Bakı-Tbilisi-Qars dəmir yolu xəttİndən Tehran sammitinə doğru: uğurların geosiyasi dəyərləndirilməsi

08:35 / 23.01.2018

Azərbaycan Respublikasının müasir geosiyasi müstəvidə əhəmiyyətini artıran əlamətdar hadisələrdən daha biri milli inkişaf tariximizə daxil olmaqla ölkəmizin gücünün artdığını hamıya nümayiş etdirdi. Bakı-Tbilisi-Qars dəmir yolu 30 oktyabr 2017-ci il tarixində işə başladı və Azərbaycanın beynəlxalq nəqliyyat sistemində mövqeyini bir qədər də gücləndirdi. Azərbaycan Respublikası bununla həm milli maraqlarını reallaşdırma imkanlarını genişləndirdi, həmdə ətrafında şəbəkələşən təhlükəsizlik çətiri qurmağı bacardı. Layihənin əhəmiyyətini sübut edən amillərdən biri də o idi ki, onun açılışı regional liderlər və vəzifəli şəxslər zirvəsini xatırladırdı. Onun açılışına bir sıra ölkələrin ən yüksək siyasi səviyyədə qatılması Azərbaycan xarici siyasətinin konseptual əsaslarının möhtəşəmliyini ortaya qoydu. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım və ölkənin I vitse-prezidenti Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər. Reallaşan bu layihə son illər regionun geosiyasi mənzərəsində ciddi dəyişiklik deməkdir. Ölkənin siyasi rəhbərliyi səviyyəsində yaxşı dərk edilir ki, Azərbaycan Respublikasının geosiyasi imkanlarının artması üçün iqtisadi mexanizmlərin fəaliyyət istiqamətlərində geosiyasi maraqlar diqqətə alınmalıdır. Azərbaycan Gürcüstan və Türkiyə ilə hərbi əməkdaşlığı bir qədər də gücləndirsə geosiyasi irəliləmə və “sevməyənlərin” zərərsizləşdirilməsini gücləndirə bilər. Eyni zamanda digər dövlətlərlə də hərbi əməkdaşlığını gücləndirməklə diplomatik sahədə təcrid etdiyi Ermənistanı hərbi sahədə də müttəfiqlərdən məhrum edə bilər. Ona görə BTQ-ni qeyd edilən kontekstdə də yüksək səviyyədə görülmüş işin yekunu kimi səciyyələndirmək lazımdır. Regional proseslərdə Azərbaycan bir sıra hallarda aparıcı və dominant mövqedədir. Yuxarıda göstərilmiş üstünlüklər Azərbaycanın proseslərin mahiyyətinə, gedişınə, forma və xüsusiyyətlərinə təsir etməsinə imkan verir. Buna səbəb kompleks amillərdir: böyük ölkə, zəngin ölkə və dünya siyasi proseslərində “düyün” ölkələrdən olması xüsusiyyəti. Ölkəmiz nəinki prosesdə iştirak edir, proseslərin bir çoxuna “müəlliflik” edir, onun gedişini şəkilləndirir, prosesdə iştirak edəcək aktorları müəyyən edir, yaxud müəyyən edilməsində aparıcı söz sahiblərindən biri olur. Məhz bu səbəblə, Azərbaycan torpaqlarını müvəqqəti olaraq işğal edən Ermənistan faktiki olaraq geosiyasi müstəvidə ölkəmizin siyasi kursunun reallaşdırılması nəticəsində zərərsizləşdirilmişdir.
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə bir sıra dividendlər əldə edir. İlk növbədə, bu ölkəmizə imkan verir ki, özünün qitələlərarası birləşdirici rolunu gücləndirsin. Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir. Eyni zamanda daha çox ölkə ilə həmsərhəddir. Beynəlxalq tranzit yolları ölkəmizin ərazisindən keçməkdədir. Regional inteqrasiya proseslərində Azərbaycanın tərəfdaşları olaraq nəinki Gürcüstan kimi Cənubi Qafqaz ölkəsi, hətta Rusiya kimi dünya dövləti və eləcə də regional liderlər Türkiyə və İran iştirak etdi. Bununla birgə Azərbaycan geosiyasi müstəvidə bir sıra Qərb ölkələrinə, ABŞ da daxil olmaqla ədalətli və proporsional iştirak imkanları da verdi. Dominant olmağa öyrənmiş aparıcı dövlətlər coğrafi sərhədləri elə də böyük olmayan Azərbaycan ilə qarşılıqlı mənfəətlərin reallaşdırılması dilində danışmağın düzgün olduğunu anladılar. Azərbaycan Respublikası regional “fəaliyyət torlarının düyünlərini” balans siyasətində məharətlə istifadə etdi. Nə zaman ki, bir sıra dünya dövlətlərinin dərin doktrinalarında yeni müstəmləkiçilik ruhu işə düşürdü Azərbaycan diplomatiyası həmin ölkələri fakt qarşısında qoyurdu. Bu fakt nə idi? Bu fakt elə həmin dövlətlərin xarici siyasi fəaliyyətinin imperativləri və prioritetləri idi. Azərbaycan dünyəvi siyasi və iqtisadi proseslərə, özünü təsbit və özünü təsdiq deyilən “oyuna” xaotik deyil, prinsipial və konseptual daxil oldu. Qeyd edək ki, Cənubi Qafqaz ölkələri içərisində bu yalnız Azərbaycana xasdır.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılmışdır. 20-21 iyul 2002-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 iyun 2004-cü ildə Gürcüstana rəsmi səfəri zamanı Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirmişdir. Azərbaycanın bu nəqliyyat layihəsinə strateji baxışı illər sonra onun işə düşməsi ilə proseslərin axarını dəyişə biləcək hala gətirdi. İndi Azərbaycan dünya üçün, region üçün tək karbohidrogen ixracatçısı rolunu oynamır, həmçinin region ölkələrinin iqtisadi inkişafına birbaşa təsir edən rıçaqlar əldə edir. Sevindirici haldır ki, bütün bu fəaliyyətin avanqardı iki qardaş ölkə Azərbaycan və Türkiyədir. Türkiyənin Qafqaz siyasəti baxımından ən əhəmiyyətli ölkə Azərbaycandır. Türkiyə ilə olan xüsusi əlaqələri və zəngin enerji resurslarına malik Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq sistemə inteqrasiyası Türkiyə üçün də əhəmiyyət kəsb edir. Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü qorunaraq həll edilməsini müdafiə etmiş və erməni işğalına qarşı beynəlxalq təşkilatlar çərçivəsində cəhdlər göstərmişdir. Dünya yeni geosiyasi kataklizmləri yaşayır. Hadisələrin gedişi o qədər də uzaq olmayan perspektivdə bəzi hadisələrin ola biləcəyini göstərir. Türkiyənin türk və müsəlman dövlətlərinin yönəlmiş fəaliyyətində Azərbaycan ilə birgə fəaliyyətini daha sistemli bir şəkildə gücləndirməsi lazımdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyini vurğulayan Prezident İlham Əliyev deyib: “Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq və təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaqdır. Biznesin inkişafı üçün, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti vardır” (7). Türkiyənin dövlət başçısı isə bildirib ki, yatırdığımız bu sərmayələrlə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin üstünlüyünü və cəlbediciliyini daha da artırdıq: “Azərbaycanın Ələt limanı ilə də yalnız üç ölkəni deyil, bütün Orta Asiya respublikalarını Qərb nəqliyyat marşrutları ilə birləşdiririk. Eyni qaydada Türkmənbaşı limanı vasitəsilə Türkmənistanın, Aktau limanı vasitəsilə Qazaxıstanın Avropaya çıxışını təmin edirik.”. Hər iki çıxışa diqqət yetirdikdə görmək olur ki, dövlət başçıları layihəyə təkcə iqtisadi aspektdən baxır. Onlar layihənin geosiyasi əhəmiyyətinə vurğu edirlər. Əslində Bakı-Tbilsi-Qars dəmir yolu işə düşməsi gələcəkdə türk dünyasının real birliyinin yaranması üçün iqtisadi əsasa çevriləcək.
BTQ Azərbaycanın və Türkiyənin geosiyasi və geoiqtisadi təsir imkanlarının artmasını istəməyən bütün ölkələrin planlarını pozdu. Asiya və Avropa bazarları arasında mal mübadiləsi üçün şimala getmədən alternativ imkanlar açıldı. İtirənlərin içərisində isə “lider” yenə Ermənistandır. Onsuz da beynəlxalq nəqliyyat sisteminə çıxış imkanları məhdud olan işğalçı rejim indi bir qədər də pis vəziyyətə düşdü. Çünki regionda Azərbaycan ilə Gürcüstanın bir-biri ilə bağlılığı daha da artdı. Ümumiyyətlə, Azərbaycan kimi Gürcüstan da ara-sıra erməni separatizmi təhlükəsi ilə üzləşir. Son vaxtlar ermənilərin yeni xülyalarının konturları cızılmaqdadır. Ha¬zırda ən böyük hədəf Gürcüstan torpaqlarıdır. Samsxe-Cavaxetiyadakı ermənilərin separatçı çıxışları günü-gündən art¬ır. Hazırda onlar ilkin mərhələdə ərazi-inzibati bölgü baxımından Kvemo-Kartli regionuna daxil olan Çalk bələdiyyəsinin (əhalisinin təxminən ya¬rısı ermənilərdir) Cavaxetiyaya birləşdirilməsini tələb edirlər. Bundan sonra Samsxe-Cavaxetiyaya muxtariyyət verilməsi, erməni dilinə rəsmi dil, erməni apostol-qriqorian kilsəsinə isə statusun verilməsi ilə bağlı iddialar səslənir. Təbii ki, Gürcüstanda bunu çox yaxşı anlayırlar. Beləliklə, tarixi köklər, birgə problemlər və maraqlarla bərabər regionda geosiyasi vəziyyət də ölkələr arasında sıx əməkdaşlığa zəmin yaratmışdır.
Azərbaycanın milli maraqları üçün müstəqil Gürcüstanın mövcudluğu ölkənin Qərblə enerji və nəqliyyat layihələrində strateji alternativi formalaşdırır. Məhz müstəqil Gürcüstanın vasitəsi ilə Azərbaycan Şərq-Qərb dəhlizini aktiv istifadə edə bilir. Digər tərəfdən, Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyini təmin edir (3). BTQ-nin açılışı ilə bağlı çıxış edən Gürcüstanın baş nazirinin bu sözləri fikirlərimizi sübut edir: “Bugünkü tədbirə görə Prezident İlham Əliyevə, eyni zamanda, öz dostlarımıza, dost ölkələrin liderlərinə, hökumət nümayəndələrinə, bu illər ərzində öz fədakar və yorulmaz əməyi ilə bu mürəkkəb layihənin reallaşmasına dəstək verən insanlara bir daha təşəkkürümü bildirmək istəyirəm. Ən əsası isə odur ki, bu layihədə burada təmsil olunan ölkələrin mütəşəkkilliyi və birliyi nümayiş olundu. Əminəm ki, bu cür layihələr və bir-birimizin yanında olmağımız əlaqələrimizi daha da dərinləşdirəcək və təkcə bizim ölkələrimizə deyil, eyni zamanda, regionumuza uğur gətirəcək.” . Bu çıxışda diqqəti cəlb edən məqam Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin bir birimizin yanında olmaq ifadəsidir. Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi və sosial uğurun bir adı vardır – Azərbaycanın yanında olmaq!!! Regionda müstəqil ola bilməmə kompleksi yaşayan Ermənistanın artıq tamamilə iflic vəziyyətində olduğunu anlaması lazımdır. Artıq bu ölkədə ictimai rəy də işğalın heç də xeyir gətirməməsi yönündə dəyişməkdədir. Erməni Kubatyan “Regnum” saytında yazır ki, Ermənistan bu yolun açılışı ilə mühüm yollarının ondan yan keçməsi reallığının ortasında oturan kor bayquşa çevrilir. Beləliklə, artıq şərhə ehtiyac yoxdur.
Burada bir sıra ekspertlər Azərbaycan-Gürcüstan-Türkiyə dostluq formatına böyük önəm verir. Onlardan biri siyasi elmlər doktoru, millət vəkili E. Nəsirov bildirir ki, indiki çətin və mürəkkəb bir şəraitdə Azərbaycan, Türkiyə və Gürcüstan işbirliyi regionda beynəlxalq aləm üçün qovşağa çevrilməklə yanaşı, bu münasibət həm də xarici qüvvələr qarşısında dostluq və əməkdaşlığın bariz nümunəsidir (1). Ermənistanın belə bir vəziyyətə düşməsi fonunda Azərbaycan regionun və dünyanın idarə edildiyi mərkəzlərdən birinə çevrilməkdə davam edir. Ermənistanın özünü təcrid etməsi hətta bir sıra xarici ölkələrin diplomatlarının belə diqqətindən yayınmır. ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd olmuş Mills bu ölkənin qəbul etdiyi bir sıra qərarlarla özünü beynəlxalq ictimaiyyətdən təcrid etməkdə olduğunu deyib (6). Baş verən son hadisələr onu deməyə əsas verir ki, artıq dünyada yeni güc mərkəzləriyaranır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi dünya beşdən böyükdür. Bu mənada Azərbaycan və Türkiyə birliyi regional baxımından yeni güc mərkəzini əmələ gətirir. Hadisələrin məntiqi davamı olaraq Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Qardaş ölkənin başçısı isə bəyan edibdir ki, dünən və bu gün keçirdiyimiz görüşlərlə birlikdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun necə yüksək səviyyəyə çatdırıldığını xüsusilə sevinc içərisində müşahidə edirik. Azərbaycan və Türkiyə arasında münasibətlərin bir qədər də inkişaf edərək dərinləşməsi hər iki ölkəni sevməyən qüvvələri fakt qarşısında qoyur. Bu fakt nədir? Tarixi qardaşlıq, təbii resurslar, ortaq təhlükələr, tranzit imkanlar və möhtəşəm perspektivlər baxımından yeni güc Azərbaycan-Türkiyə ittifaqı. Bu ittifaq bir təsadüfün nəticəsi deyi, Ümummilli lider Heydər Əliyevin siyasi dühasının məhsulu olan “bir millət iki dövlət” strategiyasının bəhrəsidir. Balanslaşdırılmış xarici siyasət kursu daxilində Ümummilli lider Heydər Əliyevin Türkiyəyə verdiyi önəmin müasir nailiyyətidir BTQ.
BTQ-nin reallaşmasının yol xəritəsini anlamaq üçün təbii ki, tarixi bir ekskursa ehtiyac vardır. 1990-cı illərdən başlanan strateji yaxınlaşmanın təmələri 1992-ci ilin martında qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanmış, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılmışdır. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev körpünün açılış mərasimində demişdir: “Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 ildir ki, bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu günü böyük həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, bizim bu diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilibdir”. Türk dünyasının coğrafi bütünlüyünü təmin edən bu körpünün açılışında Türkiyənin o zamankı Baş naziri S. Dəmirəl və Türkiyənin digər yüksək səviyyəli hökumət nümayəndələri də iştirak etmişdilər. S. Dəmirəl körpünün açılmasının əhəmiyyəti barədə danışaraq demişdir: “Bu körpü, sadəcə, Türkiyə ilə Azərbaycanı deyil, dünyanı, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropayla Qafqazları – hamısını bir-birinə bağlayacaqdır. Məhz onu dəyərli edən də budur”. Ümummilli lider Heydər Əliyevin Türkiyəyə sonrakı işgüzar, rəsmi səfərləri zamanı aparılan danışıqlar, imzalanmış sənədlər Naxçıvan-Türkiyə münasibətlərinin inkişafında yeni mərhələ yaratmış, muxtar respublikanın sosial-iqtisadi problemlərinin həllinə öz müsbət təsirini göstərmişdir (2).
Bu günkü uğurlar həm də Ümummilli lider Heydər Əliyevin neft strategiyasının, “Əsrin müqaviləsinin”, BTC-nin və digər cahanşümül layihələrin nəticələridir. Təbii ki, ilk olaraq “Əsrin müqaviləsi” katalizator rolunu oynadı. 20 sentyabr 1994-cü ildə Bakıda “Gülüstan” sarayında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilə imzalandı. Mərasimdə Heydər Əliyev çıxış edərək deyirdi: “Bu gün Azərbaycan Respublikasının həyatında tarixi bir hadisə baş verir. Xəzərin Azərbaycan Respublikasına aid sektorunun “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işləməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında davam edən üçillik danışıqlar sona çatmış və layihə hazırlanmışdır. Biz bu müqaviləni imzalamaqla müqavilədə iştirak edən şirkətlərin: “Amoko”, “Bi-pi”, “Statoyl”, “Lukoyl”, “Mak Dermot”, “Penzoyl”, “Remko”, “Türkiyə Petrolleri”, “Yunokal”, “Delta İntənəşl”-in mənsub olduğu ölkələrlə – ABŞ, Rusiya, İngiltərə, Türkiyə, Norveç, Səudiyyə Ərəbistanı kimi dövlətlərlə dostluq əlaqələrinin, iqtisadi əməkdaşlığın və ümumiyyətlə, bü-tün sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümid bəsləyirik». Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev danışıqların Bakıda aparılması və müqavilənin burada imzalanmasına böyük əhəmiyyət vermişdi: «Bu imzanın Bakıda atılması Azərbaycanın müstəqilliyini bir daha aydın sübut edir» (4). Bu strategiyanın davamı olaraq reallaşan BTC Azərbaycanın gücünü bir qədər də artırdı və nüfuz dairəsini genişləndirdi. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Xəzər neftini Aralıq dənizinin sahillərində yerləşən Ceyhan limanına nəql etmək üçün 1,773 kilometrlik xəttdir. Boru kəmərinin rəsmi açılışı 13 iyul 2006-cı ildə Ceyhanda (5, 6) olmuşdur. Neft boru kəməri Azərbaycan (442 km), Gürcüstan (248 km) və Türkiyə (1.070 km) ərazisindən keçir (5).
Onu da xüsusi vurğulamaq lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin düşüncə və strateji xəttinin davamı Prezident İlham Əliyevin fədakar, gərgin fəaliyyəti ilə bağlıdır. Onun rəhbərliyi ilə biz bu gün dünyaya yeni reallıqları qəbul etdirə bilən regional güc olan Azərbaycanda yaşayırıq. Azərbaycan son illər dünya miqyaslı tədbirlərin mərkəzidir. Bunlardan 2012-ci il Avroviziya Mahnı Müsabiqəsini, 2015-ci il Avropa Oyunlarını, 2017 İslam Həmrəyliyi Oyunlarını və digər tədbirləri misal göstərmək olar. Beləliklə, Azərbaycanın iqtisadi və siyasi uğurları davam edir. Bir daha sübut olundu ki, ölkəmizin xarici və daxili siyasəti bir birini tamamlamaqdadır. İqtisadi və siyasi imkanlardan istifadə edilmə metodları düşünülmüş və elmi əsaslara dayanan siyasi konsepsiyanın mövcudluğunu göstərir. Ona görə də, Azərbaycanın dostu olmaq özü bir siyasi üstünlüyə çevrilir. Məhz bunun nəticələrindən biri də Azərbaycan-Rusiya-İran prezidentlərinin ölkəmizin təşəbbüsü ilə keçirilən zirvə görüşləridir. 2016-cı ildə Bakıda keçirilən zirvədə xeyli irəliləyişlər əldə edilmişdi. Burada qəbul edilən bəyannamədə ölkələr bərabər və qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli inkişafının davam etdiriləcəyini, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun dərinləşdirilməsini və genişləndirəcəyini bildirdi. Bundan əlavə, üçlük terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrinin qanunsuz dövriyyəsi, insan alveri və informasiya və kommunikasiya texnologiyaları sahəsində cinayətlərə qarşı mübarizə aparmaq niyyətində olduğunu ifadə etdi.
2017-ci il noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin zirvə görüşü olmuşdur. Görüşdə üç ölkə üçün əhəmiyyətli məsələlər müzakirə olundu və birgə bəyanat imzalandı. Danışıqlarda prioritet təşkil edən məsələ "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasıyla bağlı idi. Hər üç ölkə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanlarını yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat-rabitə infrastrukturunun inkişafı üçün effektli addımlar atmaq niyyətindədir. Bu sammit zamanı ölkə başçımız eyni zamanda ayrılıqda İran və Rusiya prezidentləri ilə görüşmüşdür. Ümumiyyətlə, Azərbaycan dövləti tərəfindən təklif edilən bu zirvə görüşlərində aparıcı imperativimiz Rusiya və İran dövlətlərinin beynəlxalq müstəvidə oynadığı rolla bağlıdır. Azərbaycan Respublikasının şimalında dünyanın böyük siyasi, hərbi və iqtisadi aktorlarından biri olan Rusiya Federasiyası yerləşir. Rusiya qədim tarixə malik olan bir dövlətdir və onun istər regional, istərsə də dünya miqyaslı iddiaları tarixi və bazislidir. Bu məsələni bir qədər də açmağa çalışaq. Rusiya dünya hökmranlığına can atmış, onu idarə edənlərin və siyasi idarə şəkillərinin dəyişilməsi bu iddiaları dəyişdirməmişdir. Hər bir yeni hakimiyyətin Rusiyaya qeyd edilən istiqamətdə fəaliyyət göstərmək üçün yeni imkanlar və mexanizmlər verməsi amilinin təhlükəli tərəfləri Ümummilli lider Heydər Əliyevin balanslaşdırma siyasəti nəticəsində zərərsizləşdirilə bildi. Bundan sonra Azərbaycanın iqtisadi və siyasi güclənməsi, inteqrasiya proseslərində fəal iştirakı Rusiyanın ritorikasını dəyişməsinə gətirib çıxardı. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin xarici siyasi kursunda da Rusiya amilinə önəm verildi. Əsas prinsip faktiki olaraq bu oldu “Rusiya biz sənin düşmənin deyilik”. Bu həm də Rusiya üçün də bir mesaj anlamına gəlməkdədir ki, “sən də bizi düşmənləşdirmə”. Hazırda Rusiya ilə Azərbaycan arasında normal münasibətlərmövcuddur. Qarşılıqlı əməkdaşlıq getdikcə inkişaf edir. Azərbaycan bu baxımdan gözəl qonşuluq nümunəsini göstərir.
İran da bizim üçün mühüm əhəmiyyətə malikdir. İran Azərbaycanın cənubunda yerləşən və ölkəmizlə sıx tarixi bağları olan bir dövlətdir. İran da beynəlxalq fəaliyyət məkanında iddialı çıxışları ilə gündəmə gəlir. Rusiya qədər imkanları olmasa da son dövrlər Suriya və İraq ətrafında gedən proseslərdə hərbi və siyasi iştirakı ilə İran özünün mərhələli olaraq dünya dövləti olmaq istəklərini ortaya qoymuşdur. Bunun üçün keçiləcək ilk mərhələ regional güc olmaqdır. İranda azərbaycanlıların yaşaması və onların siyasi fəaliyyətlərinin zaman-zaman gündəmə gəlməsi əslində bizim üçün olduqca önəmli bir vasitədir. Doğrudur, tarixi keçmişimizdə bəzi insanların emosional və dərin olmayan çıxışları səbəbi ilə İran ilə əlaqələrimizə bu amil mənfi təsir etmişdi. Ancaq burada da Ümummilli lider Heydər Əliyevin apardığı siyasət hissiyyat üzərində qurulmuş düşüncəni məntiqi və konseptual siyasətlə əvəz etdi. Azərbaycan İranı qıcıqlandıracaq hissi davranışlardan deyil, İran dövlətinin Cənubi Qafqazda Azərbaycana olan ehtiyacından istifadə etməyə başladı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İran ilə konstruktiv əməkdaşlığa müsbət baxdığını öz addımları ilə ortaya qoydu. Bütün problemli tərəflərə baxmayaraq Azərbaycan İranla münasibətləri daim qonşuluq və qarşılıqlı hörmət əsasında qurmağa çalışmaqdadır. İran Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan-İran ikitərəfli münasibətlərində iqtisadi əlaqələrin xüsusi çəkisi var. Qeyd edilən amillər kontekstində 2017-ci il noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin zirvə görüşünü bizim üçün önəmli hadisə hesab etmək lazımdır. Bunu bariz şəkildə ortaya qoyan sammitdə ölkə başçımızın çıxışıdır. Prezident İlham Əliyev birinci üçtərəfli Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə keçən ilin avqustunda Bakıda keçirildiyini, bu formatın gözəl gələcəyinin olduğunu bildirdi: “Üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır”, - deyən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan dünyada yeganə ölkədir ki, onun Rusiya və İranla quru sərhədi var və bu coğrafi yerləşmə bizə bütün sahələrdə uğurlu əməkdaşlıq etməyə imkan verir. Bütün bunlar hər iki məsələdə istər BTQ-nin reallaşmasında, istərsə də 2017-ci il noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin zirvə görüşündə ölkəmizin təşəbbüskarlığını və dominantlığını ortaya qoyur.


Ədəbİyyat
1. Bədəlov Ə. Azərbaycan-Türkiyə-Gürcüstan formatı dostluğa, qardaşlığa və müttəfiqlik münasibətlərinə söykənir. // “Xalq qazeti” 7 noyabr 2017-ci il, № 245 (28630), s.3
2. Qasımov Ə. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü (1990-1993-cü illər). // Tarix və onun problemləri, №2 2013, s.101-105, s.103
3. Mahmudov N. Gürcüstanın yeni hakimiyyətinin regionda prioritetləri və Azərbaycan. // “Strateji təhlil”, 2012, № 5, s.169
4. Şahverdiyev Z. Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi” müstəqil Azərbaycan iqtisadiyyatının təməlidir. // Tarix və onun problemləri, №2 2013, s.132-139, s.134
5. Ибрагимова Г.И., Агакишиева Н.А. Вопросы экологической безопасности Б-Т-Д. // Bakı universitetinin xəbərləri. Humanitar elmlər seriyası 2012, №4, s.151-157, s.152
6. Ermənistan özünü təcrid edir. https://525.az/site/ ?name =xeber& news_id =25501#gsc.tab=0
7. İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edib. http://president.az/articles/25639
8. “Bakü-Tiflis-Kars Demiryolu Projesi, Yeni İpek Yolu’nun Halkalarından Birisidir”. https://www.tccb.gov.tr /haberler/410/86167/ baku-tiflis-kars-demiryolu-projesi-yeni-ipek-yolunun-halkalarindan-birisidir.html
9. https://azvision.az/news/129861/prezidentlerin-tehran-gorusu-neler-muzakire-edildi-fotolar-yenilenib.html

Açar sözlər: sammit, geosiyasi, BTQ, uğur, mexanizm, iqtisadi
Key words: summit, geopolitical, BTK, success, mechanism, economic
Ключевые слова: саммит, геополитика, БТК, успех, механизм, экономический

Summary
Geopolitical evaluation of successes from the Baku-Tbilisi-Kars railway to the Tehran summit
Bakhtiyar Nabiyev
In the article geopolitical evaluation of the achievements towards the Tehran Summit from the Baku-Tbilisi-Kars railway has been carried out. The author states here that the Baku-Tbilisi-Kars railway has begun to work and has strengthened Azerbaijan's position in the international transport system. This project is a serious change in the political, economic, social and military aspects of the region in recent years. The methods of economic and political accessibility are a thought-provoking and scientifically-based political concept. One of the results of these meetings is the summit of the Azerbaijani-Russian-Iranian presidents held at the initiative of our country. All of this demonstrates the initiative and dominance of our country during the summit meeting of the President of the Republic of Azerbaijan Ilham Aliyev, Hasan Ruhani of the Islamic Republic of Iran and President of the Russian Federation Vladimir Putin in Tehran on November 1, 2017.

Резюме
Геополитическая оценка успехов от железной дороги Баку-Тбилиси-Карс до саммита в Тегеране
Бахтияр Набиев
В статье проведена геополитическая оценка достижений от железной дороги Баку-Тбилиси-Карса до саммита в Тегеране. Автор утверждает, что железная дорога Баку-Тбилиси-Карс укрепила позиции Азербайджана в международной транспортной системе. Этот проект является серьезным изменением в политическом, экономическом, социальном и военном аспектах в регионе за последние годы. Методы экономической и политической доступности - это политическая концепция Азербайджана, основанная на размышлениях и на научной основе. Одним из результатов ее является саммит президентов Азербайджана, России и Ирана, проведенный по инициативе нашей страны. Все это демонстрирует инициативу и доминирование нашей страны во время встречи на высшем уровне Президентов Азербайджанской Республики Ильхама Алиева, Исламской Республики Иран Хасан Рухани и президента Российской Федерации Владимира Путина в Тегеране 1 ноября 2017 года.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017

 

Bəxtİyar Nəbİyev
Bakı Dövlət Universiteti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM