11:33 17 Aprel 2018
Çap versiyası
...

 

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə Sizin inamlı qələbəniz uzun illər ərzində gördüyünüz ciddi və hərtərəfli işlərin nəticəsidir. Azərbaycan xalqı Sizin əməyinizi layiqincə qiymətləndirdi. Ölkənizdə sosial-iqtisadi vəziyyət daim yaxşılaşır, müdafiə sahəsinə böyük diqqət yetirilir, millətlərarası və konfessiyalararası həmrəylik qayğı ilə qorunub saxlanılır, regional lider kimi Azərbaycanın statusu möhkəmlənir.

Ukrayna ilə Azərbaycanı çoxsaylı birgə layihələr bağlayır. Əminəm ki, dövlətlərimiz bundan sonra da səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq edəcəklər.

Möhtərəm İlham Heydər oğlu, Sizə daha böyük uğurlar və qələbələr, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

 

Dərin hörmətlə,

Leonid Kuçma

1994-2005-ci illərdə Ukraynanın Prezidenti


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.6356 san