O, nə şairdi, nə yazıçı, nə rəssam, nə də ki, bəstəkar. Haqqında yazdıqlarımı oxuyandan, onu tanıyandan sonra özünüz deyəcəksiniz ki, doğurdan da əsl könül adamıdır.
Əslində, bu yazını çoxdan yazmalıydım, özü də lap çoxdan. Neynək, qismət bugünəymiş. Söz də insan kimidir, onun da taleyi, qisməti, alın yazısı olur. Söz də doğulur və insan kimi ömrünü başa vurur...
Mətləbi uzatmayıb, başlamaq istəyirəm. Bilənlər bilir ki, bir işi dərindən öyrənmək üçün bilikli, bacarıqlı olmaqla yanaşı, görüb-götürmüşlərin təcrübəsindən yararlanmalısan. Bu bütün xidmət sahələrində belədir. Həyat dəmirçi kürəsi kimidir, onun zindanında döyülməsən, sənə yaşadığını, var olduğunu hiss etdirən ağrıları sevməsən üzünə zamanın sehirli qapıları açılmaz…
Dünyada ən çətin iş öyrətməkdir. Gələcəyi, sabahı düşünüb öyrətməyin həm də bir adı var-xalqa və dövlətə xidmət. Xalqa və dövlətə xidmət eləyənləri, gənclərə yol göstərənləri, “torpaqda izi, süfrədə üzü olanları” yada salmaq, xalqın özünə tanıtmaq üçün “qılıncımızı”-qələmimizi “qınından” çıxarıb işə başladıq.
Hami tərbiyəçilik institutu sovet milisinin də, bügünkü Azərbaycan Polisinin də formalaşmasında xüsusi önəm daşıyan amillərdəndir. Gənc əməkdaşlara xidmətin sirrini, hətta çətinliyini belə öyrətmək üçün seçilən insanlar nəyə təhkim olunduqlarının məsuliyyətini yaxşı bilirlər. Məhz buna görə də hər əməkdaşı hami tərbiyəçi təyin etmirlər. O, fərd kimi yetkin, psixoloji baxımdan hazırlıqlı, xidmət etdiyi sahədə ən azı beş illik iş təcrübəsinə malik olmalıdır. O, himayəsinə götürdüyü gənc əməkdaşa qanunvericiliyi, peşəsinin sirlərini öyrətməklə yanaşı, həm də onu elə formalaşdırmalıdır ki, həmin gənc üçün insani dəyərlər ən böyük meyar olsun.
O, yetirmələrinə insanlıq dərsi keçib, insanı sevməyi öyrədib, qanuna söykənib halal yaşamağın, təmiz adla ucalmağın yolunu göstərib.
Müslüm Rəhim oğlu İsmayılov tanıdığım, şəxsiyyətinə, səmimiyyətinə böyük hörmət bəslədiyim, bu gün DİN-də böyük bir idarəyə rəhbərlik edən, keçmişini unutmayan dəyərli bir polis zabitinin hami tərbiyəçisi olub. Mətləbdən uzaq düşməyimə görə məni qınamayın. Sadəcə, heyrət içindəyəm. Aradan illər keçsə də ona xidmətin sirrini öyrədəni, ata qayğısı ilə yanaşanı unutmayan həmkarımın və unudulmayan hami tərbiyəçinin xəyalı ilə üzbəüzəm. Və bu yerdə şeirlərində insana təbiəti sevməyin dilini öyrədən şairimiz Hüseyn Arifin:
“Axtar babaları, axtar Hüseyn,
Bir gün də nəvələr axtarar səni”
misraları dadıma çatır….
Unudulmayan uşaqlıq
O, 1942-ci ildə Laçın rayonunun Sadınlar kəndində doğulub. Böyük Vətən savaşının evlərə, ailələrə gətirdiyi bədbəxtliklərin içində böyüdükcə dərdlə-qəmlə qolboyun olub. Heç özü də bilməyib ki, doğma atası da alman faşistləri ilə ölüm-dirim savaşındadır. Əmisi Kərimi və Muxtarı müharibənin udmasını da görməyib, bircə yadında onların ölüm xəbərini gətirən qara kağızları nənəsinin necə əzizləyib, ağlaması qalıb. Bilməyib ki, dərdinə nə ad qoysun, onu necə çağırsın, dili dağlarda, dərələrdə açılıb. Sirdaşı Laçının əsrarəngiz təbiəti olub, sirrini mamırlı daşlara danışıb. Bəxti üzünə gülüb. Atası sağ-salamat müharibədən qayıdıb və o dünyada ata adlı varlığın necə böyük və əzəmətli olduğunu görüb. Başını dilsiz daşlara, qayalara yox, atasının oddan-alovdan çıxmış sinəsinə söykəyib. Böyüdükcə ehtiyaclar da onunla böyüyüb. Yeddinci sinifə qədər yaxşı oxuyub, sadiq dostu kitablar olub. Ancaq anası dünyasını vaxtsız dəyişdikdən sonra içində qurduğu, sirrinə-sehrinə bələndiyi dünyasının düzəni itib, ayı-günəşi öz yerini səhv salıb. Yetim qalıb Müslüm İsmayılov. Atası və böyük qardaşı ilə birlikdə kolxozun malına, heyvanına çobanlıq edib. Analı uşaqları görəndə üzdə hiss etdirməsə də dərd dəyirman daşı kimi onu həyatın dibinə dartıb. Sağlığında anasının gecələr öpüb-oxşadığı totuq-motuq əllərinin tənhalığı yuxusunu ərşə çəkib, təklənib insanla dolu yer üzündə. Atası ona ana ola bilməyib. Ögey ana ağrısı sızıldayan yarasına duz basıb. Anasının soyuq məzarı ilə dərdləşməkdən başqa çarəsi qalmayıb. Gücü gözlərinin yaşına çatıb. “Sovet adamı dərdə, kimsəsizliyə, yetimçiliyə əyilməz” deyənləri ürəyində qınayıb da. Onların belə ruhsuz, duyğusuz olduğunu içinə sığdıra bilməyib.
1961-ci ildə hərbi xidmətə yollanıb. Sibirdə, Çikinski oblasda xidmət edib. Oranın soyuğu, şaxtası bu dağlar oğlunun, Laçın qartalının qaynar qanında əriyib, muma dönüb. 1964-cü ildə hərbi xidmətdən təxris olunub və Vətənə qayıdıb. Yenə də işin-gücün qulpundan yapışıb. Ancaq oxumaq arzusu…
Yollar Bakıya aparır
Qohumlarından birinin yük maşınında Bakıya gələndə əynində əsgərlikdən gətirdiyi uniforma, cibində isə 3 manat var idi. Bakı Sadınlar kəndi deyildi ki, hər addımda doğmanla, əzizinlə rastlaşasan. Ağzını əjdaha kimi açan şəhərdə oğul istəyirdi ki, baş çıxarsın. O, həm anasızlıqla, həm laçınsızlıqla, həm də ehtiyacla döyüşməliydi və mütləq qalib gəlməliydi. İnsanlarla dil tapmağın çətin olduğunu bilirdi. Amma həyat çəkdiklərini qiymətləndirdi.
Politexnik texnikumunun “Avtomobil” fakultəsinə daxil olub. Oranı bitirdikdən sonra 1971-ci ildə Avtomobil Nəzarəti Müvəttişliyində işlə təmin olunub. Düz dörd il yarım orada xidmət edib. Sonra “DİN Partiya və sovet orqanlarını mühafizə edən milis şöbəsi”ndə xidmətini davam etdirib. Elə ulu öndərlə də ilk tanışlığı burda başlayıb.
Yaddaşında qalanlar
Deyir ki, birinci gün ikinci növbəyə çıxmışdım. Yanıma bir oğlan gətirdilər. Dedilər ki, adı Rahib, soyadı Qarayevdir. Özü də Laçınlıdır. Rəhbərlik məni ona hami tərbiyəçi təyin etmişdi. Beləcə bu dağlar oğlu ilə bizim dostluğumuz başladı. Gördüm ki, saf oğlandır, yazı-pozudan başı çıxır, yaxşı təşkilatçıdır. Divar qəzetində yazdığı məqalələrlə rəhbərliyin də rəğbətini qazandı və beləcə xidmətdə uğurlar əldə etdi. Sonra Mərdəkanda Orta Milis Məktəbini bitirdi. Xidmətdə bişdi, bərkə-boşa düşdü və öz yerini tutdu. Bu gün isə polis polkovniki, DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisidir. Daxili İşlər Nazirliyinin rəhbərliyi sağ olsun ki, xalqını, dövlətini sevən insanları vəzifədə irəli çəkir, onlara etimad göstərir. Rahib Qarayev həm də ona görə mənim yadımda qalıb ki, o məni həmişə arayıb-axtarır, zəng vurub keyfimi-əhvalımı soruşur. Ən əsası, məni xatırlayır. Bu mənə bəsdir. Bilirəm ki, bu yazının da yazılmasının səbəbkarı odur. Bu yaşda unudulmadığını görmək bilirsinizmi necə böyük xoşbəxtlikdir?
Ulu öndəri sayğıyla anır
“1979-cu il idi. Evim yox idi. Kirayələrdə qalmaqdan bezmişdim. O zaman Buzovna tərəfdə rəhbər vəzifəli şəxslərin sürücüləri üçün ev tikirdilər. Ulu öndər Heydər Əliyev bu məsələdən halı olandan sonra göstəriş verdi ki, həmin evlər
bizlərə verilsin və mənim dörd uşaqla kirayədə yaşamaqdan canım beləcə qurtuldu”,- deyir Müslüm İsmayılov.
Bu gün təqaüdçüdür
Məlumat üçün bildirim ki, respublikamız müstəqillik əldə etdikdən sonra bəzi qurumlar DİN-in tabeçiliyindən çıxarılıb yeni yaranan Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeçiliyinə verilib. Məhz bu səbəbdən daxili işlər orqanlarında xidmət edən M.İsmaylov 1995-ci ildə, 52 yaşında Xüsusi Dövlət Mühafizə Xidmətindən təqaüdə çıxıb. İndi 75 yaşı var. Hərdən ona rahatlıq verməyən ürəyi ilə əlbəyaxadır. Xatirələrlə qolboyun olub o yerlərin, Laçınının xiffətini çəkir. Bakıda yayın cırhacırında, nəfəskəsən istilərdə Novlu bulağı, Qara gölün yanındakı Çınqıllı bulağı, Göy bulağı, Bozdağdakı Oyuqlu bulağı və başı qarlı Laçın dağlarını arzulayır. Qulağına gələn hər sədada qələbə sözünü eşitmək istəyir. Yurd həsrətli biri kimi mən onu yaxşı anlayıram. Doğulduğun torpağın qoynunda olmayanda elə bil ki, havan çatmır, elə bil ki, ömürlük nəyisə itirmisən və gözün daim onu axtarır. Yer üzündə, gen dünyada dinclik tapa bilmirsən…
Son söz kimi
O da zamanın sınağından çıxan, başından qara yellər əsən, çiynindən dərdinin yelləncəyi asılan, ruhuna söykək verdiyi əsası ilə dərdləşən, həyatın ehtiyac üzünü, boz üzünü görənlərdəndir. O, həm də həmişə xatırlanan xoşbəxtlərdəndir. Yetirmələri generaldı, polkovnikdi, hardasa böyük vəzifə sahibləridirlər…
Onun Vətən həsrətini, yurd ağrısını, elə bu fikirləri, əslində, yazımın əvvəlində sizlərlə bölüşə bilərdim. Ona görə axıra saxladım ki, ürəyimi toxtada bilim.
Onu görəndə elə bildim ki, əziz bir kimsəmi görürəm. Amma sonra anladım ki, bütün yurd itirən insanlar biri-birinə doğmadır, əzizdir. Və bu dağlar oğlunun, bulaq suyu kimi duru bir insanın ruhuna, ovqatına simsar olmaq mənim üçün tanrının xoşbətliyi idi. Böyütdüyü dörd övladla-Anar, Mətanət, Vüsalə və Aygünlə, ömür-gün yoldaşı Rəna xanımla və 13 nəvəsi ilə şərəfli, əsl Azərbaycan kişisinə layiq halal, əzəmətli bir ömür yaşayır.
Bu gün oğlu Anar yolunu davam etdirir. O, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, mayordur.
Özünü Həkərinin balaca bir daşı adlandıran Müslüm İsmayılovu mən Xəzərin qoynunda sal qaya kimi gördüm. Onun bu fikrini isə heç zaman unutmayacağam: “İki-üç il bundan əvvəl beynimə düşdü ki, yaşadıqlarımı, xatirələrimi, bir sözlə, ömrümü-günümü kağıza köçürüm. Sonra fikirləşdim ki, axı hansı xoş günümü qələmə alım”….
Onun ən böyük dərdi Laçındır. Amma mən inanıram. İndi söz kimi deyilsə də, gün gələcək "Urra, Laçın!" sədasında, lap elə bu günlərin birində biz Laçına dönəcəyik.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM