14:31 14 Sentyabr 2018
406 dəfə oxunub
Çap versiyası
...

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 98 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 78 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli yeddi, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Faktiki hava
14:18 23.09/2018
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.958 san