Hansının qapısını döyüm? Nədən başlayım? İynə, sap, qızıl-gümüş, var-dövlət itirməyiblər ki...
Övlad itiriblər, övlad...
Əlimin altındakı telefon nömrələrini yığmağa, xəttin o başından gələn səsin sahibinə “Siz filankəsin atası, filankəsin anasısınızmı” deməyə özümdə güc tapa biləcəyəmmi? Və yaxud da artıq bir qərinəyə yaxın dözümün dizlərini qatlayan, səbirlə, inadla yol gözləyən, yerdən-göydən, güman gələn hər şeydən ümid dolu bir səs eşitməyə tamarzı olanlarla mənə ağrının dilində danışmaq çətin olmayacaqmı? Neçə müddətdir ki, bu sualların qarşısında acizəm. Sual vermək qədər qorxduğum heç nə yoxdur indi...
Nə qədər çətin olsa da onların yolunu gözləyənlərə unudulmadıqlarını, daim xatırlandıqlarını bildirməliyəm. Cəsarətlənib telefon nömrəsini yığdım. Xəttin o başından gələn səsi eşitdikdən sonra dəstəyi tələsik asmağa məcbur oldum. Ən xoşbəxt səslərin içində belə dərdli insanın səsi o dəqiqə hiss olunurmuş sən demə. Səs də dərddən əyilərmiş, İlahi...
Bir anlıq bu səsin sahibini xəyalımda canlandırmağa başladım. Təkcə qulaqları ilə deyil, bəlkə də gözləməkdən nuru getmiş gözləri ilə də övladı haqqında bu neçə illərdən sonra xoş və bəd xəbər eşitməyə möhtac bir ana. Di, oğulsan, danış, dinlə və təsəlli ver...
“Nizami” metrostansiyasının qarşısında məni gözləyirdi. Allah bilir hansı gözləntilərlə gəlmişdi...
-Ay nənə, bayaq sizinlə danışan mən idim. Yayın bu istisində sizə əziyyət verdim.
- Ay bala, nə əziyyət, təki xoş bir xəbər eşidək...
İlahi, qulaqlarıma inana bilmirdim. Onlar hələ də ümidlərini itirməyiblər. Bu fağır, dərdli ana kimi gör neçələri itkin düşən oğul, qız, ata, ana, qardaş, bacı yolu gözləyir.
Çıxılmaz vəziyyətdə qalmışdım. Daxili İşlər Nazirliyindən gəldiyimi bilən anaya xoş və ya bəd xəbər gətirməmişdim. Əksinə, onun dərdini bölüşməyə, acısını dindirməyə, ciyərparası Məmmədi daha yaxından tanımağa gəlmişdim.
Polis kiçik serjantı Məmmədov Məmməd Adil oğlu 1969-cu il oktyabrın 31-də Bakı şəhərində doğulub. Hərbi xidməti başa vurduqdan sonra 1990-cı ildə daxili işlər orqanlarına qəbul olunub. İlk xidmət yeri Yasamal Rayon Mühafizə
İdarəsi olub. Qarabağ uğrunda o da hər bir polis əməkdaşı kimi ön sıralarda döyüşüb. 1993-ci ililn iyun ayının 12-də Ağdamın müdafiəsi zamanı itkin düşüb. Məmmədin qardaşı İlqar da Ağdarənin müdafiəsi zamanı minaya düşüb və ağır bədən xəsarətləri alıb...
Xatirələrini keçmiş zamanda danışmayan 80 yaşlı Lətifə xanımın şəklini çəkəndə: “Məmmədi tapsanız bu şəklimi göstərərsiniz ona” dediyi sözlərin ağırlığına dözə bilmədim və qəhər boğazımda düyünlənib məni boğdu...
Natavan Cəfərovanın da düz 25 ildir ki, gözləri yol çəkir. Ömür-gün yoldaşı Ərfuzdan 25 ildir ki, xəbər yoxdur. O, artıq babadır və qızı Xanımın balası onu bundan sonra ağlı-qaralı şəkillərdə görəcək, haqqında danışılan xatirələrdən boylanan babasının xəyalı ilə həmsöhbət olacaq.
Polis baş serjantı Cəfərov Əfruz Mahmud oğlu 1962-ci il iyun ayının 8-də Masallı rayonunun Ərkivan kəndində doğulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirib. Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Alayının əməkdaşı olub. 1992-ci il aprelin 28-də cəbhəyə könüllü gedən Əfruz Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb...
Xatırladım ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir, itkin düşmüş və girov götürülmüş soydaşlarımızın sayı 4035 nəfərdir. Onlardan 3263 nəfəri hərbiçi, 771-i isə mülki şəxslərdir. Üç nəfərin isə hərbiçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərin 255 nəfəri qadın, 353 nəfəri yaşlı şəxslərdir. Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaqlar olmuşdur (onların 16 nəfəri azyaşlı qız).
Yeri gəlmişkən, Qarabağ uğrunda gedən döyüşlərdə 14 nəfər polis əməkdaşı itkin düşüb.
Biz itirdiklərimizi təkcə 30 avqust “Beynəlxalq İtkinlər Günü”ndə deyil, hər gün, hər an xatırlayır, yada salır və unutmuruq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM