Ölkəmizdə narkomaniya ilə mübarizə tədbirləri gücləndikcə narkotacirlər çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif yollara əl atır, ən çox da gələcəyimiz olan uşaqları, yeniyetmləri bu bəlaya düçar etməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Bəli, keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Bir çox dövlət strukturları ilə yanaşı, hüquq-mühafizə orqanlarının, xüsusilə də polisin bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri istimaiyyət tərəfindən bəyənilir və təqdir olunur. Çünki keçirilən tədbirlərdə şagirdlərlə, yeniyetmələrlə yanaşı onların valideynlərinin iştirakı hədəfimizə çatmağa kömək edir. Yəni məqsəd ailədə pis vərdişlərə, narkomaniyaya düçar olmuşların elə valideynlər tərəfindən vaxtında aşkar olunmasına kömək etməkdir. Ailə, məktəb və polis vəhdəti təkcə “ağ ölüm”lə mübarizədə deyil, şagirdlərin, yeniyetmələrin sağlam, savadlı, vətənpərvər böyüməsinə də təkan verəcəkdir.
Xətai Rayon Polis İdarəsi tərəfindən narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti maarifləndirmə tədbiri bu dəfə 260 nömrəli məktəbdə keçirildi. Məktəbin direktoru Qiyas Quliyev son illər ölkəmizdə narkomaniya ilə mübarizədə polisin fəaliyyətini və xidməti vəzifəsini yerinə yetirərkən qanun keşikçilərinin həlak olmasını da iştirakçıların diqqətinə çatdırdı. Bildirdi ki, dərsə davamiyyəti zəif və çətin tərbiyə olunan şagirdlərin nizam-intizama dəvət edilməsində polisin rolu çox böyükdür. Məhz onların səyi nəticəsində valideynlərlə aparılan profilaktiki söhbətlərdən sonra mühüm dönüş yaranıb.
Polis polkovniki Muradəli Babayev tədbirin aprel döyüşlərinin növbəti ildönüm ərəfəsində keçirilməsinə diqqət çəkərək bildirdi ki, bu gün vətənini, xalqını sevən hər bir kəsin əsas məqsədi vətənimiz uğrunda qanını-canını fəda edən, onun sərhədlərinin, hər qarış torpağının toxunulmazlığı üçün qəhrəman övladlarımızın davamçılarını yetişdirməkdir.
Sonra onun təklifi ilə aprel döyüşlərində həlak olmuş şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Bildirildi ki, günü-gündən qarışan dünyamızda ölkəmizdəki sabitliyi gözügötürməyənlər narkomaniya adlı bəlaya gənclərimizi düçar etməklə burada kriminogün durumu dəyişməyə, cinayətkar əməllərin çoxalmasına çalışırlar. Lakin onlar heç də həmişə istəklərinə çata bilmirlər, çünki qarşılarında torpağını, millətini, gəncliyini və gələcəyini sevən Azərbaycan Polisini görürlər.
“Narkomaniya heç zaman sağalmayan bir xəsətəlikdir. O, insanda fiziki və psixoloji asılılıq yaratmaqla onu dəyərlər sistenmindən məhrum edir. Narkomanlar potensial cinayətkarlar və ən qorxulu infeksion xəsətəlik daşıyıcılarıdır.” Bu fikirləri Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova söylədi və şagirdləri zərərli vərdişlərdən, narkotik vasitələrdən uzaq olmağa, polis və digər aidiyyatı qurumlarla birgə aparılan maarifləndirmə tədbirlərində yaxından iştirak etməyə çağırdı.
Tədbirdə narkomaniya ilə yanaşı bu gün cəmiyyətimizi narahat edən daha bir problemə toxunuldu. İdarənin DYPŞ-nin inspektoru, polis kaptanı Fərid Əhmədov son zamanlar çoxalan yol-nəqliyyat hadislərinə diqqət çəkərək bildirdi ki, şagirdlər yolu keçərkən təyin olunmuş yerlərdən, piyada zolaqlarından və yeraltı, yerüstü keçidlərdən istifadə etsinlər.
Daha sonra tədbirdə digər çıxış edənlər-şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki İdris Məhərrəmov, RPİ Vetaranlar Şurasının sədri Nazim Xıdırov və 35-ci PB-nin YYÇ işləri üzrə inspektoru, polis kapitanı Günel Həsənova şagirdləri sağlam həyat tərzi sürməyə, idmanla məşğul olmağa, ən ümdəsi, ölkəmizə gənclər üçün yaradılan şəraitdən yararlanmalarını tövsiyə etdilər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM