafı ən azı adi məişət problemlərini həll etmək üçün ətraf aləmlə ünsiyyətə girməli olmuşlar. 6 il ərzində yaxınlıqdakı dükan və mağazalardan özləri üçün zəruri olan malları almışlar. Heç şübhəsiz, həmin obyektlərin sahibləri öz alıcılarını, xüsusilə də daimi müştərilərini yaxşı tanıyırlar. Ən azı Pakistanın xüsusi xidmət orqanları və ya onların amerikalı həmkarları belə iş adamlarının məlumatlarından faydalana bilərdilər. Deməli, bu məsələdə həqiqəti digər mətləblərdə axtarmaq lazımdır. Heç şübhəsiz, hadisələrin baş verdiyi real zaman rejimində hər hansı əsaslandırılmış mühakimə irəli sürmək və proqnoz vermək kifayət qədər müşkül məsələdir. Buna baxmayaraq, baş verəcək istənilən hadisənin törədilməsindən əvvəl müəyyən əlamətləri biruzə verdiyi reallığına söykənərək malik olduğumuz faktlar və arqumentlər əsaında təhlil etdiyimiz hadisə ilə bağlı bəzi nəticələrimizi və proqnozlarımızı irəli sürə bilərik.

Əvvəla, Pakistanın xüsusi xidmət orqanları artıq uzun illərdir ki, terrorla permanent mübarizə vəziyyətində olduqlarından kifayət qədər peşəkardırlar və elə bu səbəbdən də Üsəma ben-Laden və onun ailəsinin nəinki ölkə ərazisində olduğundan məlumatlı olublar, eyni zamanda ona “sığınacaq” verməklə Qərblə əsil “siçan-pişik oyunu” oynamışlar. İstisna deyildir ki, ABŞ-dan 1№-li terrorçunun təhvil verilməsinin əvvəzi olaraq daha böyük məbləğ tələb etsələr də, bu məsələdə qarşılıqlı kompromis əldə edilmədiyindən proses 6 il çəkmişdir.

İkincisi, həmin müddət ərzində “Əl-Qaidə” liderinin Pakistan ərazisində həbs edilməməsi və ya öldürülməməsi ona dəlalət edə bilər ki, de-yurye olmasa da, de-fakto bu təşkilat ölkənin xüsusi xidmət orqanlarının xüsusi bir qanadı funksiyasını yerinə yetirmişdir.

Üçüncüsü, Üsəma ben-Ladenin məhv edilməsi ilə bağlı əməliyyat ABŞ və Pakistan arasında əldə edilmiş böyük bir sövdələşmənin nəticəsi olaraq həyata keçirilə bilər. Bu sövdələşmənin predmetinə gəldikdə isə, burada tərəflərin ortaq məxrəcə gəlməsini şərtləndirən üç amilə xüsusi diqqət yetirmək lazımdır. Bunlardan 2-ci birbaşa ABŞ ilə bağlıdır, 1-i isə Pakistanla əlaqədardır. Daha dəqiq desək, “böyük sövdələşmə”nin nəticəsindən qaynaqlanaraq Barak Obama administrasiyası qarşıdan gələn 2012-ci il prezident seçkilərində yenidən qalib gəlmək üçün yüksək reytinqə və deməli adekvat olaraq potensial seçici səsinə malikliyi təmin edirdi. Bundan savayı, Prezident Barak Obama seçiciləri qarşısında verdiyi vədi-Əfqanıstandan ABŞ qoşunlarını qısa müddətdə çıxarmaq öhdəliyini yerinə yetirmək üçün əlverişlı və münbit şərait əldə edirdi. Deməli, seçkiqabağı dövrdə sözü ilə əməli üst-üstə düşən prezident imicini formalaşdırmış olurdu.

ABŞ qoşunlarının olmadığı qonşu Əfqanıstanda siyasi proseslərə ən ciddi təsir etmək və bir çox hallarda onları idarə etmək inhisarı isə məhz Pakistana keçmiş olurdu. Əfqanıstanda Həmid Kərzai hökuməti ilə rəsmi İslamabadın heç də isti olmayan münasibətləri fonunda ikincinin bu ərazidə bir çox hallarda ABŞ-ı əvəz etmək səlahiyyətlərinə yiyələnməsi haqqında bəhs etdiyimiz “böyük sövdələşmə”nın vacib elementlərindən biri kimi dəyərləndirmək mümkündür.

Heç şübhəsiz, Üsəma ben-Ladenin öldürülməsi “Əl-Qaidə” terror təkilatına və ümumən, beynəlxalq terrorçuluğa endirilmiş ağır zərbədir. Buna baxmayaraq, həlledici zərbə deyildir. Qlobal təhlükə mənbəyinə-beynəlxalq terrorçuluğa qalib gəlmək üçün mübarizə nəticə ilə deyil, səbəblə aparılmalıdır. Terrorçunu (nəticə) öldürmək mümkündür, lakin onun daşıyıcısı olduğu ideologiya (səbəb) belə təzyiqlərə nəinki davamlıdır, hətta unikal mutasiya qabiliyyətinə malikdir. Deməli, mübarizə, ilk növbədə, terrorçuluğu doğuran münbit şəraitə ünvanlanmalıdır. Yoxsulluq, savadsızlıq, siyasi azadlıqların natamam səviyyəsi və ya olmaması, sosial ədalətsizlik, dini və etnik dözümsüzlük, beynəlxalq münasibətlər sistemində balansın pozulması və digər amillər həmin şəraiti doğuran motivlər sırasındadır.

Beynəlxalq terrorçuluğa qarşı “hər zaman və hər yerdə”, kollegial, əlaqələndirilmiş və yuxarıda səsləndirilən səbəb-motiv kontekstində mübarizə

aparılmasa, əks halda sivil bəşəriyyəti daha dəhşətli təhdidlərlə üz-üzə qoyacaq yeni “Laden”lərin peyda olması labüd olacaqdır. Bu, müasir dünyamızın real və mistik həqiqətidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM