ŞƏXSİYYƏTLƏRARASI ÜNSİYYƏTİN PSİXOLİNQVİSTİK MƏSƏLƏLƏRİ

09:00 / 09.12.2017

İnsanların birgə yaşayışı, birgə fəaliyyəti prossesi daima ünsiyyətlə müşayət olunur. Təcrübə göstərir ki, şəxsiyyətlərarası ünsiyyətin xüsusiyyətləri, onun strukturu və s. məsəiələr bir sıra psixolinqvistik əsaslara malikdir. Bir çox halarda ünsiyyət prossesi psixolinqvistik konfliktlərlə müşayət olunur və qarşılıqlı münasibətə neqativ təsir, göstərir. Bu baxımdan psixolinqvistik konfliktlərin mahiyyəti və təzahür xüsusiyyətlərinin aşkara çıxarılması mühüm praktik əhəmiyyət kəsb edir.
Şəxsiyyətlərarası ünsiyyət zamanı nitq janrlarının yeri və təsiri də psixolinqvistik baxımdan diqqəti cəlb edir.
Şəxsiyyətlərarası ünsiyyətin psixolinqvistik məsələlərini aşkara çıxarmaq şəxsiyyətlərarası ünsiyyətin təşkilini idarə etməyə, baş verə biləcək konfliktlərin, uyğunsuzluqların aradan qaldırılmasına köməklik göstərə bilər.

Şəxsiyyətlərarası ünsiyyət və onun strukturu.
Ünsiyyət insanlar arasında mürəkkəb qarşılıqlı əlaqə prosesi olub, özündə informasiya mübadiləsi, həmçinin tərəf müqabillərinin bir birini anlaması, qəbul etməsini birləşdirir. Ünsiyyətin subyektləri canlılar, insanlardır. Ümumiyyətlə, ünsiyyət istənilən canlı varlıq üçün xarakterikdir, lakin yalnız insan səviyyəsində ünsiyyət prosesi verbal və qeyri verbal aktlarla əlaqəli, dərkedilən olur.
İnformasiya verən insan kommunikator, alan isə resipient adlanır. Ünsiyyətdə aşağıdakı aspektləri ayırmaq olar: məzmun, məqsəd və üsul.
Ünsiyyət probleminə marağın kökləri uzaq keçmişə gedir.Ünsiyyət, insanlar arasında qarşılıqlı ünsiyyət, həmçinin digər insanlarla əlaqə zamanı insanın qarşısına çıxan suallar, həmişə diqqəti özünə cəlb etmişdir.Psixoloq və sosioloq M.M. Baxtin yazır ki, «İnsanlar həqiqi dostluğun varlığını nadir bir şey hesab edirlər». (2,78) Bunun əsasını keçmişlə bağlayırlar.Bu əslində əsl dostluq həsrətidir.Səmimi götürülsə də ünsiyyət şişirdilmiş qəbul edilir. Axı bizim dövrdə insanların həqiqi dostluğuna, onların səmimiliyinə və dost yolunda canından keçməsinə çox rast gəlinir. Lakin indi də yaxın adamlara, sənət yoldaşlarına dostluq münasibətləri hiss edən adam tapmaq çətin deyildir.

Nitq insanlar arasında dil vasitəsilə ünsiyyət prosesi kimi
Nitq insanlar arasında ünsiyyət üsulu olub, subyektin sosial cəmiyyətə daxil olmasını şərtləndirir.Məhz nitq vasitəsilə ana körpə ilə ilk əlaqəyə girir, uşaq qruplarında sosial davranışın əsasları qoyulur və ən nəhayət məhz nitq və dil vasitəsilə müəyyən dərəcədə mədəni adət və ənənələr bizim düşüncə tərzimizə, fəaliyyətimizə təsir edir.
Nitq - insanın müxtəliv həyati problemlərinə öz münasibətini şüurlu arqumentlərlə bildirmək üçün əl atdığı vacib vasitədir. Belə ki, bu nitqin ikinci dərəcəli funksiyasıdır: çox az adam məntiqi düşünür, lakin nitq vasitəsilə öz düşüncələrini ifadə edir. Bir çoxları üçün nitq informasiya ötürmək üsulu, canlı mövcudiyyət və daxili vəziyyət barədə fikirləşmək və ya sadəcə olaraq söhbətdən həzz almaq məqsədi daşıyır.
Nitqin funksiyaları. Tətqiqatçılar nitqin üç əsas funksiyasını ayırırlar: kommunikativ, tənzimedici, proqramlaşdırıcı.
Birinci funksiyanı nəzərdən keçirək.Kommunikativ funksiya insanlar arasında dil vasitəsilə ünsiyyəti təmin edir.
Dil - söz işarələri sistemi olub, insanlar arasında ünsiyyətin həyata keçirilməsi vasitəsidir.
Nitq - insanların ünsiyyət məqsədilə dildən istifadəsi prossesidir.
İnsanlar cəmiyyətdə yaşayır və yaşayacaqlar.Cəmiyyət həyatı və əmək insanları daima ünsiyyətdə olmaq və bir-birilə əlaqədə olmağa vadar edir.
Ünsiyyət məfhumu adı altında bir fərddən digərinə hər hansı məlumatın ötürülməsi başa düşülməməlidir. K. Marks demişdir: «Kommunikasiya insanların cəmiyyətdə yalnız qarşılıqlı fəaliyyəti deyil, hər şeydən əvvəl insanların cəmiyyət üzvləri - «cəmiyyət fərdləri» kimi qarşılıqlı fəaliyyətidir.»İbtidai insan kollektivi üçün bu fikri belə açmaq olar.Nitq, yalnız əmək zamanı ünsiyyət deyil, həçinin əmək üçün ünsiyyətdir.Bir sözlə nitq cəmiyyətin, sosial qrupun birgə fəaliyyəti və həyatı üçün deyil, bu fəaliyyətin təşkil edilməsi üsullarından biridir.Nitq mahiyyətcə nə fərdin işi, nə də ayrı dil daşıyıcılarının işi deyil, o hər şeydən əvvəl cəmiyyətin xüsusi dil daşıyıcıları vasitəsilə həyata keçirilən daxili aktivliyidir.
Söz vasitəsilə insan əşya və ətraf aləm haqqında başqa heç bir vasitə olmadan bilik əldə edir. Söz simvolları sistemi insanın ətraf mühitə öyrəşməsi, təbiət və sosial həyata bələdçilik bacarığını artırır.İnsan oğlu tərəfindən toplanmış, şifahi və yazılı nitq vasitəsilə fiksə edilmiş biliyin köməyi ilə insan keçmiş və gələcəklə əlaqəyə girir.
Dil özündə işarələr sistemi və onların yaradılması qaydalarını əks etdirir.İnsan dili həyat fəaliyyəti zamanı qazanır.Onun hansı dili doğma qəbul etməsi yaşadığı mühit və tərbiyə şəraitindən asılıdır.Dilin qəbul edilməsi üçün kritik dövr mövcuddur.On yaşdan sonra nitq mərkəzinin qurulması üçün vacib olan neyron şəbəkəsinin inkişaf qabiliyyəti itir.Mauqli nitq funksiyalarının itməsinə bədii nümunədir.İnsan çox dilə yiyələnə bilər.Bu o deməkdir ki, o, şifahi və yazılı olaraq bir obyekti müxtəlif simvollarla adlandırmaq qabiliyyətindən istifadə edir.İkinci və digər dillərin öyrənilməsində ana dilinin öyrənilməsi zamanı yaranan əsəb şəbəkəsindən istifadə edilir.Hal-hazırda 2500-dən çox inkişaf edən dil var.
Dil biliyi nəsildən nəsilə verilmir, lakin insanda nitq vasitəsilə ünsiyyət və dilə yiyələnmə üçün genetik zəmin mövcuddur.Onlar mərkəzi əsəb sistemi ilə bərabər nitq aparatı, qırtlaqda yerləşib. Ambidekslər - yarımkürənin funksional asimmetriyası az ifadə olunmuş şəxslərdir ki, bu səbəbdən də onlar daha inkişaf etmiş dil qabiliyyətinə malik olurlar.

Psixolinqvistik konfliktin mahiyyəti və təzahür xüsusiyyətləri.
Elmin hüquqi aspektinə müraciət problemin nəzəri və praktik əhəmiyyəti ilə şərtlənir. Bu iki elmin- hüquqşünaslıq və dilçilik elmlərinin nəaliiyətidir. Bu isə özünü insanların qarşılıqlı fəaliyyəti, onların əlaqəsindən-onların məqsədiəri, fikirləri, maraqları, nəzər nöqtələrindən doğan mübahisələrdə özünü göstərir. «Konflikt» anlamı bir çox elmlərin- sosiologiya, psixologiya, pedoqogika, hüquqşünaslıq, dilçilik kimi elmlərin öyrənmə obyekinə çevrilmişdir, beləki anlaşılmazlıq və münaqişə demək olar ki, insan həyatının bütün sahələrində sənət, şəxsi, məişətdə meydana çıxır. Konflikt dedikdə (conflictus - latın dilində qarşıdurma, münaqişə) aşağıdakı vəziyyətləri başa düşürük:
1. münaqişə
2. iki tərəf (konflikt iştirakçıları)
3. maraq, məqsəd, baxış ayrılığı
Konflikt kommunikativ əlaqə bazasında törəyə bilər. Mövqeyin ziddiyjəti və ya fikri fəaliyyət başlayan münaqişənin elementi ola bilməz. Həmçinin bir iştirakçının fəaliiyəti konflikt demək deyildir. N.Q. Komlevə görə, konflikt iki halda baş verir: ünsiyyətdə olanların strateji və taktik tam qarşılıqlı əməkdaşlığı əsasında ideal qurulmuş interaksiya şəraitində və onlar arasında hər hansı əlaqənin yoxluğu şəraitində (4, 57) konflikt nəzəriyyəsində ən vacib suallardan biri konfliktin təbiətinin başa düşülməsi və qiymətləndirilməsidir. O, insanın öz təbiətini anlaması ilə bağlıdır. Burada ən əsası -fərdi və ya sosial sualını cavablandırmaqdır.
Konfliktin yaranmasını izləyən tədqiqatçının mövqeyindən çıxış edərək, konfliktin səbəb və xarakterini müəyyən edən iki parametri göstərə bilərik.
Birinci parametr - davranışı daxili (psixoloji) və xarici (sosial) faktorlar kompleksi ilə şərtlənən konflikt iştirakçılarının bilavasitə iştirakı.. Xarici faktorlara nitq davranışını tənzim edən, danışınların mənsub olduğu müəyyən etnomədəni cəmiyyətdə, peşə qrupunda yerləşən norma və ənənələri aid edək; bu, cəmiyyətdə qəbul edilmiş konvensiyalar, şəxs tərəfindən qəbul edilmiş və sosial əhəmiyyət qəbul etmiş nitq davranışı sxemləri; kommunikantların sosial status, sənət, milli mənsubiyyət, yaş və s. tərəfındən müəyyən edilən sosial rollar yerinə yetirməsi ola bilər. Daxili faktorlara konflikt iştirakçılarının davranışını müəyən edən, məs., subyektlərin özlərinin şərtləşdirdiyi xüsusiyyətlər: şəxsiyyət tipləri (psixoloji və kommunikativ), maraqlar, motivlər, intensiyalar, konflikt iştirakçılarının baxışları və s. aiddir. (5, 122)
İkinci parametr - dil və nitqdir. Burada da daxili və xarici nizam əsas götürülür.Dilin sosial əhəmiyyəti, onun konvensional təbiəti dili eyni dildə danışanlar, ünsiyyətdə olanların anlaması üçün şərait yaradan vahid şifrə kimi nəzərdən keçirməyə imkan yaradır və dil barədə nitq ünsiyyətində əlaqənin yaradılması üsulu kimi danışır.Digər element nitqdir.Nitq -fərdi anlam olub, müəllifdən asılı olaraq dil resurslarının yaradıcı və təkrarolunmaz istifadəsidir.Şəraitdən asılılıq, nitqin variativliyi bir tərəfdən müəyyən məzmun üçün ifadənin seçilməsi imkanı verir, digər tərəfdən nitqi özünəməxsus, digər insanın nitqindən fərqli edir.Dil üsullarından düzgün istifadə, məzmunun dəqiq çatdırılması bacarığı -ünsiyyəti harmonizə edir.
Dildə olduğu kimi, nitqdə də kommunikasiya subyektlərini konfliktə aparan əngəl, anlaşılmazlıq yaradan xüsusiyyətlər gizlənir. Dil işarələrini təbiəti (leksik və qrammatik çoxmənalılıq, omonimlik, dinamiklik, variativlik, «ifadə edən» və «ifadə edilən», həmçinin işarə və denotat arasında təbii əlaqənin olmaması), dil vahidlərinin ikili təbiəti (üsullar sistemində bu və ya digər daxili sistem çərçivəsində tərkib hissələrinə ayrıla bilməyən işarə kimi ilk məna anlamı, həmçinin digər işarələrlə bir sırada duran tərkib hissələrinə ayrıla bilən işarə kimi ikinci məna anlamı (6, 25) dil işarələrinin elastikliyi fonunda nitq səviyyəsində müxtəlif dil işarələrinin məzmununun doldurulmasına imkan yaradır. Nəticədə dil vahidi və nitq vahidi kimi işarələrin məzmununun həcmi üst-üstə düşmür (8, 143), beləki bu onların çoxmənalı interpretasiyasına, başqa mənaların yaranmasına, bu isə öz növbəsində nitq konflikti siqnalları olan anlaşılmazlığa, arzuedilməz emosional effektlərə, nitq ünsiyyətində gərginliyə səbəb ola bilər. Bu və digər xüsusiyyətlər (7, 82) dilin daxilində yaşayır və həyata keçirilməsi üçün onu hərəkətə gətirən mexanizm tələb edən konfliktogen potensial daşıyır. Bu mexanizm nitqdir: yalnız «virtual dil işarəsi» nitq aktı ilə birgə öz həqiqi mənasını göstərir və bununla də konfliktyaradan xüsusiyyətini üzə çıxartmış olur. Lakin belə xüsusiyyətlərə malik olan dil işarəsi heç də həmişə deyim zamanı onu üzə çıxartmır. Aktuallaşdırma və onun əksi risk şəraiti yarədən, kommuntkativ konfliktlərə zəmin yaradan dil işarəsi sistemidir, bütövlükdə əsasını kommunikasiya subyektləri təşkil edən ünsiyyət şəraitindən asılıdır. Onun kommunikativ təcrübəsi, dil rəqabəti, dil zövqü, dil və nitq problemlərinə münasibət, fərdi dil vərdişləri və digər xüsusiyyətlər müəyyən şəraitdə üzə çıxan kommunikativ maneələri aşmaq və ya onları düzəltmək və şəraiti əvvəlki vəziyyətə salmağa kömək edir.
Psixoloji və linqvistik xarakterin mexanizmləri yaxın qarşılıqlı əlaqədədirlər.Bir tərəfdən, dil və nitq psixoloji mexanizmləri hərəkətə gətirən mexanizmdir. S və A şifrəsinin struktur və həcmində ziddiyyət müdafiyə məqsədli aqqressiyaya gətirib çıxara bilər. Məs., dialoqda
- O, ağıllı, irəli gedən qızdır, demək olar ki feministdir sən feminist deyilsən?
- Belə söz bilmirəm - Jina dişlərini qıcadı...
- Cek, hamı onu tanıyır
Aqressivlik həmsöhbətin dil səriştəsizliyi (söz və onun mənasını bilməməsi) zəminində baş verir və ondan özünümüdafiə üsulu kimi istifadə edilir (müqayisə edək dişlərini qıcamaq - l.kimisə dişləməklə hədələyərək sərt acıqlı mırıldanma (it); 2. Acıqla, kobud surətdə hər hansı suala cavab vermək). Başqa bir misal. S -in təhqiredici sözlərinə və hücumuna cavab olaraq A-nın dilucu təhqir sözlərindən istifadəsi ilə nəticələnən kommunikativ situasiya iştirakçılarının qarşıdurması:
- Siz, Ceyn, saçınızla pişik quyruğu ilə oynayan kimi oynayırsınız, - deyə artıq hirslənən Cek ikrahla dilləndi.
- Siz isə, Cek əsl itsiniz.
Digər tərəfdən, dil və nitq konflikt vəziyyətinin iştirakçısının davranışına psixoloji təsir mexanizmi ilə təsirinin nəticəsi kimi çıxış edir.Belə ki qarşı tərəfin qeyri-düzgün qəbul edilmiş söz, hərəkət və intenasiyaları ilə əlaqədar qəbul edilmiş odekvat olmayan müdafiə xarakterli fəaliyyət konfliktin meydana çıxmasına səbəb olur.A.P. Çexovun «Məmurun ölümü» hekayəsindən kommunikativ vəziyyəti nəzərdən kesirək.İvan Dmitri Çeryakov adlı bir məmur teatrda olarkən asqırır.
... Hamı asqırır.Çeryakov bir qədər pərt oldu, cib dəsmaiı ilə silindi və ədəbli bir insan kimi (diqqət yetirin!) kimi isə narahat edib- etməməsini bilməkdən ötrü ətrafına nəzər saldı.Lakin bu zaman pərt oldu. O qarşı tərəfdə əyləşmiş bir qocarıın dəsmalı ilə keçəl başını sildiyini və nə isə donquldadığını gördü. Çeryakov qocaya diqqətlə baxdıqda onun mülki müşavir generalı olan Brizjalovu tanıdı.
Burada obyektiv konflikt vəziyyəti mövcud deyil. Subyektlər arasında heç bir qarşıdurma yoxdur və situasiya bu ana kimi konflikt kimi qəbul edilmir,
-Bunu mən etdim! - Çeryakov düşündü. - o, mənim rəisim deyil, yaddır, lakin yenə də yaxşı deyil. Üzrxahlıq etmək lazımdır.
Qəbul edilmiş ilk fikir verbal olaraq ifadə edilmir və buna görə də başlanmış kofliktin elementi kimi qəbul edilmir.
Çeryakov öskürdü, irəli əyildi və generalın qulağına pıçıldadı:- Üzr istəyirəm, sizi mən islatdım.. .istəmədən oldu. - Eybi yoxdur, eybi yoxdur... - Siz allah bağışlayın, mən istəmirdim! - Ah əyləşin, zəhmət olmasa! İcazə verin qulaq asaq!
Kommunikativ əlaqə baş verdi. Əvvəlki kimi heç bir qarşıdurma mövcud deyil, buna baxmayaraq tərəflərdən biri, Çeryakov gərginlik və narahatçılıq hiss edərək hərəkətə başlayır.Beləliklə də sosial- konfliktologiyada «yalançı» konflikt adlandırılan, tərəflərdən birinin özünü günahkar hiss etməsinə baxmayaraq, obyektiv konflikt şəraiti olmayan situasiya meydana çıxır.
Yalançı konflikt tərəflərdən birinin vəziyyəti qeyri düzgün, digərinin isə adekvat olaraq qəbul etməsi nəticəsində meydana çıxır. Nəticədə birinci tərəf müdafiə xarakterli fəaliyyət göstərir, ikincə tərəf isə cavab verir:
İcazə verin qulaq asaq! Hövsələsizcəsinə ait dodaqlarını tərpətdi... Allah bilir nə!
Beləliklə real konflikt vəziyyəti formalaşır və ikinci tərəf də şəraiti konflikt kimi qiymətləndirir ki, bu da generalın son ifadəsindən aydın olur:
- Rədd olun!!! - deyə qızarmış və hirslənmiş general ayaqlarını yerə çırparaq bağırdı...

Konflikt vəziyyətində özünü göstərən nitq strategiyası tipləri
Kommunikativ konfliktlərdə dil şəxsiyyətlərinin nitq davranışının müxtəlif strategiyaları ayrılır. Bu bölgü danışanların temperamenti, tərbiyəsivə s. ilə bağlı fərdi-şəxsiyyət xarateristikasına əsaslanır. Konflikt vəziyyətində istifadə edilən dil formalarının müxtəlifliyi nitq strategiyalarının üç tipi ilə bağlı olabilər: invektiv (açıq nitq), kurtuaz (nəzakətli), rasional-evristik tiplər. Vahid tipoloji prinsip kimi burada frustrasiyanı aradan qaldırmaq məqsədilə dil şəxsiyyətinin istifadə etdiyi affektiv davranışın xüsusiyyətlərindən istifadə edilir. Hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.
1. İnvektiv strategiya. Bu tip konflikt davranışı alçaldıldıcı sözlərdən istifadə edir: kommunikativ təzahür burada emosional-bioloji reaksiyaların inikası kimi çıxış edir və dava, söyüş (invektiv) formasında affektiv boşalma ilə nəticələnir.
2. Kurtuaz strategiya. Əksinə olaraq nitq davranışının yüksək semiotikliyi ilə fərqlənir. Burada danışan sosial etiket formalarına meyl göstərir. Özündən çıxmanın son nəticəsi kimi burada ağlamağa üstünlük verilir.
3. Rasional-evristik strategiya. Konflikt vəziyyətində bu tip nitq davranışı şüurluluq, sağlam fikrə istinad edir. Bu tip boşalma affektiv reaksiya kimi gülüşə meyl edir. Bu halda neqativ emosiya vasitəli, qeyri-səmimi üsulla ifadə olunur.

Nitq janrları və onların ünsiyyətdə yeri
Ünsiyyətin iştirakçılarının qarşılıqlı nitq (həmçinin konfliktli) fəaliyyətinin baş verdiyi arena kommunikativ şərait hesab edilir. M. M. Baxtin düzgün olaraq qeyd etmişdir: "hər hansı bir ifadə, əhəmiyyətliliyindən və özlüyündə sona çatmasından asılı olmayaraq yalnız aramsız nitqin bir hissəsini təşkil edir". Buradan konkret bir qarşılıqlı əlaqənin qeyri-verbal situasiya ilə əlaqəsinin araşdırılması problemi ortaya çıxır. Bu əlaqənin formaları müxtəlifdir və vəziyyətin fərqli formalarında fərqlə mənalar meydana çıxa bilər. Nitq ünsiyyəti heç bir zaman konkret situasiya ilə bağlı olan bu əlaqədən kənarda başa düşülə və izah edilə bilməz". İnsanların qarşılıqlı sosial ünsiyyətinin verbal-işarə tərtibi nitq janrları adlandırılır.
Nitq janrları probleminin öyrənilməsi problemini ilk dəfə M. M. Baxtin ortaya atmışdır. (2, 45).
Müasir dövrdə insan, xüsusilə də şəxsiyyət amili bütün humanitar elmlərin maraq dairəsinə daxil olmuşdur və bu problemin praktik olaraq öyrənilməsinə başlanılmışdır. Psixologiyada şəxsiyyət cəmiyyətdən izolə edilmiş halda deyil, cəmiyyətin subyektləri olan şəxsiyyələrin qarşılıqlı əlaqəsi çərçivəsində öyrənilir. Bizim mövzumuz da məhz bu şəxsiyyətlərin qarşılıqlı əlaqəsi zamanı özünü göstərən psixolinqvistik münasibətlərdən bəhs edir. İlk növbədə insanların qarşılıqlı əlaqəsi, birgə yaşayışı bu şəxsiyyətlər arasında ünsiyyətin meydana çıxmasını labüd edir. Tədqiqatlar bu cür ünsiyyətin mahiyyətini açmaq, onun strukturunu müəyyənləşdirmək istiqamətində aparılmışdır. Müxtəlif yerli və əcnəbi psixoloq və dilçilərin ünsiyyət barədə fikirləri onun məzmununun tam açılmasına, ünsiyyətin tərəflərinin müəyyən edilməsinə, müxtəlif növ bölgülərinin verilməsinə kömək edir.
Aparılmış tədqiqatlar ünsiyyətdə əsas əhəmiyyət kəsb edən nitqin insanlar arasında dil vasitəsilə ünsiyyət prossesi kimi qiymətləndirilməsinə imkan verir. Nitq- insanların ünsiyyət məqsədilə dildən istifadəsi prossesidir. Necə etmək olar ki həyat yoldaşınız, müəlliminiz, müdiriniz və ya sizə xoş gələn əks cinsin nümayəndəsi ilə ünsiyyətiniz effektiv olsun. Bütün bu kimi sualları nitq kommunikasiyasının incəliklərinə daxil olmaqla cavablandırmaq olar.
Bəzən bu cür ünsiyyət prossesi uğurlarla yanaşı uğursuzluqlarla müşayət olunur. Komlevin fikrinə görə ünsiyyətdə olanların strateji və taktik tam qarşılıqlı əməkdaşlığı əsasında ideal qurulmuş interaksiya şəraiti və onlar arasında hər hansı əlaqənin yoxluğu konfliktlə nəticələnə bilər. Konflikt latın dilindən tərcümədə «conflictus» - qarşıdurma, münaqişə mənasını verir, konfliktin əsasını münaqişə, münaqişədə olan ən azı iki şəxs, onlar arasında maraq, məqsəd, baxış ayrılığı, tərəflərdən birinin digərinə şüurlu və aktiv zərbəsi, ikinci tərəfin birinci əleyhinə cavab tədbirləri təşkil edir.
Konflikt vəziyyətində özünü göstərən nitq strategiyası tipləri tədqiqat işində xüsusi maraq kəsb edir. Yerli və əcnəbi tədqiqatçıların əsərlərindən gətirilmiş misallarla konfliktlərin səbəbləri göstərilmiş, onların qarşısının alınması və onlardan çıxış yolları göstərilmişdir. Bu tədqiqatçıların nəzər nöqtələri qarşı-qarşıya qoyularaq vahid nitq strategiyaları müəyyənləşdirilmişdir.
Şəxsiyyətlərarası ünsiyyət zamanı meydana çıxan psixolinqvistik münasibətlərdə nitq janrları, onların təzahür xüsusiyyətləri diqqəti cəlb edir. İnsanların qarşılıqlı sosial ünsiyyətlərinin verbal işarə tərtibi nitq janrları adlandırılır. Problem ilk dəfə M.M. Baxtin tərəfindən ortaya atılmış vəbununla da antroposentrik dilçiliyin, janrçılığın əsası qoyulmuşdur.
Aparılmış tədqiqatlar göstərir ki, şəxsiyyətlərarası ünsiyyətin psixolinqvistik münasibətlərini bu elementlərsiz təsəvvür etmək olmaz. Ünsiyyət olmadan insan cəmiyyəti mövcud olmazdı, nitq ünsiyyəti olmadan insan ünsiyyəti digər canlıların ünsiyyətindən fərqlənməzdi və yaxud konfliktlərsizjnsan ünsiyyəti mənasız və maraqız gorunərdı. Göründüyü kimi bu elementlər də öz daxillərində bir-birləri ilə qarşılıqlı əlaqədədir və şəxsiyyətlərarası ünsiyyətin tamlığını təmin edir.

Ədəbiyyat
1. Андреева Г.М. Социальная психология. - М., Аспект Пресс, 1996
2. Бахтин М.М. Проблема речевых жанров // Бахтин М М. Собрание сочинений в семи томах. М.: Русские словари, 1996. Т.5. С. 165.
3. Булыгина Т В., Шмелев А.Д. Приемы языковой демагогии.
Апелляцияреальности как демагогический прием // Языковая концептуализация мира (на материале русской грамматики). М., 1997.
4. Комлев Н.Г. Лингво-семантические мотивы возникнове -нияи разрешения межперсонального конфликта // Тез.VI всесоюз. симп по психолингвистике и теории коммуникации М , 1978
5. Третьякова В С. Речевое поведение учителя с установкой на конфликт // Проблемы лингвистического образования школьников: Материалы науч. - практич. конф Екатеринбург, 28-29 марта 2000 г. Екатеринбург, 2000.
6. Уфимцева А.А. Знак языковой // Лингвистический энциклопедичес- кий словарь. М.,1990
7. Ильенко С.Г К поискам ориентиров речевой конфликтологии // Аспекты речевой конфликтологии: Сб.ст.СПб., 1996
8. Сердобинцев Н Я.Семантическая структура слова и его коннотация Теория слова и функционирования словесных единиц. Саратов, 1981

Key words: psycholinguistic relations, speech communication, conflict, speech strategy, interpersonal communication, genres of speech, communication process
Ключевые слова: психолингвистические отношения, речевое общение, конфликт, стратегия речи, межличностное общение, жанры речи, процесс общения

Summary
Our article deals with psycholinguistic attitudes that showcase the relationship between personalities. The conducted researches provide a basic understanding of communication as a means of communication through language. Sometimes this communication process is accompanied by failure along with successes. The types of speech strategies in conflict situations are of particular interest in the article. Studies have shown that the psycholinguistic relationship between interpersonal communications can not be imagined without these elements. Human society would not exist without communication, human communication would not be different from the interaction of other creatures, or without the conflict, human communication would be meaningless and uninteresting.

Резюме
Данная тема повествует о психолингвистических отношениях, проявляющихся процессе взаимоотношений между личностями. Проведенные исследования дают возможность оценивать речь как основной фактор межличностного общения. Иногда процесс такого рода может сопровождаться как успехами, так и неудачами. Особый интерес в исследовании представляют типы разговорной стратегии в конфликтных ситуациях. Проведенные исследования показывают невозможность представления межличностных психолингвистических отношений без этих элементов. Человеческое общество не существовало бы без общения, без разговорного общения межличностные отношения были бы на уровне (не отличались бы) от отношений других живых существ. Или же без конфликтное общение было бы бессмысленным и неинтересным.

 

"GEOSTRATEGİYA" jurnalı №05 (41) SENTYABR-OKTYABR 2017

 

Leyla Əlizadə
Azərbaycan Turizm və Menecment Universiteti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM