Vətən üçün, xalq üçün və gələcək üçün...

09:54 / 11.04.2017

 

Paytaxtımızda və yerlərdə polisin təşkilatçılığı ilə keçirilən narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlərdə dilə gətirilən narahatlıq başa düşüləndir. Çünki həlli vacib məsələlərin sonucunda gəncliyimizin və gələcəyimizin taleyi dayanır. Onları insanın qanını, canını deyil, həm də psixologiyasını, mənəviyyatını məhv edən, özündən ömürlük asılı vəziyyətə salan düşməndən qorumaq üçün, sözün əsl mənasında, birləşməyimiz çox vacibdir. Bu təkcə daxili işlər orqanlarına DİN rəhbərliyinin tələbi kimi anlaşılmamalıdır, bu həm də qapımızı döyən bəlanın, səssiz ölümün doğmalarımızı, əzizlərimizi bizdən qoparacaq qədər güclü olmasını görüb həyacan təbili çalan, şəxsiyyətin deqradasiyaya uğradığının fərqində olan insanların istəyidir, tələbidir. Daha dəqiq desək, bu, cəmiyyətin öz tələbidir.

Narkotik vasitələrə və narkomaniyaya gedən yol haradan başlanır? Bu suala hər kəs fərqli cavab verə bilər. İlk ağlımıza gələn əlbəttə ki, siqaretdir. Yəni biz bütün işlərimizi buraxıb bir nömrəli problem kimi siqaretləmi mübarizə aparacağıq? Tütün və tütün məhsullarını baykotmu etməliyik? Əlbəttə bu düşüncə ilə yanaşmanın özü də insanlarda aqressiya doğura bilər və söhbət gələcəyimiz olan gənclikdən gedirsə, o zaman, düşünüb-daşınıb yollar axtarmalıyıq. Bu yolların da ən asanı, hamının keçə biləcəyi maarifləndirmədir.

Belə bir deyim var: “İnsanlar arasında nəyisə yaxşılığa doğru dəyişmək istəyirsənsə və bunu arzulayırsansa, özün yaxşı nümunə olmalısan.” Təəssüflər olsun ki, bəzi hallarda nümunə olmağı bacarmırıq. Elə biz özümüz də gəncliyimizi çəkindirmək istədiyimiz bəladan, yəni siqaretdən asılıyıq. Bəla təkcə siqaretdimi? Xeyr, siqaret deyil, amma bəlaları doğuracaq səbəblər çoxdur...

Məni narahat edən bir çox suallara iştirak etdiyim tədbirlərdə cavab tapıram. Bəs, görəsən, o tədbirlərdə iştirak edən şagirdlər, tələbələr necə? Yarım saat, bir saat oturduğu tədbirdən, həyatını dəyişdirə biləcək bir söz, bir fikir yadında saxlaya bildimi, yadında saxladıqları onu pis vərdişlərdən çəkindirə biləcəkmi? Narkomaniya və zərərli vərdişlərlə mübarizəyə qarşı keçirilən maarifləndirmə tədbirlərində həmişə bir nüans diqqətimi çəkib. Tədbirdə yalnız polis əməkdaşları, narkoloq həkimlər iştirak edirlər.

Bir neçə gün bundan öncə Xətai Rayon Polis İdarəsinin təşilatçılığı ilə 48 nömrəli məktəbdə gerçəkləşən tədbirdə diqqətimi çəkən bir başqa məqam elə bu yazının yazılmasına təkan verdi. Tədbirdə polislərlə, həkimlərlə yanaşı, təqaüddə

olan filologiya elmləri doktoru, professor İmadəddin Zəkiyev də iştirak edirdi. Ona söz veriləndə hiss etdim ki, qarşımızda ömrünü layiqli vətəndaş yetişdirməyə həsr etmiş, vətənini, xalqını sevən aydınımızın sözünün sehrinə düşəcəyik. Elə düşündüyüm kimi də oldu. Zala göz gəzdirəndə şagirdlərin onu necə heyranlıqla dinlədiklərini gördüm...

Hörmətli ziyalımızn fikirlərini sizinlə bölüşmək istəyirəm: “Ölkəmizin yaratdığı bu şəraiti qiymətləndirib layiqli vətəndaş olun. Kitabxananızı zənginləşdirin ki, kitablar da sizi zənginləşdirsin. Kim kitabın yanından yan keçərsə, öz səadətinin yanından yan keçər. Kitabla dost olmaq lazımdır. Kitab bilik mənbəyi olmaqla yanaşı, bizi arzularımıza doğru aparan ən gözəl və təhlükəsiz vasitədir. Kitab oxumaqla biz həm zəngin mütailəyə malik oluruq, leksikonumuzdakı sözlərin sayı çoxalır, həm də nitqimiz inkişaf edir.”

O, həmçinin keçirilən tədbirin əhəmiyyətindən də bəhs etdi. Dedi ki, polisin təşkilatçılığı ilə belə tədbirlərin məktəblərdə, əmək kollektivlərində keçirilməsi ondan xəbər verir ki, gəncliyimiz və gələcəyimiz böyük bir bəla ilə, səssiz ölümlə, görünməz düşmənlə üzbəüzdür. Əgər birgələlik nümayiş etdirsək, hər bir çətinliyin öhdəsindən layiqincə gələ bilərik.

Düzü, hörmətli ziyalımızın çıxışından sonra düşündüm ki, elə bu tədbirdə Xətai RPİ-nin rəhbərliyi gözəl bir ənənənin əsasını qoyub. Yaxşı olardı ki, keçirilən tədbirlərdə digər ali təhsil müəssisələrinin təqaüddə olan müəllimləri də iştirak etsinlər, daha doğrusu, həmkarlarımız onları dəvət etməkdə maraqlı olsunlar. Bu yolla biz üz tutduğumuz gənc nəslə kitabı sevdirəcəyik...

İndi kitab oxuyan varmı? Əfsuslar olsun ki, çox azdır. Niyə? “Niyəsini” çevrəmizə baxsaq, görəcəyik. Müasir texnologiyalar, xüsusən də kompyuterlər onların kitab oxuma vərdişlərinə yiyələnməsinin önünə sədd çəkir. Biz yeniliyə qarşı deyilik. Əgər o yenilik sənin dəyərlərinin, milli kimliyinin məhvinə yönəlibsə, ondan imtina etməlisən.

Narkomaniya kimi sosial şəbəkələr də qarşısı alınmaz bəlaya çevrilib. İnsan psixologiyasını asanlıqla məhv edən oyunlar, proqramlar gənclər arasında intihar hallarına belə gətirib çıxarır və biz bunun bariz nümunələrinin şahidiyik...

Bəli, fərdlərin heç də hamısında özünə nəzarət mexanizmi yoxdur. Yəni təsir altına tez düşə biləcək insanların sayı gündən-günə çoxalır. Onları kənar təsirlərdən qorumağın yollarını aramamaq, bu istiqamətdə bir tədbir görməmək və “artıq gecdir” demək isə məğlubiyyətlə barışmaqdır.

Qüdrətli orduya, güclü dövlətə sahib olmağımız üçün illər öncə səngərlərdə torpaqlarımızı qoruduğu kimi bu gün Azərbaycan Polisi körpələrimizi, fidan balalarımızı, gəncliyimizi qorumaq naminə qətiyyətini, iradəsini, vaxtını səfərbər, sinəsini narkotacirlərin gülləsinə sipər edib içdiyi andına sadiq qalır.

Bilirik ki, narkomaniyaya düçar olmuş şəxs həm də potensial cinayətkardır. Unutmaq olmaz ki, narkotik vasitələri ölkəmizə qaçaqyolla gətirənlərin, dövlətimizin güclənməsini, iqtisadiyyatımızın inkişafını, gəncliyimizn uğurlarını gözügötürməyən qüvvələrin də əsas istəyi ölkəmizdəki əmin-amanlığı pozmaq, bu sabitlik adasını sarsıtmaq, bizi gələcək hədəflərimizdən yayındırmaqdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM