Polisi sevənlər və sevdirənlər... (FOTO)

12:50 / 22.07.2017

 

 

Ədəbiyyat, incəsənət xalqın tarixini, onun keçmişini özündə yaşadan və gələcək nəslin qürur yerinə çevrilən, bir az da obrazlı desək, ilahi yaradılışdır. Sözdən başlanğıcını götürən səs də, rəng də təkcə insan ruhunu oxşamaq üçün deyil, ümumiyyətlə, dünya dediyimiz kürədə (bu gün hər yerindən od yağan daha qızmar kürə) bütün yaradılmışlarla “dil tapmaq üçün” ünsiyyət formasıdır.

Günü-gündən içində əridiyimiz, bəzən özümüzü yox kimi hesab etdiyimiz informasiya məkanında rahatlıq tapmayanda, ya unudulmaqda olan kitaba üz tuturuq, ya da ki, gözlərimiz teatrların afişalarında ruhumuzun sarı simini tərpədən bir əsər axtarır ki, havasızlıqdan canımızı qurtaraq. Həyatın özünü, yaşadıqlarımızı əks etdirən nələrəsə həqiqətən də ehtiyac var bu gün.

Başı öz qayğılarına, problemlərinə qarışsa da səhnədə, kinoda həmişə gülərüz gördüyümüz (faciəni çıxmaq şərtilə), könlü nurlu bizlərə mənəvi ehtiyaclarımızı qarşılamaqda kömək edən sənət adamları, doğurdan da böyük ürək sahibidirlər.

Çoxdan, uşaqlıqdan tanıdığım respublikanın əməkdar artisti Bəhruz Vaqifoğlunun gözəl bir sözü var. Deyir ki, yaradıcı adamın mütləq bir dərdi olmalıdır. Hər şey onun üzərində qurulur. Yaradıcı insan dərdindən qaçmalı deyil. Onun içərisinə girməlidir ki, orada bütövləşsin.

Bəli, dərdə belə fəlsəfi yanaşan, onu qazandığı uğurların bazisi kimi görən sənət adamının daxili dünyasını çəkmək üçün rənglərə ehtiyac yoxdur.

Bax elə haqqında danışacağım sənət adamı da həm insanlarla dil tapa bilir, həm də dərdi ilə. Bəzən dərdi onu anlayır, insanlar isə...

Onu da çoxdan tanıyıram, lap çoxdan. Nizami RPİ-nin və Zaqatala RPŞ-nin “rəisi” olub...

Bu barədə bir azdan...

İnsanlar müxtəlifdir. Eləsi var ki, onunla ünsiyyət qurmaq su içimi kimi bir şeydir. İnsan da var onunla ünsiyyət qurandan sonra gərəkdir ki, çoxlu su içəsən. Çünki səni özünə elə çəkir, elə cəlb edir ki, sözünə, fikrinə, hissinə, duyğusuna təşnə olursan. Bu da bir Allah vergisidir, bu da bir istedaddır. Yaradıcı adamların kaprizi olmur desəm, yalan olar. Amma inanın ki, mən onun həyat və yaradıcılığına bələd olan biri kimi deyə bilərəm ki, onda kapriz deyilən şey yoxdur. Kinoda, filmdə həm rəhbərlik edir, həm də fəhləlik.

Deyəsən, sözümün üstündə sonacan durmadım. Axı yazmışdım ki, o bir çox RPİ-lərin, RPŞ-lərin polis rəisi olub. Əslində, onu tanıyanlar, içimən qarışıq ona “rəis” deyə müraciət edirik. Bu boyda “həngaməni” sizi yormaq üçün yazmadım. Elə bu kiçik yazım da vətənpərvər bir Azərbaycan övladı haqqındadır.

Rəşad Nuri. O, 1971-ci ildə Bakı şəhərində mərhum jurnalistimiz Sabir Nurinin ocağında dünyaya göz açıb. Sözün halallığı ilə böyüyüb boya-başa çatıb. Ehtiyacın tərs şilləsini də dadıb dostumuz. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənə Universitetini bitirib. Rəşadla ilk tanışlığım da məhz ordan başlayıb. Hər gün axtarışdaydı, hər gün nəyisə düşünürdü, danışmağı sevməzdi. Sonuc işə gələndə isə bir də görərdik ki, universitetin rəhbərliyinin diqqətini çəkən tamaşa atıq səhnədədir.

Rəşad fikir adamıdır. Deyir ki, hər sözün, fikrin çəkisi olmalıdır. İnsan dilini tərpədəndə onun sözünün ağırlığından qarşısındakının çiyninə yük düşməsin, ürəyinə, qəlbinə işıq seli axsın...

“Məhkumlar” serialında, bir zamanlar Xəzər TV-də yayımlanan “Ölümsüzlər” layihəsində, torpaqlarımız uğrunda şəhid olan igid oğul və qızlarımızın ömür yolundan bəhs edən filmlərdə və bir çox seriallarda polis obrazı yaradıb. Teatr tənqidçisi olmasam da onun sənət yoluna ekskursiya edəndə bir şeyi müşahidə etmişəm. Çəkdiyi və çəkildiyi hər filmdə, serialda Azərbaycançılıq məfkurəsi var. “Tələ” serialında həm rejissor, həm də yaradıcı heyət Azərbaycanda tolerant mühitin, multikultural dəyərlərin, xalqların birgəyaşayış modelinin dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini göstərmək üçün sözün əsl mənasında sənət nümayiş etdiriblər.

Bir sirri də sizə açmaq istəyirəm. Rəşad özü də əvvəllər sıralarmızda olub. Sonradan yaradıcılıq onu bizdən qoparıb. Hətta qəzetlərin birində “Hüquq şöbəsi”nin müdiri kimi çoxlarının köməyinə, dadına çatıb.

Yazını hazırlamaq üçün ondan müsahibə götürəndə “kömək etmək” anlayışının üzərində baş sındırmasaq da maraqlı dialoqumuz alındı. Kömək etmək nəcib bir əməldir, bütün ilahi dinlər onu dəstəkləyir, səmavi kitablar bu sözə dönə-dönə qayıdır. Elə söz arası: “Sənə polisin köməyi dəyibmi”,- deyəndə sanki sözə bəndmiş kimi həssaslıqla danışmağa başladı və bir daha yəqin etdim ki, mən hələ onu yaxşı tanımamışam.

“Polisin sənə, mənə, bütün Azərbaycan xalqına köməyini ordumuzun olmadığı o çətin illərdə hər birimiz görmüşük. Sırasından yüzlərlə şəhid verən polis deyilmi? Bu gün aprel döyüşlərindəki uğurumuzun başlanğıcı olan Horadizin

alınmasında Azərbaycan Polisin, Daxili Qoşunlarımızın göstərdiyi igidliyi, şücaəti unutmaq olarmı? Kömək deyəndə yada polis düşür, baş verən hər hadisədə insanların gözü birinci polisi axtarır. Bizə bəzən deyirlər ki, polisdən niyə belə çox çəkirsiniz, onun fəaliyyətini gündəmə gətirisiniz. Biz isə deyirik ki, bu gün qazandığımız hər bir uğurda polisin əməyi var. Sabitlik adlı şirin nemətin qoruyucusu digər hüquq-mühafizə orqanları ilə yanaşı, Azərbaycan Polisidir”...

Dostum mənə özəl bir sirrini açdı. Dedi ki, əvvəllər seriallarda polis obrazını canlandırmaq üçün ona uniforma lazım olurdu. Artıq belə bir problemi arxada qalıb. Onun polisə sevgisini, istəyini nəzərə alan DİN rəhbərliyi Rəşada uniforma hədiyyə edib.

Rəşad Nuri vətənpərvər sənətçidir. Son günlər Azərbaycan və Türkiyə teleməkanında yayımlanan “NN” prodakşının təşkilatçılığı ilə çəkilən “Xüsusi təyinatlı İbad” filmi “Azərbaycan bayrağı” ordenli İbad Hüseynovdan bəhs edir. Məlumat üçün bildirək ki, “Xüsusi təyinatlı İbad” filminin ikinci hissəsi də artıq çəkilib başa çatmaq üzrədir və filmin ərsəyə gəlməsində, texniki təchizatında, hər zaman olduğu kimi, vətənpərvər ruhlu layihələrə qucaq açan DİN-in də əməyi danılmazdır.

Ümidvarıq ki, polisi sevən, onun işini görən və qiymətləndirən, müsbət polis obrazları ilə hər birimizin sevgisini qazanan Rəşad Nurinin uğurları ilə hələ çox tanış olmaq imkanımız yaranacaq.

O, iddiası istedadından böyük olanlardan deyil. Yeri gəlmişkən, bu yaxınlarda ATV-də yayımlanacaq “Yarpaqlar” serialında biz onu yenə də sevdiyimiz polis obrazında, polis uniformasında görəcəyik...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM