Fəlsəfə üzrə fəlsəfə doktoru
Maraqla izlədiyimiz Voprosı Filosofii (Fəlsəfə sualları) jurnalı özünün 2014-cü il 3-cü buraxılışında çap etdiyi A.P.Nazaretyanın “Zaqafqaziya konfederasiyası? (Meqatarix işığında regional geosiyasətin perspektivi) adlı yazısı ilə marağımıza səbəb olmaya bilməzdi. Əslində maraq və hiddətimizə səbəb, baş verməkdə olan son siyasi hadisələr fonunda erməni əsilli yazarın nə yazması deyil, Rusiyanın bir nömrəli fəlsəfə jurnalında bu cür psevdoelmi üç vərəqlik cızmaqaraya (əvvəlinci səhifələrdə olmasa da) yer verilməsidir ki, biz, bu erməni alimnümasının yazdıqlarına geniş ictimaiyyətin diqqətini çəkməyi özümüzün vətəndaşlıq borcumuz hesab edirik.
Əvvəlcə, yazının sual şəklində qoyulmuş adına diqqət çəksək bəlkə də çoxlarına bu yazarın obyektivliyindən və ya sərbəst fəlsəfi düşüncə sahibi olmasından xəbər verə bilər. Halbuki, yazı ilə tanışlıq deməyə əsas verir ki, bu da növbəti erməni hiyləgərliyinin nümunəsindən başqa bir şey deyildir. Elə başlıqda verilmiş ad da müəllifin (və bəlkə də kimlərin və ya hansısa dairələrin) ən böyük geosiyasi arzularındandır. Sadəcə bu yazıda sözügedən arzu psevdoelmi mülahizələrə bürünərək metatarix aspektindən əsaslandırılmağa çalışıb “kosmik gəlcək”dən çxış edir. Vəssəlam! Yerdə qalan “xalqlar dostluğu”, “həmrəy geosiyasi kompleks” və s. kimi qanadlı ifadələr isə müəllifin sui istifadə edərək məkrli məqsədinə çatmaq vasitələrindən başqa bir şey deyildir.
Yazının əsasən milli elmi elitaya ünvanladığını qeyd edən müəllif, hətta bu ideyasını (Zaqafqaziya konfederasiyasını) “nəinki realistik, eləcə də regionun tarixi süqutunun yeganə alternativi” hesab edir (s.181). Əslində hansı ideyanın realistik olmasını tarixin öhdəsinə buraxsaq Qafqaz regionunun “tarixi süqutu” məsələsində müəllifin irəli sürdüyü mülahizələrə aydınlıq gətirilməsi olduqca vacibdir. Əks halda A.P.Nazaretyanın məsələni meqatirixi geosiyasi aspektdən izah etməyə çalışaraq məqsədyönlü şəkildə təhrif etdiyi bir çox həqiqətlər arxa plana düşmüş olur.
Biz, A.P.Nazaretyanın geosiyasi məsələyə, özünün təbirincə desək, “universal kontekstdən” yanaşmasına etiraz etməsək də, bu cür universallığın olduqca mücərrəd olub və reallığı, ən başlıcası isə, tarixi həqiqətləri nəzərə almaması/təhrif etməsi ilə razılaşa bilmərik. Odur ki, fikrimizcə, bu alimnümanın “yer üzündəki təkamülün kosmik səviyyəyə keçməsi” ilə əlaqədar fəndlərarası nailiyyətlərə, xüsusən də, inkişafın sinergetik modelinə müraciət etməsi yazdıqlarına elmi don geydirməsi və beləliklə də yuxarıda bəhs etdiyimiz məqsədinə nail olması üçün özünü alim, cızmaqarasını isə elmi məqalə/mövqe adlandırmağa edilən cəhdlərdir.
Belə ki, A.P.Nazaretyan bildirir ki, müxtəlif ölkələrin müxtəlif peşə sahibləri bir-birindən asılı olmayaraq iddia edirlər ki, Yer üzündəki 4.5 milyard il ərzində təkamül prosesi kifayət qədər sadə loqarifmik formulaya əsasən sürətlənmişdir. Beləliklə də, adətən miqyaslarına görə böhranlara uyğun gələn qlobal fazalı keçidlər arasındakı zaman məsafəsi də elə bu qədər azalmışdır. Belələrinə görə hətta təkamülün prasosial və sosial mərhələlərinin də əvvəlcədən baş vermiş biosfer təkamülünün dolanbac/əyri eksponensiallığına rahatca uyğun gəlir. Nəticədə gələcəyə yönəlik belə bir proqnoz verilir ki, “Təxminən XXI əsrin ortalarında bu dolanbaclıq/əyrilik şaquliliyə çevrilir, yəni təkamül dəyişmələrinin nəzəri sürəti sonsuzluğa, fazalı keçidlər arasındakı dövrlər isə sıfıra can atmalıdır ki, riyaziyyatda bu sinqulyarlıq nöqtəsi adlanır” (s.181). Nə qədər də gələcək proqnozlaşdırma çox yüksək dərəcəli qeyri-müəyyənliklə xarakteriz olsa da, geniş anlamda sinergetik modelə görə gələcək dəyişmələrin üç variantı ola bilər ki, bunlar: sadə attraktorlar, üfiqi qəribə attraktorlara və şaquli qəribə attraktorlara səmt/tərəf dəyişmələrdir.
Bunlardan birinci halda Yer üzünün nəinki bütün canlılardan, eləcə də res cogitans (düşünən substansiya)dan boşalacağı, Ay və Mars kimi “normal” kosmik cismə çevriləcəyinin baş verməsi nəzərdə tutulur. İkinci variantda isə, gələcəkdə eksponentlərin inkişafının şaquli xəttinin üfuqi olanlarla əvəzlənərək sinqulyarlıq nöqtəsinə yaxınlaşacağı bildirilir ki, bəzilərinə görə, bu cür dəyişmə simptomları artıq müşahidə edilməkdədir. Başqa sözlə, antroposferin vəziyyəti əldə edilmiş mürəkkəblik zirvəsində stabilləşir, təkamül dayanır və bir növ “parlaq gələcək” kimi uzun sürən sosial və sosiotəbii harmoniyaya çevrilmiş olur.
A.P.Nazaretyanın fikirlərini əsaslandırmağa çalışdığı üçüncü variant isə, planetar təkamülün kosmik səviyyəyə/fazaya keçməsi ilə əlaqədardır. Görünür Yer üzündən doymuş erməni müəllif bu variantın həqiqətən də mümkünlüyü haqqında ümumi mülahizələrini irəli sürür. Nazaretyana görə yalnız 1990-cı illərin ortalarına qədər bəzi rus astrofizikləri elmi/ağıllı fəaliyyətin kosmik Kəhkəşanın gələcək təkamülünə təsir etdiyini təsdiqləyən ifadələr irəli sürmüşlər. Halbuki, Nazaretyan xarici kosmologiyanı ənənəvi naturalist mövqelərinə görə, yəni, Yer üzündə baş verənlərin Metaqallaktikanın gələcək inkişafı ilə heç bir əlaqəsinin olmadığını iddia etmələrində günahlandırır. Guya 1990-cı illərin sonunda intellektual sfera qəti olaraq dəyişilərək, şüurun kosmoloji fundamental fenomen olması, kütləenergetik proseslərin məqsədəuyğun idarəolunmasının nəzəri hüdüdlarının olmaması, kosmosun “noosferləşməsi”nin artıq zamanın işi olduğu, başqa sözlə buna lap az qaldığı iddia edilməkdədir. Buraya dünyanın yaranması ilə əlaqədar, o cümlədən də, bəzi psixoloji konsepsiyaları əlavə edərək A.P.Nazaretyan bildirir ki, “Beləcə, günümüzdə toplanmış çoxobrazlı dolayı sübutlar prinsip etibarı ilə yer təkamülünün kosmik səviyyəyə keçidinin mümkünlüyünü təsdiqləyir” (s.182). Hətta bu az imiş Nazaretyana görə, universal təkamülün dinamik xarakterinin öyrənilməsi ilə Kəhkaşanın sonrakı təkamülü prinsip etibarılə mümkün olduğutək şüurlu şəkildə idarə edilə bilər. Lakin bunun üçün texnoloji potensialın hüdudsuz inkişafına tab gətirə biləcək şüur lazımdır. Əks təqdirdə gələcəkdə fiziklərə, sinergetiklərə və evristiklərə görə şüur mədəni antropologiya və sosial psixologiya mexanizmləri ilə məhdudlaşdırıla bilər. Görünür Nazaretyan ağılla texnikanın inkişafı arasındakı ziddiyyətdən narahat olaraq iki strateji proqnozlaşmadan bəhs edir. Bunlardan biri, prinsip etibarılə ağlın artmaqda davam edən texnoloji potensiallın öhdəsindən gələ bilib-bilməməsi ilə əlaqədar. Əgər ağıl bunun öhdəsindən gələrsə, Nazaretyan yenə də arzusunu dilə gətirərək soruşur ki, "...görəsən yer sivilizasiyası kosmik səviyyəyə çıxmaq üçün lazım olan yetkinlik səviyyəsinə çata bilərmi?" (s.182). Elə bu sualdan sonra "qəhramanımızın" ürəkdolusu açıqlamaları mirvari kimi sapa düzülür:
A.P.Nazaretyan qeyd edir ki, "Fəndlərarası tədqiqatın nəticələrindən biri gələcəyin qeyri xətti modelləşdirilməsinə həsr edilmişdir ki, bu da yaxın onillikdə planetar sivilizasiyanın sağ qalmaq senarisi baxımından ənənəvi anlamdakı sərhədləri və kömrüyü ilə milli dövlətlərin məhv olacağını, eləcə də vətəndaşların makroqruppalı (milli, konfessional, təbəqəli) özünüidentifikasiyalarının aradan qalxacağını nəzərdə tutur". Buradan da Nazaretyan əsas məqsədini açıqlayaraq bildirir ki, "Dünya ictimaiyyətinin konfederativ münasibətlərə tərəf təkamül etməsi planetar tarixin "postsinqulyar" fazada davamını təmin etməsi üçün tamamilə zəruri bir şərtdir" (s.182). Bir daha anti Qərbçi mövqeyini bildirən erməni müəllif qeyd edir ki, "Dini və etnomədəni fundamentalizmin (o cümlədən də, Qərb demokratiyasının möcüzəli şəkildə kristallaşdırıldığı fundamentalizmin) reanimasiyası ilə əlaqədar olan alternativ senarilər tarixi-sosioloji qanunauyğunluq sistemlərinə görə qaçılmaz olaraq qlobal süqut/çöküşlə sonuclanır" (s.182). Buna görə də, Zaqafqaziyanın etnik və konfessional ziddiyyətlərlə dolu olması A.P.Nazaretyana elə bu regionun konfederalizmə doğru tərəqqi etməsini zəruri edir. Guya ununla da Zaqafqaziya "...pozitiv qlobal perspektivin mikromodeli" rolunu oynaya bilər. Daha sonra isə, tarixi proseslərə müraciət edən Nazaretyan ənənəvi erməni gileylənmələrinə keçərək vurğulayır ki, "XX əsrin əvvəllərində Zaqafqaziyada etnik anklavların bir-birinə qarışması əhatəli milli sərhədləşmə aparılmasını qeyri mümkün etmişdir" (s.182). Görünür nəinki Cənubi Qafqazda eləcə də, dünyanın digər regionlarında belə özlərinə "erməni dövləti/dövlətləri" qura bilmədiklərindən Nazaretyan çar Rusiyasının süqutundan sonra meydana gəlmiş milli dövlətlərə, əsasən də milli sərhədlərə qarşı nifrətini gizlətmir. Ən maraqlısı isə, A.P.Nazaretyanın özünün başqa bir şəkildə deyib mahiyyətcə eynisi olan bolşevik hakimiyyətinin dünya proletar inqilabı nəticəsində qurmağa çalışdıqları "ümumdünya bəşəri ümumyaşayış" arzusunu ələ salmasıdır. Nazaretyana görə, Sovet hakimiyyətinin ideoloji yekcinsliliyini geniş təbliğ edilməsinə baxmayaraq guya aralarında sayları heç də az olmayan slavyanlarla yanaşı digər qonşu xalqlar arasında məişət səviyyəsindəki münasibətlər birmənalı inkişaf etməmişdir. Üstəlik bütün bunlara Nazaretyanın fikrincə qeyri bərabər demoqrafik inkişafı, urbanizasiya prosesini, eləcə də sürətlə artan təhsil səviyyəsini də əlavə etmək olar. Tamamilə əsassız və ən başlıcası gülməli olan bu iddialar erməni xislətini və ən başlıcası erməni xəyanətkarlığını bir daha nümayiş etdirərək keçmiş Sovetlər birliyinin 80-ci illərinin ikinci yarısından sonra başlayan prosesləri də təhrif etməkdən çəkinmir. Nazaretyana görə, SSRİ-də "Mərkəzi hakimiyyətin və 1980-ci illərin ikinci yarısından ümumi ideoloji qarmaqarışıqlıq mövcud münasibətlərin pozitiv potensialını arxa plana ataraq diqqət mərkəzinə toplanmış ziddiyyətlər, qarşılıqlı narazılıqlar və tarixi ümküsülülük çıxdı ki, bütün bunlardan ambisiyalı milli siyasətçilər yararlanmış oldular. SSRİ-nin dağılmasından sonra isə bu müxtəlif miqyaslı silahlı münaqişələrə çevrilmiş oldu. Nisbətən yekcins etnik tərkibdən ibarət mərkəzi hökümətə tabe olmayan ərazilər meydana gəldi ki, buralardan əvvəlki sovet respublikalarında titullu hesab edilən etnosların nümayəndələri sıxışdırılmağa başlandı" (s.183).
Maksimal şəkildə dəqiqliklə tərcümə etməyə çalışdığımız bu sətirlərdən də göründüyü kimi sözügedən alimnüma nəinki tarixi təhrif edir, hələ üstəlik tarixə heç kəsin təsdiqləyə bilməyəcəyi səciyyələr verməkdən belə çəkinmir. Bütün bunlar isə o qədər bəsit və əsassızdır ki, bunlar üzərində duraraq onlara korrektə etməyə heç bir lüzüm görmürük. Amma günümüzə gəldikdə yenə də saxtakarlığını davam etdirərək bir daha erməni məkrini nümayiş etdirən A.P.Nazaretyana cavab verməmək qeyri-mümkündür. Özü də, bəlkə də, saxtakarlığının sayını itirməsi üzündən bəzi yerlərdə Nazaretyan müəyyən həqiqətləri etiraf etməli olur. Belə ki, günümüzdə sadiq qaldığı siyasi kursunun, daha doğrusu vassallılığının, bir fortpost ölkəsi və ən başlıcası işğalçı dövlət olması ucbatından arzuolunmaz iqtisadi və geosiyasi duruma düşdüyündən danışmayan Nazaretyan etiraf edir ki, nisbətən bircinsli etnik tərkibə malik Ermənistanda hətta immiqrant adlandırdığı Qarabağ erməniləri ilə keçmiş Ermənistan respublikası vətəndaşları arasında ziddiyyətlər qeydə alınır. Nazaretyan Gürcüstan respublikasının ərazisində də kompakt yaşayan azərbaycanlılar, ermənilər, acarlar və s. (Nazaretyan bu və s.-ni dəqiqləşdirmir - R.M.) arasında da separatizmin konflikt potensialının olduğunu vurğulayır. Halbuki, Gürcüstanın real münaqişə vəziyyətində olduğu Osetiya və Abxaziya konflikləri və onların baş vermə səbəblərindən məharətlə/susaraq keçilir. Yaxud da Azərbaycan respublikası ilə əlaqədar bəhs edərkən mövcud Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsindən deyil, görünür növbəti münaqişələrə ümid edən bu erməni əsilli yazar ərazimizin müxtəlif etnik əsilli, amma eyni bir dövləti və bir milləti təmsil edən xalqımızın və ən başlıcası böyük erməni arzularının mühüm tərkib hissəsi olan Naxçıvan bölgəsinin adını hallandırır.
Bütövlükdə Nazeretyana görə əksər yerlərdə müxtəlif səviyyəli və fərqli səciyyəli münaqişələrin kökündə metropoliyaların aradan qaldırılması durur. Amma Nazaretyan Zaqafqaziyanın bu anlamda ümidverici bir region olduğunu vurğulayır. Belə ki, Nazaretyan qeyd edir ki, "...əvvəla, burada (Zaqafqaziyada- R.M.) məskunlaşmış xalqlar sosial konfliktləri həll etməyin zəngin təcrübəsini özündə əks etdirən qədim mədəniyyətlərin varisləridirlər. İkincisi, sovet tarixi özündən sonra yüksək səviyyəli təhsil qoymuşdur ki, o təbəqəyə aid vətəndaşların böyük bir əksəriyyəti Rusiyanın mədəni ənənəsində intellegensiya, beynəlxalq anlamda intellectuals adlananlardır" (s.183). Bu cür maarifləndirici işlərindən sonra Nazaretyan sözügedən ziyalılar təbəqəsi ilə əlaqədar bildirir ki, "Bu təbəqənin rolu tarixin girdabında dəyişkəndir". Nazaretyan yenə də öz məntiqi, daha doğrusu məntiqsizliyi ilə öyrətməyə çalışır ki, "İntellegensiya meydana gəlməsinin başlanğıc mərhələsində hər yerdə milli şüurun katlizatoru olmuş və bunun inkişafı milli müstəsnalıq ideologiyasının, geosiyasi ekspansiyanın və /yaxud separatizmin təsbitlənməsi ilə müşayət olunmuşdur". Əlbəttə sonrakı mərhələlərdə püxtələşmiş milli ziyalılar istənilən növ münasibətlərin həlli üçün ən əlverişli mühitdirlər. Amma Nazaretyan (və görünür onunkimilər) bu təbəqə ilə Zaqafqaziyanın geosiyasi perspektivi ilə əlaqədar öz məkirli planlarını qurmuşlar. Belə ki, məqsədlərini daha da açıqlayan Nazaretyan xatırladır ki, "1992-ci ildən sonra dövrü olaraq davam etdirilən sülh danışıqları sovet respublikalarından ayrılmış etnik anklavlara "geniş muxtariyyat" vədləri ilə müşayət olunmuşdur". Amma danışıqların uğursuzluğa məhkum olmalarının səbəbi Nazaretyana görə, "...bu vədlər onların müəllifləri, onları ünvanlayanların və onlarda vasitəçilər tərəfindən öncədən verilmiş ritorika kimi anlamalarından" irəli gəlir. Əslində bu danışıqların Nazaretyanın birbaşa demək istəmədiyi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olduğu göz önündədir. Lakin rəsmi Ermənistanı "geniş muxtariyyat" təmin etmədiyi kimi bu işğalçılıq siyasətinin müdafiəçisitək bu hal nəinki Nazaretyana da sərf etmir, hələ üstəlik o, Zaqafqaziya dövlətlərinin (hər halda Azərbaycan və Gürcüstanın - R.M.) unitarlığına hücum edir. Zaqafqaziya dövlətlərinin unitarlığını "şübhəsiz contradictio in adjecto (anlayışda ziddiyyət)" hesab edən Nazaretyan təklif edir ki, bu ölkələrin hər birində konstitusiya federativ münasibətlər xeyrinə dəyişdirilməlidir. Bu məqsədlə Nazaretyan erməni xəbisliyi ilə təklif edir ki, "Regiondakı başlıca ziddiyyətlərin sistemli həll yolunun başlanğıcı eyni vaxtda yaxud ardıcıl olaraq bu ölkələrin (?) hər birində ümumxalq səsvermələri yolu ilə milli konstitutsiyaların dəyişdirilməsi və bütün bunların peşəkar hazırlanmış təbliğat kompaniyası ilə müşayət olunmasıdır" (s.183). Artıq bütün məkrlərini açıqlamış erməni davam edir ki, guya ona görə, Zaqafqaziya dövlətlərinin federallaşması etnik qruplar arasında qarşılıqlı etimadın yaradılması və bütövlükdə Zaqafqaziya düyününün açılmasında mütləq atılası zəruri bir addımdır. Hələ bu az imiş kimi, Nazaretyanın fikrincə, "Sonrakı addımlar ardıcıl olaraq hər bir federasiyanın daxilində federativ münasibətlərin konfederativliyə doğru inkişaf etməsi perespektivası naminə hakimiyyət strukturlarının yumuşaldılmasıdır". Guya regiondakı etnik konfliktlərin koordinal şəkildə həll edilməsinin əsasında "...vahid özünütənzimləyən sistem kimi Zaqafqaziya konfederasiyası təşkil edilməlidir"(s.184). Nazaretyan sərsəmliyini davam edərək bildirir ki, "İnformasiya texnologiyalarının intensiv kamilləşməsi sayəsində konfederasiya "üzən" inzibati mərkəzə malik ola bilər ki, mərkəzi idarəetmə formaları arxaiklik kimi sosial özünütəşkilin mütərəqqi metodları ilə əvəz ediləcək, yəni mərkəzləşdirilmiş idarəetmə olmadan keçinəcək" (s.184).
Nazaretyan bir daha Zaqafqaz xalqlarının müstəqil millət olmaları faktı ilə razılaşmayaraq onları etnoslar adlandırıb bu xalqlararası münaqişələrin tarixən olub, onun təbirincə desək, ittifaqlar, birləşmələr və hətta bir-birinə qarışmaqla/əriməklə həll olduğunu xatırladır. Bu da az imiş kimi, Nazaretyan Moskva knyazlığı dönəmində İvan Qroznının zor gücünə etdiklərini, o cümlədən də, həm Vestfald sülh müqaviləsindən əvvəl, həm də sonra Qərbi Avropada baş vermişləri misal göstərir. Erməni yazar xatırladır ki, hələ dünya müharibələrinin qızğın vaxtlarında da "Avropa Konfederasiyası" , "Avropanın Birləşmiş Ştatları" şüarları irəli sürülmüşdür.
Yazısını yekunlaşdırarkən texnoloji inkişafa münasibətdə faşizm ideologiyasının tərkib hissəsi olan sosial darvinizmlə səsləşən fikirlər irəli sürən Nazaretyan məntiqsizliyinin zirvəsitək cəmiyyətdə "qan tökülməsinin koeffisenti" kimi apardığı hesablamalardan çıxış edərək bildirir ki, "...min illər boyu silahların öldürücü gücünün və demoqrafik sıxlığın artması ilə əhalinin sayından ölümlər orta faizli olub qeyri-xəttilik kimi ardıcıl olaraq azalmışdır" (s.184). Bu sərsəmliyinə bəraət qazandırmaq üçün buraya xarici tədqiqatçıların, xüsusilə də, BMT və Ümumdünya səhiyyə təşkilatının hesabatlarından çıxış edərək Nazaretyan bir daha bildirir ki, "...XXI əsrin əvvəllərində fiziki zorakılıq indiyədək olmayan səviyyədə azalmışdır (hər il dünyadakı hərbi, məişət münaqişələrinin ümumi/məcmu sayı intiharların sayından geri qalır!)" (s.184). Hətta belə olduğu təqdirdə belə, zorakılığın azalmasının sevinməyə əsas vermədiyini iddia edən müəllif bir-birini əvəzləyən hökümətlərə inamsızlığını gizlətmir. Odur ki, A.P.Nazaretyana görə, "Tarixin cari mərhələsinin mühüm bir zərurəti tarixi şüurun inteqrativ təcrübəyə tərəf dönməsidir". Bundan çıxış edərək o, Zaqafqaziya xalqlarının öz tarixi irslərindən canlılaşdıran resurslarını mobilizə etmələrindən asılı olaraq bu regionların guya gözlənən planetar təkamülün keçid mərhələsinə uyğunlaşacaqları yoxsa əks təqdirdə, kosmik gələcəyə şanslarını aşağı salacaq dünya sivilizasiyalarında sonuncu xəstəlik daşıyıcıları olması dilenması qarşısında qalacağını iddia edir.
Bütövlükdə yazının Zaqafqaziya xalqlarının kosmik gələcək qayğıları ilə bitməsinə baxmayaraq müəllifin hər bir sətirlərdə olduğu kimi burada da qeyri-səmimiliyi göz önündədir. Öz növbəmizdə deyərdik ki, elə Zaqafqaziya adı və bu ad altında bütün başa düşülənlər çar Rusiyasına və Sovetlər birliyinə aid olduğundan bu cür birliyin dirçəldilməsi Rusiya Federasiyasının prezidenti V.V.Putinin dəfələrlə qeyd etdiyi kimi, başa düşülən olsa da, elə ən böyük ağılsızlıqdır!
Mən ölkəmin gənc ziyalısı kimi bir daha A.P.Nazaretyanın sözügedən yazısına etiraz etdiyimi bildirərək Voprosı Filosofii jurnalının və bəlkə də, Rusiya Elmlər Akademiyasının hansı əsaslarla bu yazını çap edilməsinə yol verdiklərini öyrənmək istəyir və əgər bu düşünülmüş bir addımdırsa cavabımda səsləndirdiyim iradlara müvafiq izahat vermələrini tələb edirəm. Çünki, biz azərbaycanlılar üçün ermənilərdən fərqli olaraq milli dövlət və müstəqil dövlətçilik idealları canımız qədər əziz və müqəddəsdir!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM