Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində “Halqa” əməliyyatının rolu və mahiyyəti

13:00 / 10.12.2017

XX əsrin sonlarında hakimiyyətə gələn M.S.Qorbaçovun səriştəsiz siyasəti nəticəsində əsassız ərazi iddiaları ilə bərabər SSRİ-də kütləvi informasiya vasitələrində antiazərbaycan, antimüsəlman fikirlərin yer alması mütəmadi hal almağa başladı. İqor Belyayevin 1987-ci ildə “Literturnaya Qazeta”da “İslam” adı altında nəşr olunan məqaləsində xoşagəlməz fikirləri ilə diqqət çəkir: “Bizim ölkə üçün islam düşmən mövqedədir, təhlükə mənbəyidir...”. [22, 103] Dövlətin rəsmi jurnalına antimüsəlman əhval-ruhiyyəli və qərəzliliyi ilə seçilən məqalələrin yer alması təsadüfi sayıla bilməzdi. Bildiyimiz kimi, M.S.Qorbaçovun razılığı əsasında onun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyanın məsuliyyətsiz çıxışından sonra Ermənistandan Azərbaycana qarşı əsasız ərazi iddialarının yeni mərhələsi başlamışdır.
SSRİ Ali Sovetinin Rəyasət heyəti DQMV Xalq Deputatları Sovetinin xahişi ilə əlaqədar Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərkibinə keçməsi haqqında Ermənistan SSR Ali Sovetinin 1988-ci il 15 iyun tarixli “xahişi”ni və Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərkibinə verilməsinin qeyri-mümkünlüyü haqqında Azərbaycan SSR Ali Sovetinin 1988-ci il 17 iyun tarixli qərarını müzakirə edərək Azərbaycan SSR-in və Ermənistan SSR-in sərhədlərinin konstitusiya əsasında müəyyənləşdirilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsini qəbuledilməz hesab etsə də, bu heç nəyi dəyişmədi. [5] Qısa müddətdən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 iyul 1988-ci ildə verdiyi qərarlarda, insanların sərbəst toplaşma, mitinqlərin, küçə yürüşlərininin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında fərmanın müddəalarının yer alması, ermənilərin separatçı çıxışlarına imkan yaratdı. [11] SSRİ Ali Soveti DQMV-də və ətraf ərazilərdə “vəziyyəti sabitləşdirmək” adı altında qəbul etdiyi qərarda Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bərabərlik əsasında Respublika Təşkilat Komitəsi yaradılması və 20-ci çağırış DQMV Xalq Deputatları Sovetinin və onun İcraiyyə Komitəsinin SSRİ Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 12 yanvar tarixli fərmanı ilə dayandırılmış fəaliyyəti bərpa edilməsi göstərilmişdir. Qərarın başqa bir maddəsində DQMV-də vəziyyəti normallaşdırmaq üçün İttifaq Nəzarət Müşahidə Komissiyasının (İNMK) yaradılması və SSRİ Ali Sovetinə tabe edilməsi, Muxtar Vilayətin hakimiyyət və idarə orqanlarının bərpası şəraitində DQMV-nin Xüsusi İdarə Komitəsinin bundan sonra saxlanmasının məqsədəuyğun sayılmaması göstərilirdi. Həmin sənəddə deyilirdi: “Dağlıq Qarabağ Muxtar Vilayətində asayişin qorunması üçün SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının müvafiq kontingenti İttifaq Nəzarət Müşahidə Komissiyasına (İNMK) tabe edilməklə Dağlıq Qarabağ Muxtar Vilayətində saxlanılsın”. [4] Araşdırmadan da göründüyü kimi, Mərkəzi hökumətin istənilən aspektdən fərqli qərarlar qəbul etməsi separatizmin qarşısının alınması deyil Ermənistanın açıq şəkildə dəstəklədiyi terrorçu qruplara şərait yaratmaq imkanı verirdi.
SSRİ Daxili İşlər Nazirliyinin və SSRİ Prokurorluğunun nümayəndələrinin və Sovet ordusunun ayrı-ayrı batalyonlarının münaqişə bölgəsində olmasına baxmayaraq, sabitliyi pozan erməni terrorçu qrupların təşkilatçılarından heç kim həbs edilib cəzalandırılmamışdır. [7] Ermənistanın terrorçu qrupları dəstəkləməsi nəticəsində Dağlıq Qarabağdan kənar ərazilərdə də separatizm dəstəklənir və himayə olunurdu. Azərbaycan KP MK-də, DQMV idarə və struktur rəhbərlərinin separatçılıq hərəkətləri nəzərə alınaraq, eyni mövqedən çıxış edən Şaumyan Rayon Komitəsinin təşkilati-siyasi işində çox kobud nöqsanların üzə çıxarılması ilə Azərbaycan KP Şaumyan Rayon Komitəsi bürosunun və plenumunun fəaliyyətinə xitam verilir və onların tərkibi buraxılır. Açıq-aşkar millətçilik və separatizm mövqelərinə keçdiyinə görə Vladimir Levonoviç Ağacanyan Şaumyan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilir və Sov. İKP sıralarından xaric olunur. [3]
Ermənistandan Azərbaycan ərazilərinə göndərilən terrorçu qrupların fəaliyyəti haqqında SSRİ-də rəsmi dairələr tam məlumatlı olub, hətta onların müdafiəsinə qalxmışdılar. Buna misal olaraq Ermənistan Daxili İşlər Nazirliyinin podpolkovniki olan Yegiyan Şəmkirə məhz, diversiya məqsədilə göndərilməsi, Ermənistan vətəndaşı olan bu şəxsin Şəmkirdə sovxoz direktoru seçilməsi də təsadüfi hal deyildir. M.S.Qorbaçov Şəmkirin Çardaxlı kəndində Suren Yegiyan kimi bir anarxistin taleyi ilə maraqlanaraq, “siz marşalların kəndini köçürürsünüz” [10], - deyə Azərbaycan rəhbərliyini tənbeh etmişdir.
1990-cı il yanvarın 15-də DQMV və onunla sərhəd olan rayonlarda, o cümlədən Şaumyankənddə “fövqəladə vəziyyət” elan olundu. [23] Qasım İsmayılov (indiki Goranboy rayonu) ərazisində bir neçə erməni kəndini əhatə edən, süni şəkildə yaradılmış Şaumyankənd rayonunun (Goranboy rayonunun dağlıq hissəsi - Ə.M.) erməni əhalisi 1989-cu ilin iyulunda DQMV-ə birləşməyi tələb edəndən sonra bu ərazidə də vəziyyət gərginləşmişdi. [24]
Məhz, 1991-ci il martın 17-də SSRİ-də İttifaqın saxlanılması haqqında referendumun keçirilməsindən sonra, Azərbaycan tərəfi “Mərkəzin” müəyyən rəsmilərinin Ermənistan SSRİ-yə qarşı soyuq münasibətini nəzərə alaraq erməni silahlı dəstələrini tərksilah etmək üçün yaranmış şəraitdən istifadə etməyə çalışdı. Ermənistan yalnız Dağlıq Qarabağa deyil, Ağcakənd, Çaykənd və digər ərazilərə də terrorçu qruplardan ibarət silahlı dəstələr cəmləşdirmişdi. Bu hərbi birləşmələrin özbaşınalığına uzun müddət göz yumulsa da 1991-ci il aprelin 30-u ərəfəsində pasport rejiminin yoxlanılmasına başlanılmışdır. Yoxlanış zamanı çoxsaylı terrorçuların olduğu üzə çıxmış, onlar zərərsizləşdirməyə başlamışdır. “1991-ci il mayın 13-dən iyulun sonuna qədər Azərbaycanın DİN razılaşdırılmış şəkildə Dağlıq Qarabağda əməliyyat keçirdilər. Bu əməliyyatın şərti adı “Koltso” (“Halqa”) adlanırdı. [15]
1991-ci il mayın 3-də keçmiş “Qarabağ” komitəsinin lideri, Ermənistan Ali Sovetinin deputatı, siyasi sahələrdə kifayət qədər separatçılar arasında özünəməxsus rolu olan İ. Muradyan Çaykəndə gələrək görüş keçirmiş, kənd əhalisini silahlılarla birləşməyə çağırmış, köçmək istəyənlər barəsində də hədələyici nitq söyləmişdir. Xatırlatmaq yerinə düşər ki, hələ 1986-cı ildən Ermənistandan Z.Balayan və İ.Muradyan kimi emissarlar Xanlar və Goranboy rayonlarına “səfər” edərdilər. [17, 320; 1] “Memorial” təşkilatının və Vladimir Stupişinin xatirələrində erməni silahlı birləşmələrinin özbaşınalığı deyil, onların çıxarılmasına diqqət yönəldilir. Qeyd olunur ki, həmin kəndlərin əhalisi 1991-ci il aprelin 20-də SSRİ prezidentinə və SSRİ DİN-nin rəhbərlərinə teleqramla müraciət edərək daxili qoşunların postunun kənd ərazisindən götürülməməsini xahiş etsələr də, daxili qoşunların əsgərləri kəndi tərk etmişdilər. [9] Buradan da göründüyü kimi ermənilər SSRİ rəhbərliyinin köməyindən açıq şəkildə yararlanır, məkrli niyyətlərini həyata keçirmək üçün SSRİ Daxili Qoşunlarından ibarət postların saxlanmasını tələb edirdilər. Çaykənd ərazisindən cəmləşdirilmiş və digər kəndlərlə sıx əlaqələri olan terrorçu qrupların şəhərin su ilə təchiz edilməsinə və yollarda təhlükə mənbəyinə çevrilməsinə qarşı gecikmiş tədbirlər həyata keçirilməyə başladılar.
1991-ci il aprelin 22-də L.T.Petrosyan bir neçə dəfə SSRİ dövlət rəhbərlərinə və şəxsən M.S.Qorbaçova müraciət etmişdir. 1991-ci il 30 apreldə Azərbaycan silahlı qüvvələri erməni quldurlarının daha çox cəmləşdiyi Getaşen və Martunaşen kəndlərində əməliyyat keçirdilər. Səfərbər edilmiş qüvvələr kəndləri mühasirəyə aldı, bundan sonra Ermənistanın köməyi ilə hər cür silahlarla təmin edilmiş terrorçu qruplar iki saat ərzində müqavimət göstərdilər. [15] 1991-ci il mayın 4-də Prezident M.S.Qorbaçov SSRİ MTN-nin sədri V.Kryuçkov vasitəsilə L.T.Petrosyana xəbər bildirdi ki, Getaşen və Martunaşen əhalisinin deportasiyası mümkün deyil. Heç kəs bu kəndlərdə yaşayan əhalini öz yaşayış yerlərini tərk etməyə məcbur edə bilməz. [20,67] Buradan da göründüyü kimi, M.S.Qorbaçovun terrorçu qruplarla, əhalini fərqləndirə bilməməsi onun düşmən qüvvələrlə əlbir olduğuna bir sübutdur.
“Halqa” əməliyyatına General Məhəmməd Əsədov, Dağlıq Qarabağ Təşkilat Komitəsinin rəhbəri V.Polyaniçko və Polkovnik Meşkov rəhbərlik edirdi. [9] Çaykənd əməliyyatlarında ermənilər polkovnik Meşkovu girov götürərək məcbur edirdilər ki, silahı yerə qoymaq barədə əmr etsin, ancaq Gəncə Şəhər Polis şöbəsinin döyüşçüləri onu azad etdilər. Pasport rejiminin keçirilməsinə Mərkəzi hökumətin hərbi və siyasi dairələrində müxtəlif səviyyələrdə maneçilik törədilməsi ermənilərin digər ərazlərdə hərbi fəaliyyətinə yeni stimul verirdi. [8]
Araşdırmalar göstərir ki, məlum əməliyyatdan sonra ermənilər əsasən Ermənistana deyil, Xankəndinə və digər ərazilərə yerləşdirilmişdir. Silahlı dəstələrin Ermənistana deyil, Dağlıq Qarabağda yerləşdirilməsinə SSRİ-də yüksək vəzifəli şəxslər köməklik göstərirdilər. Qeyd etmək lazımdır ki, bu da Dağlıq Qarabağ Muxtar Vilayətində demoqrafik dəyişikliklərə gətirib çıxarırdı.
Ermənilər və onlara hər cəhətdən dayaq olan siyasi güclər bütün təbliğat vasitələrindən istifadə edərək dünya erməni lobbisinin gücündən istifadə etməyə çalışdılar. Bütün erməni təşkilatları və ittifaqları hadisələri öz xeyirlərinə şişirdərək Avstriyada bir araya gəldilər. Onlar Sovet İttifaqı və ABŞ-ın oradakı səfirliklərinə, BMT, İnsan Hüquqlarının Müdafiəsi və “Beynəlxalq amnistiya” təşkilatlarına, eləcə də Avstriyada olan bütün dünya ölkələrinin səfirliklərinə, yerli və dünya mətbuatının nümayəndələrinə yanlış məlumat verir, Qarabağda baş verən hadisələrlə bağlı azərbaycanlıları günahlandırırdılar. [21] Ermənilərin təzyiqi və hadisələri şişirdilmiş şəkildə dünyaya çatdırmaları hətta, SSRİ rəhbərliyində, hərbi və siyasi dairələrdə narahatçılığa səbəb olmuşdur. [19] Bu zaman SSRİ DİN Daxili Qoşunların rəisi general Şatalin döyüşçülərinin heç bir əlaqələrinin olmadığını, bütün məsuliyyətin Azərbaycanın Daxili İşlər naziri Məhəmməd Əsədovun üzərinə düşdüyünü söyləmiş, SSRİ Daxili İşlər Naziri Puqo isə Çaykənddə ancaq silahlı quldur dəstələrinin zərərsizləşdirildiyini bildirmişdir. Moskvadakı ermənipərəst ziyalılar ermənilərin Çaykənd mövqeyini müdafiə edən qəzəbli nitqlər söyləyirdilər. Hətta Roma papası da erməniləri müdafiə edirdi. [6]
“Moskovskiye novosti” qəzetinin xüsusi müxbiri Mixail Şevelev keçmiş Şaumyankənd rayonundakı vəziyyəti ictimaiyyətə belə çatdırırdı: “Şaumyankənd və erməni kəndləri respublika ilə əlaqələri kəsiblər. Telefon, poçt, teleqraf əlaqələri kəsilib, qəzetlər gəlmir”. Müəllif hərbçilərin məlumatı əsasında rayonda külli miqdarda “ov tüfəngindən tutmuş doludağıdan toplara qədər” silah və onlardan istifadə etməyi bacaran adamların olduğunu qeyd edir. Jurnalist bura “Yerevandan gün ərzində bir vertolyot gəldiyini” qeyd edirdi. Maraqlıdır ki, Sovet mətbuatı buradakı acınacaqlı vəziyyəti təsvir edəndə DQMV-nin daxilindəki azərbaycanlı əhalinin yaşadığı kəndlərin vəziyyətini diqqətə çatdırmırdı. Həmin kəndlərin əhalisi ermənilərin mühasirəsində qalaraq ərzaq qıtlığı çəkir, elektrik enerjisi daxili poçt, teleqraf, qəzet, jurnal və sairədən məhrum edilmişdilər. Hadisələrin Moskvada işıqlandırılması birtərəfli yanaşma idi. Qəzetin səhifələrində ermənilərin “bu torpaq üçün mübarizə aparmağa və ölməyə dəyər” kimi fikirlərini səsləndirilməklə dolayısı ilə onlarla həmrəylik bildirilirdi. [25]
Erməni silahlı dəstələrinin, erməni “boyevik”lərinin Goranboy rayonunun dağlıq hissəsinə toplanması həm DQMV, həm də Ermənistandan “ərzaq” və sairə gətirilməsi nəzərdə tutulan vertolyot vasitəsilə həyata keçirilirdi. “Moskovskiy novosti” qəzetinin xüsusi müxbiri M.Şevelev yazırdı: “Rayonun birləşdirilməsilə müharibə başlayacaq”. Qəzetdə gedən məqalədə dolayısıyla azərbaycanlılardan narazılıq, hadisələrdə Azərbaycan hakimiyyətini günahlandırma və təzyiq, ermənilərin köməksiz, məcburən doğma kəndlərini müdafiə edən “qəhrəmanlar” kimi təqdim edilməsi, ümumiyyətlə erməni sevgisi açıq hiss olunurdu. Çünki, müəllif, ermənilərin qanuni şəkildə bir vətəndaş kimi Azərbaycan qanunlarına və hakimiyyətinə tabe olmamalarını diqqətə çatdırmır. Sovet mətbuatı buradakı acınacaqlı vəziyyəti təsvir edəndə DQMV-nin daxilindəki azərbaycanlı əhalinin yaşadığı kəndlərin vəziyyətini nəzərə çatdırmırdı. [25]
Digər müxbir Vladimir Yemelyanenkonun “Moskovskiye novosti” qəzetində gedən məqaləsinin də sifarişli olduğu hadisələri birtərəfli işıqlandırmasından aydın görünür. Erməni “yaraqlılarını” tərksilah etmək üçün dövlət səviyyəsində görülən tədbirə qarşı çıxan qüvvələrə haqq qazandırmağa çalışan müəllif, Rusiya ictimaiyyətində Azərbaycan əleyhinə “qərəzli” yazan erməni təbliğatçısına çevrilmişdir. [19] Dünyanın bir neçə ölkəsində müxtəlif dillərdə çap olunan və oxunan bu qəzet hadisələrə birtərəfli yanaşır və Azərbaycanın imicinə zərbə vururdu. Nədənsə, Moskvada mətbuat orqanları, o cümlədən “Moskovskiye novosti” qəzeti Qərbi Azərbaycandan, indiki Ermənistan Respublikasından – İrəvan şəhərindən, Vedi, Gorus, Qafan, Sisiyan, Vardenis, İcevan və digər rayonlarından azərbaycanlı əhalinin qovulmasına göz yumur və susurdu. [19] 1991-ci il sentyabrın 2-də ermənilər separatçılığı daha da dərinləşdirərək Dağlıq Qarabağı “Respublika” elan etmiş və bütün təşkilatların bu qurumun tabeçiliyinə verilməsinə göstəriş vermişdilər. O cümlədən hərbi birləşmələr də bura tabe edilmişdir. [20,76] Akademik A.Saxarovun erməni əsilli arvadı Yelena Bonner birtərəfli qaydada Moskvaya Yeltsinə məlumat verərək bildirir ki, siz atəşkəs elan etdiyiniz gündən etibarən cəbhədə vəziyyət gərginləşmişdir. Yelena Bonner daha sonra bildirir ki, 1991-ci il Soçidə imzalalanmış sənəddən sonra, bir neçə gün ərzində münaqişə zonasında 30 adam həlak olmuş, 100 nəfər yaralanıb, 200 ev dağıdılıbdır. [14] Erməni ideoloqları elə müraciət edirdilər ki, sanki bütün həlak olmuş şəxslər erməni millətinə mənsubdurlar.
“Memorial” təşkilatının nümayəndələri bitərəf hüquq müdafiəçiləri kimi çıxış etsələr də, onların verdiyi məlumatları, çap olunmuş materialları təhlil edən zaman bunun əksi müşahidə olunur. [18] Verilən hesabatlarda 1988-1990-cı illərdə Ermənistan SSR-dən - öz əzəli torpaqlarından qovulan, öldürülən azərbaycanlı əhali haqqında məlumat verilmir. DQMV-dən danışan zaman oradan qovulan azərbaycanlı əhalisi, onlara məxsus yandırılmış kəndlər haqqında heç bir məlumat verilmir. Qeyd etmək lazımdır ki, “Halqa” adı altında reallaşdırılan əməliyyatın sona çatdırılmasına SSRİ hakimiyyət orqanları tərəfindən imkan verilməmişdir.
Həmin dövrdə Erməni “ideoloqları” DQMV-nin iqtisadi blokadada saxlanıldığını qeyd edərək bildirir ki, Qarabağdan olan deputat qrupunun verdiyi məlumata görə Şaumyan, Əsgəran və digər rayonlarda erməni kəndlərinin köçürülməsi, dağıdılması üzrə genişmiqyaslı əməliyyat hazırlanır. Yelena Bonner 4-cü ordunun komandanı Sokolovun sözlərinə istinad edərək yazır ki, Sovet Ordusu Azərbaycana hərbi texnika vermişdir. O, məktubun sonunda Yeltsinin “qarabağlıların” son ümidi olduğunu bildirir. [14] Erməni “ideoloqları” qarabağlılar dedikdə erməniləri nəzərdə tutur. Dövrün mənzərəsini xarakterizə etmək və tarixi şəraiti obyektiv dəyərləndirmək üçün baş verən proseslərə təhlili baxımdan yanaşmaq yerinə düşərdi. Ermənistan hərbi birləşmələrinin 1991-ci il sentyabr ayından daha da fəallaşması nəticəsində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərə qarşı mütəmadi döyüşlər başladı. Erməni terror birləşmələri ilə birlikdə Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşdirilmiş SSRİ Daxili Qoşunlarının hərbi hissələri Mardakert (Ağdərə-Ə.M) rayonunun İmarət-Qərvənd kəndinə hücuma keçdilər. Bütün kənd yandırıldı. Ermənilər 90 yaşlı Zeynəb adında qadını vəhşicəsinə diri-diri yandırdılar.[16] Beləliklə, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ərazilərinin hərbi yolla boşaldılması halı mütəmadi xarakter aldı. Bu məsələdə terrorçu qruplara Xankəndində yerləşdirilmiş Sovet ordusunun 366-cı alayı yaxından köməklik göstərirdi.
Beləliklə, iflasa uğramaqda olan sovet rejimi şəraitində onun kommunist rəhbərliyinin Qarabağ münaqişəsində yeritdiyi ikibaşlı siyasət elə ilk illərdə özünü açıq şəkildə büruzə verirdi. Regionda yaradılmış bu münaqişə ocağı qərəzli bir siyasətə xidmət edirdi. Burada ortaya atılmış oyunlar və ikibaşlı siyasət onun başlanğıcında problemləri nəinki aradan qaldırmağa imkan vermədi, habelə onun daha da dərinləşdirilməsinə və regionun uzunmüddətli bəlasına çevrilməsinə səbəb oldu.

 

Ədəbiyyat
1. “Azadlıq” qəz., Bakı, 1991, 17 may, №19
2. “İttifaq qan tələb edir”. “Ayna” qəz., Bakı, 1991, iyun, № 24 (44)
3. Azərbaycan SSR prezidenti A. N. Mütəllibovun Azəriformun direktoru ilə müsahibəsindən. “Respublika” qəz., Bakı, 1990, 1sentyabr
4. Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyəti normal hala salmaq tədbirləri haqqında SSRİ Ali Sovetinin qərarı. Moskva. Kreml, 28 noyabr 1989-cu il. “Kommunist” qəz., Bakı, 1989, 29 noyabr
5. Ermənistan SSR və Azərbaycan SSR Ali Sovetlərinin Dağlıq Qarabağ məsələsi barəsində qərarları haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı. Moskva, Kreml, 18 iyul 1988-ci il. “Kommunist” qəz., Bakı, 1988, 20 iyul
6. Hacızadə H. Azadlıq bahasına torpaq? Qarabağ münaqişəsinin yeni mərhələsi. “Azadlıq” qəz., Bakı, 1991, 19 may, №18
7. Həsənov M. Orucov Ə: “Qarabağın hər şeyə ehtiyacı var. “Yeni fikir” qəz., Bakı, 1989, 29 dekabr
8. http://www.memo.ru/hr/hotpoints/karabah/Getashen/chapter1.htm
9. https://ru.wikipedia.org/wiki/Операция_«Кольцо»
10. Qarabağ hadisələrinin Şəmkir proloqu. “Azərbaycan” qəz., Bakı, 1993, 13 noyabr
11. SSRİ-də yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı. Moskva, Kreml, 28 iyul 1988-ci il. “Kommunist” qəz., Bakı, 1989, 29 iyul
12. Vahabzadə B. “Yeniləşmiş ittifaq nədir?” “Yeni fikir” qəz., Bakı, 1991, 24 aprel
13. Xəbərlər. “Azadlıq” qəz., Bakı, 1991, 8 noyabr, № 55
14. Y.Bonnerin yeni məktubları. “Azadlıq” qəz., Bakı, 1991, 15 oktyabr, № 48
15. Ахмедов М. Авиация в Армяно-Азербайджанском конфликте. Т.1. Ташкент, 2001. Реферат.
16. Гаджиев Ш. Ситуация в НКАО и Геранбое продолжает ухудшаться. Газ. «Свобода», М., 1991, 3 октябрь, № 4
17. Газыев Ю. Кто кого подвергал геноциду?. Баку: издателство «Университет Хазар», 2011. 600 с., с 320
18. Ганнушкина С.А., Клазен Б. Отчет о совместной экспедиции в Армению, Азербайджан и Нагорный Карабах, август 1995 г. / Фракция партии «Объединение 90/Зелёные» в Бундестаге, Германия; Правозащит. центр «Мемориал». М.: Мемориал, 1996. 44 с.
19. Емельяненко В. «Свидетельствую - в Геташене была бойня». Газ. «Московские Новости». М., 1991, 12 май, № 19
20. Жирохов М.А. Меч и огонь Карабаха. Хроника незнаменитой войны. 1988-1994 / М.; Центрполиграф, 2012, 285 с., с 67
21. Овян В. Вести из Вены. Газ. «Советский Карабах», М., 1991, 30 май, № 100
22. Пашаев А.А. Геноцид, депортация и территориальные претензии армян к азербайджанскому народу (XIX-XX вв.). Баку: Элм ве техсил, 2013, 152 с.
23. Постановления руководства СССР // www.garabagh.net/ content_ 169_ ru.html
24. Султанов Ч. А. Последний удар Империи. Баку, 20 января 1990 г. Баку: Нафта-Пресс, 2004, 765 с.

Açar sözlər: Dağlıq Qarabağ münaqişəsi; SSRİ; erməni terroru; “Halqa” əməliyyatı; separatçılıq.

Ключевые слова: Нагорно-Карабахский конфликт; СССР; армянский терроризм; операция «Кольцо»; сепаратизм.

Keywords: Nagorno-Karabakh conflict; THE USSR; Armenian terrorism; operation "Halqa"; separatism.

 

Резюме
Адалат Мустафаев
Роль и сущность операции «Кольцо» в армяно-азербайджанском Нагорно-Карабахском конфликте
В статье проанализированы начальный этап Нагорно-Гарабагского конфликта. В ней освещена двуликая политика руководства СССР в этом вопросе. В статье выявлены анализированы причины приостановки операции «Кольцо», начавшегося с целью проверки паспортного режима в Нагорно-Гарабагском регионе и в близлежащих территориях республики, которая могло бы способствовать предотврашению конфликта в раннем етапе. Эти факты свидетельствовали о далекоидуших планав зачиншиков этого противостояния.

Summary
Adalet Mustafayev
The role and essence of Operation "Ring" in the
Nagorno-Karabakh conflict
The article analyzes the initial stage of the Nagorno-Karabakh conflict. It highlights the two-faced policy of the leadership of the USSR in this matter. The article reveals the reasons for the suspension of Operation Koltso, which began with the purpose of checking the passport regime in the Nagorno-Karabakh region and in the neighboring territories of the republic, which could help prevent conflict in the early stage. These facts testified to the far-reaching plans of the initiators of this confrontation.

 

"GEOSTRATEGİYA" jurnalı №05 (41) SENTYABR-OKTYABR 2017

 

Ədalət Mustafayev
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM