09:39 17 May 2018
1041 dəfə oxunub
Çap versiyası
...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəncil kəndinin həyətyanı sahələrində meşə materiallarının yığılması ilə bağlı daxil olan məlumat Ətraf Mühitin Mühafizəsi Departamentinin və Lənkəran Günəhir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə dərhal yerində araşdırılıb.

ETSN-dən verilən məlumata görə, kəndin həyətyanı sahələrinə keçirilən baxış zamanı ümumilikdə 29.6 m3 həcmində 3251.12 manat dəyərində qanunsuz yolla əldə olunmuş meşə cinsli ağaclardan hazırlanmış taxta və girdə işlik meşə materialları aşkar edilib.

 

Faktlarla bağlı həyətyanı sahələrin sahibləri Əlirza Baxşıyev və Hakim Bayramov barəsində qanunvericiliyə uyğun sənədləşmə aparılıb. Hazırda meşə materiallarının kəsildiyi ərazilərin müəyyənləşdirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İsmayıllıda yanğın
09:34 19.08/2018
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7987 san