Uca Yaradanın müqəddəs kitabımızda cənnətə daxil olmaq üçün insan övladına “olmaz”ları etməmək üçün səslənişi ilə sevgili peyğəmbərimizin “Cənnət anaların ayağı altındadır” fikri arasındakı rabitəni ilk baxışdan anlamaq çətin olsa da sonradan bu fikrin mahiyyətinə vardıqca hər şey gün kimi aydın olur. Missiyası dünyaya övlad gətirməklə bitməyən ana adlı cəfakeşin nələr çəkdiyini elə öz analarımızın ömür yolunu izləsək görə bilərik. Səhər günəşi salamlamaqla işi başlayan ananın axşam ay batandan sonra belə işinin bitməməsi, belə desək, bütün qadınların tərcümeyi-halı kimidir.
Qadın sülh rəmzidir. Müharibənin sinonimi kişilərdir-bu etiraf kimi səslənsə də həqiqətdə belədir. Çünki bütün müharibələri kişilər başlayır və kişilər də qurtarır. Müharibələrin qurbanları isə qadınlar olur. Ər, qardaş, oğul acısı ilə saçından uzun gecələrin qoynuna qısılıb səhəri dirigözlü açar analar…
Ananın övladına deyil, bütün bəşəriyyətə, yaradılışa münasibəti də sevgi üzərində qurulub. Odur ki, sevginin, kövrəkliyin, səmimiyyətin özü olan analar ədəbiyyatımızın, şeirimizin əsas mövzularından birinə çevrilib. Adına şeirlər, mahnılar yazılıb…
Ana, ana... O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi istirahətdir…
Cəfər Cabbarlı poeziyasinin şah damarı olan bu şeiri çoxumuz əzbər bilməsək də o öz möhtəşəmliyi ilə ruhumuza hakim kəsilib.
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda…
Mikayıl Muşfiqin bu şeirində isə adı gələndə ağzında dili torpaq kimi cadar-cadar olan bir ana həsrətlisini görürük.
Fransız yazıçı və aforizm ustası Fransua de Laroşfuko deyirdi ki, “Qadınların cəhənnəmi qocalıqdır.” Cəhənnəm sözünün qadınlarda qıcıq yaradacağını bilsəydi yazıçı bəlkə də bu sözü bir başqa sözlə əvəzləyərdi.
Bəli, heç bir qadın qocalmaq istəmir və yazıçının fikrinə hörmətlə yanaşmaqdan başqa çarəmiz qalmır. Qadınlar haqqında bəşər yaranandan bu günə kimi deyilib, deyilir, yazılıb və yazılır. Qadın kimdir, nədir, tərifi varmı sualının bir cavabı var: O, müqqəddəsdir, əzəmətlidir, “dünyaya can gətirən bir varlıqdır”.
Tarixin müəyyən dövrlərində bəşəriyyətin xilası naminə qadın zərifliyi elə bir gücə çevrilmişdir ki, bu gücün qarşısında heç bir qüvvə tab gətirə bilməmişdir. Müharibə ocaqlarının gündən-günə alovlandığı, hər gün qorxulu xəbərlər aldığımız dünyamızda sanki içimdəki bir qüvvə məni “Qadınlar dünyanın xilaskarı ola bilər” fikrini ucadan deməyə səsləyir.
Bu gün qadınların günüdür. Bu gün bütün qadınlar istər ki, silahlar sussun, göy üzündə qara buludlar olmasın, dili, dini, rəngi, irqi ayrı olan insanlar birləşib ANA ürəyinin rahatlıq tapması üçün “Biz sülhə səs veririk” desinlər. Dünyadakı bütün qadınların ən böyük istəyi, amalı, əmin-amanlıq və sülhdür. Könül istərdi ki, qadın adını uca tutaraq sevə-sevə qeyd etdiyimiz 8 Mart Beynəlxalq Qadınlar Günü dünyada sülh günü kimi tarixə düşsün…
Böyük mütəfəkkirimiz Hüseyn Cavidin: “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” deməsi Azərbaycan Kişisinin qadına verdiyi dəyərin, önəmin və ona olan inamın təcəssümüdür. Təəssüf hissi ilə qeyd edim ki, bu gün od içində yanan dünyamızın hər yerindən anaların fəryadı eşidilir. Atılan mərmilər, ölümsaçan güllələr Anaların səsini eşitmir, onun təkcə oz övladından deyil, bütün dünyadan ötrü narahat olduğunu anlamır.
Azərbaycan qadını ona həvalə edilən hər bir işdə uğur qazanıb, yeniliklərə imza atıb. Məhz bütün bunların şahidi olan, onlara hər zaman diqqət və qayğı ilə yanaşan, Azərbaycan qadınının taleyini düşünən ümummilli liderimiz Heydər Əliyev deyirdi: «İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası ilə bizim xalqımızı, millətimizi daim ucaldır. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…»
Yeri gəlmişkən, ulu öndər qadın azadlığına və onların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət ayırır, qadınların təhsil almasını vacib məsələ kimi
qarşıya qoyurdu. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan qadını cəmiyyətdə öz layiqli yerini tapdı.
Vətənin mübariz və müsəlləh əsgəri kimi ötən əsrin sonlarında müstəqillik uğrunda aparılan mübarizədə, həmçinin torpaqlarımızın Ermənistan tərəfindən işğalının qarşısının alınmasında Azərbaycan qadınlarının cəsarətinin və mübarizliyinin şahidi olduq. Hətta onlardan bir neçəsi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatının ən müxtəlif sahələrində, o cümlədən daxili işlər orqanlarında da qadınların daha geniş təmsil olunmasına çox böyük diqqət yetirilir. Məhz göstərilən diqqət və qayğının, etimadın nəticəsidir bu gün daxili işlər orqanlarında 3000-ə yaxın qadın əməkdaş xidmət aparır.
Vurğulamaq yerinə düşər ki, istər ölkəmizdə, istərsə də kənarda öz işi, bacarığı və əvəzsiz xidmətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edən Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi isə bütün Azərbaycan xanımlarına ən böyük ehtiramın, etimadın bariz nümunəsidir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM