“Azərbaycanın innovativ inkişafında çoxpartiyalılığın funksiya və mexanizmlərinin polioloji təhlili”

13:30 / 02.11.2017

Azərbaycanda innovasiya əsaslı siyasi sistemin qurulması dövlətimizin apardığı siyasətin əsas prioritetlərindəndir. Müasir dünyamızda baş verən dinamik proseslər özünü müxtəlif sahələrdə və spektrlərdə əks etdirirlər. Bunlardan biri də dünya arenasında bir tərəfdən qloballaşma proseslərinin zəruriliyi və labüdlüyü kontekstində genişlənməsi və inkişaf etməsi, digər tərəfdən isə milli dövlətlərin və onların milli maraqlarının günü-gündən güclənməsi və artması tendensiyalarıdır.
Siyasi partiyalar cəmiyyətdə olan müxtəlif sosial maraqların əsas təmsilçisi hesab olunurlar ki, onlar siyasi sistemin və ümumilikdə cəmiyyətin aparıcı institutlarıdır. Müasir dövrdə siyasi partiyaların inkişafının əsas tendensiyalarını izləmək və üzə cıxarmaq üçün ilk növbədə cəmiyyətin özündə baş verən obyektiv prosesləri izləmək lazımdır.
Bunlardan birincisi cəmiyyətin bütün sahələrini əhatə edən qloballaşmadır ki, o, xüsusilə də siyasi institutların formalaşması və siyasi proseslərin gedişatına əhəmiyyətli dərəcədə təsir edir. Təbii ki, qloballaşma fenomeni elmi dövriyyəyə ciddi formada daxil olmuşdur ki, onunla bağlı çoxsayli elmi əsərlər və yanaşmalar mövcuddur.
Azərbaycanın müasir inkişafını müəyyən edən bir sıra məsələlərdə Azərbaycan cəmiyyətinin total transformasiyası nəzərə alınmaqla vaxtında təshihlər və dəyişikliklər edilməsinə ehtiyac var. Tamamilə aydındır ki, postmodern postsovet məkanındakı keçid cəmiyyətlərinin qapılarını getdikcə intensiv şəkildə döyür və bizim adət etdiyimiz davranış normalarını və stereotipləri tədricən dəyişir. Bu da tamamilə qanunauyğundur ki, həmin dəyişikliklər dövlətin və cəmiyyətin inkişafı prosesində müdafiə və amortizasiya xarakterli ovqat doğura bilər və doğuracaqdır.(2.səh.65)
Müstəqillik illərində Azərbaycanda demokratik cəmiyyətin, şəffaf ictimai münasibətlər sisteminin formalaşdırılması dövlət siyasətinin başlıca istiqaməti olmuş, ölkədə siyasi plüralizm ictimai tərəqqinin zəruri əsası kimi öz yerini tutmuşdur. Hazırda Azərbaycanda siyasi partiyaların sərbəst fəaliyyəti üçün zəruri hüquqi və demokratik siyasi şərait mövcuddur. Bu günədək 55 siyasi partiya dövlət qeydiyyatından keçmişdir ki, onlardan 11-i parlamentdə təmsil olunur. Siyasi partiyalar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, seçkili və digər 16 hakimiyyət orqanlarında təmsil olunurlar. Siyasi partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkənin siyasi sisteminin və vətəndaş cəmiyyətinin inkişafında onların rolunun daha da artırılması üçün əlavə imkanlar yaradılmışdır. Demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sisteminin formalaşması cəmiyyətin strukturunda mühüm dəyişikliyə səbəb olmuş, vətəndaşların ictimai-siyasi proseslərdə daha fəal rol oynamasına şərait yaratmışdır. Hazırda ölkədə vətəndaş cəmiyyəti inkişaf dövrünü yaşayır. Azərbaycanda insan hüquqları, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, sosial məsələlər, ekologiya, gender və digər sahələrə aid 2700-dən artıq QHT dövlət qeydiyyatından keçmişdir və onların sayı durmadan artır. Son 10 il ərzində QHT-lərin yaradılması və onların imkanlarından səmərəli istifadə edilməsini nəzərdə tutan qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, QHT-lərin maliyyə mənbələrinə çıxışı üçün zəruri hüquqi mühit təmin edilmişdir. (1,səh. 6)
Siyasi partiyaların mahiyyəti daha çox onun funksiyalarında təzahür edir. Siyasi partiyaların funksiyaları həm konkret şəraitdən, həm də siyasi rejimin xarakterindən asılıdır. Klassik yanaşmaya müvafiq olaraq, partiyalar nümayəndəli sistemdə ən azı dörd funksiyanı yerinə yetirir: məqsədin təyin olunması, ictimai rəyin formalaşdırılması, namizədlərin seçilməsi və deputatların fəaliyyət göstərməsi üçün şəraitin təmin olunması. Bizə elə gəlir ki, bu cür yanaşma son dərəcə məhdudlaşdırılıb.
E.Heyvudun təklif etdiyi siyasi partiyaların yerinə yetirdikləri funksiyaların aşağıdakı təsnifatı daha rasionaldır:
1.Təmsilçilik. Öz üzvlərinin və seçicilərinin maraqlarını ifadə etmək məqsədi ilə yarandığı dövrdən təmsilçilik partiyanın əsas funksiyasıdır ki, onun vasitəsi ilə dövlət sisteminə cəmiyyətin tələbatı, problemi, cəhd və istəkləri ötürülür.
2.Elitanın formalaşdırılması və təmin edilməsi. Bütün siyasi partiyaların əsas funksiyalarından biri dövlətə siyasi liderlərin təqdim olunmasıdır ki, siyasətçilər adətən partiya sıralarından çıxaraq hökumət vəzifələrinə gəlirlər.
3.Məqsədin müəyyən olunması. Siyasi partiyalar elə bir mühit yaratmışdılar ki, cəmiyyət onun vasitəsi ilə öz məqsədlərini dərk edir, müəyyənləşdirir və reallaşdırır.
4.Maraqların artikulyasiyası və aqreqasiyası. Cəmiyyətdə qrupların çoxluğu və maraqların müxtəlifliyi partiyaları bu maraqları aqreqatlaşdırmaya, yəni onları orta məxrəcə gətirməyə məcbur edir.
5.Sosiallaşma və səfərbərlik. Burada cəmiyyətin siyasi davranışının formalaşması müxtəlif tədbirlər vasitəsi ilə (seçki kampaniyası, seçkilər, müzakirələr, dəyirmi masa və s.) həyata keçirilir və nəticədə cəmiyyətin siyasi mədəniyyəti formalaşdırılır.
6. Hakimiyyətin təşkili. Partiyalar mövcud olmasalar və fəaliyyət göstərməsələr mürəkkəb siyasi cəmiyyətləri idarə etmək çox çətin və mümkünsüz olardı. İlk öncə, ona görə ki, partiya hakimiyyəti formalaşdırmağa kömək edir, parlament sistemlərində hətta “partiya hökuməti” səviyyəsində bu məsələ reallaşır. İkincisi, siyasi partiyalar idarəetmədə sabitllik və daxili birlik yaradırlar. Bu o zaman baş verir ki, hökumət nümayəndələri eyni partiyadandırlar və ümumi əlaqələrə malikdirlər(10,s.314-318).
A. Mirzəzadə bu təsnifatı bir az da dəqiqləşdirərək aşağıdakı kimi qruplaşdırır:
1. Kollektiv rəhbərliyi olan partiyalar, adətən daxilində böyük fraksiyalar olan partiyalardır ki, 70-ci illərdə geniş fəaliyyət göstərən ekoloji partiyalar buraya daxildir.
2. Lider başda olmaqla kollektiv rəhbərliyi olan partiyalar, siyasi partiyaların böyük əksəriyyəti məhz bu kateqoriyaya aiddir.
3. Xarizmatik liderliyi olan partiyalar. Bunu ikinci bölmənin qolu hesab edərək, tədqiqatçı qeyd edir ki, xarizmatik lider əgər siyasətdən gedən zaman onun yerini digər xarizmatik rəhbər tutmazsa partiyalar yenidən ikinci qrupa keçirlər. (5,s.51).
Beləliklə, çoxəsrlik tarixə malik siyasi partiyalar siyasi sistemin baza institutlarından biri olaraq, bir tərəfdən cəmiyyətin müxtəlif maraqlarının aqreqasiyası və təmsilçiliyi, digər tərəfdən siyasi elitanın istehsalı və rotasiyasına təkan verir. Siyasi partiyaların bu cür ikililiyini T.Parsons ədalətli olaraq belə izah edir ki, onlar “idarəçilik prosesi ilə, həmçinin daha çox müyyən fəaliyyəti reallaşdıran kollektivləri təmsil edən müxtəlif növ assosasiyalaşmış maraq qrupları ilə bağlıdır.”(6,s.42).
Bildiyimiz kimi, siyasi partiyalar cəmiyyətdə müxtəlif funksiyaları yerinə yetirirlər. Azərbaycan Respublikasında da siyasi partiyalar aşağıdakı funksiyaları reallaşdırırlar:
1.Siyasi partiyaların əsas məqsədləri olan siyasi hakimiyyətin əldə edilməsi üçün hakimiyyət uğrunda mübarizə.
2.Cəmiyyətin siyasi və sosial-iqtisadi funksiyalarını xalq kütlələrinə izah edilməsi və fəaliyyət proqramlarının təklif edilməsi.
3. Cəmiyyətdə maraq və məqsədlərin ümumiliyi əsasında vətəndaş həmrəyliyinə çalışmaq və onların sosial-siyasi cəhətdən maarifləndirilməsi.
4. Parlament seçkilərində iştirak və orada qanunvericilik təşəbbüsünün irəli sürülməsi.
Siyasi partiyaların fəaliyyətlərinin səmərəliliyi əsasən seçkilərin nəticələrinə görə müəyyənləşir , çünki bu zaman onların təbliğat və nüfuzlarının yoxlanılması üçün şərait yaranır.
1995-ci il 12 noyabr parlament seçkiləri zamanı majoritar qaydada deputat mandatı qazanan deputatların əksəriyyəti bitərəflər idi ki, bu da Azərbaycanda siyasi partiyaların bir o qədər də inkişaf etmədiklərinin və geniş elektorat toplaya bilmədiklərinin bariz nümunəsidir.
Bizim fikrimizcə, bunun bir səbəbi də ölkədə siyasi ideologiyaların tam müəyyənləşməməsi ilə əlaqədardır və seçici hansı ideologiyaya deyil, siyasi şəxslərə və fiqurlara daha artıq önəm verərək kimə səs verməsi haqqında düşünür.
5.Hakim partiyanın yeritdiyi siyasət partiya maraqlarını təmsil etdikləri təbəqələri təmin etmədiyi təqdirdə hakimiyyət strukturlarına etiraz etmək və təzyiq göstərmək .
Müxalifətdə olan partiyaların da mövqeləri fərqli olduğundan onları iki əsas qrupa bölmək olar:
1. Lberal və ya normal müxalifət.
2. Radikal müxalifət.
Birinci qrup müxalifətə Qərbi Avropa ölkələrində rast gəlinir. Onlar siyasi partiyaların seçkilərdəki nəticələrini tanıyır, lakin hakimiyyət strukturlarının fəaliyyətinə nəzarət edir, onun nöqsanlarını göstərməklə növbəti seçkilərə hazırlaşırlar.
İkinci radikal və ya “barışmaz” adlandırılan bu müxalifət seçkilərin nəticəsində qurulmuş hakimiyyət strukturlarını tanımır, iqtidar partiyasının bütün hərəkətlərinə “nihilist” münasibət bəsləyir.
6. Dövlət ilə vətəndaş cəmiyyəti arasında vasitəçilik funksiyasını həyata keçirir. Rus politoloqu D.Çijov “Rusiyanın siyasi partiyaları” kitabında bu funksiyanı geniş tədqiq edərək siyasi partiyaların siyasi sistemdəki rolunu onların ikili təbiəti ilə əlaqələndirir: “onlar eyni vaxtda vətəndaş cəmiyyətinin elementləri və dövlət mexanizminin tərkib hissəsi kimi çıxış edirlər.” (9,53 s.)
Digər rus alimi K.Xolodovski isə bu təhlili bir az da dəqiqləşdirərək qeyd edir ki, “partiyanın köklərinin qrup maraqlarının doğulduğu və formalaşdığı vətəndaş cəmiyyətinə gedib çıxması faktı və bununla belə özünün rəhbər instansiyalarının vasitəsi ilə dövlət hakimiyyət mexanizminə yüksəlməsi ona vətəndaş cəmiyyəti və dövlətin qarşılıqlı əlaqəsində unikal agent keyfiyyətini verir.” (9 , s. 63)
Akademik Ramiz Mehdiyev Azərbaycanda müxalifətin folmalaşması “təşəbbüsünün” həyata keçirilməsinin bir neçə tarixi aspekt və fazasını göstərmişdir:
Birincisi, milli müxalifət AXC–Müsavat iqtidarı dövründə ölkəni didib-dağıdan anarxist meyllərin ziddinə olaraq müəyyənləşməyə başlamış müxalifətdir. Alim 1992-ci il dekabr ayında yaradılan YAP-ı ölkə rəhbərliyinin qanunsuz hərəkətlərinə qarşı çıxan ilk müxalifət partiyası kimi qiymətləndirilir.
İkincisi, 1993-cü ilin oktyabrında Heydər Əliyevin hakimiyyətə gəlməsindən və Ə.Elçibəy öz komandası ilə siyasi səhnədən uzaqlaşandan sonra yaranan radikal müxalifət. “Ümummilli maraqların əslində olmaması və bunların şəxsi maraqlarla əvəzlənməsi müxalif əhval-ruhiyyəli siyasətçilərə hakimiyyət uğrunda mübarizənin proqram və yollarını dəqiq formalaşdırmağa imkan vermirdi. Siyasi mübarizənin son məqsədini yalnız və yalnız hakamiyyətə gəlməkdə görən müxalifət düşərgəsi mövcud iqtadarın simasında siyasi rəqib deyil, “düşmən” obrazı yaratmaq yolu tutdu ki, bu da siyasi meydanı sərt ziddiyyətlər və qarşıdurmalar məkanına çevirdi.” (4,s 415)
Üçüncü mərhələdə, Azərbaycan müxalifətinin institusional zəifliyi ona üçüncü dalğa cəmiyyətinin standartlarına uyğun gələn siyasi struktura transformasiya etməyə imkan vermədi. Bu mərhələdə müxalif qrupların 1995-ci ildən etibarən yaratdıqları bloklar və alyanslar müxalif qüvvələrin birliyi kimi təqdim edilsə də son nəticədə onların hamısının çəkişmələr və fikir ayrılılıqlarının mərkəzində olduqları kontekstində müxalifət müstəqil Azərbaycanın muxtar siyasi subyekti ola bilmədi.
Dördüncu, hakim elitanın timsalında düşmən obrazı yaradan müxalifət mövqeyini heç bir konkret fikirə əsaslandırmadan, fəaliyyətini ağına-bozuna baxmadan iqtidarı ittiham etmək üzərində qurdu.
Beşinci, müxalifət düşərgəsində xarizmatik şəxsiyyətin və aydın proqramın olmaması, milli siyasi səhnədə bu və ya digər siyasi qüvvələrin olmasına “ictimai sifarişin” inkar edilməsi müxtalifətin istər lokal, istərsə də milli miqyasda seçkilərdə məğlubiyyətinə səbəb olmuşdur.
Altıncı, milli müxalifət siyasi qüvvələrin ölkənin milli siyasət səhnəsində yetərincə təmsil edilmək üçün vacib olan başlıca atributunu formalaşdıra-özünün ictimai-siyasi zəruriliyini sübut edə bilmədi. Akademik R.Mehdiyev bu 15 il ərzində müxalifət düşərgəsində elə bir baxışlar sisteminin formalaşmadığını qeyd edir ki, bunun əsasında vahid müxalifətin mövcudluğundan danışmaq mümkün olsun.
Yeddinci, müxalifətin kompleksliliyi və dialoqa getmək qabiliyyətinin olmaması. Bu mərhələdə müxalifət liderlərinin dövrün reallıqlarını düzgün başa düşməmələri nəticəsində Azərbaycanın siyasi məkanında iqtidar və müxalifətin sivilizasiyalı rəqabəti sisteminə uğurla transformasiya edə bilmədi (4, s. 415-418).
Tarixçi alim S.Qəndilov da müxalifətin fəaliyyətini qənaətbəxş hesab etməyərəq qeyd edir ki, “müxalifət liderləri arasında nəzəri biliyi, praktiki təcrübəsi, dövlətçilik səriştəsi, idarəçilik qabiliyəti imkan verən elə bir şəxsiyyət yoxdur ki, o , dünyanın belə bir qarışıq və dolaşıq vaxtında, Azərbaycanın qarşısında çox böyük prodlemlər durduğu və onun dünya ilə belə geniş təmasda olduğu bir zamanda ölkəyə rəhbərlik edə biləcək səviyyədə olsun.” Tədqiqatçının fikrincə, dövrün tələbəlri ilə ayaqlaşmayan köhnə müxalifəti yeni, sivil mübarizə üsulları ilə fəaliyyət göstərən, yeni tərzdə düşünən, milli maraqları şəxsi maraqlardan üstün tutan demokratik müxalifət əvəz etməlidir(3, s.197).
Bütün bu funksiyaları ilə yanaşı cəmiyyətdə siyasi sabitliyin təmin edilməsi siyasi partiyanın ən vacib funksiyası hesab olunur. Bu da əsasən dövlət ilə vətəndaşlar arasında konsensus və kompromis vasitəsi ilə həyata keçirilir.
Siyasətçilər elmi tədqiqatlarında siyasi sabitliyin əsas göstəricisinin bu və ya digər cəmiyyətdə orta sinifin vəziyyəti ilə əlaqələndirirlər. Yəni orta sinifin geniş olduğu cəmiyyətlərdə siyasi sabitlik daha möhkəm olur. O, demokratik partiyaların yeritdikləri siyasəti dəstəkləyərək sol və sağ təmayüllü ekstremist qrupları marginallaşdırır, bu isə öz növbəsində sosial münaqişələrin neytrallaşdırılmasına səbəb olur.
Postsovet məkanında, o cümlədən Azərbaycanda baş verən transformasiya nəticəsində orta təbəqənin lümperləşməsi baş verdi. Son 5-6 ildə isə bu təbəqənin tədricən bərpası prosesi müşahidə olunur. Bu təbəqəni əsasən kiçik və orta bizneslə məşğul olan şəxslər və muasir Qərb təhsili almış gənclər təşkil edirlər.
Siyasi sabitlik terminindən ilk dəfə ingilis və amerikan siyasi elmində sistemdə baş verən dəyişiklikləriun təhlil edilməsi və onun funksiyalaşmasının optimal mexanizmlərinin axtarılması məqsədi ilə istifadə olunmuşdur.(8, 217).S.Lipset iki ölçüyə görə siyasi sistemləri biri-birilərindən fərqləndirməyi təklif edirdi ki, bunlar da hakimiyyətin legitimliyi və səmərəliliyidir. Məhz hakimiyyətin legitimliyi və səmərəliliyi cəmiyyətin siyasi sabitliyini təmin edən əsas şərtlərdir. Alimin fikrincə, əgər siyasi sistemdə bu ölçünün yalnız biri olarsa o, nisbətən sabit sistem kimi qiymətləndirilər ( 7.126).
Siyasi sabitliyin təmin edilməsi hər bir ölkənin ilk növbədə isə hakimiyyət strukturlarının qarşısında duran vacib məsələdir. Bir şeyi də qeyd etmək lazımdır ki, bu zaman hər hansı bir dövlətin spesifik xüsusiyyətləri, tarixən formalaşmış adət-ənənələri bu zaman həlledici rol ounayır.
Cəmiyyətin siyasi sabitliyinin səviyyəsi bir sıra amillərdən asılıdır:
-cəmiyyətdə konsensusun səviyyəsindən, Azərbaycan kontekstində bu Dağlıq Qarabağ probleminin həlli yolu ilə bağlıdır. Belə ki, müxtəlif təmayüllü siyasi partiyalar aralarında nə kimi ziddiyyətlərin olmasına baxmayaraq bu problemin həllində ümumi milli mənafedən çıxış etməli olurlar.
-hakimiyyət strukturlarının (qanunverici, icraedici və məhkəmə hakimiyyətinin) tam təmin edilməsindən.
- siyasi və iqtisadi sabitliyin qarşılıqlı surətdə əlaqəli olmasıdır. Bu sahələrin birində sabitliyin olması digər sahənin də sabitliyini təmin edir. Diqqət daha çox iqtisadi sabitliyin üzərində cəmləşir. Bu da onunla izah olunur ki, iqtisadi cəhətdən sabitlik olub, iqtisadi inkişafa nə qədər çox nail olunarsa cəmiyyət arasında yuxarıda qeyd etdiyimiz orta təbəqənin genişlənməsinə, bu isə öz növbəsində siyasi sabitliyə səbəb olar.
Cəmiyyətdə siyasi sabitliyin təmin edilməsi əsasən siyasi partiyaların vasitəsi ilə həyata keçirilir. Bunun məntiqi nəticəsi kimi qeyd etmək lazımdır ki, cəmiyyətdə siyasi partiyaların yeri və rolu onun cəmiyyətlə qarşılıqlı əlaqəsindən asılıdır. Bunu bir qədər geniş şərh etməyə çalışaq: bir tərəfdən siyasi partiya cəmiyyətin təsirinə məruz qalır, digər tərəfdən isə özü cəmiyyətə nüfuz edir və onun dəyişdirilməsini təmin edir.
Cəmiyyətin siyasi partiyalara təsir edən amillərini göstərmək olar: özünün maddi və mənəvi dəyərləri ilə; cəmiyyətdə hakim olan ictimai şüur və onun elementləri vasitəsi ilə; cəmiyyətin qruplara, millətlərə, kütlələrə bölgüsü ilə; öz siyasi və sosial fəaliyyət növü, hakim ideya və ona müvafiq təsisatlar vasitəsi ilə.
Bizim fikrimizcə, siyasi partiyaların cəmiyyətə etdiyi təsirə daha genişdir. Belə ki, onlar dövlətin daxili və xarici siyasətinin formalaşması və onun reallaşdırılması prosesində iştirak edirlər. Siyasi partiyalar bir tərəfdən qanunverici orqanunyaradıcılıq fəaliyyətinə təsir edirlər, digər tərəfdən isə hakimiyyət strukturlarının fəalyyətlərinə nəzarət edirlər.
2015-ci il noyabrın 1-də keçirilmiş parlament seçkilərində seçkilərlə əlaqədar olaraq MSK tərəfindən təqdim olunan elektron xidmətlər artıq MSK-nın 7 elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilmişdir.
Son dövrdə xidmətlərin təkmilləşdirilməsi işləri aparılır və yeni-yeni xidmətlər təqdim olunur. 2015-ci il oktyabr ayı ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 9-dan artıq elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.
Prezident seçkiləri ərəfəsində MSK-da informasiya kommunikasiya texnologiyaları tətbiqi bu sahədə sıçrayış oldu. Bu gün onun nəticəsidir ki, İKT daha geniş formada tətbiq olunmağa başlanıb. MSK-nın hazırda iki veb-saytı fəaliyyət göstərir və həmin saytlar tamamilə yenidən qurularaq funksional imkanları yaradılıb, elektron xidmətlər həmin saytlarda yerləşdirilib. Və paralel olaraq “Elektron hökumət” portalına 10 elektron xidmət inteqrasiya olunub.
Parlament seçkiləri ərəfəsində MSK-nın elektron xidmətlərindən istifadə sayı iki dəfə artıb. MSK-nın veb səhifələrinə bu il ərzində 95 min İP ünvandan 1 milyon 69 mindən çox baxış olub. MSK rəsmisinin sözlərinə görə, hazırda hər iki veb səhifə bütün istifadəçilərin ixtiyarına verilib.Seçki prosesində ən mühüm sənədlərdən biri seçici siyahılarıdır və təsadüfi hal deyil ki, ikiayda seçici siyahılarına 14 min İP-dən 74 min 442 baxış olub.
Seçki məntəqələrində veb-kameradan istifadə olunması təcrübəsi də dünyada reallaşdırılan və innovativ inkişafı qarşısına vəqsəd qoyan Azərbaycan Respublikasında da geniş tətbiq olunur.
Müxtəlif ölkələrdə seçki prosesində veb-kameralardan istifadə təcrübəsi olasa belə, ilk dəfə heç bir qeydiyyat tələb olunmadan birbaşa internet üzərindən, istənilən internet istifadəçisinə yaradılmış bu imkan, səsvermə günü seçki prosesi başlamazdan əvvəl səsvermə prosesi, səslərin hesablanması, seçki protokollarının doldurulması, nəticələrin müəyyənləşməsi, seçki məntəqəsində bütün işlərin başa çatmasına dək fasiləsiz onlayn rejimdə bütün məntəqələri izləmə imkanı yaradılıb.Əslində seçki məntəqələrinin 20 faizində yaradılmış bu imkan Azərbaycan seçki praktikasında özünü uğurlu göstərdiyi üçün 2008-ci ildən etibarən keçirilən bütün seçkilərdə bu praktika həyata keçirilir. Ölkəmizdə keçirilmiş Milli Məclis 2015 seçkiləri ilə bağlı bu istiqamətdə hazırlıq işləri elektron xidmətlərin siyahısı “Elektron hökumət” bülleteninə yerləşdirilmişdir .
"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur. Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron Hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır.
Beləliklə, siyasi partiyalar vətəndaş cəmiyyəti və dövlət arasında vasitəçilik funksiyası da daxil olmaqla bir sıra əsas funksiyalarını respublikada innovativ inkişafının ümumi tendensiyası çərçivısində reallaşdırırlar. Bunun bariz nümunəsi, 2015-ci il parlament seçkiləri ərəfəsində seçki kampaniyaların aparılması, həmçinin seçki prosesinin həyata keçirilməsində innovativ vasitələrdən istifadə edilməsidir.

ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI
2. Ramiz Mehdiyev. ZAMAN HAQQINDA DÜŞÜNƏRKƏN VƏ ELİTANI TRANSFORMASİYA EDƏRKƏN: VARİSLİK VƏ İNNOVASİYALILIQ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI, Məqalələr toplusu
3. Qəndilov S.T. Müstəqillik illərinin düşüncələri.Bakı, “Naksuna” nəşriyyatı, 2006, 500s.
4. Mehdiyev R. “Demokratiya yolunda: irs haqqında düşünərkən” , Bakı, 2008, “Şərq-Qərb”,791
5. Mirzəzadə A.B. Azərbaycan Respublikasında çoxpartiyalı sistemin 3formalaşması xüsusiyyətləri. Bakı, Azərnəşr,2001.267 səh.
6. Парсонс Т.Система современных обществ. М,1997.«Наука”, 2-ой том, с.270
7. Политология. Под ред. А.С. Тургаева, А.Е Хренова. – СПБ.: Питер, 2005, с. 350
8. М.А. Василик, В.А.Гуторов и др. Политология:— М.: Гардарики, 2005. — 583 с.
9. Чижов Д. В. Российские политические партии: между гражданским обществом. М., Издательство «Российская политическая энциклопедия» (РОССПЭН), 2008, , 221 с.
10. Хейвуд Э.Политология. М., «ЮНИТИ-ДАНА», 2005,525 с.

Açar sözləri: innovativ inkişaf, vətəndaş cəmiyyəti, siyasi sistem, çoxpartiyalı sistem

Ключевые слова: инновативное развитие, гражданское общество, политическая система, многопартийная система

Key words: innovative development, citizen society, political system, multi-party system

Резюме
Ульвия Ахверди
Политологический анализ функций и механизмов многопартийности в инновативном развитии Азербайджана
В данной статье рассматриваются тенденции функционирования и механизмы деятельности политических партий и их роль в инновативной рвзвитии Азербайджанской Республики . На большом теоретическом и фактическом материале исследуются инновативная государственная политика в области политических партий.

Summary
Ulviya Akhverdi
Political analysis of functions and mechanisms of multi-party system in the innovative development of Azerbaijan
In this article, activeness and working systems of political parties in the innovative growth and there roles of republic of Azerbaijan are researched. In the base of teorethic and factic materials and in the area of political parties, innovative politics of the government is discussed.

 

Ülviyyə Haqverdi
Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017


Etiket:

Strategiya.az

Xəbərlər
18.01.2020

20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi

17.01.2020

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

17.01.2020

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb

16.01.2020

Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

16.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16.01.2020

Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

16.01.2020

QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb

10.01.2020

Ağsu dolaylarında sürüşmə aktivləşdi - VİDEO

10.01.2020

Sabahın havası: Duman, çiskin, yağış

10.01.2020

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır - Tarix açıqlandı

10.01.2020

Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanılıb - Əmisi danışdı

10.01.2020

KİV: Gürcüstanın Baş Naziri dəyişə bilər

10.01.2020

İrandan gələn Azərbaycan vətəndaşında beşbarmaq və narkotik aşkarlandı

10.01.2020

Valverde istefaya göndərilir? – “Barselona” rəhbərliyindən açıqlama

10.01.2020

Vaşinqtonda ABŞ bayrağını tərs tutaraq küçələrə çıxdılar - SƏBƏB

10.01.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və müavinləri vətəndaşlarla görüşəcək

10.01.2020

İran Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı iddiaları təkzib edib

10.01.2020

Qızıl fond - Elza İbrahimova

10.01.2020

Daxili İşlər nazirindən yeni TƏYİNAT

10.01.2020

Polşadan Azərbaycana diri quş və quş məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

10.01.2020

"Azeri Light" nefti ucuzlaşıb

10.01.2020

İran ABŞ-ı təyyarə qəzasını araşdırmağa dəvət etdi

10.01.2020

Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

10.01.2020

ETSN: Badamdar sürüşmə sahəsindəki çatlarda gözlə görünən artımlar müşahidə olunur

10.01.2020

Deputatlığa namizədlər üçün SON gün

10.01.2020

Azərbaycan əsilli - Gəncəli Türkiyə alimi Abdülbaki Gölpinarlı - (12.01.1900-25.10.1982)

10.01.2020

Atəşkəs rejimi 22 dəfə pozulub

10.01.2020

ABŞ-ı 2040-cı ilə qədər “Tramp klanı” idarə edəcək - Jirinovski

10.01.2020

DİM doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib

10.01.2020

Yanvarın 10-da xarici valyutaların manata qarşı məzənnələri

10.01.2020

Lavrov ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini beynəlxalq hüquqa zidd adlandırıb

10.01.2020

Kanadanın baş naziri: İran istəmədən Ukrayna təyyarəsini vurub

10.01.2020

Xarici siyasət: Azərbaycan yeni mərhələdə

10.01.2020

Dünya bazarlarında neft ucuzlaşıb

10.01.2020

"Atletiko" "Barselona"ya qalib gəldi - "Real"a rəqib oldu

10.01.2020

 Ramiz Hüseynov işdən qovuldu - VİDEO

10.01.2020

Böyük Britaniya Parlamenti Brexit sazişini təsdiqləyib

10.01.2020

"Qalatasaray" 23 yaşlı futbolçunu TRANSFER ETDİ

10.01.2020

İrandan dünyanı ŞOKA SALAN AÇIQLAMA - Hədəf amerikalı hərbçilər olmayıb

10.01.2020

Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanılıb

10.01.2020

Sabirabadda 2 ədəd əl qumbarası aşkar edilib

10.01.2020

İkimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər tüstüdən boğularaq ölüb

09.01.2020

Rəşadət Babayev işdən çıxarılıb

09.01.2020

Leyla Abdullayeva: Azərbaycan tərəfi Avropa Parlamentinə dəvət ünvanlamayıb ki, o da bu dəvətdən imtina etsin

09.01.2020

AMEA-da yeni kadr təyinatları: Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib

09.01.2020

Baş prokuror: Tovuzdakı azyaşlının öldürülməsi dövlət başçısının xüsusi nəzarətindədir

09.01.2020

Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən...

09.01.2020

Heydər Əliyev Fondunun dəstəyi ilə Oqtay Gulalıyev yenidən əməliyyat olunacaq

09.01.2020

Mövlud Çavuşoğlu: Türkiyə İraqın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir

09.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı