Tarix elminin ağsaqqalı

13:54 / 08.02.2019

İbrahim Əliyev

Tarix üzrə fəlsəfə doktoru, dosent

 

Sözün həqiqi mənasında ölkəmizdə tarix elminin ağsaqqalı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun 80 illik yubileyi ərəfəsində onun haqqında öz fikirlərimi bölüşmək istərdim.

Tarix elminin ağsaqqalı dedikdə qeyd etmək istərdim ki, bu adı qazanmaq asan deyildir.  Bu ad özündə çox məqamları birləşdirir. Bu ada layiq olmaq üçün müəyyən sayda və həcmdə tədqiqat işlərinə malik olmaq kifayət deyildir. Bu mənsəbə yüksəlmək üçün elə mərhələləri və səviyyələri fəth etmək lazımdır ki, bu ad təbii yolla həmin şəxsiyyətlə birləşsin. Bu adı heç bir fərmanla vermirlər, ona təmənnasız, səmimi, məzmunlu, gərgin zəhmət, kamilləşmə yolu ilə  qazanırlar. Müdriklik verilmir, müdrikliyə yüksəlirlər.

Bu sözləri Yaqub müəllim haqqında, onun fəaliyyəti, əldə etdiyi nailiyyətləri, yüksəldiyi səviyyə haqqında düşünərkən ağla gələn fikirlər kimi qeyd etdim. Onun 80 illik yubileyi yaxınlaşır. Bu illər ərzində onun bir ziyalı alim, ictimai xadim, gözəl müəllim, mükəmməl bir vətəndaş  hər kəsə örnək ola bilən bir şəxsiyyət kimi dəyərləndirmək və bunu səmimi-qəlbdən etiraf etmək ürəkdən gələn bir istəkdir.

80 yaş insanın müdriklik məqamıdır. Bu yaşda insanları bir birindən fərqləndirən başlıca cəhət dönüb keçilmiş yola baxanda “həyatda nə etmisən” sualına nə cavab verməsindən çox asılıdır. Ömrün dəyər ölçüsü əməllərdir. Yaqub müəllim bu mənada az sayda insanlara məxsus olan mənalı, zəngin həyat yolu keçmişdir.

Biz Yaqub Mahmudovu hər şeydən öncə müəllimimiz kimi tanımışıq. Həyatda müəllimlərimiz çox olub. Lakin onların içərisində xüsusi seçilənlərdən biri Yaqub müəllim olmuşdur. Onun dərin biliyi, dərs demək manerası, ədaləti, incə yumoru tələbələrinin yaddaşında dərin iz qoymuşdur.

Yaqub müəllimlə rastlaşdığımız gündən onu gözəl bir tədqiqatçı, sanballı kitabların və elmi məqalələrin müəllifi kimi tanımışıq. Yadımdadır, biz tələbə olarkən tarix elmində öz sözünə, sanbalına malık alimlərin əsərləri ilə tanış olduqca döğma tariximizdə boşluqların olduğunu görürdük. Lakin Rusiya və dünya tarixçiləri sırasında onlarla yanaşı dura bilən alimlərimizin yazdıqlarını da görəndə fəxr edirdik. Belə alimlərdən biri də tarixin müxtəlif dövrləri, xüsusilə orta əsrlər dövrünün tədqiqatçısı Yaqub müəllim idi. Biz onun əsərlərinə tez - tez müraciət edirdik. Onu da qeyd edim ki, Yaqub müəllimin elmi irsi yalnız orta əsrlərlə məhdudlaşmır.  Bu elmin mükəmməllik səviyyəsinə yüksəlmiş bu şəxsin tariximizin ən müxtəlif dövrü haqqında dərin elmi fikirləri vardır. Onun bu sahədə yüksəldiyi səviyyə, hərtərəflilik ona hər bir dövrün müxtəlif məsələləri barəsində fikir söyləməyə haqq verir.

Yaqub müəllimin müasir dövrün aktual məsələləri, bugünkü Azərbaycan üçün son dərəcə böyük əhəmiyyət daşıyan məsələləri barəsində şəxsi tədqiqatları, rəhbərliyi altında yazılmış  və nəşr olunmuş əsərləri xüsusi qeyd etmək istərdim. Onun şəxsi təşəbbüsü ilə Azərbaycan tarixinin ən vacib məqamları ön plana çəkilərək tədqiq edilir, nəşr edilir, tərcümə edilərək dünyanın hər yerində yayılaraq dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan bu gün müstəqil dövlətdir. Onun müasir dünyada tanıdılmasında, öz layiqli yerini tutmasında bu tədqiqatların rolu əvəzsizdir.

AMEA-nın tarix institutunda Yaqub müəllimim rəhbərliyi altında Müstəqil Azərbaycanın tarixinin öyrənilməsinə ayrılan diqqəti qeyd etmək lazımdır. İnstitutda bu istiqamətdə aparılan işlər müstəqil Azərbaycanın müasir inkişafı prosesinin tələblərinə uyğundur.

Ulu öndər Heydər Əliyevin irsinin araşdırılması, müasir dövrdə Prezident İlham Əliyevin zəngin quruculuq fəaliyyətinin işıqlanmasında Yaqub müəllimin və onun rəhbərlik etdiyi institutun uğurlarını xüsusi qeyd etmək istərdim. Onun rəhbərliyi altında Azərbaycanın tarixinin ən aktual səhifələri diqqət mərkəzindədir. Xüsusən  də, müasir dövrdə müstəqil Azərbaycanın üzləşdiyi problemlərlə bağlı məsələlər ön plana çəkilir, araşdırılaraq dövlətin, cəmiyyətin istifadəsinə verilir. Onların içərisində Azərbaycan xalqına qarşı son yüzilliklərdə törədilmiş soyqırımları, erməni təcavüzü, müasir dövrün problemləri, müstəqil respublikanın tarixi üzrə tədqiqatlar aparılmış, elmi əsərlər nəşr edilmişdir. Onların böyük bir hissəsi xarici dillərə tərcümə edilərək xarici ölkələrdə də yayılmışdır. Tarix institutu Yaqub müəllimin  rəhbərliyi altında Azərbaycanın tarixinin öyrənilməsi, onun real tarixinin ortaya qoyulması, haqq səsinin dünya ictimaiyyətinə çatdırılmassı  sahəsində böyük işlər görmüşdür.

Yaqub müəllim gənc alimlərin yetişməsində öz məsuldarlığı ilə seçilir. Onun rəhbərliyi altında yüzlərlə alim dissertasiya işlərini müdafiə edərək elmi dərəcələrini almışlar. O, özünün tarix məktəbini yaratmışdır.  O, rəhbərlik etdiyi dissertantların elmi mənsəbə yüksəlməsində bilavasitə xidmətini göstərməklə yanaşı, rəhbəri olmadığı tarixçilərin də elmi fəaliyyətinə öz töhfəsini vermiş, xüsusən AMEA -nın tarix institutunun direktoru olduğu müddətdə yüksək səviyyəli tarixçilərin yetişdirilməsində əvəzsiz rol oynamışdır.

Yaqub müəllim böyük tarixçi alim kimi təkcə Azərbaycanda elmi xidmətləri ilə tanınmır. Onu tədqiq etdiyi dövrün və regionun sanballı tədqiqatçısı kimi butun postsovet məkanında və dünyada tanıyır və onun fikirləri ilə hesablaşırlar. Bunu təsdiq edən sübutlardan biri də onun xarici ölkələrdə saysız hesabsız elmi konfranslarda, simpoziumlarda etdiyi çıxışlardır. Əsərlərini dünyanın çox ölkələrində tərcümə edilərək dərc olunmuş, kitabları dünyanın məşhur kitabxanalarında saxlanılır və oxucuların istifadəsindədir.

Onun vətən qarşısında, vətən elminin inkişafı yolunda bir xidmətini də xüsusi qeyd etmək istərdim. Rəhbərlik etdiyi tarix institutunun əməkdaşlarının gücü ilə dünyanın ən müxtəlif ölkələrində arxivlərindən Azərbaycana aidiyyəti olan arxiv sənədlərinin aşkar edilməsi, öyrənilməsi, surətlərinin çıxarılaraq Azərbaycana gətirilməsi, tarix institutu nəzdinə yaradılmış arxivdə cəmləşdirilməsi sayəsində ölkə tarixinin müxtəlif dövrlərinin tədqiqinin asanlaşdırılması üçün nəhəng işlər görülmüşdür. Onun işgüzarlığı elmi fəaliyyətlə məşğul olan hər bir şəxs üçün nümunə ola bilər. Müxtəlif ictimai-siyasi, inzibati işlə yüklənməsinə baxmayaraq, elmi tədqiqat sahəsində qibtə olunacaq dərəcədə məhsuldardır.

Biz Yaqub müəllimi  bir ictimai xadim kimi, millət vəkili kimi tanıyırıq. Onun elm sahəsində yorulmaz fəaliyyəti dəyərli ictimai fəaliyyəti ilə yanaşıdır. O, təkcə Azərbaycanın tarixinin həqiqətlərini, onun qaranlıq səhifələrinin tədqiq etmir, həm də bir millət vəkili kimi ölkənin bugünkü problemlərinin qaldırılması, araşdırılması, həlli yollarının axtarışı istiqamətində kifayət qədər dolğun və məzmunlu fəaliyyət göstərir.   

Yaqub müəllimin zəngin elmi  yaradıcılığından,  dolğun ictimai fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən çox danışmaq olar. Lakin qeyd etmək lazımdır ki, onun haqqında hansısa yeni söz demək də çətindir. Çünki o özünün məhsildar elmi və ictimai fəaliyyəti ilə hər kəsə tanışdır. Burada mənim kiçik qeyddə onun haqqında dediklərim onu bizim necə tanıdığımızı ifadə etmək üçündür. Biz onu bu cür tanıyırıq və ona bu cür qalmağı, öz elmi və ictimai fəaliyyətini xalqımızın, dövlətimizin, cəmiyyətimizin yüksəlişi yolunda uğurla davam etdirməyi arzu edirik.  


Etiket:

Strategiya.az

Xəbərlər
25.08.2019

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib
 

25.08.2019

Türkiyə təhlükəsizlik qüvvələri 24 terrorçunu məhv edib

25.08.2019

Sabahın hava proqnozu açıqlanıb

25.08.2019

Xaçmazda 2 nəfər bıçaqlanıb

25.08.2019

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

25.08.2019

“WordPress”in avtomatik yenilənmə siyasəti barədəXƏBƏRDARLIQ

25.08.2019

Şamaxıda yanğın olub

25.08.2019

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

25.08.2019

“Nur” şadlıq sarayında baş verən yanğın söndürülüb

25.08.2019

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25.08.2019

"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

25.08.2019

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

25.08.2019

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

24.08.2019

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

24.08.2019

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

24.08.2019

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

24.08.2019

İran yeni raketini sınaqdan keçirib

24.08.2019

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat - "Bibixanım" saxlanıldı (FOTO)

24.08.2019

Bazar gününə olan hava proqnozu

24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24.08.2019

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019

Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

24.08.2019

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

24.08.2019

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.2019

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb

24.08.2019

Neftin qiyməti ucuzlaşıb

24.08.2019

Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

24.08.2019

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

24.08.2019

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

24.08.2019

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

24.08.2019

Hirkan Milli Parkında yanğın tam söndürülüb

24.08.2019

İstirahət günlərində hava necə olacaq?

24.08.2019

Xəzər dənizində zəlzələ baş verib

24.08.2019

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

23.08.2019

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23.08.2019

"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

23.08.2019

Azərbaycan Respublikasının Birinci vitse - prezidenti xanım Mehriban Əliyevaya Esse...