1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI

09:48 / 01.11.2017

İbrahim Əliyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

Cəmi 70 ildən bir qədər artıq mövcud olmuş sovet dövlətinin tarixi bu gün də böyük maraq kəsb edir. Onun hər bir dövrünə, konkret məsələlərinə, partiya və dövlətin yeritdiyi xəttə, söykəndiyi prinsiplərə və onların nəzəri əsaslarına tədqiqatçılar və mütəxəssislər, bütövlükdə dünya ictimaiyyəti arasında münasibət birmənalı deyildir. Son yüz ilin ən maraqlı və ziddiyyətli hadisə və proseslərini özündə birləşdirən Sovet dövləti tarix səhnəsindən çıxsa da, hazırkı dövrdə də bu və ya digər formada öz təsirini göstərməkdə davam edir, bəşəriyyətin bundan sonrakı durumunda özünəməxsus izini qoyur. Bu mənada sovet dövlətinin müxtəlif mərhələlərinin araşdırılmasının aktuallığı şübhə doğurmur. 

Sovet sisteminin tarixinin ən maraqlı və əhəmiyyətli məsələlərdən biri onun mövcudluğunun son onilliyində baş verən hadisələr və gedən proseslər, həyata keçirilən siyasi xətt, aparılan islahatlardır. Bu məqalədə əsas diqqət 1980-ci illərdə hakimiyyətə gəlmiş Y.Vladimiroviç Andropov və onun komandasının son dərəcə çətin bir ictimai-iqtisadi, siyasi-ideoloji durumda sovet cəmiyyətini və onu əhatə edən sosializm dünyasını iflasdan xilas etmək, onda gedən neqativ proseslərin qarşısını almaq, cəmiyyəti sağlamlaşdırmaq uğrunda apardığı fəaliyyətə yönəlmişdir.
SSRİ-nin siyasi hakimiyyətində əsaslı dəyişikliklərin baş verməsi ilə ciddi islahatların başlamasının eyni vaxta düşməsi təsadüfi deyildi. L.İ.Brejnevin rəhbərliyi dövründə problemlərin qabardılması, onların açıq şəkildə etiqaf edilməsi real deyildi. İctimai-iqtisadi böhranın tədricən kök saldığı şəraitdə problemlər daha çox ört-basdır edilir, ciddi tədbir görülmürdü. Lakin son illərdə artıq bu reallıqları gizlətmək qeyri-mümkün oldu.
L.Brejnevin ölümü ilə ani olaraq vəziyyət dəyişir. Problemləri indiki halda ört-basdır eləmək nəinki heç kimə sərf eləmirdi, eyni zamanda hakimiyyətə yeni gələnlər də bu ağır yüklə ölkənin idarəçiliyini davam etdirməyin mümkünsüzlüyünü başa düşür, bu vaxta qədərki günahların və səhvlərin altına girmək istəməzdilər. Bir sözlə, həm cəmiyyət səviyyəsində, həm də ali hakimiyyətdə ciddi islahatların aparılmasına olan ehtiyac kəskin şəkildə hiss olunurdu. Həm də hakimiyyətin ağırlığını öz üzərinə götürən yeni komanda köhnə siyasətin davam etdirilməsinə, zahiri komfort şəraitini saxlamağa ümid edə bilməzdi. “Durğunluq dövrü” adını almış bir mərhələnin doğurduğu çətinlikləri aradan qaldırmadan davam etmək qeyri-mümkün idi.
Yaranmış vəziyyətin mahiyyətinin cəmiyyət və yeni rəhbərlik tərəfindən dərk edilməsi, onun səbəblərinin araşdırılması və müvafiq qərarların verilməsi mühüm əhəmiyyətə malik idi. Bu mənada yeni hakimiyyət komandasının məsələlərə baxışının nəzərdən keçirilməsi bir sıra mətləblərə aydınlıq gətirilməsi üçün faydalı olardı. [1]
Əvvəlcədən qeyd etmək lazımdır ki, Y.Andropovun rəhbərliyi altında başlanmış islahatlar sosializmin nəzəri-ideoloji bazasına heç bir təhlükə yaratmırdı. Onlar mövcud kommunist ideologiyasının prinsiplərinə sadiq qalmaqla cəmiyyətin inkişafına təkan verə biləcək tədbirlər həyata keçirməyə çalışırdılar.
Qeyd edək ki, həmin dövr üçün SSRİ-nin potensialı zəifləməmişdi. Onun maddi imkanları, əmək resursları müqayisəyəgəlməz dərəcədə böyük idi. Başlıca problem idarəetmədə, cəmiyyətin ictimai münasibətlər sisteminin inkişafın artan tələblərinə uyğun gəlməməsində, günbəgün daha böyük vüsət alan neqativ proseslərdə ifadə olunurdu. Obyektiv və subyektiv amillərin təsiri altında uzun illər boyu tədricən toplanaraq cəmiyyətin inkişafının tormozuna çevrilmiş ictimai-iqtisadi böhran XX əsrin 80-ci illərində ölkənin varlığını təhlükə altına alan vəziyyətə gətirib çıxarmışdı. [4, s. 9-10]
Əslində sovet rejiminin yarandığı gündən ictimai həyatın bütün sahələrində bəyan edilmiş prinsiplər və nəzəri platforma ilə praktik reallıqlar arasında ziddiyyətlər az və ya çox dərəcədə həmişə mövcud olmuşdur. Uzun illər bu ziddiyyətlər nəinki dəf edilməmiş, zaman keçdikcə daha da dərinləşmiş, mövcud problemlərin kök salmasına, güclənməsinə səbəb olmuşdur. Sovet dövlətinin bütün tarixi ərzində bir neçə dəfə onların həlli üçün cəhdlər edilsə də, dərinə gedilməmiş, o cəhdlər nəticəsiz olmuşdur. 1980-ci illərdə keçirilməsi zəruri olan islahatlar dövlətin öz əsas prinsiplərinə uyğunlaşdırılması, kommunist təbliğatı ilə pərdələndirilən pozuntuların qarşısının alınması, nəzəriyyədə nəzərdə tutulmuş quruluşun normalarının təmin edilməsi vasitəsilə sovet dövlətini, sosializm dünyasını vəd etdiyi standartlara qaytarmaqla xilas etməli idi. Y.Andropovun başladığı islahatlar həmin cəhdin yalnız başlanğıcı idi. Onun əsaslı nəticə verməsi üçün o davam etdirilməli və qətiyyətlə başa çatdırılmalı idi.
Özünün 1982-ci ilin noyabr plenumundakı çıxışında Baş katib diqqəti təsərrüfatın intensiv inkişaf relsinə keçirilməsinin, onun səmərəliliyinin artırılmasının vacibliyinə yönəldir. [2. s.12; 3, s.8] Hakimiyyətinin ilk günlərində deyilən bu fikirlər onun islahatlarının niyyətlərindən xəbər verirdi. Lakin daha kon­kret planlar və onların istiqamətləri bir qədər sonra daha dəqiq formada ortaya qoyulur və praktik addımlar atılırdı. 1983-cü ilin əvvəllərindən hazırlanan iqtisadi islahatlara start verilmişdi. 28 iyun 1983-cü ildə Nazirlər Sovetinin qəbul etdiyi “Sosialist əmək intizamını möhkəmləndirmək işinin gücləndirilməsi haqqında” qətnamə ilə əmək intizamını möhkəmləndirmək üçün ölkə miqyasında reydlər və kampaniyalara başlanıldı.
İslahatlarda bir neçə istiqaməti aydın şəkildə müşahidə etmək mümkün idi. Fundamental xətt ölkədə zamanın tələblərinə cavab verməyən təsərrüfat mexanizminin təkmilləşdirilməsi, onun dinamizminin artırılması, bu yolla təsərrüfatın ritmik inkişafına nail olunmasına yönəlmişdi. İctimai mülkiyyətin toxunulmazlığının tərəfdarı olan yeni hakimiyyət eyni zamanda bu mülkiyyət çərçivəsində müxtəlif maraqların ön plana çəkilməsinin vacibliyini vurğulayırdı, xüsusən fərdi maraqların diqqət mərkəzinə gətirilməsini vacib hesab edirdilər. “Bizim xalq təsərrüfatının mexanizminin təkmilləşdirilməsinin vacib vəzifələrindən biri maraqların dəqiq uçotunu təmin etmək, onların ümumxalq maraqları ilə optimal dərəcədə uyğunlaşdırılmasına nail olmaq və beləliklə, onları sovet iqtisadiyyatının artmasının hərəkətverici qüvvəsi kimi istifadə etmək, onun səmərəliliyini, əmək məhsuldarlığını yüksəltmək, sovet dövlətinin iqtisadi və müdafiə qüdrətini möhkəmləndirməkdir”- məqalədə qeyd olunurdu. [1. s.237]
Konkret olaraq islahatların ilk addımları kimi iqtisadiyyat­da yeni münasibətlər sistemini yaratmaq, zəhmətkeşlərin müəssisələrin həyatında, gəlirlərinin bölüşdürülməsində, işlərinin planlaşdırılmasında maraqlarının artırılması, səlahiyyətlərinin və məsuliyyətlərinin artırılması üçün yeni qaydalar tətbiq edilməyə başlandı. 14 iyul 1983-cü ildə hökumətin “İstehsalat birliklərinin (müəssisələrin) planlaşdırmada və təsərrüfat fəaliyyətində hüquqlarının genişləndirilməsi və işin nəticələrinə görə onların məsuliyyətinin artırılması üzrə əlavə tədbirlər haqqında” qərarı qəbul edilir.
Başlanan işi ardıcıl, məqsədyönlü şəkildə aparmaq, onlarının səmərəliliyini təmin etmək üçün ciddi iqtisadi eksperimentlərin əsası qoyuldu. Bunun üçün ilk növbədə eksperimental qaydada müəssisələr seçilir, onlar təsərrüfat hesablı fəaliyyət qaydasına keçirilir, həmin müəssisələrin kollektivi onun idarəedilməsinə, o cümlədən maliyyə məsələlərinin həllinə, gəlirlərin xərclənməsinin istiqamətlərinin müəyyənləşdirilməsinə bu və ya digər dərəcədə cəlb olunurdular. Elə həmin vaxt eksperimentə rəhbərlik etmək üçün xüsusi komissiya təşkil edilir. 1984-cü ilin yanvarından ittifaq sənaye və energetika nazirliklərinin əksəriyyəti, habelə bir sıra müttəfiq respublika nazirlikləri yeni eksperimentin tələblərinə uyğun iş şəraitinə keçirildilər. Sonrakı bir neçə ildə eksperimentin əhatə dairəsi xeyli genişləndirilirdi. Eksperiment 1986-87-cı illərə qədər davam etdirilmişdi. Nəzərdə tutulan səviyyədə olmasa da müəyyən irəliləyişlər əldə edilmişdi.
Y.Andropov 1983-cü ilin dekabr plenumuna ünvanladığı çıxışında qeyd edirdi ki, idarəetmənin və planlaşdırmanın vacib əlaməti onun mövcud duruma uyğun gəlməsində, zamanın tələbi ilə dəyişərək hər bir mərhələnin şəraitinə uzlaşmasındadır. Lakin o, hesab edirdi ki, istənilən halda partiya və dövlətin bu mexanizm üzərində nəzarəti – demokratik mərkəziyyət prinsipi qorunub saxlanmalıdır. Bununla da o, düşünülmüş islahatın sovet dövlətinin təməl prinsiplərinə zidd olmadığını və onun başlıca prinsiplərinə əməl etdiyini bir daha göstərirdi. [4, s.9-10;5. s.21]
Y.Andropov hesab edirdi ki, yaranmış böhranlı vəziyyətin başlıca səbəblərindən biri bu vaxta qədər aparılan iqtisadi siyasətdə onun təməl prinsiplərindən uzaqlaşılması, ona yad olan metodlarla idarə olunmasına cəhdlər olmuşdur. Buna görə də iqtisadiyyatın idarəedilməsində müxtəlif maraqların nəzərə alınmasının zəruriliyi vurğulanırdı. [1, s.236; 6, s.9]
Real praktikada isə müəssisələrin özünüidarə hüquqlarının artırılması, hər bir işçinin hüquqlarının tanınmasının təmin edilməsindən danışılsa da, islahatların gedişində əmək kollektivinə prinsipial məsələlərin, o cümlədən maliyyə məsələlərinin həllində fikir söyləmək, müzakirə edərək təkliflər vermək hüququndan irəli gedilmirdi. Düzdür, islahatlar nəzərdə tutulduğu kimi davam etdirilsəydi, ola bilər ki, bu məsələdə irəliləyiş mümkün olardı. Lakin reallıqda islahatın gedişinin zəifləməsi və qətiyyətinin azalması növbəti dərinləşmələrə də imkan vermədi. Qeyd edək ki, söhbət sovet dövlətinin bütün varlığı dövründə vaxtaşırı ortaya çıxan və çoxsaylı iqtisadi problemlərin əksəriyyətinin səbəbləri sırasına çıxan maddi maraq prinsipinin nəzərə alınmasından gedirdi.
İslahatların vacib istiqamətlərindən biri partiya və dövlət orqanlarında aparılan kadr dəyişikliklərini, onların öz vəzifələrində buraxdıqları səhvlərin və cinayət əməllərinin aşkar edilməsini, hakimiyyət və idarəetmə sistemində yaranmış ətaləti, durğunluğu və süründürməçiliyi aradan qaldırmağa, idarəetmə sistemini canlandırmağa və təmizləməyə yönəlmişdi. İlk növbədə partiya, dövlət hakimiyyəti strukturlarında böyük “təmizləmə” işlərinə başlanıldı. Möhtəkirliyə, qanunsuz gəlir mənbələrinə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirildi. Yeni tələblərə uyğun gəlməyən rəhbər işçilər vəzifələrindən uzaqlaşdırıldı. Y.Andropovun hakimiyyətdə olduğu 15 ay ərzində təkcə SSRİ–nin ittifaq hökumətinin 18 naziri, 37 vilayət partiya komitələrinin Birinci katibləri dəyişdirilmişdi. Mərkəzi Komitəyə və Siyasi Büroya yeni qüvvələr cəlb olunmuşdu. [7. s.418]
Hakimiyyət eşalonunda qısa müddət ərzində bu qədər radikal dəyişikliklər vəziyyətin ciddiliyindən və aparılan islahatların qətiyyətindən xəbər verirdi. Eyni proses müttəfiq respublikaların partiya və hökumət strukturlarında da daha geniş miqyasda davam edirdi. Kadr siyasətində atılan radikal addımlar qısa müddətdə olsa da, neqativ prosesləri ləngitməyə, müxtəlif sahələrdə irəliləyişlərə gətirib çıxarırdı. Lakin iqtisadi islahatlarda olduğu kimi, kadr siyasətində də radikal dəyişikliklərin ömrü çox uzun olmadı.
Yuri Andropov əsrində SSRİ-nin xarici siyasətində xarici dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasına cəhdlər edilsə də, bu sahədə vəziyyət daha da gərginləşdi. Bunun başlıca səbəblərindən biri də SSRİ-də böhranın kəskinləşdirilməsinə yönəlmiş siyasətin gücləndirilməsi idi. Bu siyasət təkcə haqqında danışılan illərin törəməsi deyildi, ABŞ başda olmaqla Qərb dövlətlərinin SSRİ və dünya sosializm dünyası ilə uzun illər boyu apardığı məqəsdyönlü siyasətin yekun mərhələsinə daxil olması ilə bağlı idi. Əslində Qərbin SSRİ-dəki sosial-iqtisadi böhranın dərinləşməsi və mövcud vəziyyətə gətirib çıxmasında aparılan “soyuq müharibənin” rolu kifayət qədər böyük idi.
Qısa müddətdə aparılan işlərin ilkin nəticələri özünü çox gözlətmədi. Cəmiyyətdə əhali arasında böyük bir canlanma müşahidə edilirdi. İnsanlar bu vaxta qədər yığılıb qalmış problemlərin aradan qaldırılmasına, korrupsiyaya və rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulmasına, dövlət əmlakının talan edilməsinin qarşısının alınmasına böyük ümidlər edir, başlanmış islahatları həvəslə müdafiə edirdilər. Ölkənin əksər əhalisi tədbirlər zamanı qoyulan məhdudiyyətlərin zəruriliyini başa düşür və müdafiə edirdilər. Ölkənin təsərrüfat həyatında baş verən canlanma onun nəticələrində də dərhal müşahidə olundu. Lakin bu yüksəlişin müddəti uzun olmadı. Baş katibin səhhətində olan problemlər bu işləri eyni intensivliklə və ardıcıllıqla aparmağa imkan vermədi. İslahatlar çərçivəsində atılan ilk addımlar dərinləşdirilməyi, sürətləndirilməyi və qətiyyətlə davam etdirilməyi tələb edirdi. Lakin ölkədə yaranmış vəziyyət nəticəsində, xüsusən Baş katibin ölümü və yeni təyinatlar, hakimiyyət davası başlanmış işi enmə, zəifləmə istiqamətinə yönəldirdi. Belə bir vəziyyətdə hakimiyyət uğrunda gedən mübarizə cəmiyyət üçün son dərəcə böyük əhəmiyyət kəsb edən işləri arxa plana sıxışdırdı. Baxmayaraq ki, islahatlar davam edirdi, amma zaman keçdikcə o öz effektini tədricən itirirdi.
Bu anda diqqəti bir qədər Andropov islahatlarının əsasında duran fundamental məqamların üzərində dayanmaq istərdik. Hər şeydən öncə bir daha qeyd etmək istərdik ki, haqqında danışılan islahatlar bir sıra obyektiv və subyektiv səbəblər üzündən gözlənilən nəticəni vermədi. Müasir dövrdə müxtəlif tədqiqatlarda Andropov islahatlarının iflası səbəblərinə münasibət fərqlidir. Bir sıra müəlliflər islahatların iflasının səbəbini Y.Andropovun xəstələnərək tam gücü ilə işləyə bilməməsində və hakimiyyətinin ömrünün qısa olmasında görürlər. Hətta belə hesab edirlər ki, o, hakimiyyətdə daha çox müddətdə olsa idi, qoyduğu məqsədlərinə nail olardı və SSRİ-ni və sosializm dünyasını iflasdan xilas edə bilərdi. Bu, nə dərəcədə həqiqətə uyğun idi?
Y.Andropovun islahatlarının gözlənilən nəticələrə gətirib çıxarmamasının səbəbləri kifayət qədər çoxdur. Hər şeydən öncə onu qeyd etmək vacibdir ki, ilk baxışda vəziyyətin ciddiliyi olduğu kimi təsəvvür edilməsə də, ölkədəki böhran çox dərinə getmişdi və onu qısa müddətdə yalnız kiçik bir komandanın gücü ilə aradan qaldırmaq mümkün deyildi. Buna görə də islahatların iflasından danışarkən də, ilk diqqəti cəlb edən amil onun başlandığı işlərin ömrünün qısamüddətli olması, Baş katibin özünün səhhətində yaranmış problemlər üzündən tədbirlərin qətiyyətlə aparıla bilməməsi olur. Belə bir qlobal dəyişiklik gündəlik gərgin iş, cəmiyyətin tam səfərbər edilməsini tələb edirdi. Lakin cəmiyyət həmin vaxt üçün artıq, təsəvvür edildiyi kimi birtipli deyildi. Uzun illər davam edən neqativ proseslər cəmiyyətin içində fərqli mövqedə duran, hətta sovet quruluşuna və dəyərlər sisteminə düşmən münasibət bəsləyən qüvvələrin formalaşmasına səbəb olmuşdu.
İqtisadiyyatda onun inkişaf qanunlarına zidd olan idarəçilik cəhdləri onun bürokratik əngəllərlə buxovlamış, o dövrün sözləri ilə desək, totalitar sistemin kök salmasına gətirib çıxarmışdı. Onu dəyişmək üçün isə məsələyə fərqli yanaşma, cəsarətli addımlar tələb olunurd. Lakin Y.Andropovun və onun ətrafının çıxışlarından göründüyü kimi, onlar sovet sisteminin əsas prinsiplərinə hər hansı dəyişiklik etməkdən, ondan bir addım belə çəkinməkdən qorxurdular. Ciddi dəyişikliklərin zəruriliyindən rəsmi məclislərdə qeyd olunsa da, onun tətbiqində sözdən qabağa gedilmədi. “Marksın təlimi və SSRİ-də sosializm quruculuğunun bəzi məsələləri” məqaləsində Y.Andropov vurğulayırdı ki, iqtisadi qanunların obyektiv xarakteri iqtisadiyyatın ona yad olan metodlarla idarə edilməsi cəhdlərindən uzaqlaşmaq tələb olunur. [1. s..236] Lakin islahatın gedişində bu məsələ demək olar ki, həll olunmamış qaldı. Eyni zamanda idarəetmədə belə fundamental dəyişiklikləri qısa müddətdə həyata keçirmək mümkün deyildi.
Sovet dövlətinin başlıca problemlərinin biri milli münasibətlər sistemində yaranmış ənənəvi siyasət idi. Kommunist ideologiyasının səyləri ilə həll olunmuş məsələ kimi təqdim edilən milli məsələ özündə gizli narazılıq potensialını qoruyub saxlayırdı. Təsadüfi deyildi ki, bir qədər sonra SSRİ-nin iflasında bu amil geniş şəkildə öz rolunu oynadı.
Xüsusi olaraq xarici təsir amilini qeyd etmək istərdik. Məlumdur ki, yarandığı gündən kapitalizm dünyası ilə ölüm-dirim müharibəsi aparan sovet dövləti fasiləsiz olaraq müxtəlif xarakterli təzyiqlərə məruz qalır, bu qarşıdurmaya öz potensialının böyük hissəsini sərf edirdi. Bütün bunlarla yanaşı iflas ərəfəsində sovet dövlətində ictimai həyatının bütün sahələrində yaranan problemlər, zəifləmələr Qərb təsirinin dağıdıcı təsirinə daha geniş yol açır, onun zərbələrinin gücünü daha da artırırdı. Sosializm dünyasına günbəgün daha çox nüfuz edən Qərb ilk “uğurlarını” digər sosialist ölkələrində əldə edir, bütövlükdə sosializm dünyasını zəiflədirdi. Bu cəhdlərə Qərbin dağıdıcı təsirinin digər formalarını da əlavə etsək, iflas ərəfəsində sosializ dünyası və onun başlıca qalası olan SSRİ-nin vəziyyətinin ciddiliyini daha aydın təsəvvür etmək olar.
Bütün bu amillər fonunda belə bir nəticəyə gəlmək olar ki, 1980-ci illərin əvvəllərində Y.Andropovun başlamış olduğu islahatlar ölkənin və sosializm dünyasının iflasdan qurtarılması üçün əhəmiyyətli olsa da, onun uzunmüddətli davamını və qətiyyəti tələb edirdi. Lakin onun qısamüddətli olması məsələnin taleyini həll etmiş oldu.
İslahatlarda sovet adamları dövlətdə kök salmış neqativ tendensiyaların aradan qaldırılmasına, ədalətin bərqərar olmasına, ümumxalq mülkiyyətinin talan edilməsinə son qoyulmasına, millətlərin hüquqlarının həqiqətən təmin edilməsinə ümid edirdilər. Buna görə də insanlar həmin islahatları ürəkdən müdafiə edir, onun reallaşmasını arzulayırdılar. Lakin Y.Andropovun başlamış olduğu bu islahatla onun ölümündən sonra öz qətiliyini itirdi və cəmiyyətin geriləməsinə yenidən yol açdı. İslahatlar ola bilərdi ki, gözlənilən nəticələri versin. Bu isə ən azı sovet rejiminin daha sivil yolla dəyişməsinə, millətlərin öz suverenliyinə daha sivil yolla qovuşmasına şərait yaradardı. Lakin islahatların yarımçıq qalması sonradan baş vermiş faciəli proseslər üçün yol açdı.

 

Ədəbiyyat

1. Андропов Ю. В. Избранные речи и статьи. М., 1983
2. Андропов Ю. В. Шестьдесят лет СССР: доклад на совместном торжеств, заседании Центрального Комитета КПСС, Верховного Совета СССР и Верховного Совета РСФСР в Кремлевском Дворце съездов 21 декабря 1982 г. М., 1982.
3. Материалы Пленума Центрального Комитета КПСС, 22 ноября 1982 г. М., 1982
4. Материалы Пленума Центрального Комитета КПСС, 14-15 июня 1983 г. М, 1983
5. Материалы Пленума Центрального Комитета КПСС, 26-27 декабря 1983 г. М, 1984
6. Всегда в строю! Встреча в ЦК КПСС с ветеранами партии 15 августа 1983 г. М., 1983
7. На пороге кризиса: нарастание застойных явлений в партии и обществе. М., 1990.

Açar sözlər: Yuri Adropovun islahatları; SSRİ-nin iflası; sovet cəmiyyəti; sosializm dünyası; 1980-cı illər

Ключевые слова: Юрий Андропов; распад СССР; советское общество; мировой социалистический лагер; 1980 гг.

Key words: Yuri Andropov; the collapse of the USSR; Soviet society; the world socialist camp; 1980

РЕЗЮМЕ
Ибрагим Алиев
Правление Ю.Андропова и еро реформы в 1980 гг.
В статье рассмотривается один из важнейщих вопросов истории советского государства. Кратковременный период правления Юрия Андропова и осушестляемая им реформа всех сфер жизни общества с целбю вывода страны из глубокого кризиса представляет большой интерес на современном этапе. Освещается основные этапы, цели и задачи, послествия проводимых реформ, анализируерся причины его провала.

SUMMARY
Ibrahim Aliyev
The rule of Y. Andropov and the reforms in the 1980s
The article considers one of the most important issues in the history of the Soviet state. Short-term period of the reign of Yuri Andropov and the reform he has implemented, all spheres of society’s life from the goal of the country’s withdrawal from a deep crisis is of great interest at the present stage. The main stages, goals and objectives, the consequences of the ongoing reforms are discussed, and the reasons for its failure are analyzed.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM