1991-ci ilin 18 oktyabr müstəqillik gününün Azərbaycanın müasir  tarixində yeri  

15:19 / 18.10.2018

İbrahim Əliyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

1991-ci ilin 18 oktyabr müstəqillik gününün Azərbaycanın müsasir  tarixində yeri

 

Azərbaycan xalqı özünün müstəqillik tarixinnin növbəti ildönümünü qeyd edir. 27 il bundan öncə xalqımızın həyatında son dərəcə əhəmiyyətli bir hadisə baş vermişdir – uzun illərin həsrətindən sonra ölkənin müstəqilliyi bərpa edilmiş, onun suveren hüquqü təmin edilmişdir. İnsan həyatında bayramlar çox ola bilər. Onların hər birinin öz yeri, öz əhəmiyyəti vardır. Lakin onların içərisində elə əlamətdar günlər vardır ki, mənsub olduğu xalqın, millətin, cəmiyyətin, hər bir vətəndaşın mahiyyətini təşkil edir. Bax 18 oktyabr tarixi də belə bir məzmun daşıyır. 

İl ərzində bir birinin ardınca gələn əlamətdar günləri qeyd etdikcə ilk baxışdan həmin hadisələrin vacibliyi bir qədər diqqətdən kənarda qala bilir, bu və ya digər hadisənin anılması təkrarlıq şəraitində sıradan bir hadisə kimi təəssürat yarada bilir. Lakin hər il onların anılması, qeyd olunması həyati əhəmiyyət kəsb edir. Çünki bu anımlar, bu qeydetmələr müstəqil cəmiyyətin bünövrəsində dayanan təməl daşının daim formada olmasını, əbədiliyini təmin edir. Bu tarix təkcə qürur mənbəyi deyildir, həm də bu müstəqilliyin ləyaqətlə daşınmasının, onun gündəlik problemlərinin dərk edilməsi və həlli üçün mühüm şərtdir. Xalqın həyatı, ləyaqətli mövcudluöu, dünya dövlətləri içərisində layiqli təmsil olunması, sözu və maraqları ilə hesablaşmağın şərti ilk növbədə bu ölkənin vətəndaşlarının bir müstəqil xalq olaraq, bir müstəqil dövlətə malik olan cəmiyyət olaraq özünü dərk etməsi və ətrafına bu cür təqdim olunmasıdır.

Müstəqil olmağın bir çox cəhətləri vardır. Müstəqil olmaq şərəfli bir durumdur, fəxr mənbəyidir. Bundan böyük xoşbəxtlik olmaz ki, xalq öz taleyini özü müəyyən edir, dünyada öz maraqlarını özü təmsil edir, dünya dövlətləri ailəsində öz yerinə, öz maraqlarına, öz imkanlarına malik olur.

Bununla yanaşı müstəqillik böyük məsuliyyətdir, çətin daşınası missiyadır,  Müstəqilliyi qazanmaq çox çətindir. Lakin onu qoruyub saxlamaq, onu bu qarışıq və fitnələrlə dolu dünyada düzgün təmsil etmək  ondan qat-qat ağır vəzifədir. Müstəqil dövlətin uğurlu inkişafına nail olmaq, təhlükəsizliyinə təmin etmək, maraqlarını layiqincə təmsil etmək üçün yüksək səviyyədə dövlətçiliyin qurulması və ardıcıl daxili və xarici siyasət xəttinin yerilməsi tələb olunurdu.

Müstəqil Azərbaycan özünün 27 illik  tarixində böyük sınaqlardan keçmiş, nəinki yaşamağa qadir olduğunu sübut etmişdir, həm də müasir dünya dövlətlər sisteminə uğurla inteqrasiya etmiş, bütün göstəricilərdə özünün möhkəm yerini təmin edə bilmişdir.

Müstəqilliyin ilk illərində yaranmış çətinliklər, daxili hərc-mərclik, xarici təcavüz, dünya miqyasında Azərbaycana qarşı müşahiə olunan biganəlik onu məhv edə bilərdi. 1993-cü ildə Heydər Əliyevin ölkə siyasi hakimiyyətinə qayıdışı ilə müstəqil dövlət quruculuğuna nizam gətirdi. Onun rəhbərliyi altında müasir dövlət zərrə-zərrə, kərpic-kərpic qurulmağa başladı. O vaxta qədər həmin sahədə görülən işlərin nizamsızlığı aradan qaldırıldı. Müasir tələblərə və standartlara cavab verən dövlətin yaradılması prosesinə təkan verildi. İctimai həyatın bütün sahələrində quruculuq işləri məcraya salındı . Həmin dövrdə Azərbaycanda aparılan siyasət ölkənin müstəqil dövlət olaraq   ictimai həyatın bütün sahələrini əhatə edən mükəmməl inkişaf  kursu formalaşdırıldı və həyata keçirilməyə başladı. Azərbaycanın müstəqillik dövründə qazanmış olduğu uğurları bu xəttin üzərində təşəkkül tapmışdır.

Bu siyasi xəttin son onilliklər dövründə uğurlarının vacib şərtlərindən biri onun İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə həmin kursi layiqlə davav və inkişaf etdirməsi olmuşdur. Bu günlərdə İlham Əliyevin hakimiyyətinin 15 ilinin nəticələri haqqında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun nəşr etdirdiyi məqalədə bu fəaliyyətin bütün aspektləri ətraflı təhlil edilmişdir. İlham Əliyevin yeritdiyi siyasi xəttin uğurlu nəticələri bütövlükdə onun hakimiyyətini xarakterizə edir. Məqalədə bütün istiqamətlər və sahələr üzrə verilmiş rəqəmlər, çıxarılmış nəticələr reallığı obyektiv şəkildə əks etdirir, İlham Əliyev hakimiyyətinin möhtəşəm uğurunu əsaslandırılmış şəkildə ortaya qoyur. Təsadüfi deyildir ki, bu məqalə dünyanın hər yerində mütəxəssislərin diqqətini cəlb etmiş, inkişafın Azərbaycan modelinin təqdim edilməsi baxımından əhəmiyyət daşıyır. Məqalədə prezidentin ictimai-iqtisadi və siyasi fəaliyyətinin bütöv şəkildə bir yerə toplanaraq apaşdırılması və dəyərləndirilməsi bu fəaliyyət haqqında düzgin və aydın təsəvvür yaratmağa kömək edir. Bu mənada həmin məqalədə verilən fakt və rəqəmlərin, əldə olunmuş nəticələri təkrar səsləndirmədən və həmin məqaləyə istinadən qeyd etmək istərdim ki, bugünkü Azərbaycan Heydər Əliyev siyasi kursu və inkişaf strategiyası üzərində qurularaq müasir dövrdə İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xəttin nəticəsidir. Belə bir xəttin yeridilməsinin obyekti olan Azərbaycan başqa cür ola bilməzdi və onun bu kursuna, uyğun olaraq uğurlarına alternative yoxdur.

Uğurlarla bərabər, qeyd etmək istərdim ki, qazanılan nailiyyətlər arxayınlaşmağa əsas vermir.   Xalqın öz prezidentini dəstəkləməsi, həmin uğurların davamlı olmasının vacib şərtlərindəndir. Bu dəstək, bu inam, bu əzm  Azərbaycanın bundan sonra da mövcu və gələcəkdə qarşıya çıxan bütün problemləri həll etməyə, Azərbaycanın dünyada tutduğu layiqli yeri möhkəmləndirməyə təkan verəcək. 

 

 



Strategiya.az

Xəbərlər
25.05.2019

“Qadın güldür, bacarsan güldür” 

25.05.2019

Heydər Əliyev Fondu son anda şəhid atasının harayına çatdı

25.05.2019

Mayın 25-30-da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək

25.05.2019

XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

25.05.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.05.2019

İstanbulda 28 May Respublika günü və Azərbaycan XİN-in 100 illiyi qeyd olunub

25.05.2019

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

25.05.2019

“Azeri Light”ın bir barreli 70,95 dollara satılır

25.05.2019

Salyanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb

25.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

25.05.2019

Bakıda kafe sahibi qətlə yetirildi

25.05.2019

Avtomobili olanlar DİQQƏTLİ OLUN: Etibarnamə qaydası elə olacaq

25.05.2019

Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

25.05.2019

Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

25.05.2019

Neftin qiyməti bahalaşıb

25.05.2019

İsmayıllıda avtomobil ustaları emalatxanalarında heroinlə tutuldular

25.05.2019

Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

25.05.2019

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

25.05.2019

Qardaşlaşan məktəblər və yaxud Məclis Məktəbinin işıqları

25.05.2019

Birinci Dünya müharibəsinə aid qəbiristanlıqda motokros yarışları üçün salınan yol narazılıq yaradıb

25.05.2019

UEFA prezidentindən Bakıdakı finala dəstək

25.05.2019

Binəqədidə doqquzmərtəbəli yaşayış binası yanıb

25.05.2019

Cəbhədə son vəziyyət

25.05.2019

"Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib

25.05.2019

Dollar 3 gün bu qiymətə olacaq 

25.05.2019

Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb

25.05.2019

Avtomobilin salonunda 3 yandırılmış meyit tapılıb

25.05.2019

Şenol Günəş "Beşiktaş"dan ayrıldı

25.05.2019

AZƏRBAYCANIN SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKALAŞMA PROSESİNİN MÖVCUD VƏZİYYƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

24.05.2019

Ramazanın 20-ci gününün duası, imsak və iftar vaxtı

24.05.2019

Bakıda 2 dost küçədə tanışları tərəfindən qarət olundu

24.05.2019

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı  mülki şəxslərin müdafiəsindən danışıb

24.05.2019

QAYĞIKEŞ HƏKİM VƏ MÜƏLLİMİN ÖMÜR YOLU . . .

24.05.2019

Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları müzakirə olunub

24.05.2019

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb

24.05.2019

"Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar" - Kepa Arrisabalaqa

24.05.2019

“Polisə təhvil verilir” - Avtobusda yük daşıyanlar cərimələcək? – VİDEO 

24.05.2019

Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi - Müəllimlərin ləyaqətinin alçaldılması ilə bağlı yazı yazan KİV-lərə görə

24.05.2019

Azərbaycan Prezidenti: Bizim gücümüz birliyimizdədir

24.05.2019

Türkiyədə təhlükəli terrorçu ələ keçirilib, biri isə məhv edilib

24.05.2019

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

24.05.2019

Neftin qiyməti ilin ən böyük həftəlik itkisinə yönəlib

24.05.2019

BAKIDA MÜƏMMALI CİNAYƏT - Evində yatan kişinin başını kim kəsib? - TƏFƏRRÜAT

24.05.2019

"Liverpul"dan UEFA-ya etiraz -biletlərə görə

24.05.2019

QHT bəyanat yaydı: "Beynəlxalq Konvensiya normalarının ayaq altına atılmasıdır"

24.05.2019

DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq

24.05.2019

Tereza Mey istefasını elan edib

24.05.2019

Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edir

24.05.2019

Şənbə günü hava necə olacaq?

24.05.2019

DİQQƏT! Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq