Polis övladları-onları siz də tanıyın (FOTOLAR)

13:41 / 29.05.2017

 

Qəbul imtahanlarının birinci turu arxada qaldı. Yenə də biliyinə, savadına güvənənlərin həm özləri sevindilər, həm də doğmalarını, əzizlərini sevindirdilər. Ancaq ən çox sevinənlər imtahanın nəticələrini abituriyentlər qədər həyacanla gözləyən müəllimlər oldu. Hər könüldə yeri, hər kənddə, hər şəhərdə meyvələri olan və bu gün zəhmətinin, əziyyətinin çörəyini yediyimiz müəllimlərə üzağlığı gətirənlərin içində polisin də övladları vardı.

Düzü, bu barədə bir neçə il bundan öncə yazmağı düşünmüşdüm. Hər insanın öz taleyi, öz qisməti olduğu kimi, bu yazının da yazılmaq qisməti bu iləymiş. Beləcə, soraqlaşa-soraqlaşa onların axtarışına çıxdım. Axtardım və tapdım. Həmsöhbətlərimin fikir dünyası, mütaliəsi ilə ilk tanışlıqdan sonra bir daha yəqin etdim ki, uğur qazanmaq üçün dəmir nizam-intizam əsas şərtlərdəndir. Evin-ailənin problemlərinin altına çiyinlərini verməklə yanaşı, həm də asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayanaraq savadlı, vətənpərvər intellekti ilə gələcək aydınlarımızın sırasında yer alacaq övladlar böyüdüb, tərbiyə edən polislərə-həmkarlarımıza yalnız ürəkdən “çox sağ ol” düşür...

Polis övladlarının içində içində I turda istədiyi balı toplamadığına heyfslənənlər dövlətimizn verdiyi ikinci şansdan yararlanıb özlərini bir daha sınamaq istəyirlər. Əminəm ki, onların adını bu yaxınlarda yüksək bal toplayanlar sırasında görəcəyik...

Mətləbdən uzaqlaşmayaq və qəhrəmanlarımızla sizləri tanış edək.

DİN-in Polis Akademiyasının əməkdaşı, polis polkovnik-leytenantı Mehman Həsənov da xoşbəxt valideynlərdəndir. O, 1993-cü ildən DİO-da xidmət edir. Həmkarımızın üç övladı var. İki övladı bu il keçirilən qəbul imtahanının I mərhələsində yüksək bal toplayıb. Həmkarımızın ortancıl övladı Seyidəhməd Həsənzadə 2000-ci ildə Ağcabədidə doğulub. İbtidai təhsilini Ağcabədidə alsa da 5-ci sinifdən Bakıdakı Kimya-biologiya təmayüllü liseydə təhsilini davam etdirib. Sonra ailə vəziyyəti ilə əlaqədar 230 nömrəli məktəbi bitirib. Deyir ki, həkim-polis olmaq istəyir və DİN-in general-leytenant Arif Heydərov adına respublika hospitalında işləmək ən böyük arzusudur. O, 606 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub.

Şad xəbəri birinci kiminlə bölüşdün sualıma cavabı belə oldu: “Yüksək bal toplamağımla bağlı xəbəri ilk dəfə anama dedim. Atama ona görə demədim ki, o

xidmətdə idi, narahat etmək istəmədim. Həm də fikirləşdim ki, telefonuna zəng çatmaz”...

Sevinc Həsənzadə ailənin böyük övladıdır. Sınaqlardan yüksək bal toplasa da I turda 600-dən aşağı bal toplayıb. II turda ümidləri doğruldacağını deyir. Onun arzusu həkim-oftolmoloq olmaqdır.

Məhəmməd Həsənzadə ailənin üçüncü övladıdır. O, Azərbaycanın ən güclü beyinlərindən biridir. Söhbətin nədən getdiyini yəqin ki, bildiniz. Dövrümüzdə şahlar olmasa da o, dünyanın ən güclülərini qarşısında mat etmək istəyir. Xəzər rayonundakı 230 nömrəli orta məktəbin 5-ci sinif şagirdidir.

O, 4 yaşından şahmatla məşquldur. 2012-ci ildə “Xocalı şəhidlərinin xatirəsinə” həsr edilmiş Respublika şahmat turnirində 6 yaşlılar arasında 1-ci yerin sahibi olub, elə həmin il Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibəti ilə şahmat idman növü üzrə məktəblilər arasında keçirilən açıq rayon birinciliyində ən yüksək pilləyə ucalıb. 23 mart 2013-cü ildə Krımda keçirilən “Evpatoriyskaya vesna-2013” beynəlxalq şahmat turnirində iştirakçılar arasında ən az yaşlı olduğuna görə beynəlxalq diplomla təltif olunub. 18 oktyabr 2014-cü il Gürcüstan Respublikasının Batumi şəhərində şahmat üzrə keçirilən Avropa çempionatının iştirakçısı olub. 23 dekabr 2015-ci il tarixdə 10 yaşədək uşaqlar arasında şahmat üzrə Azərbaycan birinciliyində birinci yeri tutub.

Bu il 03-12 may tarixlərində ulu öndərimizin 94-cü ildönmünə həsr edilmiş “NAXÇIVAN OPEN 2017” Beynəlxalq türnirində “c” qrupunda 12 yaşlılar arasında 1-ci olsa da, umumi turnirin 2-cisi olub. Yaşı azdır, ancaq uğurlarını sadalamaqla bitməz Məhəmmədin...

Heydərli Aygül İlyas qızı da qəbul imtahanından yüksəl bal toplayanlardandır. O, 639 balla DİN-in Polis Akademiyasına qəbul olunub. Atası İlyas Heydərov DİN-in Katibliyinin Mətbəsinin əməkdaşıdır.

Aygül 2000-ci ildə Bakı şəhərində doğulub. Telman isgəndərov adına 42 nömrəli məktəbin 11-ci sinif şagirdidir. Kiçik yaşlarından “polis olacağam”,- deyib tutdurub. Onunla söhbət zamanı diqqətimi çəkən məqamlardan biri də toxunduğumuz mövzulara uyğun oxuduğu əsərlərdən sitatlar gətirməsi idi. Elə mən də bu fürsətdən istifadə edib ona dünya və Azərbaycan ədəbiyyatı ilə bağlı suallar ünvanladım. Aldığım cavablar, əlbəttə ki, mükəmməl idi və sözün düzü, sevindim ki, gələcəkdə polisin sırasında belə gənc aydınların yer alması uğurlarımızı daha da davamlı edəcək.

Bu gün təhsildə, musiqidə və idmanda uğur qazanan gənclər vətənimizin sərvətidir. Onları qorumaq isə hər birimizin borcudur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM