Erməni saxtakarlığının ifşası

09:27 / 07.05.2014

Qabil Əliyev

Tarix üzrə elmlər doktoru, professor

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nailə Vəlixanlının Rusiya EA Şərqşünaslıq İnstitutunun  “Vostok” jurnalında dərc edilmiş rəyi haqqında

 Azərbaycan tarixçisinin yerli mətbuatda, elmi jurnallarda sanballı məqalələrlə çıxış etməsi, müxtəlif problemlər haqqında qonşu respublikanın tədqiqatçıları ilə elmi polemikaya girməsi, yalan və saxta mülahizələri tənqid, bir sıra hallarda isə təkzib etməsi son onilliklərdə tez-tez qarşılaşdığımız mənzərədir. Milli maraqların qorunması üçün vətəndaş mövqeyinin aydın ifadə edilməsi, tarixi keçmişimizə sahib çıxılması, bədxah niyyətlərini ifşa olunması sahəsində atılan addımları təbii qəbul etməyimiz də bununla bağlıdır.

Eyni zamanda, öz haqlı mövqeyimizi daha geniş auditoriyaya, dünya ictimaiyyətinə çatdırmaq, Vətən tarixinin müxtəlif məsələləri haqqında gerçəklikləri, obyektiv həqiqətləri təhrif edilmədən xarici mətbuat səhifələrinə çıxarmaq, beynəlxalq miqyasda nüfuzlu sayılan elmi jurnallarında dərc etdirmək hələ də çox mühüm bir vəzifə kimi qarşımızda durmadadır. Həm də bu zaman müxtəlif maneələri dəf etmək, çoxsaylı erməni havadarlarının müqavimətini qırmaq, ikili standartlarla düşünməyə adət etmiş jurnal sahiblərini insaflı hərəkət etməyə inandırmaq kimi bir çox çətinliklərə sinə gərmək lazım gəlir ki, bu da böyük hünər, az-az rastlaşdığımız qürurverici bir haldır.

Bu baxımdan, akademik Nailə Vəlixanlının Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Vostok” adlı elmi jurnalının 2013-cü ildə 6-cı sayında çap olunmuş “A.K. Şaqinyanın “Naxçıvan Ərəb xilafəti tərkibində” məqaləsi haqqında düşüncələr” adlı böyük həcmli rəyi (səh. 205-215) diqqətəlayiq hadisədir. Rəydə öncə jurnalın oxucularına erməni müəllifinin daha əvvəlki “əsərlərində” istifadə etdiyi metod – ayrı-ayrı müəlliflərin (onların içində erməni, rus və azərbaycanlı tədqiqatçılar vardır) müxtəlif zamanlarda çap etdirdikləri əsərlərdən götürüb, azacıq dəyişikliklərlə özününkü kimi təqdim etdiyi plagiat faktlar haqqında bilgi verilmişdir. Ziya Bünyadov, A.Novoseltsev, Y.Manandyan, A.Ter-Gevondyan kimi tanınmış tədqiqatçıların monoqrafiyalarından köçürdüyü faktları vicdan rahatlığı ilə öz qələminin məhsulu kimi çap etdirən A.Şaqinyanın bu cür tanıdılmasından sonra, Nailə xanım onun Naxçıvanın Ərəb Xilafəti dövründə hansı inzibati bölgənin tərkibində olması haqqında mülahizələrinə aydınlıq gətirmişdir.

Orta yüzilliklərdə yaşamış ərəb müəlliflərinin Azərbaycan, ümumiyyətlə Qafqaz haqqında yazdıqları əsərləri 50 ildən artıq müddət ərzində dərindən araşdırmış tədqiqatçı kimi postsovet məkanında yetərincə tanınan Nailə xanım erməni müəllifinin məqaləsində istinad etdiyi bütün mənbələri, əsaslandığı hər bir faktı səriştə ilə, yüksək peşəkarlıqla təhlil etmişdir. Həm də bütün məqamlarda son dərəcə korrekt davranmış, elmi etikanı gözləməklə A.Şaqinyanın Naxçıvanı Ermənistan şəhəri kimi təqdim etməsinin tarixi gerçəkliyi əks etdirmədiyini, əsaslandığı mənbələrdəki ziddiyyətli məqamlardan yararlanmasının doğru olmadığını sübut etmişdir.

Akademik Nailə Vəlixanlı Ərəb xilafətinin zəiflədiyi, Cənibi Qafqazda müstəqil dövlətlərin yarandığı zamanda da Naxçıvanın Azərbaycan dövlətləri tərkibində inzibati bölgə mərkəzi, Eldənizlər sülaləsinin hakimiyyəti dövründə isə dövlətin paytaxtı olması, eləcə də daha öncə – Sasani ağalığı dövründə bütün Cənubi Qafqazı əhatə edən Adurbadaqan (Azərbaycan) kustunun tərkibində olması haqqında da müxtəlif xarakterli mənbələrdən əxz etdiyi dəlil-sübutları oxucuların nəzərinə çatdırmışdır.

Bir nümunə ilə fikrimizi yekunlaşdırmaq istəyirik. A.Şaqinyan XIII əsrdə yaşamış erməni müəllifi Stepannos Orbelyana istinad edib I-II əsrlərdə Naxçıvanın Sünik vilayətinin mərkəzi olması haqqında mülahizəsinə cavab olaraq, Nailə xanım erkən orta yüzilliklər dövrü Cənubi Qafqaz tarixinə xüsusi monoqrafiya həsr etmiş və ermənipərəst mövqeyini hər fürsətdə nəzərə çarpdıran Rusiya EA müxbir üzvü A. Novoseltsevin belə bir önəmli fikrini diqqətə çatdırmışdır ki, erməni etnosunun Sünik vilayətinə və Albaniyanın digər bölgələrinə nüfuz etməsi yalnız VI əsrdən etibarən başlanmışdır.

Rəylə tanışlıq göstərir ki, Nailə xanım məqsədinə tam nail olmuş, tariximizlə bağlı növbəti erməni saxtakarlığını ifşa etmişdir. Və inanırıq ki, Naxçıvanın bütün dövrlərdə Azərbaycan ərazisi olduğuna “Vostok” jurnalının obyektiv bilgi almaq istəyən oxucularını da inandıra bilmişdir.


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM