AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
STRATEGİYA.AZ SAYTI YENİ AZƏRBAYCAN PARTİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİSSİYASININ KATİBİ, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR ELMAN NƏSİROVUN SİYASİ TƏHLİLİNİ SİZLƏRƏ TƏQDİM EDİR
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibə qeyri-obyektiv və qərəzli olduğu qədər də təhlükəlidir.Məsələ ondadır ki, ABŞ-ın regionda mövcudluğunu həzm edə bilməyən daxili və xarici qüvvələr səfirin bu müsahibəsində səsləndirdiyi fikirlərdən fərqli nəticələr çıxardar və öz fəaliyyətlərini fəallaşdırmaq üçün həmin mövqeni bir siqnal kimi qəbul edə bilərlər. Bu reallıq isə ilk növbədə ABŞ-ın region maraqlarını ciddi sual altına qoymuş olar. Səfirin müsahibəsində Ukrayna hadisələrinin Azərbaycana transformasiyasından tutmuş, ölkəmizdə insan hüquqları sahəsində ciddi problemlərin olmasınadək, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətlərinə fərqli çalarlar verməkdən başlamış ta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli yolları ilə bağlı rəsmi Vaşinqtonun mövqeyinədək məsələlər ətrafında reallığın təhrif olunduğu yanaşmalar əks olunmuşdur. Səfirin statusuna uyğun olmayan səviyyədə kəskin və emosional davranışı fonunda Azərbaycan Respublikası Prezidenti Administrasiyası Rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun həmin müsahibəyə cavab reaksiyası kifayət qədər təmkinli, arqumentli, məntiqli və sitemlidir. Cənab Novruz Məmmədov yüksək ranqlı dövlət məmuru olaraq fikirlərində yalnız təsdiqlənmiş faktlara istinad edir. Başqa cür ola da bilməz. Deməli, onun “Hamı çox yaxşı bilir ki, Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür. Dünya mətbuatı bu məsələlər barədə ətraflı yazılar dərc edib. Sadəcə olaraq qeyd etmək istəyirəm ki, 2013-cü ildə Azərbaycanda da müxalifətçi gənclərin istifadə etmək istədikləri "Molotov kokteyli"ləri ABŞ-ın dəstəyi ilə hazırlanıb”,-fikirlərinin yalnız dəqiq və son dərəcə etibarlı mənbələrə malik olamaqla söylənildiyi faktı mübahisə predmeti ola bilməz. Cənab Novruz Məmmədovun bu müsahibəyə özünün qeyd etdiyi kimi, bir rəsmi dövlət nümayəndəsi olaraq cavab vermişdir. Mən də ABŞ-ın tarixi və xarici siyasəti üzrə ixtisaslaşmış tədqiqatçı olaraq öz mövqeyimi ifadə etmək istəyirəm. Əsas diqqətimi bir məsələ üzərinə cəmləşdirmək niyyətindəyəm. Bu da guya ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı ciddi narahatlıqların olması haqqında səfirin mövqeyinə münasibətimdir.Bu müsahibədə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səfirin narahatlığının ifadə olunduğu mövqe
əslində real vəziyyətə nəinki adekvat deyil, əksinə birbaşa ölkəmizin daxili işlərinə qarışmaq anlamını özündə ehtiva edir. Bəlkə də, beynəlxalq hüququn deyil, gücün hüququnun işlədiyi müasir dünya gerçəkliyində səfiri bir halda qınamamaq olardı. O da səfirin təmsilçisi olduğu dövlətin dünyada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində nümunəvi davranış tərzi nümayiş etdirməsi halında mümkün idi. Reallıq isə başqa həqiqəti ortaya qoyur. Bu yerdə Napoleonun “kimin nədə problemi varsa, o haqda daha çox öyüd-nəsihət verir” kəlamını xatırlamaq yerinə düşür. Əslində insan haqlarının müdafiəsi ilə bağlı ABŞ-ın başqalarına dərs keçməsinə mənəvi haqqı yoxdur. Niyə? Faktlar və arqumentlərin natamam təqdimatı belə bu nəticəni labüd edir. Onları səfir Riçard Morninqstarın diqqətinə çatdırırıq:
Əvvəla, ABŞ-da “Ku-kluks-klandan ta Quantanama”ya qədər insan haqlarının pozulması deyil, hədəfində insanın tam hüquqsuz vəziyyətə salınaraq cismani məhvinə ünvanlanmış siyasət artıq “top secret” qrifi altından “azadlığa” çıxımışdır. Bu məlumatlar artıq hər kəsə bəllidir.
İkincisi, ABŞ insan alverinə, fahişəliyə məcbur etməyə, irqi diskirminasiyaya və insanların oğurlamasına qadağa qoyan beynəlxalq konvensiyaları hələ də ratifikasiya etməmişdir. ABŞ insan hüquqlarının müdafiəsi ilə bağlı 9 əsas beynəlxalq sənəddən yalnız 3-i ilə bağlı üzərinə öhdəlik götürdüyünü bəyan etmişdir.
Üçüncüsü, ABŞ-da ksenofobiya və irqçilik qorxulu səviiyyədə inkişaf tempinə malikdir. Sosioloqlar hesab edirlər ki, ABŞ əhalisinin 15-20%-ni ksenofob adlandırmaq olar. Təxminən o qədər də amerikalının düşüncəsinə görə İslam dininin daşıyıcıların bu və ya digər formada hökumətdə təmsilçiliyinə imkan vermək olmaz.
Dördüncüsü, ABŞ-da uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyət narahatlıq doğurmaya bilməz. Ölkənin 15 ştatında qanunvericilik qaydasında uşaqlara bədən cəzası verilməsinə icazə verilir. Onlara cəza verilərkən yeməkdən məhrumetmə, naşatır spirtinin tətbiqi və s. kimi qeyri-insani təzyiq vasitərindən istifadə olunur.
Beşincisi, ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcuddur. 2012-ci ilin yanvar ayında “Sərhədsiz repartyorlar” təşkilatı bu sahədə ABŞ-ın rettinqini 27 bənd üzrə aşağı salmışlar. 2013-cü ildə mətbuat azadlığının qlobal indeksində ABŞ 47-ci mövqedə dayanmışdır. “Uol-striti zəbt et” hərəkatının aksiyalarını işıqlandıran jurnalistlərə qarşı polisin assimmetrik davranışına cavab olaraq ABŞ-ın bu sahədə beynəlxalq reytinqi aşağı salınmışdır. Həmin dövrdə 80-dən artıq jurnalist polisin qəddar davranışının hədəfində olduğu elə ABŞ-ın öz KİV-nin yaydığı məlumatlardan bəllidir.
Altıncısı, Çin Xalq Respublikasın 2013-cü ildə ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı 2014-cü ildə yaydığı hesabatda qeyd olunur ki, ölkədə bu sferada vəziyyət getdikcə pisləşməkdədir. Hesabatda vurğulanır ki, ABŞ bugünədək uşaq, ana və əlillərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmamışdır. Hesabatda göstərilir ki, ABŞ xüsusi xidmət orqanların uzun müddət ərzində PRİSM xəfiyyə proqramından istifadə etməsi beynəlxalq hüquq və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Burada xüsusi olaraq vurğulanır ki, ABŞ-ın dünyanın müxtəlif ölkələrində pilotsuz uçuş aparatlarından istifadəsi dinc əhali arasında çoxsaylı itkilərlə müşayiət olunmuşdur. O cümlədən 2004-cü ildən Pakistanda ABŞ pilotsuz təyyarələri 376 uşuş həyata keçirmiş və nəticədə 926 nəfər dinc insan həlak olmuşdur.
Bu yerdə ABŞ-ın "qurucu ataları"ndan olan Bencamin Franklinin və Tomas Ceffersonun məşhur deyimlərini xatirlamamaq mümkün deyildir. Bencamin Franklinin fikrincə, ABŞ üçün "Demokratiya- iki qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır...". Təbii ki, bu halda "demokratik" səsvermə nəticəsində 2/1 nisbətində quzu "hüquqları qorunmaqla", "demokratik yolla" qurdların həzmi-rabiyyəsindən keçəcəkdir. Tomas Ceffersonun qənaətinə görə isə ABŞ üçün "Azadlıq-yaxşı silahlanmış quzunun həmin səsvermənin nəticələrinə yenidən baxılmasına nail ola bilməsi anlamında qəbul edilməlidir". Zənimizcə, ABŞ siyasi sisteminin yaradıcılarının bu fikirlərinin əlavə şərhə ehtiyacı yoxdur.
Səfirin “demokratiya dərsi”nə cavab olaraq onu da xatırlatmaq yerinə düşər ki,ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakı formal xarakter daşıyır və çoxsaylı məhdudiyyətlərlə müşahidə olunur. Yalnız Missuri, Nyu-Meksika və Cənubi Dakota ştalarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə icazə verən qanunlar qəbul edilmişdir. Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində beynəlxalq hüququn ümümi qəbul edilmiş prinsiplərini deyil, məhz ABŞ-ın hüquqi aktlarını əsas götürməyə məcburdurlar. Fikrimizin təsdiqi kimi, Texas ştatının prokuroru Qreq Ebbotun bəyanatını misal gətirə bilərik. Prokuror ATƏT DTİHB-in tərkibində olan müşahidəçilərin seçki məntəqlərinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıq etmişdir. Həmin qurumun rəhbərinə prokurorun ünvanladığı məktubdakı aşağıdakı fikirlər xüsusi olaraq diqqəti cəlb edir: "Əgər ATƏT-in üzvləri öz demokratik sistemlərini yaxşılaşdırmaq üçün ABŞ seçki hüququ haqqında daha çox öyrənmək istəyirlərsə, bu halda Texas hakimiyyəti ilə müzakirələr aparmalıdırlar. ABŞ-ın hüdudları kənarından gəlmiş qrup və ya ayrı-ayrı şəxslərin bizim seçki prosesinə təsir etmək və ya ona müdaxilə etmək hüququ yoxdur." DTİHB-in seçki prosesində şəxsiyyət vəsiqələrindən istifadənin vacibliyi ilə bağlı iradına Texas prokurorunun orijinal cavabına diqqət yetirək: "ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir." Sitatın sonu.
Nəhayət sonda cənab səfir Riçard Morninqstara onu xatırladaq ki, ABŞ-ın 237 illik demokratiya tarixi və ənənələrinə malik olaması haqqında iddiaları da görünür əsl reallığa tərs mütənasibdir. Öz gözündə "tiri" görməyən ABŞ başqalarının gözündə "qıl" axtarır və qısa zaman ərzində "demokratiyanın triumfunu" tələb edir. Davranış və fəaliyyətində amiranəliyə və "əzələ nümayişinə" üstünlük verən və elə bu səbəbdən də haqlı olaraq dünya ictimaiyyətində getdikcə daha çox mənfi assosiasiya ilə qəbul edilən ABŞ unutmamalıdır ki, təkcə konstitusiyanı qəbul etmək üçün ona 11 il (1787-ci il), ölkəni köləlikdən azad etmək üçün 89 il (1865-ci il, konstitusiyaya 13-cü düzəliş), qadınlara səs hüququ vermək üçün 144 il (1920-ci il, konstitusiyaya 19-cu düzəliş)
və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik (1964-cü il, konstitusiyaya 24-cü düzəliş) zaman kəsiyi lazım olmuşdur. Təəssüf ki, demokratik dövlət quruculuğu yolunda atdığı bütün bu geçikmiş addımlar belə ABŞ-ı demokratiyanın örnəyi ola biləcək bir dövlətə çevirə bilməmişdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM