İştirak etdiyim tədbirlərin birində eşitdiyim: “Cəmiyyət yenidən kitaba qayıdır, gənclərimiz kitaba üz tutur” fikri neçə vaxt idi ki, beynimdə ilişib qalmışdı. Elə həmin tədbirdə gözünü telefondan, vatsapdan ayırmayan gənclər yaşlı adamın sözünə gülümsəməklə sanki iradlarını bildirmişdilər. Etika xatirinə biri bir kəlmə söz deməmişdi. Çünki tədbirdə iştirak edənlərin arasında həqiqətən də kitabı sevənlər, bircə kitabının işıq üzü görməsini arzulayan yazarlar var idi.
Dünyanın necə yaradıldığını, hardan gəlib, hara getdiyini də kitablar anladıb bizə. Biz Yaradanın da ilk əmrlərini kitabdan oxumuşuq. O kitab ki, səmadan gəldiyinə görə dünən olduğu kimi, bu gün də müqəddəsdir. Elə isə müqəddəs olan bir şeydən imtina etmək, sizcə, nə deməkdir, ondan imtina edənlərin aqibətini yaxşı olacağını kim deyə bilər?
Bu birmənalı belədir: Kitabdan imtina etmiş cəmiyyət öz varlığını şübhə altına atmış olur. Və “Kitablardan yan keçənlər öz səadətlərindən yan keçir” kəlamı dünən üçün də aktual idi, bu gün də aktualdır. Sadə bir müqayisə aparaq. Elə həyatın içindən. Çoxumuzun komyuter almağa, son texnologiyalardan istifadə etməyə imkanı yoxdur. Amma bu gün hər kəs kitab alıb oxuya bilər, sadəcə istək və həvəs olsun. Və daha bir müqayisə: televiziyada, radioda gənclərimizə ünvanlanan hər hansı bir sual qarşısında onların gözlərini necə döydüklərini görmüsünüzmü? Qarşısındakı şəxsə fikrini aydın, səlis, məntiqli şəkildə ifadə etməyi bacarmayan bir gənc dövlətini, millətini təmsil edə bilərmi?
Kitab ən gözəl özünütəqdimatdır. Oxuduğun kitablar artıq sənin haqqında fikir, rəy formalaşdıra bilir. Geniş mütaliən insanlar arasında fərqlənməyini şərtləndirir.
İndiki zamanda hər oxuyan, əlbəttə ki, canı-dildən oxuyan Molla Pənah da olar, şeyx Nizami də…
Kitab yeganə vasitədir ki, ona virus düşmür, hakkerlər onu sıradan çıxara bilmir. Kitab etibarlı dost kimidir, oxuduqca, daha yaxından tanıdıqca ona güvəncin artır.
Mən müasirliyə, texnoloji inkişafa qarşı deyiləm. Ancaq bir acı gerçəkliyi görüb də onu yazmamaq olmur. Texnologiya əsri insanlarımızın beynini basqı altında saxladığından sanki bizdə hər şey kompyuterləşib. Az qala hisslərimizin belə dilini şifrələrlə başa düşür, ürəyimizlə dərdləşmək üçün kodlardan istifadə edirik. Müasirlik ölümümüzə belə yol açıb. Məsələn, qulaqcıqlar…
İndi metroda, avtobusda kitab oxuyanlara çoxları maraqla baxırlar. Adama elə gəlir ki, kitab oxuyanı kitab oxuduğuna görə ələ salacaqlar, onu aşağılayacaqlar ki, keçmiş zamanda qalıb…
Belə qənaətə gəldim ki, biz doğurdan da mütaliəyə qayıtsaq bunlar baş verəcək: Dünyanın inkişaf etmiş dövlətləri sırasında yerimiz olacaq, qanuna hörmət edəcəyik, paxıllıq hissi bizi tərk edəcək. Sadaladıqlarım “Beşikdən qəbr evinə qədər oxuyun” fikrini, sizcə, özündə ehtiva etmirmi?
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM