Çox da keçmişə qayıtmaq istəmirəm. Amma çoxlarının dediyi kimi keçmiş heç də keçmişdə qalmır. Keçənləri kədərlə anıb, sevinclə xatırlamğın da öz yeri var. Təki gördüyümüz hər iş həm üzümüzü ağartsın, həm də Vətənimizin adına ucalıq gətirsin...
Dövləti ayaqda saxlamaq, onu vətəndaşların güvənc yerinə çevirmək üçün ölkə Prezidenti möhtərəm İlham Əliyevin dediyi kimi “Hər bir məmur xalqın xidmətçisi olmalıdır.” Bu mənada, digər hüquq-mühafizə orqanları ilə yanaşı, dövlətçilik tariximizdə polisin asayiş keşikçisi, sabitliyin təminatçısı kimi məsul bir vəzifə sahibi olmağından başqa, həm də vətəndaşlıq borcu var və o, bunu heç vaxt unutmur. Bu, Vətənə, xalqa və dövlətə olan borcdur ki, onun məsuliyyətini dərk edənlər içimizdən çıxıb zamanımızın qəhrəmanı səviyyəsinə yüksəlirlər...
Adı andına, andı adına ucalıq gətirən Azərbaycan Polisinin dünəni də şərəflidir, bugünü də. Cümhuriyyət yaşıdı və yadıgarı polisimizi güclü, sabaha inamlı edən vətəndaşların ona olan etibarıdır, etimadıdır.
DİN-ə ünvanlanan onlarla məktubdakı razılıq hissini, minnətdarlığı, polisə rəğbəti oxumaq və bu sevinci yaşamaq nə yaxşı ki, bizlərin də bəxtinə düşüb. Hətta bu məktubların izi ilə paytaxtımızda və yerlərdə vətəndaşlarla görüşüb həmin minnətdarlıqları öz dillərindən eşitmişik. Görəvimiz elədir ki, biz reklama işləmirik. Gördüyümüz konkret iş var: sabitliyi, əmin-amanlığı qorumaq, cinayətkarlıqla qəti və dönməz mübarizə aparmaq.
Yeri gəlmişkən, vətəndaşlarla keçirilən görüşlərdə birbaşa polisə aid olmasa da səsləndirilən problemlərin həllində polisin həssaslıq nümayiş etdirməsi və vətəndaşı məmnun edən addım atması polis-vətəndaş həmrəyliyinin güclənməsinə təkan verən amillərdəndir. Elə son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında sabitliyin, asayişin etibarlı təmini, baş vermiş bəzi fövqəlada hadisələr zamanı polisin ayıq-sayıqlığı vətəndaşların diqqətindən yayınmır.
Məktəblərdə narkomaniya, erkən nikah, dini radikalizmin fəsadları ilə bağlı keçirilən maarifləndirici tədbirlərin təşkilatçısı kimi polisin ön sıralarda olması, multikultural dəyərlərlə birgəyaşayışın inkişafa yol açdığını regionda və dünyada ölkəmizin sülhün təminatçısı olduğunu insanlara aşılayanların içində polisin boy verməsi anda sadiqliyin, Vətənə sevginin bariz nümunəsidir.
Məramımız, amalımız uğrunda bütün sınaqlardan üzü ağ çıxdığımız Vətənimizdə sabitliyi, asayişi etibarlı təmin etməkdir. Elə bu məqsədlə də DİN
rəhbərliyinin təşəbbüsü ilə nizam-intizamı bu gün də yerində olan polisin veteranlar ordusu DİO-da yaradılan şəraitdən yararlanaraq gözəl bir fəaliyyət sərgiləyirlər. Yəqin ki, DİN Mətbuat Xidmətinin məlumatlarında “Polis veteranları cəbhə bölgəsində”, “Polis veteranları məktəblilərlə görüş keçirdi” başlıqları dəfərlərlə diqqətinizi çəkib.
Polisə müraciət edib kömək umanlar köməksiz qalmırlar. Bunu Xətai rayon sakinləri də yaxşı bilirlər-xüsusən də Nəsrəddin Tusi küçəsi 19-da yaşayanlar...
RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edənlər Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən parkın zibilliyə çevrilməsindən və ağacların qırılmasından şikayət etmişdilər. Elə keçirilən məhəlli görüşlərinin birində RPİ-nin rəisi, polis polkovniki Muradəli Babayevdən də kömək istənilmişdi.
Bəli, yaşıllıqları qorumaq hər birimizin müqəddəs borcudur. Təəssüf ki, parkları, yaşıl guşələri zibilləyənlər, onları məhv edənlər cəmiyyətdə qınaq obyektinə çevrildiklərinin fərqində ola-ola yenə də pis əməllərindən əl çəkmirlər. Ancaq başlarının üstündə polisi, “bıçaq sümüyünə dayanmış” aidiyyatı qurumu görəndə isə “İlan ulduz görməsə ölməz” məsəli yada düşür...
Məhz sözü gedən məsələ ilə bağlı polisin müdaxiləsindən sonra işinə, vəzifəsinə laqeyd yanaşan bəzi qurumlar hərəkətə keçib, parkda təmizlik işinə başlayıblar. Bunu da bizə sakinlər dedilər.
Parkın ərazisi böyük olmasa da istirahət üçün çox gözəldir. Bura sakinlər tərəfindən tut, əncir, gilas, gilənar, heyva, nar ağacları da əkilib. Məlum oldu ki, əvvəllər buranı hasarlayıb kimlərsə ev, obyekt tikmək istəyiblər, ancaq arzularına çata bilməyiblər. Sakinlərin haqlı narazlığına rayon rəhbərliyi çevik reaksiya verib və bu işdə polis də insanlarımıza öz dəstəyini nümayiş etdirib.
Görülən işlərlə tanış olmaq üçün biz də həmin parka üz tutduq.
Gördüklərimiz gözümüzü, könlümüzü oxşadı. Parkın ərazisi zibilliklərdən təmizlənirdi, sınmış, təmirə ehtiyacı olan uşaq oyun atraksyonları ərazi polis bölməsinin əməkdaşlarının, xüsusən də sahə rəisi, polis mayoru Bərxudar İbadovun köməkliyi ilə təmir edilmişdi. Sakinlər də dinc durmurdular, ərazinin təmizlənməsinə cavabdeh olan MKTB-nin işçiləri ilə birlikdə qollarını çırmayıb işləyirdilər.
Kimi dindirdimsə parkın qorunmasında əməyi keçən, sözü eşidilən polisimizdən razılıq eşitdim.
“Bura bizim yayda qızmar günəşdən, istidən qorunmaq üçün yeganə ümid yerimizdir. Bu parkı, bu ağacları göz bəbəyimiz kimi qoruyuruq. Onsuzda şəhərimizdə yaşıllıqların sayı get-gedə azalır. Meqapolisə çevrilən Bakımızda hərəyə bir ağac əksək həm savab qazanar, həm də təmiz havaya möhtac qalmarıq.”
Məhəllə Komitəsinin sədri Zakir Hüseynov, Nizam Abdullayev, Sədi Kərimov, Ələkbər Əliyev, Həmid Həsənov və Telman Məmmədov polisin fəaliyyətindən razılıqlarını bildirdilər. Onu da vurğuladılar ki, bu gün DİN rəhbərliyi kadr seçiminə çox həssaslıqla yanaşır. Hətta polisə aid olmasa belə, üzləşdikləri problemlərin polis tərəfindən həll edilməsi sözsüz ki, vətəndaşı məmnun edir...
Xətai RPİ-nin əməkdaşları da (bu bütün DİO əməkdaşlarına aiddir) xidmətdən kənar vaxtlarda cinayətkarlıqla mübarizə aparırlar. Elə bu yaxınlarda baş vermiş soyğunçuluq faktının üstü xidmətdən kənar vaxt RPİ-nin məsul növbətçisi, polis mayoru Arif Həbiblinin sayıqlığı nəticəsində açılıb və cinayətkar yaxalanıb...
İnamla deyə bilərik ki, məsuliyyəti, peşəkarlığı ilə insanların rəğbətini qazanan Azərbaycan Polisinin bu gün ürəkdən “Mən Azərbaycanlıyam” deməyə haqqı var.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM