Onların xilasına heç kim tələsmirdi. Əlləri yerdən-göydən üzülənlərin gücü duadan başqa heş nəyə çatmırdı. Dualar da o gün göylərə gec çatacaqdı, çünki düşmənin atdığı mərmilər göylərin qapısını xocalıların üzünə elə qıfıllamışdı ki, bir də kim bilir nə vaxt açılacaqdı...
Təbiət də sanki xocalıların qəsdinə durmuşdu. Şaxtanın qılınc ağzı çox insanın qanına susamışdı. Qardan don geyinən meşələrin çılpaq ağacları vahiməli insan səsindən diksinib az qala kökündən çıxıb qaçmaq istəyirdilər. Düz 25 il bundan öncə Xocalıda uşaq, böyük, qoca, cavan, bir sözlə, canlı-cansız nə vardısa güllə yarası aldı, şəhid oldu...
O da həmin gün doğmalarını, əzizlərini itirdi. 25 ildir ki, hələ də yarası qaysaq tutmayıb. Uşaq yaddaşına Xocalı güllə kimi ilişib qalıb. Daha doğrusu, yaddaşı yaralanıb, xatırlamaq adlı “xoşbəxtliyi” yoxdur artıq. Axı, nəyi xatırlasın ki?
Adı bircə günün içində hamının dilində dolaşdı. Qəhrəmanlığı (bunu yazmağa haqqımız var) qəzetlərdə, saytlarda manşetə çıxarıldı, başlıq oldu. Bu dəfə saytlarımız vicdanlı başlıqlar seçdilər. Onun bu xilaskarlığı, bir insan həyatını ölümün pəncəsindən qurtarmağı hər birimizin gözündə gələcəyimizə olan bir ümid çırağı yandırdı...
Dedilər ki, hazırda iş başındadır. Görüşdük. İdmançı cüssəsi, sadə və təmkini ilə diqqətimi çəkdi. Uşaqlıq illərindən polisi sevməsini, elə bu məqsədlə də polis peşəsini seçməsindən danışdı. Danışdıqca gözünü bir nöqtəyə zilləyirdi. Mənə elə gəlirdi ki, o bir neçə gün bundan öncə baş vermiş hadisəni 25 il bundan öncə yaşadığı hadisələri yenidən yaşayırmış kimi danışır. Bir də ki, doğmasını, əzizini itirən necə danışa bilər axı?...
Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Ələsgər Hüseynov müstəqilliyimizi itirmək təhlükəsi ilə üzbəüz qaldığımız illərdə torpaqlarımız uğrunda vuruşub-şəhid olan, sabitliyi, asayişi qorumaqla ölkəmizin dayaqlarını laxlamağa qoymayan Azərbaycan Polisinin layiqli davamçılarından biridir.
Onunla söhbət zamanı düşünürəm ki, xilaskarlıq həm də insanın fitrətində olmalıdır. Yəni ürəyin bütün qorxulara üstün gəlməlidir ki, sən bir insanın, bir canlının qurtuluşuna gedəndə özünü hər şeyə hazır hiss edəsən, hətta ölümə belə...
Söhbət əsnasında diqqətimi bir şəkil çəkdi. Ulu öndər orta yaşlı bir kişiyə orden təqdim edirdi. Şəklə diqqətlə baxdığımı görüb sükutu pozur: “O, mənim atamdır. Ulu öndər babama verdiyi “Azərbaycan bayrağı” ordenini atama təqdim edir.”
-Bəs, baban hanı, orden niyə onun özünə təqdim edilmir?
“O, Xocalıda qaldı”,- deyib kövrəlir və sözə başlayır. “Qırğın zamanı babam Xocalıları meşə yolları ilə Ağdama gətirib. Onlarla insan onun sayəsində ölümdən qurtulub. Bu gün Hüseynov Mürşüd deyəndə xocalıların gözü dolur. O, həm də Xocalıdan sonuncu çıxan vertolyotla əzizlərini Ağdama gətirib və geri dönüb. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev ona Xocalını tərk etmək üçün nə qədər israr etsə də o, “Xocalıda doğulmuşam, Xocalıda da öləcəyəm”, -deyib. Elə ikisi də sözlərinin üstündə durub son nəfəslərinə qədər, Xocalını müdafiə ediblər, onu köməksiz qoymayıblar.
O, danşır, mən isə babasının və onun qəhrəmanlığı arasında ortaq məxrəc, oxşarlıq axtarıram. Ən əsası, biri ahıl yaşında, o biri isə otuzu haqlamamış qəhrəmanlığa imza atıb...
Polis baş leytenantı Ələsgər Hüseynova intihar etmək istəyən vətəndaşı xilas etməyi barədə verdiyim növbəti suala cavab gecikmir. “Bu məsələ ilə bağlı bu gün hamı məlumatlıdır. Düşünürəm ki, həmin gün mən yox, bir başqa həmkarım da bu barədə məlumatlı olsaydı yenə də onun həyatını xilas etməyə tələsəcəkdi. Çünki biz böyüklərimizdən belə görmüşük, belə götürmüşük”...
Ayrılanda əlini çiynimə qoyub dedi: “Həyatını xilas etdiyimiz Şaiqin qardaşı da torpaqlarımız uğrunda şəhid olub. Elə mən də, onun ailəsi də əzizini, doğmasını itirməyin nə olduğunu yaxşı bilirik. Onun belə ölümü isə çoxlarını qəmə boğacaqdı”...
Yeri gəlmişkən, bir soydaşımızın da həyatının xilas edilməsində sayıqlıq, fədakarlıq göstərən hər kəsə təşəkkürümüzü bildirirk.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM