İRANIN YAXIN İQTİSADİ TƏRƏFDAŞI: RUSİYA YOXSA ABŞ? VƏ YA AMERİKA SAHİBAKARLAR İNSTİTUTUNUN SENSASİON İDDİASI

10:32 / 09.05.2014

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

STRATEGİYA.AZ YENİ AZƏRBAYCAN PARTİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİSSİYASININ KATİBİ, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR ELMAN NƏSİROVUN SİYASİ TƏHLİLİNİ SİZLƏRƏ TƏQDİM EDİR

 ABŞ və İran arasında ənənəvi hərbi-siyasi və iqtisadi qarşıdurmaya baxmayaraq, tarixin ayrı-ayrı məqamlarında bu ölkələr arasında qarşılıqlı anlaşma mühitinin yaranması üçün əlverişli imkanlar olmuşdur.

Məsələn, uzun illər Almaniya Federativ Respublikasının xarici işlər naziri olmuş Hans-Ditrix Henşerin İranı yeritdiyi siyasətdən əl çəkməyə və beləliklə də beynəlxalq birlik ölkələri ilə bərabər tərəfdaşlıq münasibətləri qurmağa çağırışa əsaslanan «böhranlı dialoq» siyasəti aparılan uzunmüddətli danışıqlara baxmayaraq, heç bir nəticə vermədi. Eyni aqibət ilə Fransanın xarici işlər naziri Rolan Dumanın «konstruktiv dialoq» siyasəti, İspaniyanın baş naziri Felipe Qonzalesin və Böyük Britaniyanın xarici işlər naziri Cek Strounun layihələri üzləşdi

Bütün bunlarla yanaşı, ABŞ-İran münasibətlərinin kəsildiyi zamanla təxminən eyni vaxtda əlaqələrin bərpa olunması istiqamətində rəsmi Vaşinqtonun diplomatik səylər göstərməsi haqqında məlumatlar elmi ictimaiyyətə bəllidir. Daha dəqiq desək, 1979-cu ilin 1 noyabr tarixində İranın xarici işlər naziri ilə prezident C.Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Z.Bjezinski arasında ikitərəfli münasibətlərin bərpası imkanları haqqında neytral ərazi olan Əlcəzairdə danışıqlar aparıldı. Bu görüşdən 3 gün sonra, inqilabçı İran tələbələri tərəfindən Tehrandakı ABŞ səfirliyinin zəbt edilməsi və 52 diplomatın əsir götürülməsi iki dövlətin arasında kəsilmiş münasibətlərin bərpası yolunda ilk addımın uğursuzluğuna səbəb oldu və indiyədək də bu vəziyyət saxlanılmaqdadır.

Vaşinqton-Tehran münasibətlərinin tənzimlənməsi istiqamətində atılmış digər mühüm addım «İrangeyt» və ya «İran-kontras» məsələsi ilə bağlıdır. Məlum olduğu kimi, 1985-ci ildə ABŞ-ın Milli Təhlükəsizlik Şurası (MTŞ) İrana silah

satışı ilə bağlı qərar qəbul etdi və 1986-cı ilin may ayında ABŞ MTŞ-nın xətti ilə İrana Prezident Ronald Reyqanın emissarı Makfarleynin başçılığı altında məxfi nümayəndə heyəti göndərildi. Bu heyətin tərkibində MTŞ-nın İranda məxfi əməliyyatların həyata keçirilməsində məsul şəxs olan podpolkovnik Oliver Nort da təmsil olunurdu. Səfərdə məqsəd İrana ABŞ silahlarını satmaq və əldə edilən gəliri Nikaraqua kontrasına verməkdən ibarət idi. Həmin dövrdə Nikaraquada ABŞ-ın müdafiə etdiyi diktator Samosa devrilmiş, hakimiyyət Kubanın dəstəklədiyi Sandino adına cəbhənin əlinə keçmişdi. Samosistlər (və ya «kontras») sandinistlərə qarşı partizan müharibəsi aparırdılar. Reyqan administrasiyası büdcə vəsaitlərini kontrasın müdafiəsi üçün istifadə etmək hüququna malik deyildi. Konqres belə əməliyyatları qadağan etmişdi. Formalaşmış şəraitdə İranla sövdələşmə nəticəsində əldə ediləcək təxminən 48 milyon dollara yaxın «büdcədənkənar» vəsaitlər güdülən məqsədin həyata keçirilməsi üçün ideal variant hesab olundu. Onu da qeyd edək ki, İran ordusu tamamilə ABŞ silahları ilə təchiz olunduğundan İraqla müharibədə ağır itkilərlə üzləşən rəsmi Tehran üçün də belə sövdələşmə hava-su kimi zəruri idi. «İrangeyt» hadisəsindən geniş ictimaiyyət xəbər tutduqda impiçment təhlükəsi ilə üzləşən prezident Ronald Reyqan bütün məsuliyyəti Nortun üzərinə qoydu.

Son nəticədə həm prezident Ronald Reyqan, həm də podpolkovnik Oliver Nort onlara ünvanlanmış ciddi ittihamlardan yayına bildilər. Yeri gəlmişkən, bu hadisədə İran tərəfindən ən çox adı hallanan şəxs Ayətulla Xomeyninin ən yaxın silahdaşlarından biri, ölkənin ali qanunverici orqanının spikeri Əli Əkbər Haşimi Rəfsəncani olmuşdu. İran tərəfi də tezliklə bu məsələyə nöqtə qoydu.

Nəhayət, ABŞ-ın 1979-2010-ci illər ərzində İrana qarşı fərdi şəkildə, o cümlədən 2006-2010-cu illərdə BMT TŞ çərçivəsində tətbiq etdiyi sanksiyalara baxmayaraq, Amerika Sahibkarlar İnstitutunun (American Enterprise Institute) sensasion iddialarına əsasən, rəsmi Vaşinqton 3-cü ölkələr hesabına İranla iqtisadi əlaqələr qurmuş və onun həcmi Rusiyanın analoji əməkdaşlığının səviyyəsindən yüksək olmuşdur.

Daha dəqiq desək, həmin mənbənin məlumatlarına əsasən, Iran ilə ikitərəfli ticarətin və iqtisadiyyatına investisiyaların həcmi 2000-2006-cı illərdə Rusiya üçün 3,3 milyard dollar (14-cü yer) təşkil etmişdirsə, müvafiq göstərici ABŞ üçün 4,2 milyard dollara (12-ci yer) bərabər olmuşdur. Müqayisə üçün əlavə edək ki, həmin göstərici Fransa üçün 30,2 milyarddan artıq, Çin üçün 29,6 milyard, Almaniya üçün 26,1 milyard, İtaliya üçün 23,7 milyard, Avstriya üçün 18,1 milyard və Böyük Britaniya üçün 12,7 milyard dollar təşkil etmişdir. Qəribədir, deyilmi?


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM