Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...

13:33 / 01.08.2017

Yanımdan şütüyüb keçən və içi meyvə-tərəvəzlə dolu olan maşından gələn “musiqi”nin sözlərini eşidəndə ayaqlarım bir anlıq yerə mixlandı. “Bratvalar Gəncə türməsindədi”.

Maşın “Yaşıl bazar”ın yanında dayandı. İçində iki yeniyetmə var idi. Bığ yerləri təzəcə tərləmişdi. Hardasa 20 yaşları olardı. Yaxınlaşıb salam verdim. “Siz heç aşıq musiqisinə, muğama qulaq asmısınızmı”, deyəndə gülümsəyib baxışdılar. Biri gülə-gülə dilləndi: “Rəhmətliyin oğlu, özün cavan oğlansan, elə musiqilərə adam qocalanda qulaq asar”. Daha əlavə sual vermək yersiz idi...

Meyxana el sənətidir, meyxana demək, sözü-sözə calayıb fikrə çevirmək istedad tələb edir. Amma? Bu gün toylarımızda insanları şənləndirmək, toyu daha da rəngarəng etmək üçün meyxanaçılar dəvət edilir. Gecə yarıya qədər söz güləşi gedir. Qalib də olur, məğlub da. Bu məsələnin bir tərəfi. Müşahidə etmişəm, son vaxtlar toylarda narkotik vasitələri, narkomaniyanı təbliğ edən meyxanalar deyilir. Qocalı-cavanlı hamı çırtıq çalıb onlara dəstək olur. Ancaq kimsə “Burda uşaqlar var, onlara o zəhrimarı belə tanıtmayın”,- deyib irad bildirmir. Demək ki, günahkar özümüzük, demək ki, siqaretin girdabına düşən uşaqlarımıza “nəşə”ni də “tərifləməklə” sevdiririk. Ozü də harda, toylarda, gələcək ailənin təməlinin atıldığı bir gündə. Bu, sizcə, dünyanın ən böyük bədbəxtliyi deyilmi?...

Azərbaycanda hamı meyxana deyə bilər, çünki sözə yaxın xalqıq, hər birimizin içində şairlik var. Onda belə çıxır ki, istedadımızın “doza”sını qaldırmaq üçün hamımız “nəşə” çəkməliyik, narkotikə qurşanmalıyıq?

Həyacan təbili çalmağın vaxtı çoxdan çatıb və elə mövzuda meyxana deyənlərə “dur” deyilməlidir. Yazını hazırlamadan öncə saytlarda, “yutub”da axtarış apardım. Gördüklərimdən və eşitdiklərimdən dəhşətə gəldim. Görün, hələ bu “el şairləri” nə yazırlar, nə deyirlər.

 

Namiq Həsrət:

 

Çək, qaqaş, çək bu şeyi,

Bu şeyin pisdi nəyi?

Ləzzəti çoxdu bunun,

Ziyanı yoxdu bunun...

 

 

 

Şahruz Masallı:

 

Badım şeydən bayaqları qəlyana,

İndi deyək bir muzkalnı meyxana...

 

Vasif Maştağalı:

 

Nəşələnib hallanıram,

Zır kayfda fırlanıram...

 

Səid Salyanlı:

 

Nəşəni çək, kayfını tut,

Unut, bu dünyanı unut.

Bu kayfın heç yoxdu tayı

Dilini, dodaqlarını qurut...

 

Siyahını çox uzatmaq olar. Görünür, adlarını çəkdiyim və ya çəkmədiyim bu “söz adamları”na vaxtında narkotiklərin fəsadlarından, qapımızı vaxtsız döyən bəla olmasından, ailələri viran, tarimar qoymasından danışmayıblar. Ya da ki, danışıblar, sadəcə, onlar “qaqaşlıq” edib bu nəsihətləri özlərinə yaraşdırmayıblar. Doğru yol göstərənlərə dodaq büzüb öz aləmlərinin “kayfında” olublar...

Görəsən, onlar bilirmi ki, bu gün Azərbaycanda narkomaniya və narkotiklərlə mübarizəyə xalqımız səfərbər olub. Çünki bəlanın böyüklüyünü, qarşısı alınmasa bizi məhvə sürükləyəcəyinin fərqindəyik. Doğmalarımızı, əzizlərimizi, ən əsası, gələcəyimiz olan uşaqları qorumaq üçün narkotiklərə yox deməliyik, nəinki onun təbliğiilə məşğul olmalıyıq.

Və yenə qayıdıram yazımın əvvəlinə, “Bratvalar Gəncə türməsindədi”rin təsirinə düşüb türmə aləminin havasına qol qaldırıb oynayanlara, azadlıqlarının qədrini bilməyən o uşaqlara və onların böyüklərinə. Bədbəxtliyi heç kəs könüllü olaraq çağırmır, o, özü gəlib sizi tapır-mənəviyyatsız “müsiqi”lərlə, ləyaqətsiz nümunələrlə, laqeydliyimiz və biganəliyimizlə...

Yazıma nöqtə qoymaq istəsəm də gözlərimin önündən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizədə həlak olan həmkarlarım keçir. Yeri gəlmişkən, adını da çəkmək istəyirəm: Polis polkovnik-leytenantı Namiq Musayev...

Məlumat üçün onu da deyim ki, ilin altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 1697 fakt aşkar edilib. Onlardan 470-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1094-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 103-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib. Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 730 kiloqram 723,566 qram müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 428 kiloqramı 564,736 qramı marixuana (58,6 faiz), 117 kiloqram 174,74 qramı tiryək (16 faiz), 146 kiloqram 486,19 qramı heroin (20,1 faiz), 2 kiloqram 480,2 qramı həşiş (0,4 faiz), 35 kiloqram 134,7 qramı digərləri (4,8 faiz), 883 qramı psixotrop maddələr (0,1 faiz) və 1545 həb təşkil edib.

Cinayət məsuliyyətinə 1309 nəfər cəlb edilib. Onlardan üçü 18 yaşadək, 112-si, 18-25 yaşlarında, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı şəxslərdir. Eləcə də həmin şəxslərdən 15-i fəhlə, 2-si qulluqçu və ya maddi məsul şəxs, 1167-si işləməyənlər, 513-ü təkrar cinayət törətmiş şəxslər, 1289-u kişilər, 20-si qadınlar, 17 nəfəri isə xarici ölkə vətəndaşları olub. Onlardan ümumilikdə 6 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.

Həmçinin hesabat dövründə 432 hektar 63,66 sot ərazidən 111 ton 420 kiloqram 868,99 qram (307 min 356 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

“Nəşəni çək, kayfını tut” deyib gənclərimizə, uşaqlarımıza pis örnək olanlar bu qəhrəman azərbaycan oğlunu tanımazlar. Biz Azərbaycan Polisi olaraq istəyirik ki, gənclərimizin yolu türmələrdən yox, kitabxanalardan düşsün, idmançı olsunlar, bayrağımızı qaldırsınlar, əsgər kimi Aprel döyüşləri qəhrəmanlarımızın yolunu davam etdirib torpaqlarımızın azadlığı uğrunda bizimlə çiyin-çiyinə döyüşsünlər...

Dumanlı, nəşəli başlarla nə özünü qorumaq olar, nə də ki, Vətəni...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM