Təhsil mentaliteti metodoloji paradiqma kimi

13:00 / 03.11.2017

Təhsil müəyyən cəmiyyətin mədəniyyətinin, onun sosiomədəni sisteminin bir hissəsidir. Məhz buna görə də təhsilin hərtərəfli öyrənilməsi tədqiqatçıdan psixoloji metoddan yararlanmağı tələb edir. Bu zaman biz konkret cəmiyyətin psixoloji həyat tərzi kimi “mentalitet” adlanan bir hadisə ilə üzləşmiş oluruq. Bu kontekstdə təhsil dünyasının başqa bir hadisəsinə təhsil mentalitetinə müraciət etmək məqsədə müvafiq olar. Doğrudan da, təhsilə yalnız rasionallıq nöqteyi-nəzərdən yanaşmış olsaq, o, qapalı qalmış olacaq. Rasionallıq nöqteyi-nəzərdən Qərbdə mütərəqqi rol oynamış liberal təhsil ideyalarının müasir Azərbaycanda səmərəliliyi elə də yüksək deyil. Bu, bir daha sübut edir ki, təhsil ideyalarını təhlil edərkən empirik ölçülə bilən sahələrin hüdudlarından kənara çıxıb irrasional, intuitiv sahəyə daxil olub “təhsil mentaliteti” anlayışına müraciət etmək lazım gəlir. “Mentalitet” anlayışı ədəbiyyatda geniş şərh olunub. Bizim vəzifəmiz bu anlayışa verilən çoxlu sayda təriflərin təhlili əsasında onun ən mühüm əlamətlərini üzə çıxarmaq, onların məzmununu açıqlamaq və bu cəhətlərin sintezi əsasında “təhsil mentaliteti” anlayşını ifadə etməkdir. “Mentalitet” anlayışına verilən təriflərin hərtərəfli və kompleks təhlili bizə ilk olaraq belə bir nəticəyə gəlməyə əsas verir ki, mentalitet kollektiv təhtəl şüurla, mentalitet daşıyıcısı olan subyektdə kənar təsirlərə müəyyən reaksiyaları doğuran və bir növ emosional-psixi kod kimi spontan olaraq təsir göstərən milli xarakterlə bağlıdır. İctimai şüurun dərin qatında olan və təhsilin təkamül mərhələlərinin təhsil “arxetiplərini” özündə birləşdirən təhsil mentaliteti bir növ təhsilin mənəvi-psixoloji invariantı, “təhsilin ruhudur”. Bizi maraqlandıran ikinci məsələ mentalitetin davamlılığı və ya dəyişkənliyi məsələsidir. F.Brodelin əsərlərindən etibarən belə bir ənənə qərarlaşımışdır ki, mentalitetin bəzi elementləri saysız-hesabsız nəsillər üçün, uzun zamanda dəyişməz qalır. Belə ki, F.Brodelə görə, mentalitetin bəzi elementləri saysız-hesabsız nəsillər üçün davamlı olur: onlar tarixin yolunu kəsir, onun axarına maneə yaradır və mane olmaqla, onu yaradır”[4,s13-14]. Bu, o deməkdir ki, bu və ya digər xalqın payına düşən sosial kataklizmlərə baxmayaraq, onun mentaliteti özünün əsas cəhətlərini qoruyub saxlayır. Məhz mentallıq insanlara öz cəmiyyətinin inkişafında varisliyi dərk etməyə imkan verir. Və məhz biliklərin, ənənələrin, dəyərlərin ötürülməsini təmin edən təhsil bir sosial təsisat olaraq müəyyən mentalitetin zamanda mövcudluğunu təmin edir.
Bu iki müddəadan çıxış edərək, “təhsil mentaliteti” anlayışının təhlilinə keçid edək. Qərarlaşmış elmi ənənə (“siyasi mentalitet”, “hüquqi mentalitet”,“peşə mentaliteti” və s. bu kimi anlayışların meydana gəlməsi) filosofları və təhsilşünasları elmi dövriyyəyə “təhsil mentaliteti” anlayışını daxil etməyə təhrik edir.Təhsil mentalitetinin öyrənilməsi təhsilşünaslıqda konkret cəmiyyətin təhsilinin identifikasiyası ilə sıx bağlı olan əlavə bir istiqamət kimi nəzərdən keçirilə bilər. Burada təhsil mentaliteti metodoloji paradiqma kimi çıxış edir. O, konkret cəmiyyətin təhsil tarixinin bəzən hətta ideoloji olaraq bir-birinə qarşı-qarşıya duran müxtəlif mərhələlərini vahid bir tama gətirmək imkanı verir. Ölkəmizin ictimai elmlərində“mentalitet” anlayışı az-çox öyrənilmişdirsə, təhsil mentaliteti nəzəriyyəsi ümumiyyətlə yoxdur. Bu isə Azərbaycanın təhsilinin reallıqlarına varmaq imkanı vermir. Nəticədə cəmiyyətin təhsil dəyərləri ilə dövlətin təhsil dəyərləri bir-biri ilə üst-üstə düşməyə də bilir. Çox vaxt dövlət yalnız təhsil prioritetlərini bəyan edir, halbuki cəmiyyət onu bu prioritetləri dəyişməyə də məcbur edə bilir. Deməli, təhsil cəmiyyətə insanların təkcə intellektual deyil, psixoloji xüsusiyyətləri ilə də təsir göstərə bilir.
Təhsil mentalitetində təhsilin ideyaları öz əksini tapır. Deməli, konkret cəmiyyətin sosiomədəni reallığının vahid kulturoloji əsası var. Onun tərkib hissələri bir-biri ilə qarşılıqlı bağlı olub bir-birini qarşılıqlı tamamlayır.Təhsilə bu müstəvidə yanaşdıqda, təhsil sistemlərinin rəngarəngliyini də anlamaq mümkün olur. Təhsilin cəmiyyətin mədəni-tarixi xüsusiyyətlərindən asılılığı onun məzmununun və cəmiyyətdə təzahür formalarının müxtəlifliyini də izah edir. Burada biz aşağıdakı mühüm nəticəyə gəlmiş oluruq: heç bir təhsil sistemi digərlərindən daha səmərəli və ya daha mütərəqqi hesab oluna bilməz, çünki təhsilin forması müəyyən cəmiyyətdə baş verən obyektiv-subyektiv proseslərlə şərtlənir və cəmiyyətin digər sahələri ilə ziddiyyətə girə bilməz. Buna görə də bir xalq üçün səmərəli olan addım başqa xalq üçün faciəvi ola bilər.
Bu kontekstdə son illər ədəbiyyatda geniş yayılmış bir müddəaya diqqəti çəkmək istərdik. Həmin müddəaya görə, istənilən cəmiyyətin təhsil sistemi bir cəmiyyəti digər cəmiyyətdən, bir xalqı digər xalqdan fərqləndirən indikator kimi çıxış edən mədəni irsin ayrılmaz tərkib hissəsidir. Tədricən belə bir fikir qərarlaşmışdır ki, tarixən təşəkkül tapmış təhsil sistemi və xüsusən də təhsil sosiomədəni fenomenlər kimi fəaliyyət göstərir və məzmunu islahatlar zamanı nəzərə alınan (və alınmalı olan) ən mühüm amillərdəndir. Təsadüfi deyil ki, tədqiqatçılar son zamanlar “mədəni-təhsil məkanı” anlayışını işlədir, bununla da təhsili mənəvi-mədəni proses kimi nəzərdən keçirirlər [3].
Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununda Azərbaycan təhsilinin tarixən təşəkkül tapmış sosiomədəni reallığa, mənəvi dəyər və ideallara uyğun gələn prinsiplər öz əksini tapmışdır. Azərbaycan Respbulikasının “Təhsil haqqında” Qanununun “Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri” adlann 3-cü maddəsində Azərbaycan ərazisində təhsil məkanının formalaşdırılması prinsiplərindən (humanistlik, demоkratiklik bərabərlik, millilik və dünyəvilik, keyfiyyətlilik və b.) bəhs edilir [1]. Bu qanuna görə, məhz bu prinsiplər Azərbaycan təhsilini həqiqətən də informasiya dövründə rəqabətə qabil edəcəkdir.Şübhəsiz, bu və bir çox digər prinsiplər təhsil sahəsində qanunvericiliyin formalaşdırılması zamanı böyük əhəmiyyət kəsb edir, çünki onlar təhsil ideyalarına uyğundur, daha dəqiq desək, dünya birliyində obyektiv mövcud olan təhsil prinsiplərinə uyğun olan dəyər və ideyaları əks etdirir, bir qayda olaraq ümumiləşdirilmiş şəkildə ifadə edilir və fərqli sosiomədəni reallıqlarda ümumən eynidir.
Amma bizim əsas vəzifəmiz Azərbaycanın təhsil ideyalarında təhsili bizim cəmiyyətdə legitim edən, Azərbaycan xalqının təhsil sistemini digər xalqın təhsil sistemindən fərqləndirən cəhətləri üzə çıxarmaqdır. Burada bir məqamı qeyd etmək istərdik.Təhsil ideyalarının nəzəri ümumiləşdirmə səviyyəsi heç də həmişə qanunvericiyə bu sosiomədəni reallığa uyğun gələn qanunları yaratmağa imkan vermir. Belə olduqda, qanun “işləmir”. Bu, məsələn, Azərbaycan şəraitində Azərbaycanın milli-mədəni dəyərlərini nəzərə almayan və bu səbəbdən də səmərəliliyi o qədər də yüksək olmayan Avropa təhsil standartlarının tətbiq edilməsində özünü büruzə verir. Bu gün Azərbaycan təhsilinin inkişafı demək olar ki, tam olaraq Avropa mədəni kontekstində gedir ki, bu da faktiki olaraq təhsilin konkret milli-mənəvi mədəniyyət sferasından aralanmasına səbəb olur. Qərbin təhsil modeli, təhsilə Qərb yanaşması sırf müasir cəmiyyətin praktiki tələbatlarına söykənir və tətbiqi mütəxəssis hazırlığını hədəf götürür. Təlimin səviyyəvi cəhəti təlimin ixtisas təhsilinə vurğu edən praktiki yönümlülüyündədir. Azərbaycanda isə bundan fərqli ənənələr qərarlaşmışdır.
Biz sözlə, “təhsil mentaliteti” adlanan hadisə, təhsilin milli xarakteri tamamilə unudulur. Təhsil mentalitetini araşdırmadan müəyyən xalqın sosiomədəni reallığının bir elementi olan təhsilin dərin irrasional təbiətini dərk etmək mümkün deyil. Qısa müddət ərzində mentaliteti dəyişmək çətindirsə, bu və ya digər cəmiyyətə yad olan yenilikləri tətbiq etmək ondan da çətindir. Buna görə də hazırda Azərbaycanın təhsil ənənələri kəskin böhran yaşayır və onların gələcək perspektivləri tam aydın deyil. Deyilənləri ödənişsiz təhsil sisteminin dağılması, bundan da təhsil sisteminin birinci subyektinin, yəni şagird və tələblərin əziyyət çəkməsi, eyni zamanda əmək haqqının azlığından təhsil sisteminin ikinci subyektinin - pedaqoqların da əziyyət çəkməsi, təhsil müəssisələrində, ilk növbədə orta məktəblərdə yüksək ixtisaslı müəllimlərin çatışmaması, biliklərin keyfiyyətinin kəskin dərəcədə aşağı düşməsi sübut edir.
Ayrı-ayrı ali məktəblərin rektorları səviyyəsində Avropaya inteqrasiya prosesinə qarşı müqavimət izlənilir. Bu prosesin əleyhinə olan ayrı-ayrı alimlər də vardır ki, onları da qane etməyən dəyişikliklərin ənənəvi müəllim anlamından imtina edilməsi və prosesin məqsədlərinin tam aydın olmamasıdır. Azərbaycanın Təhsil Nazirliyi tərəfindən pedaqoji ictimaiyyət qarşısında qoyulan vəzifələr,tətbiq edilən texnologiyalar (elektron təlim texnologiyaları, distant təlim və s.) təhsildə cərəyan edən qlobal tendensiyalara zidd deyil. Lakin onlar inzibati işçilərdə, habelə pedaqoq və valideynlərdə çoxlu sayda suallar doğurur.Təhsil sistemində yeni dəyərləri irəlilətmək niyyəti ilə ictimaiyyətin bu dəyərləri qəbul etməyə hazır olması arasında ziddiyyətlər açıq-aşkar özünü büruzə verməkdədir. Buna görə də hesab edirik ki, Qərb təhsil ənənələrini geniş şəkildə tətbiq edən Azərbaycan təhsili konseptual, nəzəri-metodoloji böhran dövrünü yaşayır. Avropa rasionalzimi Azərbaycan təhsilinin əzəldən irrasional mənəvi başlanğıca yönəlişliyi ilə ziddiyyətə girir. Azərbaycanın sivilizasiya spesifikliyi onun təhsil sisteminə Qərbi Avropada təşəkkül tapmış prinsipləri mexaniki olaraq köçürmək imkanı vermir. Avropa dövlətlərinin özü də Boloniya prosesində öz mövqelərini ardıcıl şəkildə müdafiə edir, nəyi isə qəbul edir, nəyi isə qəbul etmirlər. Fikrmizi Prezidentin söylədiyi aşağıdakı tezisə tam müvafiqdir: “Kortəbii şəkildə orada nə var, gəlin bunu Azərbaycanda da edək - bunu etmək olmaz. Orada bəzi şeylər var ki, onların bizə heç bir xeyri olmayacaqdır.Amma müsbət nə varsa, biz onu gətirməliyik, tətbiq etməliyik”[2]. Bir daha qeyd etmək istərdik ki, Avropa özü də homogen deyil və burada konkret ölkələrdəki tarixi şəraitdən, sosio-mədəni reallıqlardan asılı olaraq təhsildə onun əsas elementləri arasında əlaqələr müxtəlifdir.Bu, hətta ümumi tarixi kökləri olan sivilizasiyaların belə plürallığına olmasına işarə edir. Misal üçün Böyük Britaniyanı göstərək. İngilis konservatizmini hətta plürallıqla səciyyələnən qloballaşma, informasiya dövrü belə aradan qaldıra bilmədi. Konservatizm qalib gəldi. Maraqlıdır ki, Avropa Birliyindən çıxmağın lehinə səs verənlər arasında gənc, tələbə seçicilərinin payı yüksək idi.
Azərbaycanın Avropada gedən inteqrasiya proseslərində iştirakını dialektik prinsip vasitəsilə reallaşdırmaq lazımdır, yəni köhnə məhv edilməklə deyil, varislik gözlənilməklə inkar edilməlidir. Belə strategiyanı həyata keçirərkən hazır sxemlərdən uzaq olmaq lazımdır, çünki Azərbaycan ali məktəblərinin nəhəng elmi-təhsil potensialı, ölkəmizin və dünya təhslinin keçmişdə toplanmış ən gözəl ənənələrinə köklənən öz xüsusi maraqlı və çoxplanlı iş təcrübəsi var.
Sivilizasiyaların plüralizmindən çıxış etməklə bir daha qeyd etmək lazımdır ki, təhsil sahəsi universal təhsil dəyərlərinin və ideyalarının olmamasından xəbər verir. Eyni sözlər, terminlər, anlayışlar işlədilsə də, konkret hər bir mədəniyyətdə onların məzmunu müxtəlif dəyərlərlə şərtlənir. Deyilənlər onu iddia etməyə imkan verir ki, təhsil sisteminin modifikasiyası zamanı bu cəmiyyətin və xalqın tarixi inkişaf xüsusiyyətlərindən çıxış etmək həm zəruri, həm də məqsədə müvafiqdir. Bu, Azərbaycan təhsil sistemində aparılan islahatlara da aiddir. Təhsil islahatçılarımız nəzərə almalıdırlar ki, bu və ya digər sosiomədəni reallıqda daha optimal olan təhsil obrazı məhz “təhsil mentaliteti” anlayşında öz ifadəsini tapır. Bu obraz təhsilin formasında özünün adekvat ifadəsini tapa da bilər, tapmaya da bilər. Buna görə də təhsil islahatçılarımız təhsilin ruhunu tuta bilməlidir. Təhsilin ruhunu tutma prosesi də elə məhz təhsil mentalitetinin dərki prosesidir. Bu, onların qəbul etdiyi qərarları əsaslandırılmış edər, eyni zamanda insanlar tərəfindən də bəyənilməsini təmin edər. Qərb təhsil sistemi üçün klassik olan ideyaların (məsələn, fərdiçilik, şəxsiyyətin muxtarlığı və s.) Azərbaycanın təhsil gerçəkliyinə adaptasiya etdirmədən tətbiq edilməsi neqativ nəticələrə səbəb ola bilər. Azərbaycanı təhsil sistemi yalnız Azərbaycanın təhsil mentaliteti zəminində qurulmalıdır.
Bir sözlə, Azərbaycanın təhsil mentalitetini sistemli şəkildə öyrənmək zərurəti yaranmışdır. Onu bəsit bir hadisə kimi inkar etmək yox, təhlil edib yeni-yeni cəhətlərini kəşf etmək lazımdır.
Azərbaycan təhsilinin konseptual, nəzəri-metodoloji böhrandan çıxışı yolunda köməyə ilk növbədə təhsil fəlsəfəsi gəlməlidir.Bu isə o deməkdir ki,təhsil fəlsəfəsində, təhsilşünaslıqda konseptual-nəzəri işləmələrə yüksək tələblər irəli sürülür. Adekvat ideya-nəzəri əsasları olmadan təhsil cəmiyyətdə baş verən proseslərdən geri qalmağa başlayır və artıq öz funksiyalarının, ilk növbədə adaptiv funksiyasının öhdəsindən gələ bilmir.
Təhsil fəlsəfəsindən başqa, Azərbaycanın təhsil mentalitetinin durumunu öyrənmək üçün sosioloji, psixoloji tədqiqatların nəticələrindən da yararlanmaq faydalı olar.
Bu tədqiqatlara söykənməklə və Avropa İttifaqının tələbləri nəzərə alınmaqla ölkə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müəyyən strategiya işlənməli, strategiyanın da konseptual müddəalarından biri inteqrasiya prosesində Azərbaycan mədəniyyətinin xüsusiyyətlərinin nəzərə alınması haqqında tezis olmalıdır. Buradan belə bir nəticə hasil olur ki, Boloniya prosesinin həyata keçirilməsinin təməl prinsiplərindən biri varislik prinsipi olmalıdır. Axı təhsil sadəcə bir sahə olmayıb milli mədəniyyətin bir hissəsidir, özü də ounu sistemyaradan bir hissəsidir. Azərbaycan təhsilinin modernləşdirirlməsi dialektik prinsip əsasında həyata keçirilməlidir: köhnənin yeni tərəfindən onu məhv etməklə yox, varisliyi qoruyub saxlamaqla inkar edilməlidir. Azərbaycan sivilizasiyaların kəsişdiyi yerdə yerləşdiyindən, burada təhsilin modernləşdirilməsində hər iki sivilizsiyaya xas olan müsbət dəyərləri əlaqələndirmək zəruridir. Cəmiyyətin mental dəyərlərini lazımi səviyyədə dəstəkləməklə təhsil onların gələcəkdə daha da zənginləşməsinə və inkişafına zəmanət verir.


ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu. Bakı,”Bakı Çap Evi”,2012, 64s.
2. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında nitqindən, 22 oktyabr 2007-ci il.
3. Столяренко, А.М. Психология и педагогика: учеб. пособие для студентов вузов /А.М. Столяренко. - 2-е изд., перераб. и доп. - М.: ЮНИТИ-ДАНА, 2006. 544 c.
4. Филд Д. История менталитета в зарубежной исторической литературе // Менталитет и аграрное развитие России (XIX-XX вв.): материалы междунар. конф. (Москва, 14-15 июня 1994 г.). М, 1996. С. 7-22.
5.Nəzərov M, Babayeva A. Mədəniyyət və təhsilin ümumi əsasları. Dərs vəsaiti. Bakı - Mütərcum – 2016. 200s.

Açar sözlər: təhsil, mentalitet, təhsil mentaliteti, mədəniyyət, sivilizasiya, dəyərlər, ideyalar.

Ключевые слова: образование, менталитет, образовательный менталитет, культура, цивилизация, ценности, идеи.

Keywords: education, mentality, mentality, education, culture, civilization, values, ideas


Резюме
Автор, исходя из взаимосвязи образования и культуры, подходит в статье к образованию с психологической точки зрения и обосновывает мысль о том, что одним из факторов, оказывающих влияние на образование как целостный культурный феномен, является менталитет. Подчеркивается, что при анализе идей образования необходимо выйти за пределы эмпирических измерений и войти в иррациональную сферу, обратиться к понятию «образовательный менталитет». Автор подчеркивает, что без изучения образовательного менталитета невозможно понять глубокую иррациональную природу образования как социокультурной реальности определенного народа. Образование функционирует как социокультурный феномен и его содержание должно быть учтено при реформах.

Summary
The author, on the basis of the relationship between education and culture, suitable article at education from a psychological point of view and substantiates the idea that one of the factors that affect education as a holistic cultural phenomenon, is the mentality. It is emphasized that the analysis of the ideas of education need to go beyond empirical measurement and enter in the irrational sphere, to refer to the concept of "educational mentality." The author emphasizes that without studying the educational mentality is impossible to understand the deep irrational nature of education as a social and cultural reality of a people. Education functions as a social and cultural phenomenon and its contents must be taken into account in the reforms.

 

Müslüm Nəzərov
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent


"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM