Açığını desək, indi bəzi saytlar diqqət cəlb etməkdən ötrü başlıq seçimində biri-biri ilə yarışırlar. Hətta elə başlıqlar qoyurlar ki, oxuyanda adamın damarında qanı, sümüyündə iliyi donur. Unudurlar ki, jurnalistika haqqı, doğrunu insanlara çatdıranların, sözünün çəkisini bilənlərin, sözə Haqq deyənlərin, onun yaşıl işığında hədəfinə çatmaq istəyənlərin yaşam tərzidir, həyat eşqidir.
Ölkəmizdə senzuranın ləğvi, söz və fikir azadlığının təmin olunması üçün hüquqi bazanın möhkəmlənməsi heç kimə insanlarda maraq doğurmaq naminə dəqiqləşdirilməmiş məlumatı media vasitəsilə gündəmə gətirib, manşetə çıxarmağa əsas vermir. Şərəf və ləyaqəti alçaltmaq, şantaj etmək cinayət əməli olmaqla yanaşı, insan hüquq və azadlıqlarına da ziddir.
Əslində, neqativləri olduğu kimi yazmaq hər hansı bir qurum haqqında qərəzli mövqe tutmaq kimi qiymətləndirilməməlidir. Bu isə, əlbəttə ki, qələm sahibinin peşəkarlığından asılıdır. O, əldə etdiyi faktı təqdim etmək üçün hazırlıqlıdırmı? Bax, elə bu sualın özü bir müddət dartışma mövzusu oldu və yenə də gündəmdədir.
Bəziləri deyirlər ki, mətbuata, mediaya azadlıq verin, onu təsirlərdən qoruyun. Cavabı çox da gecikdirməyək: Azad olana axı daha hansı azadlığı verəsən? Yəni bu primitiv azadlıq düşüncəsinin sonucu xaos deyilmi?...
Təəsüsüflər olsun ki, indi bəzi KİV-lər kimlərinsə ərköyün balalarıdır və “Burda mənəm, Bağdadda kor xəlifə”,- deyib “Ağanəzərəm, belə gəzərəm” iddiası ilə özlərindən razı halda meydanı boş görüb “Kor atı minib köndələn çapır”lar. Qanun onları küncə sıxanda isə haray-həşir, jantaj, bunlar da getməyəndə xahişlər, üzrxahlıqlar, təkziblər başlayır...
İnkişafı şərtləndirən amillərdən biri də sözümüzü azad demək, qurub-yaratmaq üçün yaradılan sabitlikdir, əmin-amalıqdır. Bu sabitliyi yaradanlar və qoruyanlar isə digər hüquq-mühafizə orqanları ilə yanaşı, Azərbaycan Polisidir. O polis ki, müstəqilliyimizi yenicə qazandığımız illərdə torpaqlarımız erməni işğalı ilə üzbəüz qalarkən sinəsini güllələrə sipər etdi, üstəlik, döyüşə-döyüşə o çətin dövrlərdə sabitliyi də təmin etdi.
Bugünün mənzərəsi isə bir başqadır. Haqqı görənlər də var, görməyənlər də. Bəzən insan yaşadığı mühitdən uzaqlaşdıqdan sonra nələri itirdiyinin fərqində olur.
Yeri gəlmişkən, Amerika qitəsində 25 gün cəza çəkən həmyerlimiz Samir Kazımovun yaşadıqlarını qəzetlərin birində oxuyandan sonra çoxunun belə
düşündüyünü, lakin etiraf etmək üçün səmimi olmadığını gördüm. S. Kazımov deyir: “Bu gün dünyada yaşanan hadisələri görəndə əmin olursan ki, Azərbaycandan gözəl, təhlükəsiz, sağ-salamat yer yoxdur”...
Belə şərait əmin-amanlıq heç də yoxdan var olmayıb, asan əldə edilməyib. Azərbaycan Polisi qanı, canı bahasına insanların inamını, güvəncini, sevgisini qazanıb. Daxili İşlər Nazirliyinə ünvanlanan məktublar da buna sübutdur. İndi yolun bu tərəfindən o biri tərəfinə keçmək üçün yaşlı insanlara kömək edən, intihara cəhd edənləri fikrindən yayındıran, ona həyatın, yaşamağın gözəl və şirin olduğunu anladan, haqlının yanında, haqsızın qarşısında duran polislərimizlə bağlı televiziyalarda sujetlər, saytlarda, qəzetlərdə şəkillər, xəbər başlıqları görəndə sevincimiz birə min olur. Çünki görülən işlər reklam xarakterli deyil və seçilən başlıqlar da reklama xidmət etmir. Əslində, görünən dağa nə bələdçi?! Amma təəssüf ki, öz gözündə tiri görməyənlər də var...
Və yenə də saytların birində verilən başlıq diqqətimi çəkir: “Bakıda polis xidmət zamanı biçaqlandı”. Bir anlıq da olsun bu xəbərin şokunu yaşaya bildinizmi? Bəlkə də hə, bəlkə də yox. Amma bu şoku, bu qorxunu övladı, əri, qardaşı, doğmaları polis olanlar hər an, hər gün, bir ömür boyu yaşayırlar.
Bir arzumuz var. Əli qələm tutanlarımız vicdan hissini itirməsinlər. Əhvalımızı pozan xəbərlər qəzetlərdə, saytlarda, televiziyalarda başlıq olmasın və başımız da, başlığımız da sağlam olsun.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM