AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
STRATEGİYA.AZ YENİ AZƏRBAYCAN PARTİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİSSİYASININ KATİBİ, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR ELMAN NƏSİROVUN SİYASİ TƏHLİLİNİ SİZLƏRƏ TƏQDİM EDİR
İsrail-Fələstin və bütövlükdə yəhudi-ərəb münaqişəsi nəinki XX əsrin, hadisələrin gedişatı göstərir ki, hətta XXI əsrin də ən faciəli səhifələrindən biri olmağa iddialıdır. Sayı İsrail ərazisində 5 milyon nəfərdən bir qədər çox olan bir xalqın- yəhudilərin sayı 1 milyard 300 min nəfəri ötmüş (dünyada 22 ərəb dövləti və bütövlükdə 57 müsəlman ölkəsi vardır) müsəlman dünyasına qarşı təkbaşına dura bilməsi nə nəzəri, nə də praktik baxımdan mümkündür. Deməli, İsrailin ABŞ-ın simasında güclü dayaq tapmasının motivləri məntiqidir və anlaşılandır. Bəs hansı motivlər İsraili ABŞ üçün belə cəlbedici edir? ABŞ-ın İsraili birmənalı olaraq müdafiə etməsi hansı amillərlə izah oluna bilər? Təhlil edək.
1977-ci il may ayının 12-də ABŞ prezidenti Cimi Karter mətbuat konfransında İsrail dövləti ilə bağlı aşağıdakı fikirləri söyləmişdir: «Bizim İsrailə xüsusi münasibətimiz vardır. Qoy heç kim ölkəmizdə, o cümlədən dünyada İsrailin mövcudluq hüququnu müdafiə etməyin bizim üçün Yaxın Şərqdə bir nömrəli vəzifə olduğuna şübhə etməsin». Müxtəlif variantlarda bu tezis ABŞ-ın sonrakı liderləri tərəfindən də dəfələrlə təsdiqlənmişdir.
O da maraqlıdır ki, adətən müttəfiq dövlətlər arasında qarşılıqlı yardım haqqında müqavilələr imzalanır, lakin ABŞ və İsrail arasında belə bir müqavilə yoxdur. İsrail hər hansı bir hərbi bloka daxil deyildir və ümumiyyətlə elə bir hüquqi-normativ sənəd yoxdur ki, ABŞ-ın İsrailin müdafiəsinə qalxması öhdəliyini özündə ehtiva etsin. Bəziləri hesab edirlər ki, ABŞ-da 6 milyonluq yəhudi icması var və bu toplumun potensial və real imkanlarının olduqca böyüklüyü ABŞ-ın İsrailə olan məlum münasibətini şərtləndirir. Lakin burada bir vacib nüansı nəzərdən qaçırmaq olmaz. Əgər söhbət iqtisadiyyatdan gedirsə, bu bir həqiqətdir ki, ABŞ kapitalizminin dayaqları sayılan iki nəhəng qruplaşmada- hərbi-sənaye kompleksində və neft inhisarında «yəhudi kapitalı»nın xüsusi çəkisi heç zaman aparıcı olmamışdır. Yəhudilər, düzdür, administrasiyada geniş təmsilçilik imkanlarına malikdirlər, lakin Senatda onların sayı ən yaxşı halda 10 nəfərə çatmışdır. Əslində məsələ heç də rəqəmlərdə və ya yəhudilərin ictimai həyatın müxtəlif sahələrində hansı kəmiyyət və keyfiyyət göstəricisi ilə təmsilçiliyində deyildir. Məsələ ondadır ki, ABŞ ictimai fikri bütövlükdə İsrailə rəğbət bəsləyir və onu müdafiə etməyə hazırdır. Yəhudi əhalisinin olduqca az olduğu ştatlardan seçilmiş konqresmenlərin İsraillə bağlı məsələlərin müzakirəsi zamanı göstərdikləri siyasi davranış, həmin icmanın böyük əksəriyyət təşkil etdikləri Nyu-York, Kaliforniya, Florida və Nyu-Cersidən olan və deməli daha çox bu icmanın seçici səsindən asılı olan konqresmenlərin siyasi davranışından seçilmir, ona adekvatdır .
Deməli, burada psixoloji məqamı qətiyyən nəzərdən qaçırmaq olmaz. Fikrimizi əsaslandıraq. Amerikalıları «dindar xalq» hesab etmək olar. ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun 135 sözlük andiçmə (inaqurasiya) nitqinin son kəlamının «Allah mənə kömək olsun» şəklində ifadəsi də bir təsadüf deyildir. O vaxtdan bu ifadə ABŞ-ın bütün sonrakı prezidentlərinin inaqurasiya nitqinin sonuna bir formula kimi daxil olmuşdur. ABŞ-da Bibliyaya olduqca böyük hörmət vardır. Xristianlığın isə qədim yəhudi tarixi ilə sıx əlaqəsi heç kimə sirr deyildir.
Bundan başqa, digər mədəniyyətlərdə olduğu kimi, anqlo-sakson əxlaqı və düşüncə tərzində də daha zəif və gücsüzə himayə göstərmək meyli öz-özünə, təbii olaraq yaranan bir prosesdir. ABŞ ictimai fikrində 5 milyonluq İsrail 100 milyonluq ərəb dünyası ilə üz-üzə dayanmağa məcbur və məhkum olunmuş bir qüvvə qismində qavranılır.
Belə bir fakt da nəzərdən qaçılmamalıdır ki, ABŞ-da Xolokost haqqında informasiya olduqca geniş yayılıb və İsrail dövləti həmişə qovulan və təhqirlərə məruz qalan yəhudi xalqını bir araya gətirən ocaq kimi qəbul edilir. Ərəblər isə, əksinə, yəhudiləri həmin ocaqdan məhrum etməyə çalışan qüvvə kimi qavranılır. Bundan savayı, ərəblər Qərbə düşmən olan iki «mənfi qüvvə» timsalında assosiasiya olunurlar. Bunlardan biri sovet kommunizmidir (son zamanadək), digəri isə «islam təhlükəsi»dir.
Nəhayət, «Amerika-İsrail İctimai İşlər Komitəsi», «İsrailin Müdafiəsi üzrə Xristian İctimai Fəaliyyət Kompaniyası», «Amerika Sionist Təşkilatı» və «Amerikalılar İsrailin Təhlükəsizliyi Uğrunda» kimi olduqca məqsədyönlü və ardıcıl siyasi təbliğat və təşviqat kampaniyası aparan ABŞ-ın yəhudi təşkilatları son nəticədə İsrailin lehinə amerikalıların ictimai fikrinin formalaşdırılması missiyasının öhdəsindən uğurla gələ biliblər.
Bir sözlə, yəhudi dövlətinin təhlükəsizliyinin təminatı ABŞ-ın ümummilli ikipartiyalı prioritetlər kateqoriyasından olan məsələlərdən olmuşdur və indi də belədir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM