Uşaqlar ölməsin....

13:07 / 31.05.2017

 

 

Uşaq. İki hecalı, amma həyatımıza təsirini bir ömür boyu unutmadığımız ən böyük qüvvə, dilindən, dinindən, dərisinin rəngindən fərqli olmayaraq, hər kəsə ən doğma ad. Sevgi, qarşılıqlı hörmətlə yanaşı, ailənin təməl daşlarından biri, hamının arzusunda olduğu, hamının olmasa da, çoxumuzun keçmişi. “Keçmiş” sözü sizi çaşdırmasın, axı hər birimiz uşaq olmuşuq. Deməli, keçmişimizlə gələcəyimiz bir medalın iki üzüdür. Yəni insanlar qocalığında uşaqlığını, uşaqlığında qocalığını yaşayırlar. Bu, ilahi mexanizmdir və dünyanın sonuna qədər də beləcə davam edəcək...

Kimsə qələt bir iş görəndə “uşaqsanmı” deyirik. Heç hərdən nə üçün belə dediyinizin fərqinə varmısınız?

Uşaqlar bizə bağışlamağı, inciməyi deyil, küsməyi, bir oyuncağın sevincinə göz yaşları içində gülməyi öyrədirlər. Onlara görə həyatı, yaşamağı daha çox sevirik, onlara görə daha çox əziyyətə qatlaşırıq. Çevrəmizdə “Heyif ki, uşaqlar var”, “Uşaqlara görə” sözlərini azmı eşitmişik. Yer üzünün mələkləri uşaqlardır, onları qorumaq üçün ilin tək bir günü yox, hər gün səfərbər olmalıyıq. Təki uşaqlar ölməsin, təki dünya uşaqların günahsız göz yaşlarında boğulmasın.

Müharibələr təkcə böyüklərin deyil, uşaqların da qanına susayıb. BMT ötən illə bağlı yaydığı hesabatında açıqlayıb ki, 2016-cı ildə Suriyada 652 uşaq münaqişə nəticəsində, daha bir neçə yüz uşaq isə dərman və tibbi yardım çatışmazlığından ölüb. Amma təəssüflər olsun ki, BMT bir şeyi hesablamayıb. Daha doğrusu, bu hesabı aparmaq üçün ürək lazımdır ki, bu da onlarda yoxdur.

Bəs, görəsən, insan qanına susayanlar hesablayıbmı ki, ölən uşağına fəryadlar içində yas tutan analar gündə neçə dəfə ölüb-dirilirlər?

Bəyanatlar, şərhlər verməyə, hesabatlar aparmağa nə var ki? Çətini bircə körpənin belə həyatı üçün qeyrət göstərməkdir və inanmıram ki, dünyanın super dövlətləri, heç olmasa bu ilin iyununda-Uşaqların Beynəlxalq Müdafiəsi günündə Suriyada və digər müharibə ocaqlarında uşaqları qoruyalar...

Uşaqların üstünə bomba atanlar vaxtilə uşaq olduqlarını, bir sözlə, yaddaşlarını itiriblər...

Bu cümlələri yaza-yaza illərin o üzündən öz uşaqlıq illərimə boylanıram. Yaddaşıma qorxu ilə, hürkü ilə yazılan sonuncu-1988-ci il deportasiyasını xatırlayıram və göz yaşları içində pıçıldayıram: “Mən heç uşaq olmadım ki, biz heç uşaq olmadıq ki...”

Xocalıda düşmən tankının tırtılları altında can verən, diri-diri odlara qalanan uşaqların ömürünün son anları kinolenti kimi gözlərimin önündən keçir. O uşaqları, onların güllələnmiş uşaqlığını bundan sonra kimsə qaytara biləcəkmi? Yox, yox, heç kim qaytarmayacaq. Uşaq da heç nəyi və heç kimi unutmur. Onun duası Allaha daha tez çatır, çünki məsumdur...

Dünya xoşbəxt və bədbəxt uşaqlarla doludur. Bax, o xoşbəxtlər içində bu gün bizim də övladlarımız var. Təhlükəsiz, sabitliyin etibarlı qorunduğu ölkədə uşaqlar niyə xoşbəxt olmasın ki?

Öz-özlərinə xəyallarında qurduqları dünyanın içində oynayırlar. Mənim onlara baxıb fikrimdə “dağı-arana, aranı-dağa” çəkməyimdən xəbərsizdilər. Hərdən öz-özümə nəyisə pıçıldamağıma, onlara baxıb gülümsəməyimə fikir verməsələr də bilirəm ki, arxayındılar, rahatdılar.

Nə iş görürüksə-görək, biz onları düşünürük. Onların taleyini, onların gələcəyini düşünürük.

Dünyanın mələklərini-uşaqları öldürməklə onun dağılmasını tezləşdirməyək...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM