Yazıya seçdiyim başlıq bəlkə də çoxlarına qəribə gələr. Polislə əsgəri eyniləşdirməyimi qınayanlar da tapılar. Ancaq yox, çox da uzaq olmayan vətən tariximizə nəzər salsaq görərik ki, polis həm də müsəlləh əsgər kimi silaha sarılıb, torpaqlarımızın müdafiəsində misilsiz xidmətlər göstərib, qanını-canını fəda edib.
Ayrıseçkilik salmaqdan min ağac uzağam. Dövlətin istənilən sturukturunda əsgər kimi ruhunu, zəkasını, bütün varlığını xalqın, torpağın yolunda səfərbər edənlər varsa, demək, orda sözdə, işdə, fikirdə birliyə can atıb gələcək hədəflər uğrunda mübarizə meydanından qalib çıxmaq istəyənlər var.
Elin haqq tərəzisinin gözü isə heç vaxt nahaqqa doğru əyilmir. O düzü-düz, əyrini-əyri görür. Bu gün sabitliyin bizə verdiyi şans hər bir işimizdə, fəaliyyətimizdə dadımıza çatır, əlimizdən tutur. Gündən-günə dəyişilən, inkişaf edən Azərbaycana gələn turistlərin sayının artması həm də ölkəmizin dünyanın diqqət mərkəzində olmasından xəbər verir. Birdə ki, hər kəs getdiyi yerdə ilk növbədə sabitliyin, əmin-amanlığın olmasını istər.
Etiraf edək ki, indi polisin üzərinə daha böyük vəzifələr düşür, məsuliyyətimizin çevrəsi genişlənir. Bir təhlükə hiss edəndə vətəndaşın üz tutduğu ilk ünvanın məhz polis olması da bunu bir daha sübut edir. Vətəndaşın bizə, polisə olan inamı gündəlik fəlaiyyətimizdə deyil, hər bir işimizdə uğurlara imza atmağımızda stimul rolunu oynayır.
Məhz bunun nəticəsidir ki, KİV-lərdə “Polis idmançımız bayrağımızı qaldırdı, himnimizi səsləndirdi, dünya çempionatının qalibi oldu” ifadəsini görəndə sevincimizin təntənəsindən sinəmiz qürur hissi ilə qabarır. Bəli, polis həm də Azərbaycan respublikasının vətəndaşı kimi onun çiçəklənməsi, inkişafı, təhləkəsizliyi, imzalar içində imzamızın olması, vətəndaşlarımızın rifahı üçün bütün bacarığını, istedadını nümayiş etdirməkdən yorulmur, usanmır.
Elə Daxili İşlər Nazirliyinə ünvanlanan, vətəndaş-polis münasibətlərinə işıq tutan, polisin fəaliyyətinə yönəlik təşəkkür məktubları ictimai dəstəyin güclü bir əl kimi hər zaman kürəyimizdə olmasını bizlərə hiss etdirir, qanunun aliliyinin, insan hüquq və azadlıqları uğrunda apardığımız mübarizənin dəstəklənməsini özündə ehtiva edir...
Və məktublardan bir neçəsini diqqətinizə çatdırırıq...
Qobustan rayon sakini Məsim Səfərov DİN-ə ünvanladığı məktubunda yazır ki, övladı 2016-cı ildə DİN Daxili Qoşunlarının Naxçıvan Muxtar
Respublikasındakı “N” saylı hərbi hissədə xidmətə başlayıb. Bir müddətdən sonra səhhətində yaranmış problemlə əlaqədar təcili olaraq Daxili Qoşunların hərbi hospitalına gətirilib. Həkimlərin gərgin səyi nəticəsində həyatı təhlükəsi sovuşub.
Məsim Səfərov övladının sağlamlığına qoşuşmasında əməyi keçən, onun tam sağalması üçün bütün səy və bacarıqlarını səfərbər edən tibb personalına dərin təşəkkürünü bildirir və Daxili Qoşunlarda yaradılan yüksək şəraitdən, əsgərlərə, zabitlərə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edir.
Bakı şəhər sakini Rəşad Cəbrayılov Azərbaycan polisinin apardığı yüksək xidmət sayəsində bu gün xalqımızın sabitlik və əmin-amanlıq içində yaşamasına diqqət çəkərək qeyd edir ki, cinayətkarlıqla mübarizənin qətiyyətli təşklinin nəticəsidir ki, baş verən cinayətlər qısa müddət ərzində açılır və təqsirkarlar öz layiqli cəzalarını alırlar.
O, bir neçə gün öncə “Araz supermarket” MMC-yə və orada çalışan işçilərə qarşı cinayət törədən şəxs barəsində qanuni tədbir görülməsi üçün müraciət etdiyini və DİN rəhbərliyinin çevik şəkildə bu müraciətə cavab verdiyini, həmçinin cinayəti törətmiş şəxsin tutulduğunu Azərbaycan Polisinin vətəndaşlara diqqət və qayğısının bariz nümunəsi kimi təqdir edir, yazdığı təşəkkür məktubunda razlığını bildirir.
Fəaliyyətimiz, peşəmiz vətəndaşımızda özünə inam hissini gücləndirirsə, o bizi öz doğması, əzizi bilirsə və ən ümdəsi, bu xalqa, bu Vətənə dünən olduğu kimi bu gün də üç rəngli bayrağımızın əzəməti altında sevə-sevə xidmət ediriksə, nə mutlu bizə.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM