Xəzərin hüquqi statusunun təsdiqi və onun regionda əhəmiyyəti

10:34 / 23.10.2018

İbrahim Əliyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

Xəzər dənizi və onun əhatə etdiyi region dünya xəritəsində xüsusi yer tutur. Özünün cöğrafi mövqeyinə, sərvətlərinə, regionun həyatında oynadığı rola görə həmişə unikallığı ilə seçilmişdir. Son yüzilliklərdə isə onun karbohidrogen ehtiyatlarına maraq daha da artmış, dünya nəhənglərinin can atdıqları və maraqlarının kəsişdiyi bir məkan olmuşdur.
Xəzərin təbii sərvətlərindən öncə onun geosiyasi mövqeyi böyük əhəmiyyət kəsb etmişdir. Onun ətrafında uzun tarix boyu xalqların miqrasiyası prosesi getmiş, çoxsaylı dövlətlər təşəkkül tapmışdır. Dünya sivilizasiyaları tarixində onun bütün dövrlərində Xəzərin ətrafı böyük ənənələrə malik region kimi tanınmışdır. Təsadüfi deyildir ki, minilliklər boyu böyük güclər, qüdrətli imperiyalar buraya can atmış, möhkəmlənməyə çalışmışlar. Xəzər dənizi şərqlə qərb arasında birləşdirici mövqedədir. Eyni zamanda şimaldan gələn yollar Xəzər vasitəsilə İrana, Hindistana birləşirdi. Hələ qədim dövrlərdən Çindən Avropaya qədər uzanan İpək yolunun kəsib keçdiyi yolun üzərində yerləşmişdi. Buna görə də Xəzər həmişə strateji əhəmiyyətə malik olmuş, bu gün də o ənənəni qoruyub saxlayır. (1,2,3)
Müasir dövrdə Xəzərin müasir dünya durumunda daha da artmışdır. Əgər həmişə onun geosiyasi mövqeyi, bioloji resursları, ecazkar təbiəti diqqəti çəkirdisə, son yüzilliklərdə onun karbohidrogen ehtiyatlarının əldə edilməsində günbəgün artan imkanlar buranı dünya güclərinin rəqabət meydanına çevirmişdir. Bu məqalədə diqqəti son onilliklər ərzində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ətrafında gedən danışıqlara və yekun sənədi kimi beş sahil dövləti tərəfindən bu barədə yekun konvensiyasının bağlanmasına, bu hadisənin regionun həyatında oynadığı rola yönəltmək istərdik.
Xəzərətrafı regionda münasibətlər son yüzilliklərdə Xəzərsahili dövlətlərin öz aralarında müxtəlif vaxtlarda bağlandığı müqavilələr əsasında tənzimlənmişdir. Hər dəfə geosiyasi vəziyyət dəyişdikcə müqavilələr yenilənmiş, konkret vaxt üçün konkret norma və prinsiplər müəyyənləşdirilmiş, münasibətlər tənzimlənmişdir.
SSRİ-nin dağılması və Xəzər ətrafında yeni dövlətlərin yaranmasına qədər Xəzər iki dövlətin – SSRİ və İranın ümumi istifadəsində idi və onların arasında bağlanan müqavilələr əsasında tənzimlənirdi. 1921-ci və 1940-cı illərdə bu iki dövlət arasında bağlanmış müqavilələr həmin dövrdə Xəzərin hüquqi statusunun təməlini təşkil eddirdi.(4) Ondan əvvəl isə Xəzərin bölünməsi və onun resurslarından istifadə normaları 1813 və 1828-ci illərdə Rusiya imperiyası və İran arasında bağlanmış Gülüstan və Türkmənçay müqaviləsi əsasında həyata keçirilirdi. (5, 6. 7) Ondan əvvəl isə Rusiya və İran arasında 1723-cü ildə bağlanmış Peterburq müqaviləsi və 1732-ci ildə bağlanmış Rəşt müqaviləsində Xəzərlə bağlı məsələlər öz əksini tapmışdı. Lakin bu müqavilələrin heç birində Xəzərin hüquqi statusu haqqında məsələyə toxunulmamışdı. Səbəbi isə həmin amilin o vaxt o qədər də böyük və prinsipial əhəmiyyət kəsb etməməsi olmuşdur. Bu müqavilələr iki dövlət arasında bağlanırdı və onlar burada dövlət sərhədini müəyyənləşdirirdi. Digər tərəfdən isə həmin dövrdə Xəzərin sərvətləri, xüsusən onun neft ehtiyatları aktual deyildi.
1917-ci ildə Rusiya imperiyasının irsini davam etdirən Sovet dövləti Xəzərin məsələsində də əvvəlki müqavilələrin şərtlərini qüvvədə saxlamışdı. Onlar cüzi dəyişikliklərlə yeni müqavilələr imzalanmışdı. Əslində 1921-ci və 1940-cı illərdə Sovet dövləti və İran arasında bağlanmış müqavilələr ona qədər qüvvədə olan müqavilələrdən o qədər də ciddi fərqlənmirdi. Lakin burada artıq Xəzərin hüquqi statusu məsələsinə xüsusi diqqət ayrılırdı. Geosiyai vəziyyətin dəyişməsi həmin müqavilələrin tənzinməsinə və mövcud qeosiyasi yeniliklərin müqavilədə təsbit edilməsini zəruri edirdi. Müqavilənin 3-cü maddəsində deyilirdi: “Yüksək səviyyədə danışıq aparan hər iki tərəf (Rusiya və İran – İ.Ə.) 1881-ci il sərhəd komissiyasının təyin etdiyi sərhəd xəttini İran və Rusiya arasında su sərhədi kimi qəbul edir. Bu sərhəd mühafizə edilməlidir və toxunulmazdır.”
Rusiya və İran arasında 1935-ci ildə bağlanmış “Ticarət, gəmiçilik və məskunlaşma haqqında” və 1940-cı ildə bağlanmış “Ticarət və gəmiçilik haqqında” müqavilələrində də Xəzərin Sovet-İran dənizi olduğu vurğulanır. Xəzərin bu iki dövlət tərəfindən ərazilərə bölünməsində və istifadəsində əvvəlki qaydalar saxlanılırdı. (8) XX əsrin axırlarında SSRİ-nin iflası, regionda yeni müstəqil dövlətlərin yaranması yeni geosiyasi vəziyyət yaratmışdır ki, bu da yeni şəraitdə beş dövlətin çıxışı olan Xəzərin həmsərhəd ölkələr arasında münasibətləri tənzimləyən, sərhədləri müəyyənləşdirən, norma və prinsipləri müəyyən edən razılaşmanın əldə edilməsinə ehtiyac yaradırdı.
Xəzərdə sərhədlərin müəyyənləşdirilməsi müstəqil dövlətlərin yaranması və qarşılıqlı tanınması məsələsinin tərkib hissəsi idi. O, region dövlətlərinin sərhədlərinin və suverenliyinin təsdiqini həll etməli idi. Buna görə də bu barədə danışıqlar müstəqil dövlətlərin yarandığı andan aktuallaşır və tezliklə rəsmi olaraq bu məsələ üzrə danışıqlar başlayır.
Xəzər dənizinin statusu haqqında 20 ildən artıq bir dövr ərzində davam edən danışıqların başa çatması hər cəhətdən əldə olunmuş nailiyyətin göstəricisidir. Məlumdur ki, müstəqilliyin ilk illərində region dövlətlərinin beynəlxalq münasibətlər həyatının mühüm məsələlərindən biri olan bu problem daim diqqət mərkəzində olmuş, çoxsaylı məsələlərin həllində öz mənfi təsirini göstərmiş, əlavə çətinliklər yaratmışdır. Xüsusən, Azərbaycanın neft layihələrinin işlənməsi, nəqliyyat koridorlarının yaradılması məsələsində Xəzərin hüquqi statusunun axıra qədər həll edilməməsi ciddi əngəllər yartmışdır. Düzdür, intensiv səylər nəticəsində onların xeyli hissəsini dəf etmək mümkün olsa da, yekun razılığın olmaması öz mənfi təsirini göstərmişdir. Bu səbəbdən də 1996-cı ildə Xəzərin yeni reallıqlarını özündə əks etdirən yəni müqavilənin bağlanması üçün danışıqlar prosesinə start verilirdi. Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqlar başlandı. Danışıqlar aparıldığı müddətdə Xəzəryanı dövlətləri arasında ikitərəfli və üçtərəfli müqavilələr imzalanmışdı və onlar müəyyən qədər Xəzərdən istifadə və onun resurslarının işlənməsində qanunvericilikdə olan boşluğu doldurmağa imkan verirdi. Əksər hallarda müstəqilliyə qədər mövcud olmuş bölgü, hüquqi norma və prinsiplər Sovet dövlətinin malik olduğu sənədlərə əsaslanırdı.
Xəzərin sektorlara bölünməsi məsələsi 1970-ci ildə qoyulur. Bu, ilk növbədə 1949-cu ildən başlayaraq Azərbaycan ərazisində dənizdə neft çlxarılması ilə sıx bağlı idi. Təsadüfi deyildir ki, bu bölgünü həyata keçirən SSRİ V.Putin olmuşdu. Bu bölgüyə əsasən Xəzər Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran sektorlarına bölünür. Bu bölgünün əsasında dünyada beynılxalq-hüquqi praktikada hamı tərəfindən qəbul edilmiş coğrafi vəziyyəti əks etdirən orta xətt prinsipi götürülmüşdü.
Yeni vəziyyətdə Xəzərin hansı prinsip və status əsasında bölünməsi məsələsi uzun illər boyu aparılan danışıqların predmetinə çevrildi. Məsələnin həllinə yanaşmada müxtəliflik sahil dövlətlərinin fərdi maraqlarından irəli gəlirdi. Konkret olaraq, İranın və Türkmənistanın məsələnin sürətli həllinə mane olan tələbləri ümumi qərara gəlməni xeyli ləngitdi. Xəzərin dəniz və ya göl statusunda qəbul edilməsi də tərəflərin mövqeyindəki fərqlilikdən qaynaqlanırdı.
Danışıqlar prosesinin gedişinin müxtəlif mərhələlərində tərəflərin bu və ya digər məsələyə münasibələri birmənalı deyildi. Xəzərin hüquqi statusunun həll edilməsində konkret məsələlər, görünür, öz məqamını gözləyirdi. Həmin məqam və onunla bağlı olan konkret problemlər ortaya çıxmadan bu məsələlərdə konsensusa gəlmək mümkün olmurdu. Söhbət nəzəri cəhətdən müzakirə edildiyi vaxt ümumi razılığa gəlmək o qədər də asan deyildi. Digər tərəfdən bu amillər olmadan hər bir tərəfdaş özünün bu və ya digər məsələdə güzəştə getdiyini öz ölkəsinin ictimaiyyəti qarşısında izah etməsi çətin olurdu. Lakin yetişmiş arqumentlər kompromislərə haqq qazandırır və ümumi razılığa gəlinməni təmin edirdi. Bu məsələyə transxəzər boru kəmərlərindən tutmuş statusun qəbul edilməsi, akvatoriyanın, dənizin dibinin və təkinin bölünməsi, təhlükəsizliyin təmin edilməsində ümumi razılığa gəlinməsində müşahidə etmək mümkündür. Uzun illər ərzində mübahisə obyekti olmayan bu məsələnin gündəliyə çıxması yaranmış şəraitlə bağlı maraqların aktuallaşması və yeni şəraitdə yeni imkanlar əldə etmək cəhdləri ilə əlaqədardır.
1990-cı illərin əvvəllərində müstəqilliyin ilk illərində Xəzərin bölünməsi məsələsinin ortaya çıxması ilə əlaqədar onun statusunun problemi müxtəlif formatlı danışıqlarda səsləndirilir və araşdırılır. 1990-cı illərin ortalarında artıq tərəflərin özünəməxsus maraqlarına söykənən mövqeləri formalaşır və dəqiqləşdirilir. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində intensiv danışıqlar 1996-cı ildə nümayəndəliklər arasında başlasa da, yalnız 1999-cu ildən etibarən Xəzərin statusu və bölünmə prinsipləri barədə mövqelər dəqiqləşdirilir və ikitərəfli razılaşmalar həyata keçirilir.
Azərbaycan Xəzərin hüquqi statusuna münasibətdə o mövqedən çıxış edir ki, Xəzər beş dövləti birləşdirən sərhədyanı göldür, buna görə də o, orta xətt prinsipi ilə bölünməlidir, onun əsasında isə 1970-ci il müqaviləsinin müəyyən etdiyi qayda durmalıdır. Bundan çıxış edərək Xəzəryanı dövlətlərin həmin bölgüyə əssaslanan sektorlarında yekun status müəyyənləşənə qədər işlərini görə bilərlər.
Danışıqlar zamanı İran və Türkmənistan dövlətləri fərqli mövqedə duraraq həmin təklifin əleyhinə çıxış edirlər. Onlarln fikrincə, Xəzər 20 faizlik ərazi prinsipi ilə bölünməlidir. İran eyni zamanda öz təkliflərində SSRİ və İran arasında 1921 və 1940-cı illərdə bağlanmış müqavilələrin 3-cü maddəsinə istinad edərək Xəzərin bu iki dövlətin azad gəmiçilik və balıqçılıq fəaliyyəti zonası kimi onun kondominium prinsipi ilə bölünməsini təklif edir. Onlar onunla barışmaq istəmirdilər ki, həmin müqavilələrin subyekti dəyişmişdir və yaranmış yeni geosiyasi vəziyyətdə Xəzərdən daha çox pay götürməyə çalışırdılar. Reallıq isə onda idi ki, Xəzər ətrafında yeni dövlətlər həmin müqavilələrin subyektlərindən birinin bölünməsi nəticəsində yaranmışdır və bu məsələnin digər subyektər aidiyyəti yoxdur.
1970-ci il Xəzər milli sektorlara bölünmüşdü. Bu bölgüyə görə Azərtbaycan Xəzərin məxsus 70 min kv km, Türkmənistan – 80 min kv km, Rusiya 60 min kv km, Qazaxıstan 105 min kv km, İran 55 min kv km sahəsinə malik oldular. O zaman İran bu məsələ ilə bağlı heç bir münasibət bildirməmişdi. Xəzərin hüquqi statusu haqqında bağlanmış sonuncu sənəd olmaqla özündən əvvəlki müqavilələri əvəz edir.
Danışıqlar prosesi aparıldığı bütün dövr ərzində intensiv olmuşdur. 1996-cı ildə başlayan vaxtdan işçi qrupunun 51 iclası keçirilmişdir. Xarici işlər nazirlərinin 10, prezidentlərin 5 görüşü keçirilmişdir. 2002-ci ildə Aşxabadda , 2007-ci ildə Tehranda, 2010-cu ildə Baklda və 2014-ci ildə Həştərxanda dövlət başçılarının iştirakı ilə 4 görüşü bu məsələyə verilən önəmdən xəbər verir. Nəhayət 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının zirvə görüşündə yekun sənədi – Xəzərin Hüquqi statusu haqqında Konvensiya imzalanır. (9)
O, Xəzərin statusunu bir daha dəqiqləşdirir və yeni geosiyasi və geoiqtisadi reallıqdan çıxış edərək regionun hüquqi normalarını təsdiq etdi. Təsadüfi deyildir ki, sənədlərin imzalanması məqamında Konvensiyanı Xəzərin Konstitusiyası adlandırmışdılar.
Konvensiyaya əsasən Xəzərin səthi dəniz kimi qəbul edilir, buradan da bu səthin sahil dövlətləri tərəfindən istifadəsinin təməl prinsipləri müəyyənləıdirilmiş hesab edilir. Daha dəqiq desək, Xəzərin səthi sahil dövlətlərinin ümumi istifadəsində olması konvensiyada təsbit olunur. Dənizin dibi və tək tərəflər arasında razılaşmaya görə onlar arasında ərazilərə bölünür. Gəmiçilik, balıqçılıq, elmi tədqiqatların aparılması, magistral boru kəmərlərinin çəkilməsitərəflərin razılaşdırdıqları qaydalar əsasında həyata keçirilməsi nəzərdə tutulur. Elə bu məsələ ilə bağlı maraqlı bir məqamı xüsusi qeyd etmək vacibdir. Dənizin dibi ilə çəkilən boru kəmərinin razılaşmasının yalnız sektorundan keçən dövlətlər arasında razılaşdırılması nəzərdə tutulmuşdur.
Konvensiyanın vacib məqamlarından biri təhlükəsizlik məsələsi ilə bağlıdır. Sənəddə Xəzərsahili dövlətlərin hər birinin xəzər dənizinin təhlükəsizliyində məsuliyyətini qeyd edərək kənar hər hansı bir dövlətin və ya gücün hərbi qüvvələrinin olmasını qadağan edən müddəa təsbit edilmişdir.
Eyni zamanda bütün sahil dövlətləri Xəzərin bioehtiyatlarının qorunması və ekoloji vəziyyətinin dəstəklənməsində məsuliyyət daşımaları konvensiyada xüsusi və əhəmiyyətli bir cəhət kimi diqqət mərkəzində saxlanılır. Maraqlı məqamlardan biri Rusiya prezidenti V.Putinin irəli sürdüyü “Xəzər iqtisadi forumunun” yaradılması ilə bağlıdır. Bu niyyət Xəzərdə yeni-yeni iqtisadi layihələrin başlamasından və böyük planlardan xəbər verir. Sənədin imzalanması faktik olaraq bu məsələdə mövcud olan ziddiyyətlərə son qoydu.
Beş dövlət arasında açıq qalmış sərhəd dəqiqləşmələri bir çox məsələlərdə mübahisələrə son qoymağa, bir sıra mürəkkəb məsələlərdə ümumi razılığa gəlməyə imkan verdi.
Konvensiyanın bağlanmasına qədər keçilən yol və aparılan danışıqlar prosesi asan olmamışdır. Regionun problemləri müəyyən məqamlarda elə həddə çatırdı ki, bu məsələlərdə ümumi razılığa gəlinməsinin qeyri mümkünlüyü təəssüratı yaranırdı. Həmin problemlər özü-özlüyündə, asanlıqla aradan qalxmamışdır. Xüsusən bu məsələlərdə Azərbaycanın ardıcıl mövqeyini və məqsədyönlü gərgin fəaliyyətini qeyd etmək lazımdır. Azərbaycanın Xəzərdə cəsarətli addımları – karbohidrogen ehtiyatlarının işlənməsində başlanan işlər, nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi və genişləndirilməsi, regionu geniş əhatə edən nəhəng iqtisadi layihələrin reallaşdırılması danışıqların ilk dövrlərində müşahidə edilən soyuqluqları və ehtiyyatlanmaları aradan qaldırdı.
Bu sənədin imzalanması Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. Əvvəla ölkənin Xəzərdəki milli sektorda həyata keçirdiyi nəhəng layihələrin yetkin hüquqi əsası təmin edildi. Buraya investisiya cəlb edilməsində əngəl törədən maneə aradan qalxmış oldu. İkincisi, Azərbaycanın regionda reallaşdırdığı layihələrin əhəmiyyəti bir daha təsdiq olundu. Onun reallığına şübhə ilə yanaşan dövlətlərin bu şübhələrinin əsası aradan qalxdı. Buna əyani sübut kimi həmin sənədin imzalanmasından sonra Azərbaycana edilən müraciətləri, dövlət başçılarının səfərlərini göstərmək kifayətdir.
Azərbaycanın Xəzərdə reallaşdırmağı planlaşdırdığı nəqliyyat layihələrinin dəyəri yüksəldi. Dünyanın böyük dövlətlərinin regi­onda marağı və Azərbaycanla əməkdaşlıq niyyətləri dərhal özünü açıq şəkildə göstərdi.
Azərbaycanın bu sahədə uğurları onun regionda nüfuzunun güclənməsinə bir daha təkan verdi. Təsadüfi deyildir ki,hələ də Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlayan Ermənistan hakimiyyətini ciddi təşvişə saldı və onların ümidlərinə zərbə vurdu.
Bir sözlə, Azərbaycanın həyatın müxtəlif sahələrində əldə etdiyi digər uğurları kimi bu son nailiyyəti də onun regionun liderlərindən biri olmaq statusunu bir daha təsdiq etdi və möhkəmləndirdi.

 


ƏDƏBİYYAT
1. Зонн И. С. и др. Каспийское море: Энциклопедия / И. С. Зонн, А. Г. Костяной, А. Н. Косарев, С. С. Жильцов. — 2-е изд., доп. и перераб. — М.: Восточная книга, 2013;
2. Жильцов С.С., Зонн И.С., Ушков А.М. Геополитика Каспийского региона. М., 2003.
3. Рустам Мамедов Международно-правовой статус Каспийского моря: вчера, сегодня, завтра (вопросы теории и практики) http://www.ca-c.org/journal/cac-09-2000/19.Mamedov.shtml
4. http://www.worldlii.org/int/other/LNTSer/1922/69.html
5. http://azerbaijan.az/portal/History/HistDocs/Documents/02.pdf
6. https://az.wikisource.org/wiki/ Türkmənçay_müqaviləsi
7. Kərim Şükürov. Türkmənçay – 1828: Tarixi xronika (İxtisarla). Bakı: 2006
8. http://www.azerbaijan.az/portal/WorldCommunity/CaspianStatus/caspianStatus_02_r.html
9. Конвенция о правовом статусе Каспийского моря от 12 августа 2018 г. http://kremlin.ru/supplement/5328

Açar sözlər: Xəzər dənizinin hüquqi statusu; Xəzər regionu; Xəzəryanı dövlətlər; enerji layihələri; nəqliyyat dəhlizləri

Ключевые слова: правовой статус Каспийского моря; Каспийский регион; Прикаспийские государства; энеергетические проекты; транспортнве коридоры

Keywords: legal status of the Caspian Sea; The Caspian region; Caspian states; energy projects; transport corridors


Резюме
Утверждение правового статуса Каспия и
его значение для региона
В статье рассматриваются вопросы, касаюшиеся переговоры по определении правового статуса Каспия и раздела его на национальные сектора, выроботки норм и принципов взаимоотношений прикаспийских стран. Уделяется внимание значению подписания ими итогового документа – конвенции.

Summary
Approval of the legal status of the Caspian Sea and
its significance for the region
The article deals with issues related to the negotiations on the determination of the legal status of the Caspian Sea and its division into national sectors, the development of norms and principles of relations between the Caspian countries. Attention is paid to the importance of signing the final document - the convention.

 

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
19.01.2019

Nazirlik: 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edilib

19.01.2019

Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb

19.01.2019

Prezident İlham Əliyev: "Bu, tarixi səfərdir"

19.01.2019

AFFA üç millini ləğv etdi

19.01.2019

Mnatsakanyan rəsmən xarici işlər naziri oldu

19.01.2019

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

19.01.2019

DİN rəsmisi: Nazirlik öz funksiyalarının icrasını davam etdirəcək

19.01.2019

Gecə Bakıda şaxta olacaq

19.01.2019

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı

19.01.2019

Quba-Xınalıq yolu qardan tam təmizlənib

19.01.2019

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

19.01.2019

Şamaxı təfərə yolu düşən sürücülərin DİQQƏTİNƏ! EHTİYYATLI OLUN! - VİDEO

19.01.2019

Balakən sakinlərinin qanunsuz saxladıqları silahlar götürülüb

19.01.2019

Naxçıvanda bir ildə 51 milyona yaxın kredit verilib

19.01.2019

Məmmədyarov Karlsenə məğlub oldu

19.01.2019

Cavid Nəcəfov  saxlanılıb

19.01.2019

Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq

19.01.2019

FETÖ-nün "alman ablası" Avropanı "Azərbaycanın qolları arasından" necə xilas edir? -Taleh Şahsuvarlı yazır

19.01.2019

ASAN mərkəzləri bir gün işləməyəcək

19.01.2019

Birjalarda neftin qiyməti

19.01.2019

20 Yanvar faciəsi ilə əlaqədar Vyetnamın Hanoy Universitetində tədbir keçirilib

19.01.2019

UEFA ən çox gəlir əldə edən klubların siyahısını açıqlayıb

19.01.2019

Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub

19.01.2019

Sürücülərə XƏBƏRDARLIQ: 500-800 manat cərimə OLUNACAQSIZ – VİDEO

19.01.2019

Ümumdünya Səhiyyə Təşkilatı açıqladı - Peyvəndlər vurulmasa, 1,6 milyard insan...

19.01.2019

Dollar 3 gün bu qiymətə olacaq

19.01.2019

Bakıdan Rusiyaya cavab: Bu tərzdə danışıq qəbuledilməzdir!

19.01.2019

Bakıda 18 yaşlı oğlan itkin düşdü

19.01.2019

Aureliya Qriqoriu: 1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır

19.01.2019

Bəyanat: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün müsbət siqnal görür

19.01.2019

Gədəbəydə avtomobil hasara çırpıldı - Sərnişini hadisə yerində öldü

19.01.2019

"Qarabağ" Çexiya klubuna qarşı

18.01.2019

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

18.01.2019

Britaniyalı nazirlər Tereza Meyi hədələyiblər

18.01.2019

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir

18.01.2019

“20 Yanvar” günü bu yollar bağlanacaq

18.01.2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib

18.01.2019

“Azərişıq”: Elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb

18.01.2019

Futbol üzrə 2022-ci il dünya çempionatında 48 yığma komanda çıxış edə bilər

18.01.2019

Avropa İttifaqı Rustavi-Qırmızı Körpü avtomagistralının tikintisinə 115 milyon avro ayırıb

18.01.2019

Qaradağda 17 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

18.01.2019

Sabahın hava proqnozu açıqlandı

18.01.2019

Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib

18.01.2019

Bakıda mağazalardan oğurluq etmək istəyən yeniyetmə tutulub

18.01.2019

Hava şəraiti sabitləşəcək - RƏSMİ

18.01.2019

BNA sürücülərə XƏBƏRDARLIQ etdi - Bu qaydalara əməl edin!

18.01.2019

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür

18.01.2019

SOCAR məlumat yayıb

18.01.2019

Qarın hündürlüyü 2-5 santimetrə çatır

18.01.2019

Keçmiş məhkumdan “Steçkin” markalı tapança götürülüb