Tarixi idrak prosesinin mahiyyəti

13:55 / 28.03.2017

Rəşad Əsgərov

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 

Tarixi idrak bizə nə üçün lazımdır sualına birmənalı cavab vermək xeyli çətindir. Əgər desək ki, tarixi idrak bizə bəşəriyyətin keçmişi haqqında məlumat verir, onda ortaya başqa bir sual çıxır. İnsanlar keçmişi nə üçün öyrənirlər? Öz keçmişini bilmək təlabatı insan cəmiyyətinə xas olub insanın özünü dərk etməyə can atmasını ifadə edir. İstər əvvəlki dövrlərdə, istərsə də müasir dövrdə tarixin yazılması insanları öz keçmişini öyrənməyə təhrik edən sosial impulsla sıx bağlıdır. Qədim dövrlərdən bu günə qədər bir çox mütəfəkkirlər keçmişin öyrənilməsinə xüsusi diqqət yetirmişlər. Hətta onlar keçmişin öyrənilməsinin zəruriliyini, əhəmiyyətini də göstərmişlər. Deməli, hər bir dövrdə tarixin öyrə-nilməsi və yazılmasını stimullaşdıran müəyyən sosial mənafedir. Bu isə həyatın özünün təlabatından irəli gəlir.

Məlum olduğu kimi hər bir idrakın ilkin şərtini obyekt və subyektin dialekt vəhdəti təşkil edir. Bu qarşılıqlı təsir prosesində obyekt idrakın mənbəyini təşkil edir və ona görə də biliklərin məzmununu müəyyənləşdirir. İdrak prosesində subyekt də fəal rol oynayır. Praktikada xarici aləmin bu və ya digər tərəfləri insan münasibətləri dairəsinə cəlb olunur, fəaliyyət predmeti və idrak obyektinə çevrilir (3, 7-50). Beləliklə, subyektin fəaliyyəti idrakın inkişafının əsasını təşkil edir. İdrakın təhlili zamanı subyekt obyekt qarşılıqlı əlaqələrinin müxtəlif formalarına xas olan ümumi cəhətlərdən əlavə, idrak obyektinin özü ilə, fəaliyyətin xarakteri ilə əlaqədar olan xüsusini nəzərə almaq lazımdır. Bu şərt tarixi idrakın təhlili zamanı da son dərəcədə zəruridir. Tarixi idrakda subyektlə obyektin qarşılıqlı münasibətinin bəzi əlaqələrini göstərmək bu cəhətdən çox vacibdir. Onlardan ən mühümü onunla müəyyən olunur ki, tarixdə idrakın obyekti əsas etibarilə keçmişdir, yəni keçmişdə baş vermiş hadisələrdir. Bütün elmlərdə olduğu kimi, tarix elmi də öyrəndiyi hadisələrin mahiyyətini açmağa cəhd edir. Bu yolda tarix elmi bir sıra çətinliklərlə rastlaşır. Bu çətinliklər hadisənin daxilini açıb

göstərməkdən, həm də ən mühüm indidə keçmişi aşkar etməkdən ibarətdir. Bütün digər elmlərdən fərqli olaraq tarixi elmi elə hadisələri öyrənir ki, həmin hadisələrin mövcudluğu və onların dərk olunması müxtəlif zamanlara aiddir. Tarixi idrak o vaxt baş verir ki, bu və ya digər hadisə artıq baş verib keçmişdir (4, 49-200). Tarixçi o vaxt tədqiqata başlayır ki, onun tədqiqat obyekti artıq yoxdur. Tarixçi və onun idrak obyekti tədqiq etdiyi dövr arasında müəyyən tarixi müddət mövcuddur. Bu müddət konkret hallarda müxtəlif ölçüyə malik olur. Keçmişdə baş verən hadisənin dərk olunması subyektdən keçmişin xəyalən yenidən qurmağı tələb edir. Başqa sözlə, tarixçi öz tədqiqat obyektini özü yaratmalı olur. Bununla əlaqədar olaraq tarixçi alimlər qarşısında həmişə mürəkkəb maneələr durur. Akademik M.P.Kim bu məsələ ilə bağlı yazır: “Tarix elmində idrak obyekti və idrak subyekti bir-birindən zamana görə ayrı düşmüşlər. Onun obyekti keçmiş olduğu halda, onun subyekti indi də yaşayır”(1, 130).

Tarixi idrakda obyekt-subyekt münasibətinin özünəməxsusluğunun metafizikcəsinə şərh edilməsi müasir tarix fəlsəfəsinin ən başlıca nöqsanlarından biri sayılmışdır. Bu fəlsəfənin nümayəndələri öz sələflərindən gələn belə bir ideyanı yenə də davam etdirirlər ki, guya tarixi idrakda təbiətşünaslıq sahələrinləki idrakdan fərqli olaraq obyekt-subyekt münasibəti oradan götürülmüşdür, ictimai idrakın obyekti eyni zamanda subyekt kimi çıxış etdiyindən idrak özünü idrakdır. Məsələn: Tinder (ABŞ) yazır ki, tarix insandan ayrı olmadığına görə o, obyekt olmaqdan çıxır, elmdə tətbiq olunan analiz üçün faydalı olmur.

Tarixdəki subyekt-obyekt münasibətlərində iki cəhəti xüsusi qeyd etməliyik: birincisi tarix məhz şüurlu məqsəddən başlayır, onun iştirakçıları özlərinin təlabatlarını ödəmək üçün qarşılarına müəyyən məqsəd qoyur və ona nail olmağa can atır, ikincisi, tarixi proses cəmiyyət xaricində duran abstrakt, ümumiyyətlə “insan” tərəfindən deyil, tarixin yaradıcısı olan real insan tərəfindən dərk edilir. Birinci halda obyektiv prosesin iştirakçısı və yaradıcısı kimi çıxış edən subyektdən, ikinci halda isə tarixi dərk edən subyektdən söhbət gedir.

Tarixi idrakın təcrübəsi göstərir ki, keçmişin idrakda bərpası spesifik problem kimi mövcuddur və nəinki tarix elmində, habelə digər sahələrdə, məsələn, elm

tarixində müəyyən forma dəyişikliklərinə məruz qasa da öz mövcudluğunu hiss etdirir. Qeyd etmək lazımdır ki, bu vəziyyət təbii sistemlərin təkamülünü tədqiq edən elmlərdə də mövcuddur. Burada da keçmişə müraciət etmək lazım gəlir. Lakin tarixi idrakı ona oxşar olan təbii sistemlərin təşəkkülü prosesinin idrakından fərqləndirən çox mühüm keyfiyyət fərqləri vardır. Bu fərqlər idrak obyektinin özünün xüsusiyyətləri ilə və bundan irəli gələn tarixi zamanın xarakteri ilə bağlıdır. Tarixçinin məşğul olduğu zaman sosial zamandır və o, insan fəaliyyətinin müxtəlif mərhələləri arasında varisliyi ifadə edir.

Tarixi idrakın subyektinin (tarixçinin) obyektə (keçmişə) münasibəti indinin vasitəsilə mümkün olduğundan, tarixi varisliyin bəzi əsas formalarını göstərmək zəruridir.

Keçmişlə indinin ən mühüm əlaqə forması sosial qanunlardır. Keçmişin dərk olunmasında sosial qanunun evristik əhəmiyyəti ondan ibarətdir ki, o az-çox uzun sürən zaman ərzində fəaliyyət göstərməklə sanki keçmişlə indini bir zəncirdə birləşdirir. Bu cəhətdən ümumsosioloji qanunların idrakı əhəmiyyəti xüsusilə çox böyükdür.

Ümumsosioloji qanunlar tarixi mənbə və faktlar cüzi olduqda belə ən uzaq keçmişin ən mühüm ümumi tərəflərinin “ideal” bərpasına imkan verir. Digər cəhətdən, ümumsosioloji qanunlar çox böyük tarixi mənbələrin məntiqi rabitəsini bərpa etməyin və bu əsasda onların subyektiv əlaqələrini dərk etməyin yeganə yoludur. Bu problemlə bağlı da tarixi idrakda bir sıra çətinliklər yaranır. Bu çətinliklərdən biri tarixçi tərəfindən təbii-tarixi prosesin ayrı-ayrı momentlərinin konkret mənzərəsini, inkişaf mexanizmini, strukturunu qura bilmək üçün artıq fəaliyyət göstərməyin sosial qanunların yenidən öyrənməsidir. Bu qanunları fəaliyyət göstərən sosial qanunlardan məntiqi şəkildə çıxartmaq mümkün olmadığından, ümumsosioloji qanunlar tarixçinin əlində artıq fəaliyyət göstərməyin sosial qanunların aşkar edilməsində idrakın bərpasına imkan verən vasitələrdir. Sosial qanun vasitəsilə tarixçi indidən keçmişə və ya gələcəyə getmək imkanı əldə edir. İndidən keçmişə keçidə imkan verən başlıca amil cəmiyyətdəki insan fəaliyyətinin fasiləsizliyidir.

Keçmiş indiyə hər şeydən əvvəl hazırda fəaliyyət göstərən məhsuldar qüvvələr, sistemlər, maddi və mənəvi sərvətlər vasitəsilə daxildir.

Aydındır ki, keçmişi tədqiq edərkən onun indi də mövcud olan maddi təcəssümündə baş verən mühüm dəyişiklikləri nəzərə almamaq mümkün deyildir. Lakin bu dəyişikliklər nə qədər mühüm olsa da, keçmişdə olanla qırılmaz rabitədə meydana gəldiyindən və bu rabitəni özündə saxladığından, tarixçiyə keçmişin ideal təkrarını yaratması üçün geniş imkanlar verir.

Mənəvi sərvətlərdə də məsələ eyni xarakterlidir. Hər bir tarixi dövrün ictimai nəzəriyyə və baxışları boş yerdə deyil, əvvəlki dövrlərin ideya materialı əsasında və bu materialın təsiri altında yaranır. Lakin bundan belə bir nəticəyə gəlmək olmaz ki, ictimai şüurun inkişafındakı varislik cəmiyyətin maddi həyat şəraitindən tamamilə təcrid olunmuş halda meydana çıxır (2, 66-67).

Mənəvi sərvətlər özünün konkret formasını zaman keçdikcə dəyişdirir. Onda ehtiva olunmuş yeni mütərəqqi cəhətlər bütün sonrakı sərvətlərin məzmununa daxil olur. Bu nöqteyi-nəzərdən çıxış edərkən, tarixçi ayrı-ayrı zaman intervalında yaradılmış mənəvi sərvətlərdən sonra gələnin timsalında mənəvi prosesin əvvəlki, bəzən məlum olmayan momentlərinin fikri təkrarını yaradır. Məsələn, XVIII əsrdə Azərbaycan dili poeziyanın nümunələri əsasında bu dövrəqədərki ədəbi prosesin tarixini ümumi cəhətdən bərpa etmək mümkündür.

Tarixi idrakın inkişafı obyektiv tarixi prosesin konkret hadisələrinin mümkün qədər dəqiqliklə bərpa olunmasını tələb edir. Lakin bu vəzifəni dəqiqliklə həyata keçirmək mümkün olmadığından istənilən nəticəni tam şəkildə əldə etmək mümkün olmur. Burada da bir sıra çətinliklər meydana çıxır. Hər şeydən əvvəl bu çətinlik özünü onda göstərir ki, tarixin hər hansı bir dövrünə aid olan məxəzlər və mənbələr müxtəlif olur. Digər tərəfdən, müəyyən dövrdə bəzi hadisələrin tam şəkildə fikirdə cəmləşdirilməsi üçün empirik materiallar olmur və yaxud empirik materialın ayrı-ayrı elementləri arasında məntiqi əlaqəni bərpa etmək və onları bir sistem şəklində qurmaq olmur.

Tarixi idrakda çətinliklərdən biri də müəyyən bir dövrə aid olan mənbələrin az və ya çox olmasıdır. Tarixi mənbələr insanlar tərəfindən yaradılır. Bu insanların

hər biri bu və ya digər sinfi təmsil edir və mənbələri hazırlayarkən həmin sinfin də mənafeyini güdürlər. Məhz buna görə də onların işləyib hazırladıqları mənbələr bir-birinə zidd gəlir və keçmiş hadisələri yenidən bərpa etməkdə çətinliyə səbəb olur. Bu həm də o dövrü işləyən tarixçilərin səviyyələrinin müxtəlif olması ilə əlaqədardır.

Tarixi idrak prosesində olan çətinliklərdən biri də keçmiş hadisələri öyrənən bugünkü tarixçinin həmin dövrə, hadisəyə şəxsi münasibətdir.

Dediklərimizdən aydın olur ki, tarixi idrakın konkret tarixi hadisələrlə əlaqədar “boşluqları” mövcuddur. Tarixi idrakın qarşısında duran ən mühüm məsələlərdən biri keçmişin öyrənilməsi zamanı meydana çıxan belə boşluqları elmi əsaslarla düzgün doldurmaqdır.

Tarixi idrak üç mərhələdən keçir. Birinci mərhələ tədqiqatçının maraqlandığı problemə dair materialın, mənbələrin toplanmasını əhatə edir. Bütün tarixi tədqiqatların məqsədi keçmiş haqqında yeni biliklərin əldə edilməsidir. Bunun üçün hər şeydən əvvəl çoxlu miqdarda material toplamaq lazımdır.

Tarixi idrakın ikinci mərhələsi toplanmış mənbələri seçmək və onların təsnifatını verməkdən ibarətdir. Bu prosesdə mənbələrin təsnifatını düzgün aparmaq olduqca mühümdür. Şübhəsiz bu prosesdə mühüm rol tədqiqatçının üzərinə düşür. Onun ixtisasından və peşəsindən çox şey asılıdır.

Tarixi idrakın üçüncü mərhələsində tədqiqatçı öyrəndiyi problemlə bağlı müəyyən nəticəyə gəlir. Belə ki, tarixi idrakın I və II mərhələləri tədqiqatın empirik səviyyəsini əks etdirirsə, üçüncü mərhələdə tarixçi tarixi keçmişin nəzəri modelini hazırlayır. Tarixi idarkın əsas vəzifələrindən biri tarixi faktların, hadisələrin doğruluğunu sübut etmək və indiyə qədər məlum olmayan hadisə və faktları açmaqdır.

 

Ədəbiyyat

 

1. Elmi texniki inqilab və ictimai inkişaf. Bakı, 1974.

2. Баллер Э.А.Преенебвенность в развитии культуры. М. 1969.

3. Блюхер Ф.Н. Философские проблемы исторической науки. M 2004.

4. Ким М.P. История и коммунизм. М. 1968.

 

Fəlsəfə üzrə fəlsəfə doktoru

dosent Rəşad ƏSGƏROV


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM