SOSİAL SAHƏLƏRƏ AYRILAN XƏRCLƏRİN EFFEKTİVLİYİNİN ÖLÇÜLMƏSİNƏ YENİ YANAŞMALAr (Təhsil sahəsi timsalında)

12:00 / 21.01.2018

Araşdırmanın əsas istiqamətləri
Sosial təhsil iqtisadi siyasətin əsas parametrlərinin öyrənilməsi və bu istiqamətdə Azərbaycanın ümimi keçdiyi iqtisadi yol, tətbiq etdiyi maliyyə siyasətləri, yeni təhsil strategiyasının qarşıya qoyduğu həllini gözləyən problemlərin təhlili tədqiqatın əsas hədəflərindən hesab edilir.
Ümumiyyətlə təhsildə investisaya faktorunun təhlili təhsil xərclərinin öyrənilməsindən başlamalı və geniş tətqiq edilməlidir. Burada ən çox aşağıdakılar diqqət edilməlidir:
• Dövlət maliyyələşməsi;
• Özəl maliyyələşmə;
• Beynəlxalq maliyyələşmə;
• Qarışıq formalı maliyyələşmə.
Təhsil-İnsanın davranışlarında öz təcrübəsi ilə instənilən dəyişikliyi meydana gətirmə prosesi şəklində xarakterizə olunur. Yetkinlik yaşına çatmayan nəsillər tərəfindən sosial həyat üçün hazır olmayan nəsillərə tətbiq edilən təhsil, mədəniyyətin köçürülməsi və sosial həyatın bir prosesidir. Təhsilə bir proses kimi baxanlara görə,təhsil azadlığı genişləndirən bir proses olmaqdan çox, fərdi öz xaricindən xəbərdar edən, minimum ortaqlıqları başa salan, bunlar üzərində ortaq fikir təmin edən bir fəaliyyət olmaqdadır. Təhsil, təhsildən faydalananların sosial təbəqələşmə piramidasından yuxarı doğru hərəkət etmələri ilə əldə edəcəkləri sosial status sayəsində, peşə sahibi olmasına da zəmin yaradır. Təhsil-məlumat, davranış və qabiliyyətlərin inkişaf etdirilməsi və sürətləndirilməsi üçün tətbiq olunan daimi fəaliyyətlər silsiləsi kimi xarakterizə olunur.
Təhsilin tərifini verərkən, fərqli düşüncə tərzləri olsa da, təhsil faktoruna fərqli aspektlərdən yanaşılır. Bunun nəticəsidir ki, təhsil mövzusuna müxtəlif təriflər verilir. Misal olaraq, Aristotelə görə təhsil, insanın əxlaqi davranışlar qazanma vəsaiti, Çiceroiyə görə, insan zehninin intizam edilməsi, Descartesə görə ağlın düzgün istifadəsini öyrənmə prosesi, Roussanye görə, anadangəlmə insanlarda olmayan və yetkinlər tərəfindən qazandırılan hər şey kimi xarakterizə olunur. Bu konteksdə təhsil anlayışı əslində insan həyatının hər bir sahəsinə öz tövhəsini verir. Təhsil insana sadəcə sosial sahədə deyil, iqtisadi siyasi və mədəniyyət olmaq üzrə bir çox sahələrdə asanlıq təmin edir.
Təhsil amilinin təsiri ilə ölkələrin qlobal rəqabətdə önə çıxmasını təmin edən bəşəri kapital anlayışı yaranır. Bəşəri kapitalı yüksək olan insanlar yetişdirən ölkələr həm iqtisadi, həm də sosial baxımdan yüksək inkişaf etməkdədirlər.
Məhsuldarlığın artması eyni zamanda bir cəmiyyətdə inkişafa da töhfə verir. Təhsilin önəmi isə, ölkələrin inkişaf səviyyələrində yaratdığı fərqliliklərin görülməsilə ortaya çıxır. Məlumatlı və keyfiyyətli işçi qüvvəsinin birləşməsi milli iqtisadiyyatlarda böyük fərqlər yaratmışdır və bunun nəticəsi olaraq hər bir ölkə ilk növbədə təhsil və bəşəri kapital tarazlığını mühakimə etməyə başlamışdır.
Təhsil cəmiyyətin sağlam bir quruluşa sahib olmasında ən təsirli funksiyadan biri olaraq qarşımıza çıxır. Təhsilin ən əsas vəzifəsi fərdlərə cəmiyyətdə istənilən keyfiyyətləri verməkdir. Bundan əlavə təhsil bir ölkənin daha irəli nöqtələrə çata bilməsi üçün yetişdirdiyi bəşəri kapitalı yüksək insan gücü ilə istehsalada olduqca böyük tövhələr verir.
Bir ölkənin təhsil siyasəti ümumi olaraq müxtəlif ehtiyacların meyllərin və gözləntilərin bir nəticəsi olaraq ortaya çıxır. Keçmişdən etibarən baxıldığı zaman hər bir ölkənin özünə məxsus bir təhsil siyasətinin olduğu görülür. Çünki cəmiyyətin quruluşu fəaliyyəti və qaydaları bu siyasi quruluşu yaradır. Ancaq indiki vaxtda ölkələrin təhsil siyasəti ümumi olaraq bir-birlərinə təsir etməyə başlamışdır. Bunun səbəbi kimi isə inkişaf edən kommunikasiya şəbəkələri siyasi maneələrin azalması yeni fikir və inkişafın sərbəst şəkildə yayılması göstərilir. Qloballaşan dünyada ölkələrin bir-birlərinə təsir etməmələri mümkün deyil. Ümumiyyətlə, ölkələr arasında olan təhsil siyasətindəki fərqliliklər qısa müddətli planlaşdırmada görülür.
Təhsil planlaması, ümumi təhsil fəalliyyətinin şüurlu bir sistem şəkilində araşdırılması, təhsil prosesinin xüsusiyyət və kəmiyyətinin təyin olunması və ictimai, iqtisadi və siyasi məqsədlər istiqamətində gələcəkdəki inkişaf proseslərinin qısa və orta müddətli təxmini olaraq açıqlanır.
Mal və xidmətlərin faydalarından ehtiyacların vasitəsiz təmini üçün yaranlanmaya istehlak adı verilməkdədir.Yatırım isə satın alma anında deyil irəliləyən zamanlarda əldə edilən davamlılıq göstərən fayda ilə tanımlanmaqdadır.Yəni bir xərcləmə gələcəkdə fərdlərə fayda təmin edəcəksə bu investisiya olaraq xarakterizə olunur. Misal olaraq bir fabrikə satın alınan bir istehsal maşını investisiya maliyyə olaraq xarakterizə edilərkən bir oteldə bir həftə tətil edilməsi istehlak olaraq dəyərləndirilir. Çünki fabrikə alınan bir maşın davamlı olaraq istehsala daxil edildiyi üçün fabrikin də qazancına davamlı olaraq töhfə verir.Yəni investisiya sərmayə kapital ehtiyatına edilən dəqiq əlavələrdir. Təhsil də bəşəri sərmayəyə əlavə olduğu üçün investisiya olaraq qəbul edilə bilər.
Təhsili bu vəziyyət üçün qiymətləndirdikdə qarşımıza hər ikisi üçündə etibarlı olduğu çıxır. Yəni təhil həm bir istehlak həm də bir investisiya olaraq qiymətləndirilə bilər. Bu iki vəziyyətdə bəzi göstəriciləri var. Belə ki bəzi təqiqatçılar təhsilin istehlak tərəfinin olduğunu, bəziləri isə investisiya tərəfinin olduğunu bildirir.
Təhsil anında faydalar təmin etdiyi üçün istehlak xüsusiyyəti göstərir. Təhsilin istehlak faydası, xüsusilə təhsil zamanı mövzu olmaqdadır. Şəxs təhsil aldığı zaman fayda verir. Əgər təhsil normal bir istehlak malı olaraq görülərsə, o zaman digər bütün mallarda olduğu kimi fərdlər üçün təkcə ali təhsil almış olmasından qaynaqlanan fayda qarşımıza çıxır. Bu fayda daha təhsilli olan insanların yüksək gəlirləri olduğu qədər daha çox istehlak etmə meylində olması şəkildə əks olunur.
Təhsil gələcəkdə effektivlik və qazanc qabiliyyətini artırma daha çox gəlir daha çox mal və xidmətlərdən bəhrələnmə şəklində faydalar təmin etdiyi üçün investisiya özəlliyi göstərir. Təhsilin yarandığı dövrdən tamamlanana qədər sərf edilən bütün xərclər uzun müddətli dövrdə şəxsi qazanc və milli gəlir üzərindəki təsiri səbəbi ilə əlaqədar olaraq bir investisiya faktoru kimi xarakterizə olunur. Buna görə də təhsilə qoyulan investisiyalar artıqca həm milli gəlirdə həm də insanların gəlirində artım olur. Təhsil investisiyası işçi qüvvəsinin keyfiyyətini yüksəldərək ictimai məhsula olan tövhəsini artırır xüsusilə də ümumi təhsil alanlara yeni işlərə uyğunlaşmaqda daha çevik olmasını təmin edən faydalar yaradır.
Hər bir mal və xidmətin xərci olduğu kimi təhsil xidmətinin də xərci olur. Təhsil müəyyən bir xərc tələb edə bilər amma ancaq insan üçün adətən qısa müddətli dövrdə cəmiyyət üçün isə adətən uzun müddətli dövrdə söz mövzusu olur. Dəyər olaraq bəs edilən bu konsepsiya insan üçün söz mövzusu ola biləcəyi kimi cəmiyyət və ölkə üçündə söz mövzusu olur. Təhsilə olan təlabət güc keçdikcə.dünya ölkələri inkişaf etdikcə artmaqdadır.Bu vəziyyət isə bir göstərici olaraq təhsilə olan dəyəri göstərir. Təhsil xidmətinə aid xərclərin müəyyən olunmasındakı digər bir məqam da əhali və resurs problemləri olaraq qarşımıza çıxır.Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələr yüksək nisbətdə gənc əhaliyə malik olmalarına baxmayaraq inkişak etmiş ölkələrə nisbətən yüksək məbləği olmayan bir UDM və dövlət büdcəsinə malik olurlar. Bu zidd vəziyyət dövlət büdcəsinə malik olurlar. Bu zidd vəziyyət dövlət qarşısında. təhsil və təhsil xərcləri mövzusunda ən uyğun nöqtənin olub-olmadığı mübahisə mövzusu olmaqdadır.
Təhsilin xərci anlayışı müxtəlif şəkillərdə açıqlanmağa çalışılmışdı. Bunlar ikiyə ayrılmaqla təhsilin dolayı və birbaşa xərcləri kimi ifadə edilir.
Təhsilin dolayı xərci bir fəaliyyətə nə qədər xərc sərf edildiyini birbaşa müəyyənləşdirməyən, bir çox fəaliyyətdə birgə istifadə edilən resursların xərci kimi tanınır. Dolayı xərclər içərisində fürsət xərci böyük əhəmiyyət daşıyır. Fürsət xərci bir məhsulu istehsal etmək üçün digər məhsuldan imtina edilən xərc kimi xarakterizə olunur.
Birbaşa təhsil xərci yəni maddi xərci dövlətin və insanların təhsil xidmətinə birbaşa çəkdiyi xərclər kimi xarakteriz olunur. Belə xərclərin hesablanması dolayı xərclərin hesablanmasından asandır. Çünki bu mövzuda rəsmi statistikaya çatmaq mümkündür. Təhsil xidmətinin dövlət iqtisadiyyatında yerinə yetirilməsi halında, ictimai iqtisadiyyatının dəyəri açıq-aydın bir reallıq kimi qarşılanır. Təhsilə ən böyük qatqı dövlət iqtisadiyyatı tərəfindən təmin edilir. Dövlət büdcəsinin təhsil xidmətinə cəlb edilən bütün bu xərcləri birbaşa sosial xərcləri təşkil edir.
Təhsilin birbaşa dəyəri ilə əlaqəli iki xərc anlayışı var. Bunlar ümumi xərc və orta xərc olaraq qarşımıza çıxır. Ümumi xərc təhsilin təmin edilməsi və davamı üçün vəsaitlərin ümumi dəyərini; ortalama xərc isə adam başına başına düşən xərci ifadə etməkdədir. Ümumi xərc anlayışının içində təhsil üçün edilən cari xərclər ilə təhsil prosesində istifadə edilən kapital üçün edilən xərclər yer alır.
Təhsil həm ictimai, həm də iqtisadi ölçüsünün olması səbəbiylə bu cür fəaliyyətlər əksəriyyətlə ictimaiyyət tərəfindən çıxarılmaqda və ya nəzarət edilməkdədir. Məlumatın təməl güc,öyrədilmiş insanın bəşəri sərmayə olaraq qəbul edildiyi indiki vaxtda təhsilin əhəmiyyəti daha da artmaqdadır. Məlumat istehsalının əsas prinsip sayıldığı indiki vaxtda xüsusilə təhsil sahəsinə investisiya edilməsi lazımdır. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə təhsil üçün qaynaqlar ictimaiyyət tərəfindən təmin edilməlidir.
Təhsil xərcləri əsl etibarilə yarı ictimai məhsul olaraq xarakterizə edilməkdədir. Yarı ictimai məhsullar dövlətin təməl xidmət sahəsini təşkil edir. Misal olaraq sağlamlıqda xüsusi xəstəxanalar kimi və ya təhsildə xüsusi məktəblər nümunəsində olduğu kimi dövlətin gücünün çatmadığı halda tək bir mərkəzdən xidmət verilməsi yerinə yarı-rəqabətə açıq bir sektorda bu xidmətləri cəmiyyətin almasına imkan tanıdan məhsul olaraq qarşımıza çıxmaqdadır.
Cəmiyyətin həyata keçirmiş olduğu təhsil xərcləri cari xərclər investisiya xərcləri və transfer xərcləri olaraq üç qrupa ayrılır.
Cari xərclər: Dövlət nizamını, fəaliyyətini təmin etmək üçün dövlətin mal və xidməti satın alması və istehlakı ilə əlaqədar xərclər olaraq təyin olunmaqdadır. Dövlətin personalına ödədiyi maaş, ödədiyi icarə, elektrik, su vərəqələri cari xərclər sinifinə girməkdədir.
İnvestesiya xərcləri: İnvestisiya xərcləri, iqtisadiyyatda səmərəliliyin artırılması ilə bağlı xərclər kimi qarşılanır. Bu xərclərin faydaları, ümumiyyətlə, uzunmüddətlidir və milli gəlir və iqtisadiyyatda əhəmiyyətli dərəcədə məşğulluq həcminə təsir göstərir. Məsələn, dövlətin inkişafı üçün təhsil investisiyaları böyük əhəmiyyət daşıyır. Tədris investisiyaları uzunmüddətli gəlir gətirir. Ancaq ölkədə təhsilə verilən əhəmiyyət, gələcəkdə insan kapitalının yüksək rəqabət qabiliyyətli işçi qüvvəsinə malik olmasını nəzərdə tutur.
Transfer Xərcləri: Dövlətin hər hansı bir mal, xidmət və ya istehsal faktoru qarşılığı olmadan etmiş olduğu xərcləmə növü olaraq təyin olunmaqdadır. Bu məzmunda dövlət əslində satın alma gücünü fərdlər və ictimai qruplar arasında paylaşdırmaq məqsədi daşımaqdadır.Çağdaş dövlətin ən əhəmiyyətli vəzifələri arasında olan gəlir dağılımındakı ədalətsizliyin aradan qaldırılması və rifah səviyyəsinin artırılması məqsədi ilə təhsilə ayrılan transfer xərcləri təhsil xidmətlərindən aşağı gəlirlilərin faydalandırılması üçün edilən iqtisadi məqsədli yardımlar olaraq göstərilməkdədir.
Ölkələrin inkişafı baxımından əhəmiyyət verilən ünsürlərdən biri də hər istiqamətdə yetişmiş olan insan gücü olmasıdır. Ölkələrin inkişaf səviyyələri adambaşına düşən milli gəlirin, eləcə də ölkələrdəki təhsilli insan gücünün nisbəti ilə izah edilir. Savadlı insan gücünün mövcudluğu ölkələrə əhəmiyyətli dərəcədə təsir göstərir. Buna görə bir ölkənin inkişafında təməl olan iqtisadiyyat və səhiyyə faktorlarının yanı başında, bunlar qədər əhəmiyyət qazanan, hətta bunların qaynağı olan təhsil, tədris fəaliyyəti də ölkələr tərəfindən qəbul edilir. Son illərdə ölkələrin inkişaf səviyyələri açıqlanarkən sahib olunan kefiyyətli iş gücü nisbətləri də istifadə edilir. Yetişmiş və kefiyyətli insan gücünün artmasını təmin edəcək ən əhəmiyyətli vasitə isə təhsil olaraq qarşımıza çıxmaqdadır.
Keyfiyyətli əməyi təmsil edən bir anlayış olaraq qarşımıza çıxan bəşəri sərmayə müxtəlif şəkillərdə təyin olunmaqdadır. Bu anlayış ilk dəfə iqtisadiyyat ədəbiyyatına Smith, Mill və Marşallın işləri ilə daxil olmuşdur. Daha sonra bu görüşlərin işığında indiki vaxtda istifadə edilən bəşəri sərmayə təyin etmələri çıxmışdır.
Bəşəri sərmayə (human capital), əmək tərəfindən daxil edilən məlumat və bacarıqların məbləği olaraq təyin olunmaqdadır. Digər bir ifadə ilə istehsalı reallaşdıran fərdin sahib olduğu və ümumi mənada insanın xüsusiyyətini (kefiyyətini) vurğulayan məlumat, bacarıq, təcrübə və dinamizm kimi müsbət dəyərlər bəşəri sərmayə olaraq qəbul olunmaqdadır. Bu dəyərlər həm yeni texnologiyaların inkişaf etdirilməsinə, həm də mövcud istehsal faktorlarının daha məhsuldar bir şəkildə istifadə edilməsinə imkan təmin etməkdədir.
Təhsil həm fərdi qazanca həm də ictimai qazanca təsir etməkdə və bu baxımdan iqtisadi inkişafa da böyük nisbətdə qatqı təmin etməkdədir. Yaxşı təhsil almış bir adamın işə girməsi, bir tərəfdən onun şəxsi qazancını artırarkən, digər yandan da bu cür kefiyyətli iş gücünün qiymətləndirilməsi, həm insana, həm də o ölkəyə ictimai istiqamətdə də qazanclar təmin etməkdədir. Məsələn, ölkədə savadlıların nisbətinin artması, mədəniyyət səviyyəsinin yüksəlməsi, şüurlu cəmiyyət yaradılması kimi müsbət ictimai qazanclar ortaya çıxmaqdadır.
Bu vəziyyət eyni zamanda insanın həyat standartında da müsbət bir təsir yaratmaqdadır. Təhsil səviyyəsində reallaşan yüksəlmə ilə məhsuldarlıq artımı arasında sıx bir əlaqə olması və bu məhsuldarlıq artımının da gəlirərdə də əks olunma meyli daşıması səbəbiylə, məşğulluq sahəsində bir azalma olmaması fərziyyəsi altında, təhsil səviyyəsi yüksələn çalışan seqmentin gəlirinin də yüksəlməsi gözlənilir. Daha əvvəl aşağı gəlir əldə edən bu kəsimdəki gəlir yüksəlməsi isə, cəmiyyətdəki gəlir bölgüsünə düzəldici təsir göstərir. Digər bir ifadə ilə dövlətin təhsili təbliği siyasətinin tətbiqi bir tərəfdən milli gəliri artırarkən, digər tərəfdən də gəlir bölüşdürülməsinin düzəlməsinə də öz töhfəsini verir. Məlum olduğu kimi, dərhal bütün ölkələrdə bir ictimai sinifdən digərinə keçidi təmin edən ən əhəmiyyətli faktor təhsildir, çünki təhsil, yoxsul seqmentlərin kefiyyət və bacarıqlarını artıraraq onların həm mənəvi cəhətdən təmin olmalarını həm də rəqabətli bir mühitdə kefiyyətli iş tapa bilmə imkanını təmin etməkdədir.
Ümumi olaraq təhsil və texnologiya arasında bir çox əlaqənin mövcudluğu olmaqdadır. Davamlı irəliləyən və inkişaf edən texnologiya mühitində həyatına davam etmək vəziyyətində olan insana, bu inkişaf edən mühitə uyğunlaşma göstərməsi üçün, lazımlı olan öyrənmə və bacarığın təmin edilməsi baxımından təhsil mühüm əhəmiyyət daşımaqdadır. Digər tərəfdən müəyyən bir texnologiyanın tələb etdiyi insan gücünün yəni, əməyin yetişdirilməsi baxımından da təhsil və texnologiya arasındakı əlaqəyə ehtiyac duyulmaqdadır. Sənayeləşmənin inkişafı, yeni şərtlərin davamlı ortaya çıxması və bunların təşkil edilməsi və inkişaf etdirilməsi baxımından təhsil qaynağına böyük nisbətdə ehtiyac duyulmaqdadır.
Ümumi olaraq baxıldığı zaman təhsilin bir çox amillərə əhəmiyyətli təsirləri var. Bu təsirlər ümumi olaraq müsbət və inkişaf edən bir mühit yaradır. Təhsilin istehsal üzərində də müsbət istiqamətdə təsir yaratdığı görülməkdədir.
Hər səviyyədə təhsil imkanlarının inkişaf etdirilməsi və artırılması eyni zamanda əmək faktorunun yəni işçi qüvvəsinin daha yaxşı məlumat və biliklərlə təchiz edilməsi, məhsuldarlığı artıran vəiqtisadi inkişafı təmin edən bir ünsür olaraq qarşımıza çıxmaqdadır. Bu imkanlarınartırılması yalnız fərdin yəni, işçi qüvvəsinin məhsuldarlığı artırmaz, eyni zamanda birlikdə çalışdığı kəslərin məhsuldarlığını da əhəmiyyətli dərəcədə artırır. Təhsilin istehsala müsbət təsirinin bir başqa yolu da təhsilli şəxslərin peşə baxımdan digərlərinə görə daha hərəkətli olmalarıdır. Yəni,öyrədilmiş bəşəri sərmayəsi yüksək olan insanlar ekoloji faktorları daha yaxşı müşahidə üçün, digər alternativlərə qarşı daha həssas davrana bilirlər. Bu hərəkətliliyə bağlı olaraq da, əmək faktoru daha uyğun şəkildə yayılaraq istehsala müsbət istiqamətdə təsir etməkdədir.
Təhsil səviyyəsi yüksəldikcə doğum nisbətinin azalması həm ailə, həm də dövlətbaxımından adam başına daha çox bəşəri sərmayə yatırımı edilməsini mümkün edərək, gələcək dövrlərdə işçi qüvvəsinin keyfiyyətinin yüksəlməsinə qatqı təmin edəcək. Üstəlik enən əhali artım sürəti, əmək bazarında tələbin daha yavaş artmasına səbəb olaraq, ödənişlərin daha yuxarıda qalmasını təmin edəcək. Bənzər şəkildə daha təhsilli şəxslərin ailə planlaması mövzusunda daha məlumatlı və həssas davranmaları daha kiçik ailələrin ortaya çıxması ilə nəticələnməkdədir. Bu da ailələrin həm maddi, həm də zaman mənasında uşaqlarına daha çox maddi mənəvi vəsait ayırmalarımənasını verməkdədir. Bu vəziyyətdə yetişən uşaqların təhsilinə daha çox əhəmiyyət verilir.
Bir iqtisadiyyatda yüksək ölüm sürəti, yüksək doğum nisbəti və aşağı bəşəri sərmayə mövcud isə bu iqtisadiyyatın inkişafı aşağı olmaqdadır. Əksinə bir iqtisadiyyatda aşağı ölüm nisbəti, aşağı doğum nisbəti və yüksək bəşəri sərmayə var isə bu ölkənin inkişafı yüksək olmaqdadır. Bu məzmunda bəşəri sərmayəsi yüksək inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə körpə doğum sürəti aşağı olmaqdadır. Aşağı doğum nisbətləri isə insan sərmayəsinə edilən investisiyaların xərclərini də azaldır. Bu səbəblə ailələr uşaq başına etmiş olduğu təhsil sərmayələrini da artıra bilir.
Dünyadakı bir çox qadın bir əvvəlki nəsilə görə daha yüksək təhsil səviyyəsinə sahib olmaqdadır. Bu səbəblədir ki,qadınların ilk doğum yaşlarında bir artım ayrıca ,digər bir doğuş müddətində də azalma meydana gəlməkdədir. Eyni zamanda qadınların təhsil səviyyəsində meydana gələn artım işgücünə iştirak səviyyələrini də artırmaqdadır. Ayrıca, bu vəziyyət onların fikirlərində dəyişiklik və onlara həyatlarının bir çox sahəsində muxtariyyət təmin etmişdir. Bu məzmunda səhiyyə mövzusunda da bir çox fərqə səbəb olmuş və qadınların doğum idarəsi haqqında qorunmağa istiqamətli texnologiyaları istifadəyə imkan təmin etmişdir.
Dünyadakı ölkələrin demokratikləşmə proseslərinə baxıldığında, demokratik quruluş ilə təhsil səviyyəsi arasında möhkəm bir bağ olduğu görülməkdədir Çünki, cəmiyyətlərin təhsil səviyyəsi artdıqca, sahib olduqları rəhbərliyin demokratikliyi də eyni nisbətdə artmaqdadır. Ayrıca, təhsil səviyyəsi artan bir cəmiyyət daha şüurlu və məntiqli qərarlar alma istiqamətində hərəkət edir. Demokratiya mənasını daşıyan bir cəmiyyətdə bu vəziyyət böyük əhəmiyyət daşımaqdadır bu səbəbdən təhsil fərdin özünə olan etibarını artıraraq, fərdi hüquq mövzusunda daha şüurlu davranmasını təmin etməkdədi. Demokratiklik insanların haqqlarını istifadə edə azadlıqlarına görə müəyyənləşdirilir.Qanunlar qarşısında bərabərlik, dini inanc azadlıqları, müstəqil ticarət otaqlarının varlığı kimi hüquqların bir cəmiyyətdə olması, o cəmiyyətin demokratiklik baxımından inkişaf etdiyinin bir göstəricisi olmaqdadır.
Fərdlərin cinayət işləmə dərəcələri ümumi olaraq iqtisadi çatışmazlıqlardan ötəri meydana gəlməkdədir. Bu vəziyyət fərdi daha içindən çıxılmaz bir hala gətirdiyindən, qarşısının alınması da olduqca çətin olur. Ancaq təhsil səviyyəsi yüksəldikcə fərdlərin gəlirlərində meydana gələn artım bu vəziyyətə də təsir etməkdədir. Gəlir səviyyəsi yüksələn bir fərd eyni zamanda həbsə girərək keçirdiyi zamanda itirəcəyi gəliri gözə almadığından, dolayıda cinayət işləmə nisbətlərində azalma meydana gəlməkdədir. Ümumi olaraq təhsil səviyyəsində meydana gələn bir artım tərs mütənasib olaraq cinayət nisbətlərinin azalmasında təsirli olmaqdadır. Cinayət törətməyin tək qaynağı iqtisadi deyil, bir çox qaynağı var. Ancaq təhsil, cinayət nisbətlərinin azalmasında böyük nisbətdə təsir edən bir faktor olaraq görülməkdədir.


Ədəbiyyat
1. ABDULLAH, Abdul Jabbar (2013), ‘’Education and Economic Growth in Malaysia: The Issues of Education Data’’, Procedia Economics and Finance.
2. ATAUZ, Akın (2002), ‘’Eğitim-Nüfus ve Kalkınma İlişkileri’’, Kentsel ve Bölgesel Araştırmalar Ağı Yayını.
3. ATİK, Hayriye (2006), ‘’ Beşeri Sermaye, Dış Ticaret ve Ekonomik Büyüme’’, Ekin Kitabevi, Bursa
4. ÇAKMAK, Özlem (2008), ‘’Eğitimin Ekonomiye ve Kalkınmaya Etkisi’’, D.Ü Ziya Gökalp Eğitim Fakültesi Dergisi, S: 11.
5. KARAMAN, Elif (2007), ‘’ Beşeri Sermaye ve İktisadi Kalkınma Üzerine Etkileri: Türkiye Üzerine Bir Analiz’’, İnönü Üniversitesi, Sosyal Bilimler Enstitüsü, İktisat, Anabilim Dalı Yayınlanmış Yüksek Lisans Tezi.
6. http://www.dogrulukpayi.com/bulten/oecd-egitime-bakis-raporu-egitim-finansmani

Açar sözlər: sosial sahə, təhsil, bəşəri sərmayə, təhsil xərcləri.
Key words: social sphere, education, human capital, educational expenditures.
Ключевые слова: социальная сфера, образование, человеческий капитал, образовательные расходы.


Summary
NEW APPROACHES TO MEASUREMENT OF EXPENDİTURES EFFECTİVENESS OF SOCIAL SPHERES (IN THE FIELD OF EDUCATION)
Recently, education is one of the key priorities in social policy of the country. In general, we see the struggle of science, education, and the "golden brains" more rather than the demonstration of wars, military intervention, and power in the changing political system of the world.That is, the struggle for life is one of the key factors that require education today.Looking from this point, creating a modern education system in Azerbaijan is one of the important social issues facing the government.The modern educational system itself requires a wider spectrum approach to this area.The civilization of the human being and its present day has been realized through the continuous changes.This evolution has been made possible by the transition of the information and values produced by the generations from the date on which human beings exist on the earth to the present day. Whether planned or not it has given its own advice to the formation of an educational program. Therefore, the existence and development of human beings on Earth requires the formation of an educational factor.From this point of view there are many characteristics of the educational factor.The article summarizes the investment factors in education by analyzing the curriculum, general education activity in a systematic manner, identifying the nature and extent of the educational process, and short and medium-term development trends in the future for social, economic and political goals.


Резюме
НОВЫЕ ПОДХОДЫ К ИЗМЕРЕНИЮ РАСХОДОВ ЭФФЕКТИВНОСТИ СОЦИАЛЬНЫХ СФЕР (В ОБЛАСТИ ОБРАЗОВАНИЯ)
В последнее время образование является одним из ключевых приоритетов в социальной политике страны.В целом мыбольше видим борьбу науки, образования и «золотых мозгов»,чем демонстрацию войн, военной интервенции и власти, в меняющейся политической системе мира. То есть борьба за жизнь является одним из ключевых факторов,которое требует образование сегодня. Исходя из этого, создание современной системы образования в Азербайджане является одной из важных социальных проблем, стоящих перед правительством. Современная система образования требует более широкого спектра подхода к этой области.Эта эволюция стала возможной благодаря переходу информации и ценностей, порождаемых поколениями, с даты существования людей на Земле по настоящее время. Независимо от того, планировалосьэто или нет, оно дало свои собственные рекомендации по формированию образовательной программы.Поэтому существование и развитие людей на Земле требует формирования образовательного фактора.С этой точки зрения существует множество характеристик образовательного фактора. В статье обобщаются инвестиционные факторы в образовании путем систематического анализа учебной программы, общей образовательной деятельности, определения характера и масштабов образовательного процесса, а также краткосрочных и среднесрочных тенденций развития в будущем для достижения социальных, экономических и политических целей.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017

 

Anar Emİnov
İqtisadiyyat üzrə fəlsəfə doktoru

Aynur Lətİflİ
Azərbaycan Turizm və
Menecment Universiteti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM